Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

113 
 
ÇalıĢma  107.  Mətni  oxuyun,  hansı  terminlərin  iĢləndiyini  göstərin  və  onların  hansı 
elm  sahəsinə aid olduğunu deyin. 
Oksigenin  qanla  nəqli. 
Diffuziyanın  köməyi  ilə  oksigenin  qana  keçməsindən  sonra  onun  taleyi 
hemoqlobinlə  birləĢmədə  olur.  Yalnız  oksigenin  0,3  həcm  %  qanda  həll  olur 
(yaxud  1,5%  arterial  qandakı  oksigen),  qalan  hissəsi  isə  hemoqlobinlə  birləĢir. 
Oksigen  hemoqlobinlə(Hb)  birləĢərək  oksihemoqlobin  əmələ  gətirir.  Hemoqlobin, 
zülal  hissəsi  olan  qlobindən  və  4  ədəd  dəmir  tərkibli  hemdən  ibarət  mürəkkəb 
zülaldır. 
HHb  onu  göstərir  ki,  hemoqlobin  zəif  turĢu  təsirlidir,  bərpa  olunmuĢ  hemoqlobin 
isə  oksihemoqlobinə  nisbətən  daha  zəif  turĢudur.  Arterial  qan  oksigenlə  96-97% 
zənginləĢir.  Bu  hadisə  çox  sürətlə,  0,25-0,30  san.  baĢ  verir  (Rafiq  Qayıbov. Ġnsan 
fiziologiyası,  Bakı, 2009, səh. 163) 
ÇalıĢma  108.  mətni  oxuyun,  onun  hansı  elm  sahəsinə  aid  olduğunu  aydınlaĢdırın, 
bu sahəyə aid spesifik sözləri  qeyd edin: 
3.  Hədəfi  niĢan  almaqla  hərəkət  fəaliyyəti  minimuma  endirilmiĢ  idman  növləri. 
Belə  idman  növlərindən-kamandan  ox  atmaq,  odlu  silahdan  güllə  atmaq, 
pnevmatik  silahdan  güllə  atmaq,  bilyard  oyunu,  darts  oyunu  və s. misal göstərmək 
olar. 
4.  Modellər  üzərində  yarıĢlar  keçirilən  idman  növləri:  Burada  idmançılar 
hazırladıqları  modelləri  müəyyən  qaydalar  əsasında  yarıĢlara  çıxarırlar.  Misal 
olaraq-avio, avto, raket, qayıq modelizmi və s. növlərini  göstərmək olar. 
5.  Abstrak  idrakın  köməyi  ilə  rəqibə  qalib  gəlməklə  xarakterizə  olunan  idman 
növləri.  Belə  idman  növlərindən-Ģahmat,  dama,  qalaqapı  və  digər  intellektual 
idman  növlərini  qeyd  etmək  olar  (Nazim  Məcidov.  Ġdman  nəzəriyyəsi,  Bakı, 2009, 
səh. 20) 
ÇalıĢma 109. Yol verdiyiniz  bir səhv hərəkətə  (hadisəyə) görə izahat  yazın. 
 
3. PUBLİSİSTİK ÜSLUB 
Publisistik  üslubu  mətbuat  və  ya  qəzet  üslubu  da  adlandırırlar.  Publisistik  üslub 
kütləvi  və  çox  iĢlək  üslubdur.  Bu  üslub  mətbuat  səhifələrində-qəzet  və  jurnallarda 
çap  olunan  müxtəlif  növ  yazıları,  ictimai-publisistik  və  tənqidi  məqalələri  əhatə 
edir.  Radio-televiziya  veriliĢləri  də  bu  üslubda  aparılır.  VeriliĢi  müəlliflər,  redaktor 
və  rejissorlar  yazılı  Ģəkildə  hazırlayır,  aparıcılar  həmin  materialı  oxuyub  tanıĢ 
olduqdan  sonra  Ģifahi  Ģəkildə  dinləyici  və  tamaĢaçılara  çatdırırlar.  Bu  üslubda 
siyasi,  sosial,  iqtisadi  məsələlər,  həyatda  baĢ  verən  müxtəlif  hadisələr,  faktlar 
müəllif  dili  ilə  sadə  Ģəkildə  öz  ifadəsini  tapır.  Qəzet  və jurnallarda istehsalatla bağlı 
oçerklər,  yol  qeydləri,  səyahət  düĢüncələri,  xatirələr,  məzəli,  gülməli  əhvalatlar, 
felyetonlar  da  dərc  olunub  oxucuların  ixtiyarına  verilir.  Mətbuat  üslubunda  geniĢ 
oxucu  kütləsi  üçün  anlayıĢlar,  hadisə  və  əhvalatlar  mənası  aydın  olan  sözlər  və 
ifadələrlə,  imkan  daxilində  sadə  cümlələrlə  ifadə  olunur,  fikirlər  təhkiyə  üsulunda 
çatdırılır.  Burada  məcaziliyə,  obrazlığa,  əsasən  yer  verilmir,  terminlər  az  iĢlədilir. 
Publisistik  üsluba  aid  qəzet  materialları  baĢ  redaktorun,  məsul  katibin  müdaxiləsi 
nəticəsində  nəĢr  olunsa  da,  müxbirlər,  ayrı-ayrı  müəlliflər  tərəfindən  yazıldığından 


114 
 
onlarda  ədəbi  dil  normalarından  uzaqlaĢma  hallarına  təsadüf  olunur.  Məsələn: 
"Yeniyetmə  stolüstü  tennisçilər  ölkə  birincilərini  ġəkidə  müəyyən  edəcəklər. 
Martın  1-dən  5-dək  keçiriləcək  yarıĢda  müxtəlif  Ģəhər  və  rayonlardan  təxminən 
120  tennisçi  1992,  1994,  1995-ci  illər  təvəllüdlü  və  daha  kiçik  yaĢ  qrupları  üzrə 
mübarizə  aparacaqlar";  "YarıĢa  qatılan  Nicat  Məmmədov  mübarizəyə  fin  Samps 
Nisti  üzərində  qələbə  ilə  baĢlayıb";  "Onlar  medal  yolunda  3  qələbədən  sonra, 
yarımfinalda  hindistanlı  gələcək  qalibə  yeniliblər"  və  s.  ("Ġdman"  qəzeti,  16  fevral, 
2010-cu  il);  "Yeniyetmə  stolüstü  tennisçilər"  əvəzinə  "Stolüstü  tennis  üzrə 
yeniyetmələr",  "müxtəlif  Ģəhər  və  rayonlar"  əvəzinə  sadəcə  "Ģəhər  və  rayonlar", 
"120 tennisçi  1992, 1994, 1995-ci  illər  tə- 
vəllüdlü  və  daha  kiçik  yaĢ  qrupları  üzrə"  əvəzinə  "1992,  1994,  1995-ci  illərdə 
anadan  olmuĢ  və  daha  kiçik  yaĢ  qrupu  üzrə  120  tennisçi"  yazılsa  idi,  fikir  daha 
dəqiq və düzgün ifadə edilmiĢ  olardı. 
Sual və tapĢırıqlar 
1. Publisistik  üslub nədir? 
2. Publisistik  üslub bədii və elmi  üslüblardan nə ilə  fərqlənir? 
3.  Qəzetlərdə  Ģeir  və  hekayələr  də  nəĢr  olunur.  Onları  publisistik  üsluba  daxil 
etmək olarmı? Cavablarınızdan asılı olaraq səbəbini izah  edin. 
4. Publisistik  üslubda məcaziliyə,  obrazlığa yer verilirmi?  Fikrinizi  əsaslandırın. 
5. Terminlərə  qəzet səhifələrində  niyə  az yer verilir? 
6.  Nitqin  zənginliyi  dedikdə  nə  nəzərdə  tutulur?  Nitqin  zənginliyi  və  ya  kasıblığını 
necə müəyyənləĢdirmək  olar? 
7.  Qəzet  dilinin  əsas  keyfiyyəti  nədir?  Fikrin  aydın  ifadəsinin  ilkin  Ģərti  nə  hesab 
olunur? 
 
ÇalıĢma  110.  Mətni  oxuyun,  publisistik  üsluba  xas  olan  məqamları  göstərin.  Bu 
nitq bədii və ya elmi  üslubdan nə ilə  fərqlənir? 
Azərbaycan  Hava  və  Ekstremal  Ġdman  Növləri  Federasiyası  Beynəlxalq  Aviasiya 
Federasiyasının  (FAĠ)  qərarı  ilə  bu  quruma  fəal  üzv  qəbul  edilib.  Dünyada  mülki 
və  idman  aviasiyası  üzrə  standartları  və  ictimai  münasibətləri  müəyyən  edən  bu 
təĢkilata  üzv  olmuĢ Hava və Ekstremal Ġdman Növləri Federasiyası Azərbaycandan 
FAĠ  üzvi  olan  ilk  və  yeganə  qurumdur.  Beynəlxalq  Aviasiya  Federasiyasının  120-
dən  çox  ölkənin  nümayəndələrindən  seçilmiĢ  idarə  heyəti  var.  Xatırladaq  ki,  bu 
yaxınlarda  Azərbaycan  idmançılarının  təmsil  etdiyi  buzadırmanma  üzrə  milli 
komandamız  Dünya  kuboku  yarıĢlarının  birinci  mərhələsində  42  kiĢi  və  26  qadın 
idmançı  arasında  keçirilən  yarıĢlarda  sürətlə  dırmanma  üzrə  kiĢilərdən  ibarət 
komandamız  18-ci,  qadın  idmançılarımız isə 17-ci yerə tutublar. Həmçinin yarıĢlar 
zamanı  bu  növ  üzrə  hakimlər  üçün  keçirilən  seminarda  federasiyamızın 
nümayəndələri  Yaqub  Əsədov  və  Yevgeniya  Nəcəfova  Beynəlxalq  Alpinizm 
Federasiyasından  (ĠJĠAA)  hakim  sertifikatları  alıblar  ("Olimpiya  dünyası"  qəzeti, 
29 yanvar  -1 fevral  2010-cu il). 
ÇalıĢma  111.  Yuxarıdakı  mətndə  Avropa  dillərindən  gələn  sözlərə  görə  statistik 
təhlil  aparın, onların termin  yoxsa ümumiĢlək  sözlər olduğunu izah  edin. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə