Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

125 
 
15. QƏBZ 
Mən,  "Ġdman  oyunları"  fakültəsinin  I  kurs  OR  9-1-ci  qrupun  nümayəndəsi 
Qəhrəmanova  Aynur  Kamran  qızı  Akademiyanın  oxu  zalından  məĢğələ  zamanı 
tələbələrin  istifadə  etməsi  üçün  25  (iyirmi  beĢ)  ədəd  "Ġngilis  dili"  (Bakı,  2009,  I 
hissə) dərsliyi  götürdüm. 
Ġmza:  Aynur  Qəhrəmanova 
26 fevral  2010-cu il 
*** 
16. MƏQALƏ 
Çempionla  görüĢ 
Bu  günlərdə  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyasında 
Olimpiya  və  iki  dəfə  dünya  çempionu  Fərid  Mansurovla  tələbə  və  müəllimlərin 
görüĢü  keçirilmiĢdir.  GörüĢdə  Fərid  Mansurovla  yanaĢı  Olimpiya  çempionu  Elnur 
Məmmədli,  dünya  və  Avropa  çempionu  RövĢən  Bayramov,  Avropa  çempionu 
Həsən  Cəbrayılov  da  iĢtirak  edirdilər  ki,  bu  da  tələbələrin  böyük  marağına  səbəb 
olmuĢdu.  Akademiyanın  idman  iĢləri  üzrə  prorektoru,  professor  D.Q.Quliyev  F. 
Mansurovun  həyatından,  müxtəlif  illərdə  dünya  və  Avropa  çempionatlarında, 
xüsusən  XXVIII  Olimpiya  oyunlarında  apardığı  mübarizədən  olduqca  maraqlı 
epizodlar  danıĢdı.  O,  yazmıĢ  olduğu  kitabda,  eləcə  də  xaricdə çap olunmuĢ qəzet 
və  jurnallarda  Fərid  haqqındakı  fikirləri  nəzərə  çatdırdı.  Akademiyanın  "GüləĢmə 
və  onun  metodikası"  kafedrasının  müdiri,  professor  X.  K.  Qurbanov,  kafedranın 
müəllimlərindən  dosentlər  C.  Yaqubov,  Ġ.Abdulqədirov  və  baĢqaları  çempionun 
uğurlarının  tələbələrimiz  üçün  örnək  olmasını  vurğuladılar.  Sonda Fərid Mansurov 
çıxıĢ edərək gələcək planlarından danıĢdı və tələbələrlə xatirə  Ģəkli  çəkdirdi. 
Nüsrət Məmmədli, 
"Təkmübarizlik"  fakültəsinin  tələbəsi 
 
17. MƏLUMAT 
Məlumat  ərəb  mənĢəli  "məlum"  sözünün  cəm  formasıdır,  aydın,  aĢkar,  bilinən 
mənasındadır.  Hər  hansı  bir  xəbər  haqqında  bildiriĢ  xarakteri  daĢıyır.  Elanlar 
lövhəsində  bir vərəqdə yazılır, məlumatı  rəsmi Ģəkildə  çatdırmaq məqsədi daĢıyır. 
* * * 
Nümunə: 
Məlumat 
Azərb.  DBTĠA-nın  bütün  əməkdaĢlarının,  müəllim  və  tələbələrin  nəzərinə 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  26  fevral  2010-cu  il  tarixli  qərarı  ilə 
Novruz  bayramı  20-27  martda  keçiriləcəkdir  və  həmin  günlər  iĢ  günü  hesab 
edilmir. 
                                                                                                Tədris hissəsi 
*** 
18. MÜQAVİLƏ 
"Müqavilə"  ərəb  mənĢəli  söz  olub,  "qarĢılıqlı  razılaĢma",  "anlaĢma"  deməkdir. 
Məzmununa  görə  müqavilənin  müxtəlif  növləri  vardır:  sülh  müqaviləsi,  ticarət 
müqaviləsi,  təhsil  müqaviləsi,  icarə  müqaviləsi  və  s.  Müqavilələr  müəyyən  Ģərtlərlə 


126 
 
bağlanır  və  hər  iki  tərəfin  nümayəndələri  tərəfindən  təsdiqlənir.  Müqavilə  tərəflərin 
imzalandığı  gündən  qüvvəyə  minir  və  nəzərdə tutulmuĢ vaxta qədər qüvvədə qalır. 
Müqavilələr  dörd  nüsxədə  tərtib  edilir  və  hər  iki  tərəfdə  eyni  qüvvəyə  malik  2 
nüsxə saxlanılır. 
Nümunə: 
Müqavilə 
Bakı Ģəhəri 12 mart 2010-cu il 
Biz,  aĢağıda  imza  edənlər-sonradan  "Nicat"  adlanacaq  ticarət  kompleksinin 
direktoru  Y.  Ə.  Nuriyev  və  gələcəkdə  "Ġcarəçi"  adlanacaq satıĢ birliyinin direktoru 
C. N. Hüseynli  belə bir müqavilə  bağladıq: 
1.  Bakı  Ģəhəri  H.  Ə.  Əliyev  küçəsi-89,  1-ci  mərtəbə,  105  kv  metr  sahəsi  olan 
otaqları  satıĢ  müəssisəsi  yaratmaq  məqsədilə "Nicat" ticarət kompleksi "Ġcarəçi"yə 
kirayəyə  verir,  "Nicat" isə kirayə  götürür. 
2. Kirayə  müddəti müəyyənləĢdirilib:  02.03.2010-cu ildən  02.03.2012-ci  ilə  qədər. 
3. Tərəflərin  razılığına görə kirayə  haqqı hər kvadrat metr üçün 10 (on) manatdır. 
4.  Bu  müqavilədə  göstərilən  hüquqların  baĢqasına  verilməsi  yalnız  "Nicat"ın  qeyd 
olunmuĢ yazılı razılığı ilə  mümkündür. 
5. "Ġcarəçi" hər rübün birinci  ayının 10-a qədər rüblük kirayə  haqqını ödəməlidir. 
6. Müqavilə  iki  nüsxədə imzalanmaqla  biri "Nicat"a, digəri  "Ġcarəçi"yə verilir. 
Tərəflər: 
"Nicat" ticarət  kompleksi 
Bakı Ģəhəri, H. Əliyev  küçəsi-89, 
Hesab 9876543 və 
Bakı, H. Cavid prospekti-156, 
Hesab 3210567 mərkəzi  bank 
Ticarət kompleksinin  sahibi:  (imza)  Y. Ə. Nuriyev 
"Ġcarəçi"nin  müdiri: 
(imza)  C. N. Hüseynli 
*** 
19. MÜRACİƏT 
"Müraciət"  ərəb  mənĢəli  söz  olub  "rica",  "çağırıĢ"  mənasını  ifadə  edir.  Müraciət 
Ģifahi  və  yazılı  formada  olur.  Yazılı formada olan müraciətdə aĢağıdakılar nəzərdə 
saxlanılır: 
1. Müraciətin  kimə  ünvanlandığı qeyd olunur; 
2. Müraciətin  mətni  məzmunlu  və qısa olur; 
3. Sonda müraciəti qəbul edən təĢkilat  və ya Ģəxs göstərilir. 
4. Müraciətin  qəbul olunduğu  yer və tarix  qeyd edilir. 
 
Nümunə: 
31  dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  və  Milli  Birlik  Günü 
münasibətilə  bütün gənclərə 
MÜRACĠƏT 
Xalqımız  bütün  tarixi  boyu  milli  birlik  və  həmrəylik  arzuları,  ideyaları  ilə 
yaĢamıĢdır.  Dünya  azərbaycanlılarının  təĢkilatlanması,  onların  milli  birlik  və 


127 
 
həmrəyliyinin  güclənməsi  son  illərdə  daha  da  geniĢ  vüsət  almıĢdır.  Biz,  bütün 
dünyada  yaĢayan  azərbaycanlıların  milli  birlik  və  həmrəylik  hisslərinin,  ümummilli 
ideyaların  güclənməsinə  bütün  bacarıq  və  iĢ  fəaliyyətimizi  sərf  edək.  Hər  yerdə 
Azərbaycan  dövlətçiliyi  ətrafında  sıx  birləĢək,  ölkəmizin  daxili  və  xarici  siyasətini 
dəstəkləyək. 
ġəmsəddin Hacıyev, 
Azərb. DBTĠA-nın II kurs tələbəsi 
Bakı Ģəhəri, 31 dekabr 2009-cu il. 
*** 
20. PROTOKOL 
"Protokol"  yunanca  protok  "ilk,  birinci  vərəq",  kolos  "yapıĢdırmaq"  sözlərinin 
birləĢməsindən  düzəldilmiĢdir.  Kollektivlərdə  keçirilən  müĢavirə,  konfrans, 
yığıncaq,  toplantı  və  iclasların  gediĢini  nizamlamaq  üçün  sədr  və  katib  seçilir. 
Sədrin  vəzifəsi  yığıncağı  nəzərdə  tutulmuĢ  formada  aparmaq,  katibin  vəzifəsi  isə 
iclasın  gediĢini  sənədləĢdirməkdir.  Bu  yazılı  sənəd  protokol  adlanır.  Forma  və 
məzmununa  görə  protokol  bir  və  ya  bir  neçə  məsələni  əhatə  edə  bilər.  Protokolun 
tərtibi  və yazılıĢında aĢağıda göstərilən cəhətlər nəzərdə saxlanılır. 
1.  "Protokol"  sözü  və  onun  nömrəsi  vərəqin  yuxarısında,  ortada  böyük  hərflərlə 
yazılır. 
2. TəĢkilatın adı, yığıncağın keçirildiyi  tarix  və yer qeyd edilir. 
3.  Yığıncaqda  iĢtirak  edən  kollektiv  üzvlərinin  sayı,  rəhbər  orqanların 
nümayəndələrinin  adı, soyadı və vəzifəsi göstərilir. 
4.  GiriĢ  hissədən  sonra  "Gündəlik  məsələlər"  qeydi  ortadan  böyük  hərflə  yazılır, 
müzakirə  olunacaq  məsələ  abzasdan  verilir.  Məsələ  birdən  çoxdursa,  nömrələrlə 
qeyd aparılır. 
5.  Gündəlik  məsələdən  sonra  yeni  sətirdən  abzasdan  böyük  hərflə  "EĢidildi"  sözü 
yazılır. 
6.  "ÇıxıĢ  etdilər"  hissəsində  çıxıĢ  edənlərin  adı  və  soyadı  sətrin  əvvəlində 
göstərilir,  onların çıxıĢındakı fikirlərin  qısa məzmunu aydın qeyd olunur. 
7.  Sonra  vərəqin  ortasında  "Qərar"  sözü  yazılır.  Məsələnin  qərar  hissəsi  iclasın 
məqsədini ifadə etməli,  bəndlər üzrə yığcam Ģəkildə yazılmalıdır. 
8.  Protokolun  sonunda  sədr  və  katibin  adı,  soyadı  göstərilir  və  onlar  protokolu 
imzalayırlar. 
Nümunə: 
Azərb. DBTĠA tələbə-gənclər  təĢkilatının  18 noyabr 2009-cu il  tarixli  8 saylı iclas 
Protokolu 
2009-cu  il  dekabr  ayının  18-də  Azərb.  DBTĠA  Tələbə  Həmkarlar  Ġttifaqı 
TəĢkilatının  növbəti  iclası  keçirildi.  Ġclasda  25  nəfər  təĢkilat  üzvündən  23  nəfər  və 
Akademiyanın  idman  iĢləri  üzrə  prorektoru,  professor  D.Q.  Quliyev  iĢtirak  edirdi. 
TəĢkilatın  sədri  Babanlı  Y.M.  iclasın  gündəliyini  təĢkilat  üzvlərinin  nəzərinə 
çatdırdı. 
Ġclasın gündəliyi: 
1.  2009-2010-cu  tədris  ilinin  birinci  yarısında  tələbələrin  dərsə  davamiyyəti 
haqqında. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə