Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

101 
 
babaya,  nənəyə,  alqıĢlayır,  iĢləyirsən,  xalaya,  bibiyə,  baĢlayıram,  diĢləyirlər,  ataya, 
daĢlayırsınız, gözləyirik. 
ÇalıĢma  90.  Bağınızda  ad  günü  keçirirsiniz.  Restorandan  qab-qacaq  götürməyiniz 
haqqında qəbz yazın. 
ÇalıĢma  91.  VerilmiĢ  sözlərdən  bəzilərində  vurğunun  yeri  dəyiĢdiriləndə  sözün 
mənası da dəyiĢir. Həmin  sözləri tapıb ayrıca yazın və mənasını göstərin: 
axĢam, bəzən, alın, mədəni,  gəlin,  səpin, dimdik, biçin. 
ÇalıĢma 92. Tələffüzü  verilmiĢ  sözləri orfoqrafiya qaydalarına uyğun yazın: 
[mahiyət],  [e:tibar],  [mö:kəm],  [no:xanı],  [mətbə:],  [atonnan],  [qələmnən],  [iĢliyir], 
[tö:bə], [yo:Ģan], [sö:kət]. 
ÇalıĢma  93.  AĢağıdakı  cümlələrdə  vulqar  sözlərin  altından  xətt  çəkin. 
Vulqarizmlərin  hansı üslub üçün xarakterik  olduğunu  deyin: 
Xudayar bəy Əhmədə: -"Köpək oğlu köpək! Hara aparırsan eĢĢəyi? 
Kərbəlayi  Cəfər arvadının arxasınca- Gün olmaz ki, o itin  qızı əti yandırmasın. 
Xudayar bəy Zeynəb haqqında: - Mən bilirəm  niyə  bikefsən. 
Amma neyləmək.  Allah  ananın atasına nəhlət  eləsin!  (C.Məmmədquluzadədən) 
Hacı  Qara:  -Allah  kəssin belə bazarı! Belə alıĢ-veriĢi! Ġt oğlu qədək, Ģilə verənin əli 
qurğuĢun imiĢ.  Evin  dağılsın çit satan! 
Qapın çırpılsın Ģilə verən! (M.F.Axundovdan) 
 
ÇalıĢma  94.  Müəllimlərinizdən  birinin  kitabına  (dərsliyinə)  annotasiya  yazın. 
Annotasiya  formasını deyin. 
 
FUNKSİONAL ÜSLUBLAR 
Ünsiyyətin  hansı  Ģəraitdə  baĢ  verməsi  nitqi  məqsədə  müvafiq  formalarda  qurmaq 
tələbini  qarĢıya  qoyur  və  beləliklə,  nitq  üslubları  yaranır.  Nitq  üslubları  fərdi-
subyektiv olub, Ģəxsin dünyagörüĢündən, savadından, nitq qabiliyyətindən, məqsəd 
və Ģəraitdən asılıdır. Nitqin ayrı-ayrı üslubları fərdi üslub çərçivəsində mövcuddur. 
Nitq  üslubları,  adətən,  iki  növə  bölünür:1)  yazı  (kitab)  üslubu.  Bura  bədii  üslub, 
elmi  üslub,  publisistik  üslub,  rəsmi-kargüzarlıq  üslubu  və  epistolyar  (yazıĢma) 
üslubu  daxildir.  2)  danıĢıq  üslubu.  Bura  xalq  danıĢıq  üslubu  və  ailə  -məiĢət 
üslubunu  aid  edirlər.  Birinci  qrupa  daxil  edilən  üslublar  yazılı  formada  olur,  lakin 
onlar  haqqında  auditoriyada,  ekran  və  efir  qarĢısında  aparılan  söhbətlər, 
müsahibələr  Ģifahi  formada da baĢ tutur. 
1.BƏDİİ ÜSLUB 
Bədii  üslubda  yazıçı  qələmə  aldığı  həyat  hadisələrini,  insanları,  öz  fikir  və 
düĢüncələrini  müxtəlif  dil  və  təsvir  vasitələri  ilə  bədii  Ģəkildə,  müəyyən  ölçü  və 
forma  daxilində  əks  etdirir.  Bu  üslub  digər  funksional  üslublara  nisbətən  daha 
qədimdir. 
Elmə 
məlum 
olan 
"Orxon-Yenisey 
abidələri", 
"Kitabi-Dədə 
Qorqud"dastanı,  Dəvdəkin,  Qətran  Təbrizinin,  Xaqani  ġirvaninin,  Nizami 
Gəncəvinin  Ģeirləri,  Xacə  Nəsrəddin  Tusinin  "Əxlaqi-Nasiri",  Nizamil  -  Mülkün 
"Siyasətnamə"  əsərləri,  tarix,  siyasət  və  tərbiyə  mövzularına  həsr  olunmuĢ 
tədqiqatlar  daha  əvvəl  yazıya  alınmıĢdır.  Ġzəddin  Həsənoğlunun,  Ġ.Nəsiminin, 
ġ.Ġ.Xətainin  ana  dilində  yazılmıĢ  Ģeirlərindən,  hətta  M.Füzulinin  elmi-fəlsəfi 


102 
 
əsərlərindən  çox-çox  əvvəllər  yazılmıĢdır.  Ana  dilimizdəki  elmi  əsərlərin  tarixi, 
ümumiyyətlə,  bədii üsluba baxanda yaxın dövrün məhsuludur. 
Bədii  üslubda  dilin  lüğət  tərkibindəki  sözlərin  məna  qruplarından,  üslubi 
laylarından,  bədii  təsvir  vasitələrindən,  məcazların  müxtəlif  formalarından,  hətta 
vulqar  leksika  və  jarqonlardan,köhnəlmiĢ  sözlərdən,  yerinə  görə  terminlərdən 
istifadə  olunur. 
Lakin  bir  məsələ  həmiĢə  diqqətdə  saxlanılır  ki,  bədii  əsərin  vəzifəsi  gözəl 
mənəviyyatı,  əxlaqilik,  əzəlilik,  insanlıq  kimi  keyfiyyətləri  bədii  sözün  qüdrəti  ilə 
emosional,  ifadəli,  ekspressiv  və  obrazlı  təsvir  və  tərənnüm  etməkdir.  Xalqın 
təfəkkür  tərzi  məiĢət  və  təsərrüfat  həyatı  ilə  bağlı  olaraq  bir  qisim  söz  ilkin 
mənasını  geniĢləndirir,  yeni-yeni  məna  çaları  qazanır,  öz  formasını  dəyiĢdirir. 
Buna  görə  də  dildə  sözlərin  mənalarının  Ģaxələnməsi,  köçürülməsi,  müxtəlif 
istiqamətlərdə  dəyiĢməsi baĢ verir. Sözlərin bir əĢyadan baĢqasına köçürülməsi, bir 
əĢyanın  əlamətinin  onun  bir  hissəsinin  adı  ilə verilməsi çoxmənalığa gətirib çıxarır. 
Sözlərin  məcazi  məna  daĢıması  bədii-üslubi  mahiyyət  daĢıyır  ki,  bunlar  obrazlı 
ifadələrdir.  Obrazlıq  yaratmağa  xidmət  edən  məcazlar  dilin  bədii  təsvir 
vasitələrindən  hesab  olunur.  Belə  təsvir  vasitələrindən  metaforaları,  metonimiya, 
sinekdoxa və epitetləri  qeyd edək. 
1.  Metafora yunanca məna köçürülməsi anlamındadır. Bir Ģeyə məxsus olan əlamət 
və  ya  keyfiyyətin  baĢqa  bir  əĢya  üzərinə  köçürülməsinə  metafora  deyilir. 
Məlumdur  ki, "canavar" yırtıcı, dağıdıcı vəhĢi heyvandır. 
Lakin  bu  xüsusiyyət  bədii  əsərdə  insan  obrazı  üzərinə  köçürüləndə  metafora 
yaranır.  Məs:  "sürüdən  yoxa  çıxmıĢ  qoyunlar  ikiayaqlı  canavarın  ayağına 
yazılmalıdır".  Yaxud,  "tülkü"  hiyləgər  vəhĢi  heyvandır,  lakin  hiyləgərlik,  biclik 
bəzi adamlara da xasdır. Kimlərəsə canavar və ya tülkü, quzu, Ģir, tutuquĢu, çaqqal, 
ayı,  ilan,  eĢĢək,  öküz,  qoyun,  ceyran  deyilirsə,  həmin  heyvanlara  məxsus 
xüsusiyyətdə  olan  adamlar  nəzərdə  tutulur.  Bu,  dildə  metaforaların  yaranmasına 
səbəb  olmaqla  bəzən  rəzilliyin,  əclaflığın,  xainliyin,  bəzən  yumĢaqlığın, 
sadəlövhlüyün  (quzu,  qoyun),  bəzən  də  öz  fikri  olmayıb  baĢqalarını 
yamsılayanların  (tutuquĢu)  iç  üzünün,  daxili  aləminin  rəmzi  kimi  verilir.  Heyvan 
adları  insan  üzərinə  köçürüldükdə  həmin  sözlər  metaforalara  çevrilir.  Metaforalar 
çoxmənalılığın  əlamət  üzrə  keçməsi  hesabına  da  yaranır.  Çox  bilikli  adama  kəllə 
deyirlər.  BaĢı  keçəl  adamı  çox  vaxt  adı  ilə  deyil,  sadəcə  keçəl  deyə  çağırırlar. 
Forma  oxĢarlığına,  səslənməyə,  xarici  əlamətə  görə  sözlərin  keçməsi  halları  da 
vardır:  ayaqqabının  burnu,  südün  üzü,  iĢlər  axsayır,  ay  doğdu,  ölüm  gəzir,  dar 
ayaqda,  ölüm  ayağında  olmaq,  sözünün  nə  baĢını  bilir,  nə  ayağını,  yoldan 
çıxarmaq,  aranı  düzəltmək,  topa  tutmaq,  dərd  çəkmək,  külək  ulayır  və  s. Yüzlərlə 
ifadə məcaz üzərində  qurulmuĢdur. 
2.  Metonimiya  sözlərin  əlaqə  üzrə  keçməsidir,  mənası  "ad  dəyiĢmə"  deməkdir. 
Bədii  üslubda  söhbət  gedən  Ģəxsin,  əĢyanın,  hadisənin  adı  əvəzinə  həmin  anlayıĢı 
bildirən  söz iĢlənir, bir-birinə  bağlanan  sözlərdən birinin  adı baĢqasına köçürülür. 
Məsələn:  Bütün  kənd  ayaq  üstə  idi;  Bütün  Ģəhər  meydana  axıĢırdı;  DanıĢır  və 
göstərir  Bakı;  O,  gəncliyində  Vahidi  çox  oxuyurdu;  Sabiri əzbər bilməyən yoxdur; 
Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyası  tələbə  qəbulu  elan  edir və s. Aydındır ki, 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə