Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

139 
 
Hörmətli  K. B. Ramazanov 
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyası  Sizi  xalq  Ģairi  Rəsul 
Rzanın  anadan  olmasının  100  illiyinə  həsr  olunmuĢ  tədbirə  dəvət  edir.  Yubiley 
tədbirində  Ģairin  oğlu,  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,  xalq  yazıçısı  Anar, 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  professor  Nizami  Cəfərov, 
tanınmıĢ  Ģair  və  incəsənət  xadimləri  iĢtirak  edəcəkdir.  Yubiley  tədbiri  2010-cu  il 
may  ayının  26-da  saat  1200-da  Azərb  DBTĠA-nın  akt  zalında  (I  mərtəbə) 
keçiriləcəkdir. 
Ünvan:  Fətəli  xan Xoyski küçəsi, 98 
Əlaqə telefonu:  564-89-73 
TəĢkilat  komitəsi. 
Sual və tapĢırıqlar 
1. Ailə-məiĢət  üslubu nədir? 
2. MəiĢət üslubunda bütün dil vahidlərindən  istifadə olunurmu? 
3. MəiĢət üslubunda obrazlığa, ifadəliyə  yol verilirmi? 
4. Epistolyar üslub nədir? 
5.  Məktubların  hansı  növləri  vardır?  Tələbələr  onlardan  hansını  özlərinə  münasib 
hesab edirlər? 
6. Korrespondent və adresat nə deməkdir, hansı üsluba aiddir və hansı əməli yazıda 
əks olunur? 
7. Nitqin  intonasiyası dedikdə nələr  baĢa düĢülür? 
8. Nitqin  zənginliyi  hansı üslublar üçün səciyyəvidir? 
9. Ġntonasiyanın ünsürlərini  deyin və onları izah  edin. 
10.  Bədii  nitqdə  hansı  cəhətlər  üstünlük  təĢkil  edir?  Bədii  nitqin  dəqiqliyi  hansı 
Ģərtlərlə  əlaqədardır? 
 
ÇalıĢma  119.  Müəllimlərinizdən  birinin  bir  kitabına  (dərsliyə)  rəy  yazın.  Rəyə 
verilən  tələbləri  göstərin. 
ÇalıĢma  120.  ġeirdə  nitq  istisnalarını  (normativ  olmayan  halları)  göstərin.  ġeirin 
hansı üslubda yazıldığını söyləməklə bədii oxu intonasiyasına diqqət edin: 
BaĢına döndüyüm, ay gözəl Pəri, 
Adətdi, dərərlər  yaz, bənövĢəni. 
Ağ, nazik  əlinlə  dər, dəstə bağla, 
Tər buxaq altında düz, bənövĢəni! 
Tanrı səni xoĢ camala yetirmiĢ, 
Səni görən aĢiq ağlın itirmiĢ, 
Mələklərmi  dərmiĢ, göydən gətirmiĢ? 
Heyif  ki, dəriblər  az bənövĢəni. 
BaĢına döndüyüm, bağa gəl, bağa 
O gözəl hüsnündən bağa nur yağa. 
Dəstə-dəstə dərib taxar buxağa, 
BənövĢə qız iylər, qız bənövĢəni. 
Səhər olçaq Ģeyda bülbül oxuĢdu, 
Hökm olundu, Süleymanlar  yeriĢdi, 


140 
 
Sərt qıĢ gəldi, gülün vaxtı sovuĢdu, 
Daha iyləmirik  biz bənövĢəni. 
Qurbani der: "Könlüm bundan sayrıdı, 
Nə etmiĢəm  yarım məndən ayrıdı?! 
Ayrılıqmı çəkib boynu əyridi, 
Heç yerdə görmədim düz bənövĢəni!"   (AĢıq Qurbani) 
 
 
    DANIŞIQ ETİKASI VƏ NİTQ ETİKETLƏRİ 
Nitq  mədəniyyətinin  əsas  müddəalarından  biri  danıĢıq  etikası  ilə  bağlıdır.  Etika 
insanların  bir-birinə,  cəmiyyətin  insanlara  münasibətini  tənzimləyən  mədəni, 
nəzakətli  danıĢığı  və  əxlaq  normalarını  özündə  ehtiva  edir.  Etikaya  görə  əxlaq 
cəmiyyətdə,  insanlar  arasında  qarĢılıqlı  münasibətləri  nizamlayır.  Etika  mövcüd 
adət-ənənələrə  tənqidi  yanaĢmaqla  insanlara  cəmiyyətdə  ictimai  rəyə  əsaslanıb 
əxlaq  normalarını  könüllü  yerinə  yetirməyi  aĢılayır.  Etik  normalar  əxlaqi 
keyfiyyətlərin 
toplusudur.  Xalqımızın  görkəmli  Ģəxsiyyət-ləri,  yazıçı  və 
mütəfəkkirləri  insanın  təhsili,  tərbiyəsi,  mənəvi-əxlaqi  keyfiyyətləri  haqqında 
qiymətli  fikirlər  söyləmiĢlər.  N.  Tusi  yazırdı:  "Böyüklər  danıĢərkən  kinayə 
iĢlətməməli,..  nalayiq  sözlər  iĢlətməməli,  dilini  söyüĢə  öyrətməməli,  zərurət 
üzündən  ayıb  kəlməyə  ehtiyac  yarananda  onu  obrazlı,  məcazi  ifadələrlə  anlatmalı, 
Ģux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə münasib danıĢmağı bacarmalıdır" 
(14 səh.182) Söz təkcə adlandırma və ünsiyyət funksiyasını deyil, həm də müraciət 
funksiyasını  yerinə  yetirir.  Müraciət  formalarından  düzgün  və  yerində  istifadə  nitq 
mədəniyyəti  baxımından  mühüm  əhəmiyyət  daĢıyır.  Əvvəllər,  XVIII  və  XIX  əsrin 
birinci  rübündə  Azərbaycanda  xanlıqlar  zamanı  xan,  xanım,  bəy,  bəyim,  ağa 
sözləri  müraciət  formaları  kimi  çox  iĢlək  olmuĢdur.  MəĢədi, hacı, kərbəlayi, seyid, 
Ģeyx,  axund,  molla  sözləri  dini  müraciət  formasını  təĢkil  etmiĢdir  və  indi  də 
qalmaqdadır.  Xalqımızın  milli  ənənələrinə,  təfəkkür  tərzinə,  etik  görüĢlərinə  uyğun 
olaraq  son 70 ildə yoldaĢ, müəllim, bəy sözləri, indi isə cənab sözü rəsmi və qeyri-
rəsmi  müraciət  formaları  kimi  istifadədədir.  Ġnsanlar  arasında  ictimai  əlaqələrə, 
qocalara  və  uĢaqlara,  qızlara  və  qadınlara,  yaĢça  və  vəzifəcə  böyüklərə  münasibət 
məsələsi 
danıĢıqda  gözlənilən  amillərdəndir.  Ġnsanlara  edilən  müraciət 
formalarının  müxtəlifliyi  əksər  hallarda  bu  baxımdan  qiymətləndirilir.  Məsələn, 
qohumluq  münasibəti  bildirən  sözlərə  baxmaq  yerinə  düĢər:  atacan,  anacan, anam-
bacım, atam balası, gəlinbacı, dayıcan, əmican, qaqaĢ və s. Bu sözlərlə, əsasən, ən 
yaxın  adamlara  müraciət  olunur.  Amma  bu,  həmiĢə  belə  olmur.  "Əmican", 
"dayıcan"  deyə  müraciət  olunan  Ģəxs  sözü  deyənin  doğrudan-doğruya əmisi və ya 
dayısı  olmaya  da  bilər.  XoĢ  qılıq  anlamında  "can"  sözü  müraciəti  doğmalaĢdırır. 
Doğmalıq  bildirən  müraciət  formaları  adlara  da  əlavə  kimi  iĢlədilir:  Səfər  əmi, 
Nadir  dayı,  Zərifə xala və s. Azərbaycanda geniĢ Ģəkildə iĢlədilən müraciət forması 
keçən  əsrin  iyirminci-doxsanıncı  illərində  "müəllim"  sözü  olmuĢdur.  Hazırda  bu 
sözü  adlarla  birlikdə  təkcə  təlim-tərbiyə  iĢləri  ilə  məĢğul  olanlara  deyil,  həm  də 
rəsmiyyət  və  hörmət  naminə  baĢqa  sənət  adamlarına  da  (müəssisə,  təĢkilat,  idarə 
rəhbərliyinə)  Ģamil  edirlər. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə