Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

108 
 
samitlərin  karlaĢması([kənt],  [kitap],  [gəĢənk]),  söz  daxilində  iki  kar  samitdən 
birinin  cingiltiləĢməsi  ([hətda],  [asdar],  [seçgi]),  həmcins  üzvlü  cümlələrdə 
Ģəkilçilərin  və  hissəciklərin  ixtisarı  ("Kəndə  yaxınlaĢdıqca  evlər  seçilir,  yollar 
ağarır,  adamlar  görünürdü"),  tabesiz  mürəkkəb  cümlələrdə  axırıncı  xəbərin ixtisarı 
(Ağac acı, can Ģirin; Ağın adı olur, qaranın dadı; At mənimdir, don geyənin), ahəng 
qanunu,  vurğu  və  s.  kimi  fonetik  vasitələr  nitqdə  ahəngdarlıq  yaradır,  intonasiya, 
fasilə,  səsin  tembri,  ritm  və  s.  Nitqin  rəvanlığına  səbəb  olur.  Azərbaycan  dilinə 
musiqili  dil  deyənlər  məhz  bunları  nəzərdə  tutur.  Nitqdə  ahəngdarlıq  yaradan 
vasitələrdən  biri  alliterasiyadır.  Alliterasiya  bədii  əsərlərdə  cümləni  təĢkil  edən 
sözlərin  əvvəlində  və  ya  axırında  eyni,  yaxud  oxĢar  samitlərin  iĢlənməsidir.  Belə 
səs  düzümü  sözləri,  söz  birləĢmələrini,  cümlə,  beyt  vəbəndləri  musiqili,  ahəngdar 
edir,  öyrənilməyə,  yadda  saxlanmağa  böyük  kömək  olur.  Bu  gün  də  uĢaqların  dil 
açmasına,  musiqi,  avaz  üstündə  köklənməsinə,  onların  gələcəkdə  rəvan,  rabitəli  və 
ifadəli  oxusuna,  danıĢığına  vasitə  olan  alliterasiya  atalar  sözlərini,  frazeoloji 
ifadələri,  nəğmələri,  mahnıları,  nəzm  parçalarını,  mənsur  Ģeirləri  və  bəhri-təvilləri 
cazibəli,  oynaq  və  axıcı  edir.  Ahəngdar  sözlərin  münasibliyi,  cingiltili  samitlərin, 
xüsusən  sonorların  və  dodaqlanmayan  saitlərin  yaratdığı  incə  səslənmə  və  axıcı 
düzülüĢ  qulağa  xoĢ  gəlir.  Alliterasiya  poetik  üslubi  priyom  kimi  Ģifahi  nitq 
yaradıcılığından-laylalardan,  nazlamalar,  cırnatmalar,  öcəĢmələr,  sanamalar, 
holavarlar,  sayaçı  sözləri,  qaravəllilər,  yanıltmaclardan  (YetiĢmiĢ  yemiĢi  yetim 
yemiĢ;  Ağırlığım-uğurluğum odlara, Azar-bezar yadlara; Ağırlığım od olsun, Odda 
yanan  yad  olsun  və  s.)  baĢlamıĢ,  klassik  və  müasir  poeziyamızda  geniĢ  iĢləklik 
qazanmıĢdır.  Alliterasiya  üzərində  qurulan  Ģeir  par-çaları  baĢdan-baĢa  axıcılıq, 
rəvanlıq,  avazlılıq  təcəssümü  olur.  QoĢmalar,  gəraylılar,  cığalı  təcniĢlər  məhz  bu 
baxımdan  gözəldir.  S.  Rüstəmin  "Çapayev" adlı Ģeirində ç samitinin tez-tez təkrarı 
çınqıllı, daĢlı yollarda nallı atın dırnaqlarından qopan səsləri xatırladır: 
Çıqıl daĢlı çayları, 
Çapayev çapa-çapa 
Çapır, biçir çöllərdə 
Çar canavarlarını. 
Çap çaylardan Çapayım, 
Çap o çapsın, biz çapaq, 
Çap, gələcək günlərin, 
Əlindən  sevinc qapaq. 
Səs  düzümündən  məharətlə  istifadə  obrazlıq,  ahəngdarlıq  yaratmağa  hesablanır. 
Nitqdə  ahəngdarlıq  törədən  vasitələrdən  yalnız  Ģərait  və  məqamdan  asılı  olaraq 
istifadə  xaĢ avazlanmaya  səbəb olur. 
2.  Leksik  üslubiyyat.  Nitqdə  üslubi  effekt  və  səlislik  yaratmaq,  lüzumsuz  təkrara 
yol  verməmək,  fikrin  daha  təsirli  və  dəqiq  ifadə  edilməsi  məqsədilə  rəngarəng  dil 
vahidlərinin  iĢlədilməsi  çox  zəruridir.  Bu  cəhətdən  sinonimlərin  üslubi  imkanları 
geniĢdir.  Öz  nitqini  quran  Ģəxs  eyni  mənanı  müxtəlif  üslubi  çalarlıqda  ifadə  edən 
sinonim  cərgəyə  müraciət  edib  lazimi  sözü  seçib  iĢlədir.  Semantik  məna  sahəsi 
imkan  verir  ki,  biz  bir  fikri  Ģəraitdən,  üslubi  münasibətdən,  subyektiv  mövqedən 
asılı  olaraq  müxtəlif  sözlərlə  iĢlədə  bilirik.  Məs.:  böyük-yekə-iri-nəhəng-zırpı-


109 
 
zırhov-dahi-zorba-yekəpər;  eĢitmək-dinləmək-qulaq  asmaq-qulaq  kəsilmək;  ürək-
könül-qəlb; 
ölmək-gözlərini 
əbədi  yummaq-dünyasını  dəyiĢmək-dünyadan 
köçmək-o  dünyaya  təĢrif  aparmaq-cəhənnəmə  vasil  olmaq;  yaxĢı-gözəl-göyçək-
gəĢəng-incə-zərif-nəfis-lətif;  qoçaq-igid-cəsur-qorxmaz-qəhrəman;  dünya-cahan-
aləm-kainat-yer  üzü  və  s.  və  i.  a.  Ümumiyyətlə,  sinonimlər  nitqdə  lüzumsuz 
təkrardan  qaçmaq,  məzmundan  asılı  olaraq  müəyyən  məna  koloriti  yaratmaq,  fikri 
dəqiq  və  daha  incə  məna  çalarında  çatdırmaq üçün  əvəzsiz dil vasitəsidir. Əlbəttə, 
hamı  eyni  dərəcədə  məqbul  sinonimlərdən  istifadə  edə  bilmir,  çünki  bu  hal  Ģəxsin 
söz  ehtiyatının  səviyyəsindən  asılıdır.  MüĢahidələr  göstərir  ki,  kifayət  qədər  söz 
ehtiyatına  malik  olan  Ģəxs  nəzərdə  tutduğu  fikri  (cümləni)  çadırmaq  üçün  söz 
seçməkdə  çətinlik  çəkmir,  zəngin  dil  vasitələrindən  bacarıqla  yararlandığından 
onun  nitqi  təsir  gücünü,  ifadəliyini  artırmıĢ  olur.  Nitq  prosesində  təzadlı, 
ziddiyyətli  hadisə  və  faktları  qabarıq,  eyni  zamanda  obrazlı  Ģəkildə  nəzərə 
çatdırmaq  məqsədilə  antonim  söz  və  ifadələrdən  istifadə  olunur.  Obrazlıq 
yaratmağa  xidmət  edən  antonimlər  üslubi  vasitə  kimi  əks  və  ziddiyyətli  cəhətləri 
daha qabarıq nəzərə çarpdırmağa yardımçı olur. 
Məs.:  doğma-ögey,  cənnət-cəhənnəm,  keçmiĢ-indi,  isti-soyuq,  cavan-qoca, 
ağlamaq-gülmək,  sevinc-kədər  və  s.  bu  kimi  antonimlər  hər  gün  dəfələrlə 
nitqimizdə  yan-yana  iĢlənir.  Nitq  mədəniyyətində  obrazlıq  yaradan,  fikri yığcam və 
məntiqi  çalarlıqla  diqqətə  çatdıran  ifadə  vasitələri  içərisində  frazeoloji  birləĢmələr, 
idiomlar,  ibarə,  hikmətli  söz,  zərb-məsəl  və  atalar  sözləri  əhəmiyyətli  yer  tutur. 
Nitqin  emosionallığını,  obrazlıq  və  ifadəliyini  artıran  ən  təsirli  dil  vasitəsi 
frazeologizmlərdir.  Frazeoloji  ifadələr  məcazi  məna  kəsb  etməklə  fikri  sözlərə 
nisbətən  daha  yığcam  və  obrazlı  ifadə  edir.  Onların  böyük  bir  qismini  əmələ 
gətirən  sözlər,  bir  növ,  daĢlaĢıb  sabit  vəziyyətə  düĢmüĢdür.(7.  səh.48)  Məs:  üz 
çevirmək(incimək),  ayaq  döymək(hey  gedib-gəlmək),  ağzını  aramaq(fikrini 
öyrənmək),  ağzına  dil  atmaq(yadına  salmaq),  kipriyi  ilə od götürmək(çox çətinliklə 
yaĢamaq), quĢu gözündən vurmaq(düz və dəqiq demək), əldən düĢmək(yorulmaq), 
nəfəsi  kəsilmək(tamam  yorulmaq),  gözünün  kökü  saralmaq(hey  gözləmək),  gözü 
yolda  qalmaq(hey  baxmaq),  gözü  yol  çəkmək(fikrə  getmək),  gözünü  yollara 
dikmək(hey 
baxmaq),  baĢ  sındırmaq(çox  düĢünmək),  dəridən-qabıqdan 
çıxmaq(çox  çalıĢıb  iĢləmək),  qabıq  qoymaq(çox  iĢləmək),  ölüb  yerə  girmək(bərk 
utanmaq),  bir  köynək  ət  tökmək(bərk  xəcalət  çəkmək),  qanadının  altına 
almaq(himayə  etmək),  kömək  əlini  uzatmaq-əl  tutmaq(kömək  etmək)  və  s. 
Frazeoloji  birləĢmələrdə  ifadəni  yaradan  komponentlər    öz  əvvəlki  leksik 
mənalarından  əlaqəsini  kəsib  uzaqlaĢmıĢ  olur.  Onlar  dildə  sözlər  kimi  neçə  yüz 
illərdir  ki,  mövcuddür  və  hamı  tərəfindən  hazır  Ģəkildə  götürülüb  iĢlədilir.  Nitq 
prosesində  dilin  bu  ifadəlilik  vasitəsindən  nitqi  qüvvətləndirmək,  məna  gözəlliyi  və 
rəngarənqliyi  yaratmaq  məqsədilə  istifadə  olunur.  Nitqin  məcazi  söz  və  ifadələrlə 
zəngin  olması  dilin  adi  danıĢıq,  məiĢət  üslubunu  da  maraqlı,  eĢidilməli  edir. 
Frazeoloji  birləĢmələri  məqsədəuyğun  iĢlətməyi  bacaran  insanların  nitqi  öz 
gözəlliyi,  rəngarəngliyi  və  xəlqiliyi  ilə  seçilir,  dinləyənlərdə  və  oxuyanlarda  xoĢ 
ovqat  yaradır.  Xalq  zəkasının,  xalq  müdrikliyinin  ümumiləĢdirilmiĢ  bədii  ifadəsi 
olan  atalar  sözləri,  zərb-məsəllər  və  aforizmlər  nitqi  rövnəqləndirir.  Ġstər 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə