Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə50/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

105 
 
ÇalıĢma  95.  Bədii  ədəbiyyatın  müxtəlif  növ  və  janrlarında  iĢlənmiĢ  epitetləri  və 
təĢbehləri  tapıb göstərin. 
"ġərili",  "Bəhməni",  "Cəlili",  "Cəngi"… 
Türkülər  dəməti, səslər çələngi… 
Sevincin  zirvəsi,  qəmin zirvəsi   
 (X.R.Ulutürk) 
Hər  tərəfdən  onu  fəlakət buludları çulğaladı, axırda onu qara torpaq altına girməyə 
məcbur etdi.  
(C.Cabbarlı) 
Yanağı laleyi-bahari  kimi, 
Ləbləri  yaqutun kənarı kimi, 
Bir  danə nasüftə mirvari  kimi, 
BaĢdan ayağadək ağ bədən gərək 
 (M.P.Vaqif) 
 
ÇalıĢma  96.  Yazıçı  əĢya  və  hadisələr  arasındakı  oxĢarlığı  və  ya  fərqi  qabarıq 
Ģəkildə  göstərmək  üçün  metaforalardan  istifadə  etmiĢdir.  Həmin  metaforaları  tapın 
və nəyə iĢarə edildiyini  göstərin. 
Keçdi pəncəmizə  gözəl Qarabağ 
Öpsün qılıncımı hər qaya, hər dağ  
(S.Vurğun) 
Həsən də qəlyan çəkər, 
Hüseyn də qəlyan çəkər. 
Tənbəki bol olanda 
Siçan da qəlyan çəkər. 
Hamam, hamam  içində, 
Xəlbir  saman içində 
Dəvə dəlləklik  eylər, 
Köhnə hamam  içində  
(Atalar  sözləri) 
 
 
ÇalıĢma  97.  Ad  dəyiĢmə  mənasında  iĢlənən  sözləri  tapın,  hadisənin,  anlayıĢın 
adının baĢqa bir adla necə əvəz edilməsinə  diqqət yetirin: 
Ləngərlənən  meydana  birdən  yeni can gəlir, Azərbaycan, Türküstan, ardınca Turan 
gəlir  (X.R.Ulutürk)  Ġbrahim  xan (yuxudan təlaĢla  qalxaraq): 
- O yandan Türkiyə, bu yandan Ġran, Burdan da Rusiya göndərir fərman. 
Pozmaq istəyirlər  cah-cəlalımı (S.Vurğun) 
 
ÇalıĢma  98.  Bir  tələbənin  imtahan  ballarını  toplaya  bilmədiyinə  görə 
Akademiyadan  xaric olunması haqqında dekanın adından əmr hazırlayın. 
ÇalıĢma  99.  Tədbir  keçirilir.  Qrup  tələbələrinizin  iĢtirakı  barəsində  dekana  raport 
verin. 
ÇalıĢma  100.  ġeiri  ifadəli  oxuyun,  bədii  təsvir  və  ifadə  vasitələrini  tapın,  ifadəliyin 
necə yaranmasına diqqət yetirin: 


106 
 
Son payız dayanıb qıĢa müntəzir, 
Otların gözündə gilələnir  yaĢ. 
Dağlardan  sallanıb apana enir, 
Duman  yavaĢ-yavaĢ, çən yavaĢ-yavaĢ. 
Ağaclar  üsyana qalxıb, bozarıb, 
Bircə budaqda da görünməyir bar. 
Bağlarda  yarpaqlar elə  qızarıb, 
Deyirsən,  indicə alıĢıb yanar. 
Külək  xəzəlləri  alıb döĢünə, 
Qovur bağ-baxçanın hər bucağında. 
Torpaq da kökündən qopub düĢənə, 
Yer vermək istəmir  öz qucağında. 
Gecələr o qədər uzun olubdur, 
Deyirsən,  bir daha açılmaz səhər. 
Güllər  elə  yanıb, elə solubdur 
Bir  də baĢ qaldırmaz bahara qədər. 
Kimsə yollanmayır  tarlaya,  çölə, 
Sanki təbiətin  yuxusu gəlir. 
GünəĢli  günlərin  özündə belə, 
Havadan yağıĢın qoxusu gəlir. 
Çılpaq budaqlarda qalan yuvalar, 
Uzaqdan qaralır bir yumaq kimi. 
Çırpına-çırpına əsir gilavar 
Hansı bir ağaca qonacaq kimi. 
Torpaq həsrətiylə ağlayır bulud, 
Çay olur, göl olur gözünün yaĢı. 
CoĢan sellər, sular Ģahə qalxan at, 
Əzir xıncım-xıncım qayanı, daĢı. 
Ġsti hava qıtdır, çəkilib göyə, 
Geyinib  təbiət əskəri paltar. 
Payızın möhləti qurtarır deyə, 
Uca zirvələrə  çilənir  ilk  qar. 
Qar istəyir  düzən, barsız bağlar da, 
Çılpaq yerlərini  örtsün, gizləsin. 
Ağsaqqal qıĢ gəlir, payız dağlarda 
ÇaĢıb qalıb, bilmir, getsin, gözləsin. 
(Süleyman  Hüseynov. YaĢanmıĢ ömür. Bakı, 2001, səh.51-52) 
 
ÜSLÜBİ VASİTƏLƏR 
Düzgün  Ģifahi  nitqə  və  yazıya  yiyələnmək  hər  bir  adamın  arzusudur.  Məqsədə 
çatmaq  üçün  kiçik  yaĢlardan  dilin  fonetik,leksik  və  qrammatik  normalarını 
mənimsəmək  ilkin  Ģərtdir.  Lakin  bu,  düzgün  nitq  üçün  kifayət  etsə  də,  gözəl  nitq 
üçün  kifayət  deyildir.  Gözəl  nitq  bacarığı  nümayiĢ  etdirmək  üçün  dilin  daxili 
quruluĢunu,  onun  qayda-qanunlarını  mükəmməl  bilməklə  dilin  üslubi  imkanlarına 


107 
 
bələd  olmaq  vacibdir.  Nitqin  üslubi  cəhətdən  düzgün  qurulması  isə  ünsiyyət 
zamanı  onun  ahəngdarlığına,  obrazlığına,  bədiiliyinə  xüsusi  qayğı  ilə  yanaĢmaqla, 
dilin  bədii  təsvir  və  ifadə  vasitələrindən  konkret  məqam  və  Ģəraitdə  yararlanmaq 
bacarağı  ilə  reallaĢır.  Nitq  üslubi  dil  vasitələrindən,  onun  normalarından 
məqsədəuyğun  istifadə  tərzidir.  "Üslub"  sözü  ərəbcə  "tərz",  "ifadə  tərzi",  "üsul" 
mənasındadır. Ġndi bu söz daha çox yazı manerası, danıĢıq tərzi anlamında iĢlənir. 
Üslub  ayrı-ayrı  sənətkarlara,  elmi,  siyasi,  tarixi  cərəyanlara,  bədii  janrlara, 
müəyyən  bilik  sahələrinə  aiddir,  buna  görə  də  hər  üslub  fərdidir.  Gözəl  nitq 
sahiblərinin  özünəməxsus  üslubu  vardır.  Deməli,  üslub  incəsənət  sahələri  ilə 
məĢğul olan hər hansı bir yazıçı, bəstəkar, rəssam və s. kimi sənətkarlar üçün bədii, 
musiqi  və  rəsm  əsərləri,  janr  və  cərayanlar  üçün  səciyyəvi  olan  dil  və  nitq 
vasitələrindən  istifadə  üsullarının  məcmusudur.  Qədim  dünyanın  ən  məĢhur  alimi 
və  natiqi  Aristotel  üslubu  nitq  mədəniyyəti  ilə  əlaqələndirmiĢ,  ona  yüksək  qiymət 
vermiĢ,  üslubun  nitqin  mövzusuna  uyğun  olmasını  əsaslandırmıĢdır.  Qədim 
Romanın məĢhur natiqi M. T. Siseron isə demiĢdir: "Əsl natiq o Ģəxsdir ki, adi iĢlər 
haqqında  sadə,  böyük  iĢlər  barəsində  əzəmətlə,  orta  səviyyəli  iĢlər  haqqında  isə 
yuxarıdakılar  arasında  orta  mövqe  tutan  bir  üslubda  danıĢmağı  bacarsın"  (16, 
səh.37).  Dil  vahidləri  üslubi  keyfiyyət  qazanmaq  üçün  dilin  fonetikası,  leksikası  və 
qrammatikası  çərçivəsində  üslubi  çalarlığın  yaranmasına  xidmət  edir.  Leksik-
semantik,  fonetik  və  qrammatik  normalar  dilin  quruluĢu  ilə  bağlıdır  və  nitqin 
düzgünlüyünün  xidmətindədir,  üslub  normaları  isə  nitqin  gözəlliyini,  ifadəliyini 
artırır,  ünsiyyətin  təsirli,  mövzuya  uyğunluğunu  və  məqsədə  müvafiqliyini 
reallaĢdırır. 
Dil  vahidlərinin  üslubiyyatı  aĢağıdakı qruplara bölünür: 
1. Fonetik üslubiyyat. 
Fonetikanın  nitqdə  kəsb  etdiyi  üslubi  keyfiyyətlərdən  ən  baĢlıcası  ahəngdarlıqdır. 
Ahəngdarlıq  nitqin  səlisliyi,  axıcılığı,  təbiiliyi  deməkdir.  Nitq  məhz  bu  keyfiyyətlər 
hesabına  dinləyicilərə  və  oxuculara  xoĢ  təsir  bağıĢlayır,  oxuyarkən  göz  oxĢayır, 
eĢidilərkən  qulaqlarda  xalq  musiqisi,  muğamlar  kimi  gözəl  səslənir.  Əlbəttə,  bunun 
əsas  səbəbi  dilimizin  sait  səslərinin  çoxluğudur  ki,  bu  hesaba  açıq  hecaların 
üstünlüyü  səslənmənin,  sədanın,  avazın  ahəngdarlığına  əvəzsiz  təsir  göstərir. 
Dilimizdəki  doqquz  sait  və  dörd  sonor  samit  səsin  yaratdığı  harmoniya  nitqdə 
avazlı,  musiqili  tonu gücləndirir. Atalar sözündən (Ağ gün adamı ağardar, qara gün 
qaraldar;  Ağzı  aĢa  yetiĢəndə,  baĢı  daĢa  yetiĢər;  Asta  elə,  usta  elə);  xalq 
mahnılarından  (Araz  üstə,  buz  üstə;  Kabab  yanar  köz üstə. Qoy məni öldürsünlər, 
Bir  ala  göz  qız  üstə);  bayatılardan  (Belə  bağlar;  Dost  baĢın  belə  bağlar;  Bülbül 
ağlar,  gül  açmaz,  Verandı  belə  bağlar),  "Kitabi-Dədə  Qorqud"dan  baĢlayaraq  Ġ. 
Nəsimi,  ġ.  Ġ.  Xətai,  M.  Füzuli,  M.  P.  Vaqif,  M.  F.  Axundov,  A.  Ələsgər, 
C.Məmmədquluzadə,  M.  Ə.  Sabir,  Ü.  Hacıbəyov,  M.  ġəhriyar,  S.  Vurğun,  M. 
Ġbrahimov,  Ġ.  Əfəndiyev,  B.  Vahabzadə,  X.  R.  Ulutürk  və  baĢqa  onlarla,  yüzlərlə 
söz  sənətkarının  nəzm  və  nəsr  əsərlərində,  pyeslərdə,  faciələrdə,  komediyalarda, 
mənsur  Ģeirlərdə  alınma  sözlərdə  saitlərin  uzun  tələffüzü,  səs  uyuĢması,  səs artımı 
([ayilə],  [Ģeyir]),  səs  düĢümü  ([nefçi],  [dos köməyi]), milli sözlərdə iki saitin, iki və 
ya  üç  samitin  yanaĢı  iĢlənə  bilməməsi,  çoxhecalı  sözlərin  sonunda  cingiltili 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə