Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

131 
 
ġtat cədvəlinə  uyğun olaraq qərara alıram: 
Nina  Petrovna Həsənova Akademiyanın  dəftərxana Ģöbəsinin müdiri  təyin  edilsin. 
Azərb. DBTĠA-nın rektoru (imza)prof.A.  Q. Abıyev 
10 yanvar  2010-cu il 
* * * 
26. TELEFONOQRAM 
"Telefonoqram" 
yunanca 
tele(uzaq), 
fone(səs), 
qramme(yazı)  sözlərinin 
birləĢməsindən  düzəlmiĢdir.  Müəyyən  bir  məlumatı,  hadisəni  telefonla  lazımi  yerə 
çatdırmaq üçün telefo-noqramdan istifadə olunur. 
Telefonoqrama verilən  tələblər: 
1. Telefonoqramın nömrəsi göstərilməlidir; 
2. Telefonoqramın nə məqsədlə vurulması  yazılmalıdır; 
4. Çağırılan yerin  ünvanı, tarix  və saat dəqiq göstərilməlidir; 
5. Telefonoqramı göndərən və qəbul edən Ģəxslər vəzifəsini,  ad 
və soyadını, telefon nömrəsini, ayın tarixini  dəqiq yazmalıdırlar; 
Nümunə: 
Telefonoqram ¹5 
Azərb. DBTĠA-nın gimnastika  kafedrasının müdiri  professor B. Ə. Nərimanova 
Sizin,  Bakıda  2010-cu  il  may  ayının  28-də  keçiriləcək  bədii gimnastika üzrə dünya 
çempionatının  mərhələ  yarıĢlarında  beynəlxalq  dərəcəli  iki  hakimlə  Heydər  Əliyev 
adına Ġdman-Konsert Kompleksində olmağınız qərara alınmıĢdır. 
YarıĢlar 28 may 2010-cu il  saat 1000-da baĢlanır. 
Azərbaycan  Respublikası  Gimnastika  Federasiyası  Telefonoqram  Gimnastika 
Federasiyasının  baĢ  katibi  F.Qayıbov  tərəfindən16  may  2010-cu  il  saat  1030 
dəqiqədə vuruldu. 
Tel:  493-95-00 
Telefonoqramı  qəbul  etdi:  Azərb.  DBTĠA  gimnastika  kafedrasının  dosenti 
E.Ə.Nərimano 
16 may 2010-cu il  saat 1040 dəqiqədə. Tel: 564-89-72 
*** 
 
27. TELEQRAM 
"Teleqram"  yunanca  tele(uzaq),  qramme(yazı)  söz  birləĢmələridən  yaranmıĢdır, 
"uzağa  köçürmə"  mənasındadır.  Teleqram  vasitəsilə  müəyyən  məlumat  və  ya 
müəyyən  miqdarda pul uzaq məsafəyə təcili  çatdırılır. 
Teleqramın yazılıĢ forması: 
1. ġəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir; 
2. Teleqramın məzmunu  yığcam və aydın yazılmalıdır; 
3. Rəqəmlər hərflərlə  ifadə olunmalıdır. 
Nümunə: 
Teleqram 
Tovuz rayonu, QuĢçular kəndi, Təzəxan müəllim  Sultanova 
Sizi  Novruz  bayramı  münasibətilə  təbrik  edir,  Sizə  uzun  ömür,  can  sağlığı  və 
iĢlərinizdə  uğurlar  arzulayıram. 


132 
 
Çingiz  Əlibəyli  keçmiĢ qrup yoldaĢını 
  
28.TƏQDİMAT 
"Təqdimat"  ərəb  mənĢəli  "təqdim"  sözünün  cəm  formasıdır.  Təqdimatda  yuxarı 
vəzifəli  Ģəxs  qarĢısında  hər  hansı  bir  məsələni  qaldırmaq,  ona  müraciət  etmək, 
kiməsə  mükafat və ya müəyyən  vəzifə  vermək  nəzərdə tutulur. 
Nümunə: 
Azərbaycan Milli  Ġdman Növləri  Assosiasiyası və Azərbaycan Zorxana Ġdman 
Federasiyasının prezidenti cənab 
X.K.Qurbanova 
Azərbaycan Respublikası GüləĢmə Federasiyasının məĢqçisi A.Cəfərovdan 
Təqdimat 
13-17  dekabr  2009-cu  il  tarixdə  Almaniya  Federativ  Respublikasının  Frankfurt 
Ģəhərində  Zorxana  və  pəhləvani  güləĢi  üzrə  18  ölkənin  iĢtirak  etdiyi  II  Avropa 
çempionatı  keçirilmiĢdir.  Dünya  xalqlarının  milli  güləĢmə  idmanı  üzrə  keçirilən  bu 
çempionatda  ölkəmizi  I  Dünya  Kubokunun  qalibləri  olan  güləĢçilərimiz  layiqincə 
təmsil  etmiĢlər.  Ġdmançılarımız  pəhləvan  güləĢi,  kəbbadə,  çərxi  surət,  çərxi 
çəməni,  mil  bazı  və  kom  hər  növləri  üzrə  qazanılan  qızıl  medalların  sayına,  eləcə 
də  komandalı  və  fərdi  hərəkətlərin  cəminə  görə  Avstriya,  Belçika  və  Almaniya 
kimi  ölkələrin  komandalarını  geridə  qoyaraq  ümumi  komanda  hesabında  birinci 
yeri  tutmuĢdur.  Qızıl  medallar  əldə  etmiĢ  bu  idmançılardan  nümunəvi  davranıĢ, 
bacarıq  və  böyük  əzmkarlıq  göstərmiĢ  adları  çəkilən  üç  güləĢçiyə  əmrlə  təĢəkkür 
və pul mükafatı verməyinizi  xahiĢ edirəm: 
1. Cavadov Vüsal YaĢar oğlu 
2.Qurbanov Vüqar Ağayusif  oğlu 
3. Orucov Xəyyam Hüseyn oğlu 
Azərbaycan Respublikası GüləĢmə 
Federasiyasının məĢqçisi:(imza)  A.Cəfərov 
20 dekabr 2009-cu il 
29.TƏLƏBNAMƏ 
"Tələbnamə"  ərəb  mənĢəli  tələb  (istəmə,  tələb  etmə)  və  fars  mənĢəli  namə  (yazı, 
məktub)  sözlərinin  birləĢməsindən  yaranmıĢdır.  Bir  Ģeyin  tələb  edilməsi,  bir  iĢin 
görülməsi,  müəyyən  Ģeyin  istənilməsi  və  ya  bir  adamın  sərəncama  göndərilməsi 
haq- qında yazılı rəsmi xahiĢdir. 
Nümunə: 
Bakı Ģəhər Təhsil Ġdarəsinin  müdiri  cənab T. Ə. Ġsmayılova 
Bakı Ģəhəri 159 saylı məktəbin  direktorundan 
Tələbnamə 
Məktəbdə  bədən  tərbiyəsi  dərslərini  səmərəli  keçirmək  üçün  aĢağıda  adları  çəkilən 
inventarın  alınmasına maliyyə  vəsaiti  ayrılmasını xahiĢ edirik 
1. Futbol topu - 5 ədəd 
2. GüləĢmə xalçası - 2 ədəd 
3. Voleybol toru - 1 ədəd 
4. Stolüstü tennis kompleksi  - 1 ədəd 


133 
 
Nəsimi  rayonu 159 saylı ümumtəhsil  orta məktəbin direktoru:  (imza)V.  Xəlilov 
6 mart 2010-cu il 
30. TƏLİQƏ 
"Təliqə"  ərəb  mənĢəli  "əlaqə"  sözündəndir,  rəsmi  məktub  mənasındadır.  Bir 
idarənin  baĢqa  bir  idarəyə,  təĢkilata  yaxud  vəzifəli  bir  Ģəxsə  rəsmi  xarakterli 
müraciət  formasıdır.  Təliq,  adətən,  yüksək  vəzifəli  Ģəxsə,  idarəetmə  orqanlarının 
aidiyyatı  olan  təĢkilatın  ünvanına  göndərilir.  Təliqənin  sol  küncündə  idarənin 
Ģtampı, Ģtampda idarənin adı, ünvanı, tarix və göndərilmə  nömrəsi qeyd olunur. 
Nümunə: 
150 saylı orta məktəbin direktoruna 
Hörmətli  cənab M.Sadıxov 
Ġyun  ayının  10-da  məktəblərdə  təlim-tərbiyə  iĢlərinin  ümumi  vəziyyəti  müzakirə 
olunacaqdır.  Yığıncaqda  Sizin  və  rəhbərlik  etdiyiniz  məktəbin  tədris  iĢləri  üzrə 
direktor müavininin  məlumatı  dinləniləcəkdir. 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Bakı Ģəhəri Təhsil  Ġdarəsinin  müdiri:  (imza)Məmmədov  Ə. M. 
26 may 2010-cu il 
* * * 
31. TƏLİMAT 
"Təlimat"  ərəb  mənĢəli  olub  "təlim"  sözünün  cəm  formasındadır.  Bir  Ģeyi  həyata 
keçirmək  üçün qayda və üsulları müəyyənləĢdirən  yazılı rəsmi sənəddir. 
Nümunə: 
2112010/2011-ci  tədris  ilində  Azərb.  DBTĠA-da  qıĢ  imtahan  sessiyasında  kredit 
sistemi  üzrə I və II kurslarda imtahanların  aparılması haqqında 
Təlimat 
1.  "Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyasında  tələbələrin 
biliyinin  qiymətləndirilməsinin  çoxballı  sistemi"  haqqında  əsasnamə  2010/2011-ci 
dərs ili  üçün qüvvədə saxlanılsın; 
2.  "Ġmtahan  sessiyasının  təĢkili  və  keçirilməsi  qaydaları"  nəzərə  alınmaqla  fakultə 
dekanları  imtahan  cədvəllərini  dekabrın  10-dan  gec  olmayaraq  hazırlayıb 
tələbələrə  çatdırılmasına nail olsunlar; 
3.  "Ġmtahana  görə  balların  yığılması",  "Fənlər  üzrə  dərslərə  davamiyyətə  və 
dərslərin  nəticələrinə  görə  balların  hesablanması"  qaydaları  bütün  qruplarda 
tələbələrə  və müəllimlərə  elan  edilsin. 
Nəzərdə  tutulsun  ki,  I  və  II  kurs  tələbələri  Təhsil  Nazirliyinin  müəyyənləĢdirdiyi 
fənləri  Boloniya  sistemi (kredit  üsulu) ilə  imtahan  verirlər. 
Azərb. DBTĠA-nın rektoru:  (imza)professor A. Q. Abıyev. 
*** 
 
 
32.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA) 
"Tərcümeyi-hal"  ərəbcə  "tərci"  (geri  çevirmə,  təkrar  etmə)  və  hal  (surət,  vəziyyət) 
sözlərinin  birləĢməsindən  düzəlmiĢdir.  Tərcümeyi-hal  Ģəxsin  öz  əli  ilə  həyatını 
ətraflı  təsvir  etməsi,  özü  haqqında  tam  məlumat  verməsidir.  Tərcümeyi-halda  Ģəxs 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə