Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

141 
 
Müraciət  olunanda  "müəllim"  sözü  Ģəxsin  adı  ilə  birlikdə  iĢlədilir:  Ramiz  müəllim, 
Müslüm  müəllim,  Rövnəq  müəllim,  Nailə  müəllimə  və  s.  Hazırda  məsul  vəzifəli 
Ģəxslərə  yaxın  adamlarından  fərqli  olaraq  geniĢ  ictimaiyyət  "cənab"  sözünü  həmin 
Ģəxsin  soyadı  ilə  birlikdə  iĢlədir.  Cənab  Abdullayev,  cənab  Məmmədov,  cənab 
səfir,  cənab  hakim,  cənab  nazir,  cənab  Misir müəllim, möhtərəm ġeyx həzrətləri və 
s.  rəsmi  məqamlarda  geniĢ  iĢləklik  qazanmıĢdır.  Təkcə  ölkə  prezidentinə  deyilən 
"möhtərəm  Ġ.  Əliyev  cənabları"  (cəm  Ģəkildə)  müraciət  etiketi  iĢləkdir.  Hazırda 
xalqımızın  səmimi  Ģəkildə  yaĢa,  qohumluğa,  rəsmi  münasibətlərə  yanaĢması 
nəticəsində  əziz,  hörmətli,  çox  hörmətli,  xüsusi  hallarda  möhtərəm  sözləri  üstünlük 
qazanır.  Ailə  qohumluğu  olmayan  adamlar  bir-birinə  "siz"  deyə  müraciət  edirlər. 
Ailədə,  yaxud  bacı,  qardaĢ  əlaqələri  olan  adamlar  yaĢdan  və  vəzifədən  asılı 
olmayaraq  bir-birinə  "sən"  deyə  müraciət  edirlər:  -  Ata,  sən…;  Əmi,  səni  atam 
çağırır;  Dayı,  anam  səni  görmək  istəyir  və  s.  Belə  situasiya  və  məqamlar  istisna 
olmaqla, qalan hallarda "sən" forması məqbul sayılmır, xüsusən, vəzifəli və ya orta 
yaĢdan  yuxarı  olan  adamlara  bu  sözlə  müraciət  etdikdə  onlar  bunu  özlərinə  qarĢı 
kiçiklik,  hörmətsizlik  sayır,  nəzakətsizlik  kimi  qiymətləndirirlər.  Ġctimai  yerlərdə 
gədə,  qağa,  a  kiĢi,  ay  arvad,  lələ,  lələĢ  kimi  müraciət  formalarını  da  münasib 
saymaq  olmaz.  Müəllimlər  Ģagird  və  tələbələrə  eyni  sözlərlə  müraciət 
etməməlidirlər.  ġagirdlərə  oğlum,  qızım,  əzizim  kimi  müraciət  olunması  təbii 
qarĢılansa  da,  ali  məktəb  tələbələrinə  belə  müraciət  lazimi  effekti  vermir.  Onlara 
"Siz",  "siz,  tələbə  filankəsov"  deyilərsə  həm  nəzakətli,  həm  də  hörmətli  olar. 
Valideyinlərin  öz  övladlarına,  yaxınlarına,  ərki  çatdığı  yeniyetmə  qızlara  qızım, 
gülüm,  ceyranım,  göyərçinim,  gözümün  iĢığı,  Ģirin  Ģəkərim,  oğlanlara  isə  oğlum, 
əzizim,  evimin  yaraĢığı,ömrüm-günüm,  qadan  alım,  qoçaq  balam  və  s.  kimi 
əzizləmə  mənalı,  könül  oxĢayan,  qəlbə  sığal  çəkən  söz  və  ifadələrlə  müraciəti 
Ģərait  və  məqamından  asılı  olaraq  münasib  sayılmalıdır.  Qadınlara  yaĢından  asılı 
olmayaraq "xanım", kiĢilərə isə sadəcə olaraq adından sonra "kiĢi" sözünü iĢlətmək 
məqbuldur.  Əgər  bu  Ģəxslərin  sənəti,  peĢəsi  məlumdursa,  adından  sonra  müəllim, 
həkim  (doktor),  bəzi  məqamlarda  addan  əvvəl  mühəndis,  geoloq,  fermer,  həkim 
sözlərini  iĢlətmək  yerinə  düĢər.  Bilmək  lazımdır  ki,  etiket  formaları  ilk  növbədə 
spesifik  situasiya  ilə  bağlıdır.  GörüĢ,  günün  hansı  çağında  salamlaĢma, 
xudahafizləĢmə,  qonaq  qəbulu  zamanı  iĢlədilən  etiketlər  situasiya  haqqında 
müəyyən  təsəvvür  yaradır.  "Dil  insanlara  ona  görə  verilməmiĢdir  ki, 
düĢündüklərinin  hamısını  ifadə  etsin,  ona  görə  verilmiĢdir  ki,  fikirlərini  gizlətsin"  - 
aforizmini  xatırlatmaq  yerinə  düĢərdi.  MəĢhur  natiq  Taleyran  demiĢdir:  "Dil  fikri 
açmaq  üçün  yox,  fikri  gizlətmək  üçündür".  Ümumiyyətlə,  ziyalı,  mə-dəni  adamlar 
danıĢıqda  səbirli  və  dözümlü  olmağı  məsləhət  görürlər.  Müasir  dövrümüzdə 
mədəni  danıĢıq  etikası  və  müraciət  qaydaları  hər  bir  adamın  həyatında  baĢlıca 
davranıĢ,  adət  halına  keçməli,  hər  kəs  təkcə  ictimai  yerlərdə,  kollektivdə  deyil, 
eləcə  də  həyatın  bütün  sahələrində-evdə,  ailədə,  küçədə,  bazarda,nəqliyyatda  və  s. 
etik  normalara,  danıĢıq  və  yazı  etikasına  (bu,  ilk  növbədə  bizim  saysız-hesabsız 
mətbuat  orqanlarımıza,  xüsusən,  reket  qəzetlərimizə  aiddir)  riayət  etməli,  kiminlə 
necə  danıĢmaq,  kimə  necə  müraciət  etmək,  kimdən  necə  yazmaq  qaydalarını 
həmiĢə,  hər  yerdə  yadda  saxlamalı,  gündəlik  həyat  devizinə  çevirməlidir.  Nitq 


142 
 
etiketləri  öz  normaları  daxilində  inkiĢaf  edir,  təkmillə-Ģir.  Bugünkü  gənc  nəsil 
müraciət  qaydalarına,  müxtəlif  xarakterli  xəbərləri  çatdırma,  dinləmə,  soruĢma, 
cavab  vermə  və  söhbətə  qoĢulma  mədəniyyətinə  dərindən  yiyələnməlidir.  Gənclər 
həmiĢəlik  yadda  saxlamalıdırlar  ki,  ünsiyyətə  girmək,  informa-siya  vermək  və 
almaq  nitq  mədəniyyətinin,  insanın  ümumi  mədəniyyətinin  tərkib  hissəsidir, 
bunları  bilmək  və  riayət  etmək  hər  bir  Ģəxsin  borcudur.  Ünsiyyət  müraciətlə 
baĢlanır,  -  deyirlər.  SalamlaĢmaq,  xoĢ  sözlərlə  hal-əhval  tutmaq,  gülümsər  sifətlə 
müraciət  etmək  insan  mədəniyyətində  ilkin  Ģərtdir.  Kimə,  harada,  necə  müraciət 
etməyi  hər  kəs  evdən,  ailədən,  bağçadan  görüb,  eĢidib  götürür.  XoĢ  ünsiyyət, 
səmimi  münasibət  yalnız  mehribanlıq,  qayğı  və  hörmət  əsnasında  mümkündür  və 
bu  da  ilk  tanıĢlıqdan  baĢlamıĢ  birgə  yaĢayıĢ,  iĢ  fəaliyyəti  ilə,  ümumiyyətlə,  bütün 
ömrümüz  boyu  müraciət  etiketləri  ilə  həmahəngdir.  Ünsiyyət  üslubu  nitq 
fəaliyyətinin  müxtəlif  sahələrini  əhatə  etməklə  müraciət  etiketlərini  həmiĢə  nəzərdə 
saxlayır. 
1.  SalamlaĢma  -  Mədəni  nitqin  etiketlərindən  olan  salamlaĢmada  xalqımızın  milli 
mentalitetinə  uyğun  hazır  nitq  modelləri  insanlarda  ünsiyyətin  baĢlanğıcı  kimi  xoĢ 
ovqat  yaradır,  qarĢılıqlı  anlaĢmaya,  bir  növ,  körpü  salır.  Azərbaycanlılar 
qarĢılaĢarkən  əvvəlcə  mütləq  salam  və  ya  salaməleyküm  sözlərindən  birini  iĢlədir, 
ardınca  günün  hansı  çağından  asılı  olaraq  sabahın  (sabahınız)  xeyir!  Günortanız 
xeyir!  AxĢamınız  xeyir!  -  ifadələrini  iĢlədirlər.  Müsahib  elə  həmin  söz-ifadələrlə 
cavab  verir.  YaĢlılar  cavabında  Aqibətininz  xeyir!  Hər  vaxtınız  xeyir!  Ağ  bəxt 
olasınız! - ifadələrini  iĢlətməyə  üstünlük  verirlər. 
2.  SağollaĢma  -  YaĢlılar  "xudahafiz"  sözünü,  yeniyetmələr,  gənclər  salamat  qalın! 
Sağ  olun,  Sağlıqla  qalın!  -  ifadələrini,  orta  yaĢlılar  isə  ailədən  gələn  adət  üzrə  bu 
kəlamlardan  birini  seçirlər.  Əgər  sağollaĢma  mənzildə  və  ya  birinin  həyətində  baĢ 
tutubsa,  yola  salan  "XoĢ  gəldin!"  "XoĢ  gəldiniz!"  deyir,  axĢamdan  xeyli  keçmiĢ 
gedən  Ģəxs  "Gecəniz  xeyrə  qalsın!",  ev  sahibi  -  yola  salan  isə  "Xeyrə  qarĢı!" 
ifadəsini  iĢlədir.  Bu  nitq  etiketləri  yalnız  üzbəüz  görüĢənlərə  deyil,  eləcə  də 
telefonla  danıĢanlara da aiddir. 
3.  Üzrxahlıq  söz  və  ifadələri:  BağıĢlayın;  Üzr  istəyirəm;  Narahat  etdiyimə görə üzr 
istəyirəm;  Sizə  zəhmət  verdim;  Allah  sizdən  razı  qalsın  (olsun)!;  Əvvəlcədən 
minnətdarlığımı  bildirirəm  və s. 
4.  TəĢəkkür  etmə:  TəĢəkkür  edirəm;  TəĢəkkürlər!  Hər  Ģey  üçün  minnətdaram! 
Allah  (sizdən)  razı  olsun!  Allah  sizi  (səni)  bizə  çox  görməsin!  Çox  sağ  ol! 
Diqqətinizə  görə  minnətdaram!;  Əziyyət  çəkməyin!  Qulluğunuzda  olum  (olaq); 
Əgər  mümkünsə;  Zəhmət  olmasa;  Çox  Ģadam!  Etiraz  etmirəm!  BağıĢlayın,  mən 
sizinlə  razı  deyiləm;  Ġcazə  verin  deyim;  Səbr  edin;  Bir  qədər  səbrli  olun;  Özünüzü 
ələ  alın;  Sizə  zəhmət  verdim;  Əziyyət  çəkdiniz;  YaxĢı  yol!;  ĠĢiniz  avand  olsun! 
Buyurun  soruĢun;  Mənim  üçün  xoĢdur;  BağıĢlayın,  vaxtınızı  aldım;  Deyəsən,  sizi 
yordum! və s. 
5.  Hal-əhval  tutma:  -  Necəsiniz?  Kefiniz  (əhvalınız)  necədir?  Necə  dolanırsınız? 
Xanımınız  necədir?  UĢaqlar  (ınız)  necədir?  ĠĢləriniz  yaxĢıdırmı?  Özünüzü  yaxĢı 
hiss edirsiniz?  və s. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə