Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

123 
 
özünün  intizamı  ilə  həmiĢə  yoldaĢlarına  nümunə  olmuĢ,  heç  vaxt  dərslərə 
gecikməmiĢ  və  üzürsüz  səbəbdən  dərs  buraxmamıĢdır.  Qrupun  nümayəndəsi  kimi 
kollektivin  ictimai  həyatında  da  fəal  iĢtirak  edir,  dekanlıqla  və  tələbə  həmkarlar 
ittifaqı  ilə  əlbir  iĢləməyi  xoĢlayır.  Milli  vətənpərvərlik  mövzusunda  hazırladığı 
məruzə  (elmi  rəhbəri  professor  Məmməd  Nəsrullayev)  tələbələrin  illik  praktik 
konfransında  birinci  yerə  layiq  görülmüĢ,  məruzənin  tezisi  nəĢr  olunmaq  üçün 
Akademiyanın  elmi  hissəsinə  götürülmüĢdür.  Pirverdiyev  indiyə  qədər  heç  bir 
inzibati  cəza almamıĢdır.  
 
Xasiyyətnamə  Azərbaycan  Respublikası  Gənclər  və  Ġdman  Nazirliyinin 
"Gənclərlə  iĢ" Ģöbəsinə təqdim edilmək  üçün verilir. 
  
"Təkmübarizlik"  fakültəsinin  dekanı: (imza)  Hüseynov E. A.  
 
Azərb.  DBTĠA  TələbəHəmkarlar  Ġttifaqı  Komitəsinin  sədri:  (imza)  Babanlı 
Y. M. 
26 fevral  2010-cu il. 
12. HESABAT 
"Hesabat"  ərəbcə  "hesab"  sözünün  cəmi  olmaqla  müəyyən  tapĢırığın  yerinə 
yetirilməsi  və  ya görülmüĢ iĢin nəticəsi haqqında məsul Ģəxsə, təĢkilata yazılı və ya 
Ģifahi  Ģəkildə  verilən  rəsmi  məlumatdır.  Hesabat  inandırıcı  olmalı,  faktlar  və 
rəqəmlər  dəqiq  göstərilməlidir.  Hesabatın  əvvəlində  onu  yazan  Ģəxsin  (kollekivin, 
təĢkilatın)  kimliyi  haqqında  qısa  məlumat  qeyd  edilir,  altındakı  sətrin  ortasında 
böyük  hərflərlə  "hesabat"  sözü  yazılır,  sonrakı  sətirdə  abzasdan  hesabatın  mətni 
verilir.  Mətndən sonra imza qoyulur və tərtib edildiyi  tarix  göstərilir. 
Nümunə: 
Azərb.DBTĠA-nın  "Təkmübarizlik"  fakültəsi  TA  9-04-cü  qrupun  (II  kurs)  tələbəsi 
Eyvaz  Nəriman  oğlu  Musayevin  2010-cu  il  yanvar  ayının  25-dən  fevral  ayının  15-
dək  Türkiyənin  Antalya  kurort  Ģəhərində  təlim-məĢq  toplanıĢında  iĢtirak  etməsi 
haqqında  
                                                        Hesabatı 
Göstərilən  tarixdə  biz  -  "Ġnter"  futbol  klubunun  gənclərdən  ibarət  komanda  üzvləri 
yanvar  ayının  25-də  səhər  saat  1000-da  Antalya  Ģəhərinə  avtobusla  yola  düĢdük. 
Səhəri  gün,  yanvarın  26-da  günün  ikinci  yarısı  saat  1800-da  orada  olduq.  Həmin 
gün  oteldə  gecələdik.  Yanvarın  27-dən  31-nə  kimi  hər  gün  günün  birinci  və  ikinci 
yarısında  məĢqçimiz  Gəray  Qarayevin  baĢçılığı  altında  4-5  saat  məĢq  edirdik. 
Fevralın  2-də  və  6-da  Ģəhərin  birinci  divizyonunda  çıxıĢ  edən  "Urfaspor"  və 
"ġannispor"  komandaları  ilə  yoldaĢlıq  görüĢləri  keçirtdik,  3:2  və  3:1  hesabları  ilə 
qələbə  qazandıq.  Hər  iki  matçda  mən  də  qol  vurdum.  Fevralın  12-nə  kimi  Ģəhərin 
görməli  yerlərinə  səyahətə  çıxdıq,  muzeylərə baĢ çəkdik. YaxĢı dincəldik. Fevralın 
13-də  məktəblilərdən  ibarət  yerli  komanda  ilə  görüĢdük,  6:2  hesablı  qələbə 
qazandıq.  Fevralın  14-də  təcrübə  mübadiləsi  aparmaq  məqsədilə  "Qazanspor" 
komandasının  məĢq  bazasında  olduq,  "sol  ayaqla  zərbə  taktikası"  mövzusunda 
seminarda  iĢtirak  etdik.  Fevralın  15-də Ġstanbuldan təyyarə ilə Bakıya uçduq. imza: 
E. N. Musayev 
16.02.2010 
*** 


124 
 
   
 
 
 
 
 13. XƏBƏRDARLIQ 
"Xəbərdarlıq"  sözü  ərəbcə  "xəbər"  (məlumat,  bilgi),  farsca  "dar"  (malik  olan) 
sözlərindən  və  azərbaycanca-lıq  Ģəkilçisindən  düzəlmiĢdir,  "xəbəri  olmaq",  "xəbər 
vermək"  mənasındadır.  Xəbərdarlıq,  əsasən,  idarə,  təĢkilat  və  ya  müəssisələrdə 
xətaya  yol  vermiĢ,  qəbahət  etmiĢ  Ģəxsə  bir  daha  belə  iĢləri  təkrar  etməmək  üçün 
verilir.  O,  yazılı  və  ya  Ģifahi  göstəriĢdir.  Xəbərdarlıq  intizam  tənbehi  hesab 
edilməsə  də,  nəticəsi  olmadıqda  həmin  Ģəxsə  töhmət  verilir.  Nizam-intizama  zidd 
hərəkətlərə  görə edilən  xəbərdarlıq məktəblilərə,  tələbələrə  aiddir. 
Nümunə: 
ADBTĠA-nın "Ġdman oyunları" fakültəsi  üzrə 
Xəbərdarlıq 
31  mart  2010-cu  il  Bakı  Ģəhəri,  ¹330  mart  2010-cu  il  tarixdə  401  nömrəli 
auditoriyada  mobil  telefonlarla  dərsin  gediĢinə  mane  olduqlarına,  intizamsızlıq 
törətdiklərinə  görə adları çəkilən  tələbələrə  xəbərdarlıq edilsin: 
 
1. ƏĢrəfov Mövsüm Hidayət oğlu - qrup OA 9 - 03 
2. Ġsmiyev  Xəqan Mirzə  oğlu - qrup OA 9 - 03 
3. Namazov Əfsər GöyüĢ oğlu - qrup OA 9 - 04 
 
"Ġdman oyunları" fakültəsinin  dekanı:    (imza)     prof. E. N. QədəĢov 
 
 
 
*** 
14. İZAHAT 
"Ġzahat"  ərəb  mənĢəli  "izah"  sözünün  cəm  formasıdır,  bir  iĢi,  məsələni,  hadisəni 
"açıqlama",  "məlumat  vermə"  anlamında  iĢlədilir.  Ġzahat  müdiriyyətin,  vəzifəli 
Ģəxsin tələbi  əsasında qısa və ya ətraflı, yazılı və ya Ģifahi ola bilər. 
Vərəqin  sol  tərəfində  5-6  sm  yer  buraxmaqla izahatın ünvanlandığı Ģəxsin vəzifəsi, 
adı  və  soyadı  göstərilir.  Yeni  sətirdən  abzasdan  izahat  verənin  kimliyi,  adı  və 
soyadı  qeyd  olunur.  Yenidən  abzasdan  vərəqin  ortasında  böyük  hərflərlə  "Ġzahat" 
sözü yazılır. 2 sm (2 sətir) yer buraxmaqla sətirbaĢından iĢ, hadisə haqqında ətraflı 
açıqlama verilir.  Sonda izahat verən imzasını qoyur, altından tarixi  qeyd edir. 
Nümunə: 
Azərb. DBTĠA-nın "Ġdman oyunları" fakültəsinin  dekanı professor E. A. QədəĢova 
fakültənin  II kurs OA 9-01-ci  qrupun nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan 
Ġzahat 
29  noyabr  2009-cu  il  tarixdə  ikinci  növbənin  üçüncü  saatında  (saat  1700-da)  biz 
412  nömrəli  auditoriyada  pedaqogika  dərsi  keçərkən  pəncərə  açıq  olduğundan 
qəfildən  əsən  güclü  külək  təzyiqlə  içəri  daxil  oldu,  çərçivəyə  möhkəm 
bərkidilməmiĢ  qapını  vurub  qırdı.  Bu  hadisədə  tələbələrimizin  birbaĢa  günahı 
yoxdur.  Bunu  həmin  vaxt  bizə  dərs  deyən  baĢ  müəllim  Əli  Məmmədov  da  təsdiq 
edə bilər. 
Ġmza:  Əhmədov N. H 
30.XI.2009-cu  il 
*** 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə