Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə52/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

110 
 
səslənməsinə,  istərsə  də  mənasına  görə  deyilən,  yazılan  fikrin  yığcam,  müdrik  və 
obrazlı  ifadəsinə  yardımçı  olan  atalar  sözləri  və  zərb-məsəllər  tərbiyəvi  mövzuda 
aparılan  söhbətlərdə  olduqca  faydalıdır,  deyilənləri  əsaslandırmaq,  dinləyənləri 
nəyə  isə  inandırmaq,  nədənsə  çəkindirmək,  düĢündürmək  üçün  əhəmiyyətlidir. 
Məs:  Dirilik  birlikdədir;  El  gücü,  sel  gücü;  El  sevəni  aləm  sevər;  Dost  dosta 
arxadır;  Ġgid  ölər  adı  qalar;  Elə  arxalanan  igidin  arxası  yerə  dəyməz;  YaxĢı  dost 
yaman  gündə  tanınar;  Sənətin  pisi  yoxdur;  Halva,  halva  deməklə  ağız  Ģirin  olmaz; 
Aza  qane  olmayan,  çoxa  çatmaz;  Ağıl  yaĢda  deyil,  baĢdadır;  Sirkə  nə  qədər  tünd 
olsa,  öz  qabını  çatladar;  Ağıl  ağıldan  üstündür; Pis adam yaxĢının qədrini bilməz; 
BaĢqasına quyu qazan özü düĢər; Bağa baxarsan bağ olar, baxmazsan dağ olar və s. 
və  i.  Hər  kəs  atalar  sözləri  və  zərb-məsəllərdən  həyatın  müxtəlif  sahələrinə  aid 
mövzularda  yerində  və  məqsədəmüvafiq  Ģəkildə  istifadə  etməyi  bacarmalı, 
haqqında söhbət gedən məsələlərlə  onları əlaqələndirməlidir. 
Sual və tapĢırıqlar 
1. Dilin  üslubi imkanları  dedikdə nələr  nəzərdə tutulur? 
2. Üslub normaları nəyə xidmət  edir? 
3.  Alliterasiya  nədir?  O,  poetik  üslubi  priyom  kimi  bədii  ifadə  vasitəsi  hesab 
olunurmu? 
4.  Frazeoloji  birləĢmələr  məcazi  məna  kəsb  etməklə  fikrin  obrazlı  ifadəsinə  necə 
xidmət  göstərir? 
5.  Atalar  sözləri,  zərb-məsəllər  və  aforizmlər  hansı  üslubda  daha  çox  iĢlənir  və 
səbəbi nədir? 
6. Ədəbi dil normaları  hansı nitqdə tam gözlənilir? 
7. Daxili  nitq hansı əsərlər üçün səciyyəvidir? 
8. Hansı əsərlər makrodialoq əsasında yaradılır? 
9. Bədii  əsərlərdə qeyri-mədəni  nitq hansı məqamlarda iĢlədilir? 
10. Dialoq  hansı formalarda olur? Replika  nədir və o, hansı əsərlərdə təzahür edir? 
 
ÇalıĢma  101.  Azərb.  DBTĠA-da  tələbələrin  elmi-praktik  konfransı  keçirilir,  onun 
reqlamentini  tərtib edin. 
ÇalıĢma  102.  Misra  və  cümlələrdə  eyni  cinsli  samitlərin  təkrarlanaraq  müəyyən 
ahəng,  musiqi  yaratmasına  fikir  verin.  Bədii  üslubun  daha  da  qüvvətləndirilməsinə 
xidmət  edən fonetik təkrarın bu növü necə adlandırılır? 
Qar üzərinə  qan dammıĢ kimi  qızıl yanaqlım! 
QoĢa badam sığmayan dar ağızlım. 
Qələmçilər  çaldağı qaraqaĢlım! 
Qurumsu qırx tutan qara saçlım  
         
 
 
 
 
 
("Kitabi-Dədə  Qorqud"dan) 
Uzun-uzadı  uzunçuluq  etmək;  gününü  göy  əsgiyə  düyünləmək;  gedər-gəlməzə 
getmək;  qurddan qorxan qoyun saxlamaz;  azacıq aĢım, ağrımaz baĢım; ucunu tutub 
ucuzluğa getmək; axmağın ağlı baĢında olmaz, dabanında olar; açıq ağız ac qalmaz 
və s. 
ÇalıĢma  103.  Üslubi  fiqurlardan  olan  anaforalarda  eyni  söz  və  ifadələrin  təkrarı  ilə 
yaranan  bədii ifadə tərzinin  göstəricilərini  tapıb altından xətt çəkin. 


111 
 
Qaraca Çobanın qara köpəyi Qazana qarĢı gəldi. Qazan qara köpəklə xəbərləĢdi.  
                                                             ("Kitabi-Dədə Qorqud"dan) 
Üçü bizə yağıdı, 
Üçü cənnət bağıdı. 
Üçü yığar gətirər 
Üçü vurar dağıdar. (Tapmaca) 
Qırat Koroğlunun vuran əlidir, 
Qırat Koroğlunun qaçar ayağı. 
Var günündə Qırat onun yoldaĢı, 
Hay günündə Qırat onun dayağı. (C. Cabbarlı) 
Gözəl qamət, gözəl gərdən, gözəl  üz, 
Gözəl olmaz  sən tək olsa, gözəl yüz. 
Gözəl canı munca yetər, gözəl üz, 
Gözəl deyil,  etmə, gözəl, alı sən. (M. P. Vaqif) 
Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat 
Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam. 
Hər nə alsan, al, amandır, alma  kasıbdan salam 
Hər nə etsən, et və lakin  etmə meydən ictinab, 
Hər nə tutsan, tut və lakin  tutma bir kari-səvab. 
Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət  qübhdən. 
Harda yatsan, yat, ayılma,  durma hərgiz  sübhdən. (M.Ə.Sabir) 
ÇalıĢma  104.  Bədii  dilin  ifadəliyini  təmin  edən  üslubi  fiqurlardan  biri  Ģeirdə 
misralarında,  cümlədə son sözlərin təkrarı ilə  yaranan  epiforadır. Onları tapın: 
Eyb eləmə  eybəcərin eybinə, 
Eyb edirsən öz eybinə, eybi yox. 
Qırx gün saqqal dəlisi, 
Qırx gün daraq dəlisi. 
Qırx gün yaraq dəlisi. 
Ġskəndər: - Gəlin  içəri,  gəlin  bura! Gəl, gəl!  Yavuq gəl?! 
Gəl,  keç  içəri.  Sən  də  gəl.  Hacı  Kazım,  sən  də  buyur  içəri.  Hamınız  gəlin  içəri! 
Mən  ölüm,  hamınız  gəlin!  Bax,  belə!  Keç,keç!  Sən  də gəl içəri! Sən də gəl. Gəlin, 
gəlin!  (C. Məmmədquluzadə.  "Ölülər" komediyasından) 
DüĢdü bütün qəzetlər qiymətdən,  ay can! Ay can! 
Xəlqin  canı qurtardı töhmətdən, ay can! Ay can! (M. Ə. Sabir) 
Leyli  demə-cənnət içrə bir hür, 
Məcnun demə-zülmət  içrə bir nur. 
Leyli  demə-övci-hüsnə bir mah 
Məcnun demə-mülki-eĢqə  bir Ģah. 
(M. Füzuli.  "Leyli  və Məcnun"dan) 
 
ÇalıĢma 105. Sözləri  hecalara  ayırın, sətirdən-sətrə keçirilmə  qaydasını deyin: 
Cüdo,  karate,  atletika,  boks,  taekvondo,  hokkey,  VMH,  tennis,  olimpiada,  neftçi, 
2010-cu il,  miokardit,  M. F. Axundov, veloidman, A. A. Bakıxanov, 15-ci. 
ÇalıĢma 106. Bir  tədris ilində  gördüyünüz iĢlərin  hesabatını yazın. 


112 
 
 
 
2. ELMİ ÜSLUB 
Elmi  üslub  elmi  əsərlərin  dilində  təzahür  edir.  Elmi  fikir  elmi  əsərlərdə  Ģərh 
olunur.  Elmin,  istehsalat  və  texnikanın  ayrı-ayrı  sahələrinə  aid  məqalə,  tezis, 
məruzə,  rəy  və  monoqrafiyalar  bu  üslubda  yazılır.  Elmi  üslubun  əlamətdar 
cəhətlərindən  biri  elmi  anlayıĢların  ən  dəqiq  ifadəsi  kimi  terminlilikdir. 
Terminlərin  sistem  halında  iĢlənməsi  onu  digər  üslublardan  fərqləndirən  əsas 
əlamətdir.  Elmi  üslubun  ikinci  cəhəti  mücərrəd  mənalı  sözlərin,  beynəlmiləl 
alınmaların  həqiqi  mənada  iĢlədilməsi,  fikirlərin  dəqiq,  konkret  və  birmənalı  ifadə 
edilməsidir.  Elmi  üslubda  sözlərin  öz  müstəqim  mənasında  iĢlənməsi  bəhs  edilən 
təbiət  və  cəmiyyət  hadisələri  haqqında  tam,  dürüst  və  dəqiq  məlumatın  verilməsi 
ilə  bağlıdır.  Bu  üslubda  məcazi  mənalı sözlərə yer verilmir. Emosionallıq, obrazlıq 
kimi  xüsusiyyətlər  də  bu  üslub  üçün  xarakterik  deyildir.  Elmi  üslubda  mövzu 
müəyyən  ixtisas  sahəsinə  aid  olur,  kitabın,  monoqrafiyanın  adı,  onlarda  verilmiĢ 
fəsil,  bölmə  və  baĢlıqlar,  Ģərh  olunmağa  yönəlmiĢ  mətnlər  səbəb-nəticə  əlaqələri 
əsasında  qurulur,  burada  sübut  və  dəlillər  elmi  Ģəkildə  tərif,  düstur,  cədvəl  və 
rəqəmlərlə  verilir,  mürəkkəb  cümlə  tipləri  üstünlük  təĢkil  edir.  Fikirlər  sübutlara, 
faktlara  istinad  edilir,  ümumiləĢdirilmələr  aparılır,  nəticə  çıxarılır.  Elmi  üslubda 
yazılmıĢ əsərlər daha çox öz sahəsinə aid mütəxəssislər arasında yayılır, iĢlədilir və 
elə  onlar  tərəfindən  də  tam və əhatəli Ģəkildə baĢa düĢülür. Çünki hər hansı bir elm 
sahəsinin  özünəməxsus,  sfesifik  sözləri  və  terminləri  vardır  ki,  bu  terminlər, 
əsasən,  baĢqa  dillərdən  alınan  sözlərdir,  onlar  ya  olduğu  kimi  iĢlənir,  ya  tərcümə 
olunur,  ya  da  kalka  üslulu  ilə  yeni  sözlərin  meydana  gəlməsi  ilə  reallaĢır.  Orta 
məktəbdə  tədris  olunan  fizika,  riyaziyyat,  həndəsə,  kimya  fənləri,  ali  məktəbdə 
keçilən  informatika,  idman  metrologiyası,  idman  psixologiyası,  insan  fiziologiyası 
fənləri,  gimnastikaya,  su  idmanı  növlərinə  aid  dərslik  və  dərs  vəsaitləri  xüsusi 
terminlər  üzərində  qurulmaqla  bədii  üslubda  yazılmıĢ  əsərlərdən  dil  və  üslubuna 
görə  fərqlənir.  Tələbələr  öyrəndikləri  hər  hansı  dərsliyin  bir  səhifəsinə,  hətta  bir 
abzasına  belə  baxan  kimi  onun  hansı  elm  sahəsinə  aid  olduğunu  müəyyənləĢdirə 
bilirlər. 
Sual və tapĢırıqlar 
1. Elmi  üslub nədir və elmi  üslub nümunələri  hansı formalarda təzahür edir? 
2. Elmi  üslubun ən əlamətdar  cəhəti nədən ibarətdir? 
3. Elmi  üslubda məcazi mənalı sözlərə, yoxsa terminlərə  çox yer verilir? 
4.  Kalka  üslulu  ilə  yaranmıĢ  sözlərdən  nümunələr  verin.  Onların  kalka  üslulu  ilə 
yarandığını necə bilmək olar? 
5.  Akademiyada  hansı  elm  sahələri  ilə  tanıĢ  olduğunuzu  deyin  və  onlara  aid  5-10 
termini  nümunə gətirin. 
6. Dəqiqlək  nədir? Onu hansı üslubun səciyyəvi  xüsusiyyəti  hesab etmək olar? 
7.  Elmi  nitq  hansı  formalarda  təzahür  tapır  və  onlarda  xarakterik  olan  cəhətlər 
nədən ibarətdir? 
8. Elmi  nitqin  əsas janrları hansılardır? 
 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə