Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

137 
 
 
 
5. AİLƏ-MƏİŞƏT ÜSLUBU 
Bəzən  məiĢət,  bəzən  də  danıĢıq  üslubu  adlandırılan  ailə-məiĢət  üslubu  müəyyən 
mənada  sərbəst  üslubdur.  Burada  canlı  danıĢıq  dili  üstünlük  təĢkil  edir.  Bu  üslub 
digərlərindən  ayrı-ayrı  sözlərə,  onların  tələffüzünə,  söz  sırası  və  s.  cəhətlərə  görə 
fərqlənir,  burada  terminlərə,  poetik  sözlərə,  bədii  ifadə  və  təsvir  vasitələrinə  geniĢ 
yer  verilmir.  Ġctimai  yerlərdə  olmasa  da,  adamları  danıĢıq  üslubunda  ləqəbi  ilə 
adlandırırlar;  At  Balaxanım,  Cin  Hüseyn,  Gömbul  Ələsgər,  GomuĢ Vəli, Lal Vəkil 
və  s.  kimi  ləqəbi  ilə  adlandırılan adamlar çox vaxt bir-birindən məhz bu ayamalarla 
öz  adaĢlarından  fərqləndirilir.  Yazıçılar  bədii  üslubda,  xüsusən,  mənfi  sürətlərin 
adlarında  bu  üsuldan  istifadə  edirlər.  Məsələn:  M.  Ġbrahimovun  "Böyük  dayaq" 
romanında  Yarməmməd,  Lal  Hüseyn,  Yastı  Salman  kimi  obrazlar  təkcə  adları  ilə 
özlərini  tanıtmırlar,  həm  də  öz  nitqləri  ilə  -  məiĢət  üslubuna  xas  dolaĢıq  ifadələrə, 
yad  kəlmələrə,  özlərini  savadlı  göstərmək  üçün  kənd  təsərrüfatı  ilə bağlı terminlərə 
çox  yer  verməklə  də  tanınırlar.  Ümumiyyətlə,  ailənin,  onun  ayrı-ayrı  üzvlərinin 
təhsilindən,  mədəni  səviyyəsindən  asılı olan danıĢıq üslubu hamı üçün anlaĢıqlı və 
baĢa  düĢülən  nitqdir.  DanıĢıq  üslubunda  məqsəd  ünsiyyət  yaratmaq,  informasiya 
mübadiləsi  aparmaqdır.  DanıĢıq  üslubunda  fikri  ifadə  etmək  sər-  bəstdir,  danıĢıq 
sadə,  təbii  və  fərdidir,  deyilənlərə  münasibət  subyektivdir.  Hər  kəs  fikrini  öz 
bildiyi  kimi  Ģərh  və  ya  ifadə  edir.  Nitq,  əsasən,  dialoq  Ģəklindədir.  Nitqin  hansı 
məcrada  aparılması  onun  qurulmasına  təsirsiz  ötüĢmür, fərdlərin daxili təbiətindən, 
savadından,  dünyagörüĢündən,  sosial  mövqeyindən  asılı  olaraq  cümlə  tipləri  və 
sintaktik  konstruksiyalar  sadə  formalarda  qurulur.  Müsahiblər  elliptik  və  yarımçıq 
cümlələrdən,  söz  cümlələr,  sintaktik  təkrarlar,  sual  və  nida  cümlələrindən, 
inversiyaya  məruz  qalmıĢ  cümlələrdən  istifadə  edirlər.  Standart  ifadələr  müəyyən 
hissi  halları  ifadə  etmək  üçün  iĢlədilir  (Üzr  istəyirəm;  TəĢəkkür  edirəm!  Nə  dedin? 
Dedi…  Çox  yaxĢı!  BoĢ  Ģeydir!  Belə  de!  Ay  sağ  ol!  və  s.)  ġərait  və  situasiyadan 
asılı  olaraq  ictimai  yerlərdə  rəqəmlərə,  elmi  faktlara,  sübut  və  dəlillərə  az  müraciət 
olunur.  Məlumat  və  söhbətlərdə  fikirlər  bir  qədər  səthi,  üzdən, rabitəsiz cümlələrlə, 
subyektiv  rəylərə  əsasən  verilir.  Əgər  söhbət  ciddi  planda,  dərsdə  və  ya  mühazirə 
otağında,  savadlı  adamlar  arasında  gedirsə,  fikirlər  daha  dəqiq,  məntiqi,  obyektiv, 
səbəb  -  nəticə  əlaqələri  əsasında  qurulur.  Deməli,  adi  danıĢıq  üslubunda söhbətin, 
informasiyanın  xarakterindən,  harada  və  kimlər  üçün,  nə  məqsədlə  danıĢıldığı 
nəzərə  alınır,  münasibət  bildirilir.  Situasiya  yadda  saxlanmaqla  ona  müvafiq  nitq 
qurulur. Nitqdə ədəbi dilin  üslubi normaları, müxtəlif  çalarları  diqqətdə saxlanılır. 
 
AĞDAŞ RAYONU ŞİVƏLƏRİNDƏN BİR PARÇA 
Patcah  əlin  hara  atdısa,  boĢa  çıxdı.  Oğlan  unun  əlin,  qolun  sarıdı,  arvatdı-uĢaxlı 
saldı  qazamata.  Patcah  burda  qalmaqda  olsun,  sə  hindi  danıĢım  oğlannan.  Oğlan 
təzə  patcah  oldu,  xalxı  çox  ədalətnən  dolandırdı.  Ölkədə  hamı  and  iĢdi  unun 
baĢına. QoyĢu döylətlər də ettiyat eləməyə baĢdadı. Vəzir yalvarıf-yapıĢıf oya vəzir 
olmağ  issədi.  Təzə  patcah  unun  Ģirin  dillərinə  məhəl  qoymadı.  "Qurd  oğlu  qurd 
olar" - deyif unu da saldı qazamata (19,səh.378). 


138 
 
6. EPİSTOLYAR ÜSLUB 
"Epistola"  sözü  latınca  "məktub",  "yazıb  göndərmə",  "iki  tərəf  arasında yazıĢma" 
mənasında  iĢlənir.  Epistolyar  üslubda  korrespondent  (yazan)  və  adresat  (yazını, 
məktubu  alan)  olur.  Bu  üsluba  nəsihətnamə,  öyüdnamə,  dəvətnamə  və  məktublar 
daxildir.  Ərəb  mənĢəli  məktub  (yazılmıĢ  kağız)  yazıĢmanın  ən  qədim  növü  hesab 
olunur.  O,  monoloji  daxili  və  yazılı  nitq  formasında  öz  əksini tapır. Münasibətdən 
asılı  olaraq  yazıĢanlar  müəyyən  söz  və  ifadələrlə  -əziz,  əzizim,  hörmətli  qardaĢım, 
atam,  anam,  bacım,  dostum,  həmkarım  və  s.  kimi  nəvaziĢli  müraciət  etiketləri  ilə 
bir-birinə  müraciət  edirlər.  Məktubların  rəsmi-iĢgüzar,  ədəbi,  açıq  və  intim-məiĢət 
növləri  məlumdur.  Rəsmi-iĢgüzar  məktublar,  adətən,  ölkə  baĢçıları  arasında 
əlaqələr  qurmağa  hesablanır.  Açıq  məktublar  ictimai-siyasi  mahiyyətli  olur  və 
mətbuatda-qəzet  və  jurnallarda  çap  edilir,  korrespondentin  adresata  müsbət  və  ya 
mənfi  münasibəti  açıqlanır,  onun  faydalı  və  ya  ziyanlı  fəaliyyəti  ilə  bağlı  ziyalı 
mövqeyi  bütün  təfərrüatı  ilə  ortaya  qoyulur.  Ədəbi  məktublar  sosial  mahiyyətdə 
olur,  yazanın  dünyagörüĢünü,  həyata  münasibətini  əks  etdirir.  Ədəbi  məktublara 
misal  olaraq  XIX  əsrin  böyük  satirik  Ģairi  Qasım  bəy  Zakirin  Azərbaycan 
dramaturgiyasının  banisi,  dostu  Mirzə  Fətəli  Axundova,  Seyid  Əzim  ġirvaninin 
"Əkinçi"  qəzetinin  naĢiri  və  redaktoru  Həsən  bəy  Zərdabiyə,  Cəlil 
Məmmədquluzadənin  Məhəmməd  Tağı  Sidqiyə,  Ömər  Faiq Nemanzadəyə, Cənubi 
Azərbaycan  Ģairi  Məmmədhüseyn  ġəhriyarın  Süleyman  Rüstəmə,  Məmməd 
Rahimə,  Bəxtiyar  Vahabzadəyə  və  bu  Ģairlərin  ġəhriyara  və.s.  məktublarını 
göstərmək  olar.  Ġntim-məiĢət  məktubları  isə  ən  yaxın,  əziz  adamların,  sevgililərin 
bir-birinə  yazıĢmasıdır.  Bu  tipli məktublar ən xoĢ söz və ifadələrlə - atama, anama, 
bacıma, qardaĢıma, dostuma, sevdiyimə, əzizimə, gözəlimə və s. baĢlanır və elə bu 
ruhda da tamamlanır. 
Nümunə: 
ġannı məktub 
Əziz anam, salam! 
Mənim  iĢlərim  lap  yaxĢıdı.  YavaĢ-yavaĢ  əskərliyə  öyrəĢirəm.  Kamandirlərimin 
gösdəriĢlərin  cannan-baĢnan  yerinə  yetirirəm.  Əskər  yoldaĢlarımın  qeydinə 
qalıram,  onlar  da  məni  dost  tuturlar.  Allaha  Ģükür  ki,  müstəqil  döylətimiz  günnən-
günə  güjdəĢir.  Onun  güjdəĢməsinnən  ötəri  gücdü  də  ordu,  əskər  lazımdı.  Biz  var 
güjümüznən  xidmət  ediriy  kin,  Vətənimizi  müdafə  eləyək,  Allah  qoysa,  hər  Ģey 
yaxĢı olajax. Ana, mənnən niyaran  qalmayın. Özümü lap yaxçı his edirəm. 
Hammızı öpürəm. 
Hörmətnən:  Sənin əskər oğlun Mehti. 
18 may 2010-cu il 
 
DƏVƏTNAMƏ 
"Dəvətnamə"  ərəbcə  "dəvət"  (çağırmaq,  təklif  etmək)  və  farsca  "namə"  (məktub, 
kağız)  sözlərinin  birləĢməsindən  əmələ  gəlmiĢdir,  çağırıĢ  mənasındadır. 
Dəvətnamə,  adətən,  təntənəli  məclislərə,  elmi  konfranslara,  yubileyə,  ad  gününə, 
toylara  və s. yerlərə çağırıĢ məqsədilə yazılır. 
Nümunə: 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə