Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə35/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

72 
 
-  Koroğlu,  muni  hardan  tapıb  gətirdin?  Keçəllər  fənd  olarlar,munun gözləri Üçtəpə 
Sağsağanının  gözləri  kimi  qayır-qayır  qaynayır.  Heç  sağ-əməlli  adama  oxĢamır, 
rədd elə getsin. 
Xanımlar  da baxıb dedilər: 
- Bu iyrənci,  keçəl xondunu hardan gətirdin?  BaĢına adam 
qəhət olubmu? Qovala, çıxsın getsin. 
Koroğlu xanımları, dəliləri  bir təhər sakit eləyib  dedi: 
-  Ay  canım,  niyə  əl-ayağa  düĢübsünüz?  Yazığın  biridi,  bizə  ziyanı  olmaz,  qoy 
süfrəmizin  qırıq-quruğunnan  yeyib,  qapıda,  bajada  dolansın.  Keçəl  Həmzə  qırığ-
quruğdan  dolanıb,  qapı-bajanı süpürərdi, həyəti tərtəmiz saxlardı. Xanımlar, dəlilər 
nəyə  buyururdularsa  gedərdi,  getdiyi  iĢi  yarıdardı.  Belə  zirəngliyinə  görə  dəlilərin, 
xanımların  yanında  Keçəl  Həmzənin  hörməti  xeylax  artmıĢdı  ("Koroğlu" 
dastanından). 
ÇalıĢma  65.  Formaca  müxtəlif,  mənaca  eyni,  yaxud  yaxın  mənalar  bildirən  sözləri 
diqqətlə  oxuyun,  onlardan  hansıların  eyni  mənalı,  hansıların  yaxın  mənalı  sözlər 
olduğunu göstərin: 
oturmaq  -əyləĢmək,  durmaq-qalxmaq,  kök-yoğun,  insan-adam,  eynək-gözlük, 
ürək-könül-qəlb,  dünya-cahan-aləm,  el-oba-yurd, gül-çiçək. 
ÇalıĢma 66. YaxĢı tanıdığınız bir Ģəxsə xasiyyətnamə hazırlayın. 
 
 
DURĞU İŞARƏLƏRİ 
Durğu  iĢarələri  düzgün  yazıb  oxumağa,  fikri  kiçik  fasilələrlə  baĢqalarına-oxuyub 
yazanlara  çatdırmağa  xidmət  edir.  ġifahi  nitqdəki  intonasiya,  səs  ahənginin 
müxtəlif  çalarda  dəyiĢməsi,tonun  alçalması  və  ya  yüksəlməsi yazıda durğu iĢarələri 
ilə  tənzimlənir,  nitqin  məzmununa  danıĢanın  daxili  hiss,  həyəcanının  ifadəsinə 
yardımçı  olur,  yazıya  aydınlıq,  dürüstlük  və  dəqiqlik  gətirir.  Durğu  iĢarələri  yazılı 
nitqdə  nəzərdə  tutulmuĢ  fikir  rəngarəngliyini,  hissi  halları,  psixoloji  vəziyyətləri  və 
fikrin  üslubi,  emosional-estetik  çalarlarını  nəzərə  çarpdırmaq  vəzifəsini  yerinə 
yetirir  (13,  səh.5).  Durğu  iĢarələri  insanın  ümumi  savadının  və  qismən  nitq 
mədəniyyətinin  əsas  əlamətlərindəndir.  Durğu  iĢarələri  yazılı  nitqi  oxucunun  aydın 
və  asan  baĢa  düĢməsinə  xidmət  edir.  Durğu  iĢarələrini  qoymadan  mətni  hissələrinə 
ayırmaq,  onun  məzmununu  baĢa  düĢmək  çətin  olur.  Durğu  iĢarələrinin  öz  yerində 
iĢlədilməsi  yazanın  istəyi  ilə  deyil,  dilin  tarixən  formalaĢmıĢ  qanunauyğunluqları 
ilə  bağlıdır. Durğu iĢarələri  funksiyasından asılı olaraq aĢağıdakı hallarda iĢlədilir: 
1. Nöqtə: 
a)  Adi  intonasiya  ilə  deyilən  bütün  növ  cümlə  növlərindən  (nəqli,  adlıq,  Ģəxsiz, 
qeyri-müəyyən  Ģəxsli,  ümumi  Ģəxsli,  cüttərkibli,  təktərkibli,  tabeli  və  tabesiz 
mürəkkəb  cümlələrdən,  söz  cümlələrdən,  bəzi  məqamlarda  əmr  cümlələrindən  və 
s.) sonra: 
- Sabir satirik  Ģairdir. Bina  tikilir.  MəĢqdən sonra dərsə gəlsinlər. 
b) Ad və ata adlarının qısaltma formalarından sonra: 
M.F.Axundov, S.S.Axundov, Ü.Hacıbəyov. 


73 
 
c)  Və  sair,  və  ilaxır,  və  baĢqa,  və bu kimi sözlər ixtisarla yazıldıqda: və s., və i.a., 
və b., və b.k. 
2) Vergül: 
a) Həmcins üzvlər  arasında: Stolun üstündə kitab, dəftər, qələm vardı. 
b)  Tabesiz  və  tabeli  mürəkkəb  cümlələrin  tərkib  hissələri  arasında: UĢaq ağlayırdı, 
çünki anası evdə yox idi. Zəng vurulmuĢdu, dərs baĢlanmıĢdı, koridorlarda heç kəs 
gözə dəymirdi. 
c)  O,  bu  əvəzlikləri  mübtəda  vəzifəsində olub ardınca isim, sifət, sayla ifadə edilən 
söz iĢlədilərsə:  O, kitabı götürdü. O, gözəl qızı uzaqdan tanıdı. Bu, onun dostudur. 
ç)  Ara  söz  cümlənin  əvvəlində  gəldikdə  ondan  sonra;  cümlənin  ortasında gəldikdə 
hər  iki  tərəfdən,  cümlənin  sonunda  gəldikdə  isə  ondan  əvvəl:  -  Əlbəttə,  mən  dərsi 
öyrənmiĢdim.  Mən dərsi, əlbəttə, öyrənmiĢdim. 
d)  Hətta,  ələlxüsus,  habelə,  baxmayaraq  sözləri  ilə  xüsusiləĢən  cümlə  üzvündən 
əvvəl:  O gecikmiĢdi,  hətta zəng vurulandan  xeyli  sonra gəldi. 
e)  Cümlənin  əvvəlində  gələn  xitabdan  sonra;  cümlənin  ortasında  gələn  xitabdan 
əvvəl  və  sonra,  xitab  cümlənin  sonunda  gəldikdə  isə  ondan  əvvəl:  Adil,sən  axĢam 
harada idin?  Adətdir, ay oğul, gələni  qarĢılayarlar. 
3. Nöqtəli vergül: 
Ġki  fikir  arasında  aydınlaĢdırma  bildirən  tabesiz  mürəkkəb  cümlənin tərkib hissələri 
arasında:  -  Qar  hər  tərəfə  səpələnirdi;  hətta  eyvanlardan  boylanan  uĢaqların üstünə 
də yağırdı. 
4. Defis: 
a)  Mürəkkəb  sözlərin  tərəfləri  arasında:  ətli-canlı,  ağlı-qaralı,  gözəl-göyçək,  səhər-
səhər və s. 
b) Mürəkkəb qısaltmalarla  Ģəkilçilərin  arasında: ABġ-da; 
AġPA-nı; BDU-ya və s. 
c) Sıra sayları rəqəmlə yazıldıqda: 2-ci, 10-cu və s. 
ç) Ġzafət tərkiblərində:  tərcümeyi-hal,  tərzi-hərəkət,  Ģəbi- hicran  və s. 
d) Əks, kontr, qeyd, qeyri, vitse, eks sözlərindən sonra: qeyd-Ģərtsiz, qeyri-qanuni, 
əks-fənd, eks-çempion, kontr-admiral,  vitse-prezident  və s. 
5. Tire: 
a)  Cümlə  üzvünün  əlavəsindən  əvvəl:  -  Onun  oxuduğu  ali  məktəb  -  universitet 
burada yerləĢir. 
b)  QarĢılaĢdırılan  sözlərdən  birincisindən  sonra:  Əsirlər  -  qocalar,  cavanlar, 
yeniyetmələr  kədərli  idilər. 
c)  Həmcins  üzvlərdən  əvvəl  gələn ümumiləĢdirici sözdən sonra: - Onlar hər Ģeydən 
- ailədən,  iĢdən, məhəbbətdən danıĢdılar. 
ç)  Həmcins  üzvlərdən  sonra  gələn  ümumiləĢdirici  sözdən  əvvəl:  -  Bu  bizə 
atamdan, atamın atasından, babamdan - ulularımızdan yadigar qalmıĢdır. 
d)  Nəzərə  çarpdırılan  məntiqi  vurğulu  sözdən  sonra:  -  ġair,  sən  Ģahın 
hüzurundasan?  - Bunu sənsiz belə bilirəm,  inan! 
e)  Dialoqlarda  replikalardan  əvvəl:  -  Hə,  muĢtuluq  mənə  nə  verəcəksən?  -  Nəyim 
var ki, nə verim?!  - Boyun ol, gələcəkdə verərsən. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə