Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə56/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

120 
 
*** 
8. ƏMR 
"Əmr"  sözü  ərəb  mənĢəli  olub  iĢ,  Ģey,  sərəncam  mənasındadır,  bir  iĢin  görülməsi 
üçün verilən hökm, göstəriĢdir. Bu əməli yazı forması idarə, müəssisə, təĢkilat və s. 
rəhbərinin  rəsmi  sərəncamıdır.  Əmr  müəssisənin xüsusi əmr blankında çap olunur. 
Vərəqin  birinci  sətrində  əmr  verən  müəssisənin  adı  göstərilir.  Ġkinci  sətirdə  böyük 
hərflə  "Əmr"  sözü  yazılır.  Üçüncu  sətirdə  sol  tərəfdən  əmrin  verildiyi  tarix,  sağ 
tərəfdə  isə  əmrin  verildiyi  Ģəhərin  adı  qeyd  edilir.  Altında  aĢağıdan  əmrin  verilmə 
səbəbi  və  ya  məqsədi  açıqlanır.  Ondan  aĢağıdakı  sətirdə  vərəqin  ortasında  "əmr 
edirəm"  sözləri  gəlir.  Sonra  əmrin  məzmunu  verilir.  Əmrin  aĢağı  hissəsində  əmrin 
əsası  yazılır.  Sonra  əmri  verən  məsul  Ģəxsin  vəzifəsi,  titulu,  adı  və  atasının 
adlarının  baĢ  hərfləri  və  soyadı  göstərilir.  Rəhbərin  imzasından  sonra  əmri 
hazırlayanın  və  əmri  verməyə  razılığı  olan  Ģəxsin  imzası  qeyd  edilir.  Əmrin  icrası 
ilə  bağlı  qurumlara  göndərilməsi  haqqında  göstəriĢ  olur.  Ġdarə  rəhbərinin,  məktəb 
direktorunun  (rektorun)  əmri,  iĢə  qəbul  etmə,  iĢdən  xaric  etmə,  müəyyən  iĢ 
tapĢırma, komissiya yaratma,  tədbir keçirmə  və s. kimi əmrlər  vardır. 
Nümunə: 
Əmr 
10 sentyabr 2010-cu il  Bakı Ģəhəri, ¹20 
Rüstəmov Vahid Əli oğlu 
hərbi xidmətini  baĢa vurduğuna görə 
"Ġdman oyunları" fakültəsinin 
II kursuna (OA 8-03) bərpa edilsin. 
Əsas: Tələbənin  təqdim etdiyi  arayıĢ və ərizəsi 
Rektor: (imza)professor A. Q. Abıyev 
Əmri hazırladı: 
fakültə  dekanı: (imza)E.  N. QədəĢov 
*** 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman Akademiyası üzrə 
Əmr 
10 yanvar  2010-cu il  Bakı Ģəhəri, 13 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman Akademiya- 
sı  "Ümumi  və  idman  fiziologiyası"  kafedrasının  dosenti  M.H.Qarayevin  anadan 
olmasının 65 illiyinin  qeyd olunması haqqında. 
Əmr edirəm: 
Dosent  Mir  Həsən  oğlu  Qarayevin  65  illik  yubileyinin  keçirilməsi  Akademiyanın 
Həmkarlar  Ġttifaqı  Komitəsinə  həvalə  edilsin  və  komitənin  yardım  fondundan 
mükafatlandırma  tədbiri  görülsün. 
Əsas:  “Ümumi  və  idman  fiziologiyası”  kafedrasının  müdiri,  professor 
R.Qayıbovun təqdimatı. 
Rektor: (imza)  professor 
A. Q. Abıyev 
Əmri hazırladı: 
Tədris Ģöbəsinin müdiri:  (imza)  S. Ə. Vahidov 


121 
 
RazılaĢdırıldı: 
HĠK-in  mühasibi:  (imza)  G.Ə.Əlibəyova 
*** 
9. ƏRİZƏ 
"Ərizə" ərəbcə "ərz" sözündən olub "bir Ģey bildirmə", 
"Ģikayət  etmə",  "xahiĢ"  mənalarında  iĢlənir.  Məzmununa  görə  ərizənin  iki  növünə 
təsadüf olunur:  1. ġikayət  xarakterli  ərizə, 2. XahiĢ məqsədilə  yazılan ərizə. 
Ərizələr  müxtəlif  məzmunlu  olsa da, formaca eynidir. 
Ərizənin  yazılıĢ forması belədir: 
1.  Ərizə  vərəqin  sol  tərəfindən  4-5  sm  yer  buraxılmaqla  ortadan  yazılır.  Nisbətən 
sağda,  abzasdan  böyük  hərflə  təĢkilatın  adı  və  ya  müraciət  edilən  Ģəxsin  vəzifəsi, 
titulu,  adının və atasının adının baĢ hərfləri və soyadı yönlük halda qeyd olunur; 
2.  Sonrakı  sətirdə  abzasdan  ərizə verən öz kimliyini, adını və soyadını bütövlükdə 
çıxıĢlıq halda göstərir; 
3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır. 
4.  Təzə  sətirdən,  abzasdan  qısa,  aydın  və  məzmunlu  Ģəkildə  ərizəçinin  istəyi,  fikri 
Ģərh olunur; 
5.  Ərizənin  sonunda  ərizəçi  Ģəxsi  imzasını  qoyur,  aĢağıdan  sol  tərəfdən  ərizənin 
yazılma  tarixini  (gün, ay və ili)  göstərir. 
Nümunə: 
Azərb.  DBTĠA-nın  "Ġdman  oyunları"fakültəsinin  dekanı  E.N.QədəĢova  həmin 
fakültənin  II  kurs,  OA  9-03  qrupunun  tələbəsi  Nüsrət  Qulamhüseyn  oğlu 
Kərimovdan 
Ərizə 
Masallı  rayonunda  atam  xəstədir.  Ona  baĢ  çəkmək  üçün  mənə  üç  günlüyə  (24-26 
fevral)  icazə verməyinizi  xahiĢ edirəm. 
23 fevral  2010-cu il 
(imza)  N. Q. Kərimov 
*** 
Azərb. DBTĠA-nın rektoru cənab 
A. Q. Abıyevə 
ADPU-nun  riyaziyyat  fakültəsinin 
II kurs tələbəsi  Təhminə  Süleyman  qızı Süleymanovadan 
Ərizə 
Əl  oyunları  ixtisasına  yiyələnmək  arzumu  nəzərə  alaraq  mənim  ADPU-dan  Sizin 
rəhbərlik  etdiyiniz  ali  təhsil  ocağına  dəyiĢdirilməyimə  razılıq  verməyinizi  xahiĢ 
edirəm 
30 avqust 2010-cu il 
Ġmza:T.S.Süleymanova 
*** 
10. XAHİŞNAMƏ 
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyasının  rektoru,  professor 
A.  Q.  Abıyev  cənablarına  Ġslam  Museyib  oğlu  Əliyev  "Bədən  tərbiyəsinin 
nəzəriyyəsi  və  metodika"sı  kafedrasının  dosentidir.  Ġ.Əliyev  Azərb.DBTĠA-nı 


122 
 
1972-ci  ildə  bitirib  və  elə  həmin  ildən  də  burada  iĢləyir.  38  illik  pedaqoji 
müəllimlik  stajına  malikdir.  O,  iĢinin  öhdəsindən  layiqincə  gəlir.  Olduqca  qayğıkeĢ 
və  təvazökardır.  Tələbələrimizə  mühazirə  və  seminar  dərslərini  yüksək  keyfiyyətlə 
tədris  edir.  Pedaqoji  təcrübədə  onların  gələcək  müəllim  və  məĢqçi  kimi 
yetiĢməsində  öz  bilik  və  bacarığını  əsirgəmir.  2003-cü  ildə  namizədlik 
dissertasiyası  müdafiə  etmiĢdir.  Müdafiədən  sonra  üç  metodik  dərs  vəsaitinin 
müəllifidir.  Kollektiv  arasında  böyük  nüfuza  malikdir.  Dərs  dediyi  tələbələr  fənn 
olimpiadalarında  və  elmi-praktik  konfranslarda  həmiĢə  fərqlənmiĢ,  diplomlara 
layiq,  görülmüĢlər.  Avqust  ayının  15-də  anadan  olmasının  60  ili tamam olacaqdır. 
Ġ.Əliyevin  60  illik  yubileyinin  sentyabr  ayında  Akademiya  səviyyəsində  təntənəli 
keçirilməsini  xahiĢ edirik. 
"Bədən  tərbiyəsinin  nəzəriyyəsi  və  onun  metodika"sı  kafedrasının  müdiri:(imza) 
professor. Nəsrullayev 
15 iyun  2010-ci  il.M.Ə 
*** 
11. XASİYYƏTNAMƏ 
"Xasiyyətnamə"  ərəb  mənĢəli  "xasiyyət"  və  fars  mənĢəli  "namə"  (məktub,  kağız) 
sözlərinin  birləĢməsindən  əmələ  gəlmiĢdir,  bir  Ģəxsə,  bir  Ģeyə  məxsus  hal, 
xüsusiyyət  mənasındadır.  Bu  sənəddə  bir  adamın  xüsusiyyətləri,  ictimai  və  əmək 
fəaliyyəti,  kollektivdəki  yeri  haqqında  ətraflı  məlumat  verilir.  Məktəb  illərində 
Ģagird  məsul  vəzifəyə  məsləhət  görüldükdə,  baĢqa  məktəbə oxumağa köçürüləndə, 
orta  məktəbi  qurtarıb  ali  məktəbə  təhsil  almağa  gedəndə,  sonralar  iĢə,  müəyyən 
vəzifəyə  seçildikdə  ona  oxuduğu  və  ya  iĢ  yerindən  xasiyyətnamə  mütləq  tələb 
olunur. 
Xasiyyətnaməyə  verilən  tələblər  bunlardır: 
1. Vərəqin əvvəlində  ortada böyük hərflə "Xasiyyətnamə"  sözü yazılır. 
2.  Xasiyyətnamədə  Ģəxsin  həyatı,  milliyəti,  ailə  vəziyyəti,  əmək  fəaliyyəti,  öz  iĢinə 
münasibəti  obyektiv Ģəkildə ardıcıl verilir. 
3. Dövlət əhəmiyyətli  xasiyyətnamələr  müzakirə  olunur  və yoxlanılır. 
4. Xasiyyətnamə  vahid formada yazılmaqla  həcmi 1-2 səhifədən artıq olmur. 
5. Xasiyyətnamədə  onun kimə,  kimdən və haraya  təqdim olunması göstərilir. 
6.  Xasiyyətnaməni  rəsmi  sənəd  kimi  müəssisə  (idarə,  təĢkilat)  rəhbəri  verir, onu ən 
azı  iki  məsul  Ģəxs  (əsasən,  həmkarlar  təĢkilatının  sədri,  Ģöbə  müdiri)  imzalayır, 
müəssisənin  möhürü ilə  təsdiqlənir  və verilmə  tarixi  qeyd edilir. 
 
Nümunə: 
 
 
 
 
Xasiyyətnamə 
 
Verilir  1992-ci  il  noyabr  ayının  30-da  Lənkəran  rayonunun  Digah  kəndində 
anadan olmuĢ, azərbaycanlı, orta təhsilli,  bitərəf  Əyyub Etibar oğlu Pirverdiyevə. 
 
Pirverdiyev  Əyyub  Etibar  oğlu  2009/2010-cu  tədris  ilində  Azərb.  DBTĠA-ya 
daxil  olmuĢ,  I  kursun  kredit  ballarını  vaxtında  yüksək  səviyyədə  toplamıĢ  və 
hazırda  II  kursda  (qrup  TA  9-12)  oxuyur.  Bu  müddət  ərzində  özünü  tərbiyəli, 
ünsiyyətli  və    nəzakətli  bir  tələbə  kimi  göstərmiĢ,  dərin  bilik  nümayiĢ  etdirərək 
tələbə  yoldaĢlarının  və  professor-müəllim  heyətinin  dərin  rəğbətini  qazanmıĢdır. O 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə