Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə54/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

115 
 
ÇalıĢma  112.  VerilmiĢ  sözlərin  mənasını  aydınlaĢdırmağa  çalıĢın,  onların  nə  vaxt 
termin,  nə  vaxt  beynəlmiləl  söz  kimi  iĢlənmə  məqamlarını  izah  edin,  onlara  ən çox 
hansı üslubda rast gəldiyinizi  deyin: 
snoubord,  fristayl,  tras,  buzadırmanma,  alpinizm,  sertifikat,  taekvondo,  missiya, 
çempionat,  konfederasiya,  vitse-prezident,  liqa,  korner,  legioner, limit, turnir, matç, 
arena, debüt. 
ÇalıĢma  113.  MəĢqçi  kimi  ixtisasınıza  uyğun  məĢğələlər  keçirmək  istəyirsiniz. 
Onun haqqında məlumat yazın. 
ÇalıĢma  114.  Uzaqda  yaĢayırsınız:  Ailənizə  min  manat  pul  göndərdiyiniz  barədə 
teleqram  vurun. 
 
4. RƏSMİ-KARGÜZARLIQ ÜSLUBU 
Rəsmi-kargüzarlıq  üslubu  "əməli  üslub",  "rəsmi-əməli  üslub";  "iĢgüzar  üslub" 
adları  ilə  də  iĢlənir.  Rəsmi  sənədlər,  təlimatlar,  qanunvericilik  aktları  və  s.  rəsmi-
kargüzarlıq  üslubuna  uyğun  tərtib  olunur,  yazılır.  Bu  üslubun  əsas  xüsusiyyəti 
ifadə  düzgünlüyü,  fikir  dəqiqliyi  və  yığcamlıqdır.  Rəsmi  sənədlərin  dilində  artıq, 
mətləbdənkənar  sözlərə,  tək-rarlara,  bədii  ifadələrə  yer  verilmir,  dəqiq  söz  və 
terminlər  iĢlədilir,  qrammatik  normalara  riayət  edilir,  Ģtamp  xarakterli  standart 
sözlərdən,  basmagəlib  (trafaret)  ifadə  və  cümlələrdən  istifadə  olunur.  Bu  üslub  öz 
forma  və  məzmunu  etibarilə  kütləvi  mahiyyət  daĢıyır,  ixtisasından,  peĢəsindən, 
həyatda  tutduğu  vəzifəsindən  asılı  olmayaraq  insanlar  əməli  yazılara  müraciət 
edirlər.  Rəsmi-əməli  üslub,  adından  göründüyü  kimi,  həyatın  praktik  tələbləri  ilə 
bağlıdır.  O,  dövlət  və ictimai idarələrin bir-biri ilə, vətəndaĢların idarə, müəssisə və 
təĢkilatlarla  əlaqəsini  təmin  edir.  Rəsmi-kargüzarlıq  üslubunu  inzibati-idarə  üslubu, 
dəftərxana  üslubu  da  adlandırırlar.  Dəftərxana  sənədləri  rəsmi  xarakterdə  olduğu 
üçün  özünəməxsus  cəhətləri  ilə  seçilir.  Bu  üslubun  onlarla  sənəd  növü  vardır: 
qanun,  fərman,  sərəncam,  qətnamə,  viza,  nota,  ittihamnamə,  təlimat,  protest, 
etimadnamə,  hökm,  qərar,  göstəriĢ,  əmr,  akt  və  s.  Dövlət  əhəmiyyətli  rəsmi 
sənədlər  xüsusi  ayrılmıĢ  adamlar  tərəfindən  hazırlanır,  dövlət  baĢçısı  tərəfindən 
imzalanır.  Rəsmi-kargüzarlıq  sənədləri  yazıĢma  məqsədi  daĢıyan  (teleqram,  anket, 
təliqə,  ərizə,  raport  və  s.),  müəyyən  faktı  təsdiqləyən  (vəsiqə,  arayıĢ, vəkalətnamə, 
və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol, müqavilə, və s.) və iclas, 
toplantı,  yığıncaq,  konfransların  qərarları-protokol,  hesabat  və  s.  formasında  olur 
(6,  səh.  4)  Tələbə  və  məzunlarımıza  lazım  ola  biləcəyini  nəzərə  alaraq  əməli 
üslubun  tələblərini  özündə  əks  etdirən  əsas  rəsmi-kargüzarlıq  sənəd  növlərini 
aĢağıda əlifba sırası ilə veririk. 
 
1. AFİŞA 
Azərbaycan Respublikası Mədəniyyət  və Turizm  Nazirliyi 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman Akademiyası 
28 may 2010 
Respublikanın  xalq  artisti,  professor  Məsum  Ġbrahimovun  iĢtirakı  ilə  Niyazi  adına 
Azərbaycan Dövlət Filarmoniyası  artistlərinin  Xeyriyyə  konserti. 


116 
 
Proqramda:  Azərbaycan  muğamları,  xalq  mahnıları  və  bəstəkarların  populyar 
musiqi  əsərləri 
Əldə  olunan  vəsait  Qarabağ  Veteranlarının  Yardım  Fondunun  hesabına 
köçürüləcəkdir. 
Konsert saat 1500-da Akademiyanın  akt zalında olacaqdır. 
Biletlər  foyedə satılır. 
*** 
2. AKT 
"Akt"  latınca  "aktos",  "aktum"  sözündən  olub  "hadisə","sənəd",  "cinayət  iĢi" 
deməkdir.  Akt  məzmununa  görə  cinayət  aktı,  dövlət  aktı,  bu  və  ya  digər  bir  faktı 
açmaq  üçün  tərtib  edilən  akt  növlərinə  bölünür.  Mahiyyəti  -  hər  hansı  bir  iĢ  və  ya 
hadisəni  qanuniləĢdirib  ona hüquqi sənəd statusu verməkdir. 
Məzmunu  -  Akt  imzaları  ilə  təsdiq  edilən  bir  neçə  nəfər  tərəfindən  tərtib  edilir. 
Müəyyən  bir  həqiqəti  üzə  çıxarmaq  üçün  aktı  tərtib  edənlərdən  ibarət  komissiya 
yaradılır.  Xüsusi  təftiĢ  komissiyasının  hazırladığı  akt  aidiyyati  ali  orqana  təqdim 
edilir. 
Aktın forması: 
1.  Aktın  birinci  səhifəsinin  sağ  tərəfindən  yuxarı  vəzifəli  Ģəxsin  təsdiq  etdiyi  qeyd 
verilir. 
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır. 
3.  Sonrakı  sətirdə  solda  ayın  tarixi-gün,  ay,  il,  sağda  aktın  tərtib  olunduğu  yer 
göstərilir. 
4. Aktı tərtib edənlərin  vəzifəsi,  soyadı, adı və atasının adı yazılır. 
5. Yoxlanılan  hadisə haqqında dəqiq məlumat verilir: 
6. Yoxlamanın  müddəti həm rəqəmlə,  həm də sözlə qeyd olunur. 
7. Aktın sonunda nəticə verilir  və məsuliyyət  daĢıyan Ģəxs göstərilir. 
8. Sonda aktı tərtib edənlər onu imzaları  ilə  təsdiqləyirlər. 
 
Nümunə: 
Akt 
Təsdiq edirəm: 
15 saylı məktəbin  direktoru  Həsənov H. Ġ. 
28 noyabr 2010-cu il 
20 noyabr Bakı, Yasamal rayonu 
Biz,  aĢağıda  imza  edənlər:  filan  vəzifə  daĢıyan  Ġsmayılov  Ġ.,  filan  vəzifə  sahibi 
Əliyeva  G.,  filan  iĢ  sahibi  Ġbrahimov  H.,  Həmkarlar  Ġttifaqı  Komitəsinin  sədri 
Əhmədov K. bu aktı tərtib edirik ona görə ki, həqiqətən binada (məktəbdə, sinifdə, 
həyatyanı  sahədə  və  s.)  otaq  yağıĢdan  sonra  (yanğından,  zəlzələdən, 
köhnəldiyindən)  uçmuĢ  (tökülmüĢ,  dağılmıĢ),  10  m2  sahəyə1000  (min)  manat 
məbləğində  ziyan  dəymiĢdir.  Akt  həmin  sa-  178hənin  təmir  olunmasına  pul 
buraxılması məqsədilə tərtib olunmuĢdur. 
Aktı tərtib etdilər: 
1. (imza)  Ġsmayılov Ġ. - vəzifəsi 
2. (imza)  Əliyeva  G. - vəzifəsi 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə