Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə36/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

74 
 
ə)  Vasitəsiz  nitqdə  müəllif  sözündən  əvvəl  və  sonra:  Bunu,  -  Əli  dedi-  buradan 
niyə  götürməmisiniz?  ġagirdlər  və  tələbələr  defis  iĢarəsi  ilə  tireni  qarıĢdırırlar. 
Defis  mürəkkəb  sözlərin  arasında  qoyulur,  tire  isə  iki  ölkə,  Ģəhər,  coğrafi  məkan, 
vaxt,  zaman  arasındakı  əlaqə  və  münasibətləri  göstərməyə  xidmət  edən  iĢarədir. 
Məsələn:  Azərbaycan  -Rusiya  ticarət  müqaviləsi,  Rusiya-Ġran  müharibələri,  Bakı-
Gəncə  qatarı,  Bakı-Ġstanbul  reysi,  Kür-Araz  ovalığı,  Samur-Dəvəçi  kanalı,  2000-
2010-cu  illər  və  s. Bunlar mürəkkəb sözlər olmadığından arada tire iĢarəsi qoyulur, 
diqqətə çatdırılmaq üçün tələffüzdə fasilə  ilə  ayrılır. 
6. Ġki nöqtə: 
a)  ÜmumiləĢdirici  sözdən  sonra:-  Etnik  azlıqlara:  ləzgilərə,saxurlara,  talıĢlara, 
kürdlərə,  laklara  öz ana dillərində  məktəb açmağa icazə verilmiĢdir. 
b)  "məsələn"  və  onun  ixtisar  Ģəklindən("məs.")  sonra:-  Belə  cavab  vermək 
lazımdır. Məsələn:  Müəllim,  zəhmət  olmasa, mənə də söz verin. 
c) Dialoqlarda:  Əhməd: Vaqif məĢqdə olmuĢdu. 
ç) Vasitəsiz nitqdən əvvəl: 
Dedim:  hər baxıĢda, ey sənəm nədən, Qəlbimə vurursan qəmzə oxun sən, 
Söylədi:  "Bu təsir özgə yerdəndir, Vallah,  özümdən də xəbərsizəm mən". 
7. Üç nöqtə: 
a)  Fikrin  bitmədiyini  bildirmək  məqsədilə  cümlənin  sonunda:  Onlar  getdilər… 
getdilər… 
b)  Yüksək  hiss-həyəcanla  deyilib  özündən  sonrakı  sözdən  müəyyən  fasilələrlə 
ayrılan  xitabdan sonra. - Eh, ay ana… Məndə o bəxt hanı?... 
c)  Dialoqlarda  müsahib  cavab  vermədikdə:  -  Sizə  gəlimmi?...  Deyəsən, 
eĢitmədin?...  Deyirsən, bundan sonra daha nə gəlmək?! 
8. Sual iĢarəsi: 
a) Bütün  sual cümlələrinin  sonunda: - MəĢqə gedəcəksən? 
b)  Elə  sual  cümlə  tipləri  vardır  ki,  onlar  cavab  almaq  üçün  deyil,  nitqin  təsirini 
artırmaq,  dinləyicini  düĢünməyə  vadar  etmək  məqsədi  daĢıyır:  -  Vətən  və  ana.  Bu 
iki  sözdən Ģirin və müqəddəs nə var dünyada? 
Vətənim  verdi mənə nanü-nəmək, 
Vətəni,  məncə, unutmaq nə demək? (A.Səhhət). 
Varlığa  nə darlıq? 
Ritorik  və ya bədii suallar  nitqin  üslubi rəngarəngliyini  artırır. 
9. Nida iĢarəsi: 
a) Nida cümlələrinin  sonunda: - YaĢasın müstəqil Azərbaycan! 
b) Hiss-həyəcanla  deyilən  xitablardan  sonra: -Vaqif! Ey tacidarım! 
Xuraman,  Xuraman!  Gör nəyin xəyalındasan! 
c) Bəli, xeyr, yox, çox gözəl kimi təsdiq və ya inkar bildirən sözlərdən sonra: - Çox 
gözəl,  çox  gözəl!  Razıyam, inan! Nida cümlələri danıĢanın məqsədinə uyğun məna 
çaları  yaradır,  nitqin  ekspressivliyini,  emosionallığını  artırır.  Nidalar  müxtəlif  hissi 
halları  ifadə edərək fərqli  intonasiyalarla  söylənilir: 
-  Pəh,  pəh!  Əcəb  söz  eĢitdik!  Ay  belə  xoĢ  gəlibsən,  səfa  gətiribsən!  Ah,  sən  nə 
dəhĢətli  adamsan! Vay, vay! Nə yaman müĢkülə  düĢdü iĢim, Allah!  (M.Ə.Sabir) 
Sual və tapĢırıqlar 


75 
 
1. Nitqin  intonasiyası dedikdə nələri  baĢa düĢürsünüz? 
2. Yüksək mədəni  səviyyəli  nitqin  Ģərtləri  hansılardır? 
3. Nitqin  ifadəliyi  dedikdə nə baĢa düĢülür? 
4.  Nitqin  düzgünlüyü,  dəqiqliyi  hamıdan  tələb  olunur.  Bəs  nitqin  ifadəliyi  necə? 
Ġfadəli  nitq kimə  aiddir? 
5.  Nitqin  təmizliyi  ədəbi  dilin  normalarına  əsaslanmaq  əsasında,  yoxsa  dil 
vasitələrinin  təhrif  olunması hesabına təmin olunur? 
6. Nitqin  əsas keyfiyyətləri  hansılardır? 
7. Fikrin  aydın ifadəsinin  ilkin  Ģərti nədir? 
8.  Azərbaycan  dilində  hansı  səslər  iĢlənmə  tezliyinə  və  kəmiyyətinə  görə  əsas  yeri 
tutur? 
9. Azərbaycan sözləri üçün hansı hecalar səciyyəvidir,  səbəbi nədir? 
10. Ahəng qanunu nitqin  hansı keyfiyyətində  əsas rola malikdir? 
ÇalıĢma 67. YazılıĢından fərqli tələffüz  olunan səsləri  müəyyənləĢdirin: 
Bu bayram da sənsiz keçdi, ay ata, Daha bayramların  duzu da yoxdur. 
Yeddi il  olubdur görmürəm  səni,Yaralı  qəlbimin  sözü də yoxdur. 
Ata, gələcəyəm  yolumu  gözlə, Yanında yer ayır, məni əzizlə. 
Necə darıxmıĢam deyilmir  sözlə, Payız günlərimin  yazı da yoxdur. 
Nəvələrim  bal suyundan içsinlər,  Seçib sevib yar evinə köçsünlər. 
Pərvazlanıb durna kimi  uçsunlar, Qız-gəlinin  kəsilməsin  ayağı, 
Sözüm "Qızlar bulağı". BənövĢədən rəng alacaq gözləri, 
Görən balmı, Ģəkərdirmi  sözləri. Hansı qəlbdən keçəcəkdir izləri, 
ġirin  dillə  bura yığın, qızları.Allah, bu da öz bəndənə sirdirmi? 
Qayalardan  qopan damcı dürdürmü? Dədəm Qorqud gəlib səni gördümü? 
Bu daĢlara dəyibdirmi  ayağı? Gözüm "Qızlar bulağı". 
Min  gözələ iĢvə verdin, naz verdin, Sevənlərə  bir ətirli  yaz verdin. 
Ozanlara  vəsf etməkçün saz verdin, Qonaqlıdır, gəlimlidir  hər çağın, 
Sazım "Qızlar bulağı". (Elmira  Qasımova. ġirin duyğu. Bakı, 2007, səh.198) 
ÇalıĢma  68.  Avropa  çempionatında  qalib  gəlmiĢ  bir  tələbəyə  Prezident  təqaüdü 
verilməsi  haqqında Akademiyanın rektoruna xahiĢnamə  ilə  müraciət  edin. 
 
NATİQLİK SƏNƏTİNİN SAHƏLƏRİ 
Forma  və  məzmununa  görə  nitqin  geniĢ  yayılmıĢ  növləri  aĢağıdakılar  hesab 
olunur: 
1. Ġctimai-siyasi  natiqlik.  Bura: 
 1) Prezidentin  inoqurasiya (andiçmə)  nitqi;   
2) Siyasi  mövzuda məruzə;  
3) Siyasi  mövzuda çıxıĢ (xarici ölkələrdə prezidentin  çıxıĢı);  
4) Ġcmal nitqi.  Böyük məclislərdə  son söz;  
5) Mitinqdə  çıxıĢlar;  
6)  Siyasi  təbliğatçıların  nitqi;  Qanunvericilik  layihələri;  Parlament  mübahisələri  və 
s. 
  


76 
 
Ġctimai-siyasi  nitq  siyasi-ictimai  əhəmiyyətli  hadisələri  (prezident  seçkisi,  deputat 
seçkisi,  yeni  il  ərəfəsində  ölkə  baĢçısının  xalqa  müraciəti,  Prezidentin  hərbi 
hissələrdə  ölkənin  hərbi  qüdrəti  haqqında  çıxıĢı  və  s.),  müvafiq  strukturlar 
qarĢısında, toplantıda hesabat məruzəsi, kütlə və ya sahə nümayəndələri qarĢısında 
çıxıĢ,  eləcə  də  radio-televiziya  vasitəsilə  ölkə  vətəndaĢlarına  müraciət-çıxıĢları 
əhatə  edir.  Ġstər  Sovet  hakimiyyəti  dövründə,  istərsə  də  Müstəqillik  illərində  ulu 
öndərimiz,  ümummilli  lider  H.Ə.Əliyevin,  hazırda  Respublikamızın  prezidenti 
möhtərəm  Ġ.H.Əliyev  cənablarının  ölkənin  daxili  və  xarici  siyasəti,  ölkə  daxilində 
gedən  ictimai-siyasi  hadisələrlə  bağlı  çıxıĢları  ictimai-  siyasi  nitqin  ən  dəyərli 
nümunələridir. 
2.  Diplomatik  natiqlik.  Diplomatik  natiqliyə  dövlət  baĢçısı  və  ya  xarici  iĢlər 
nazirinin  BMT-dəki  çıxıĢları,  mətbuat  konfranslarında  siyasi  məsələlərlə  bağlı 
çıxıĢlar  və  diplomatik  müsahibələr  daxildir.  Diplomatik  nitq  öz  xarakteri,  forması 
və  məzmununa  görə  ictimai-siyasi  nitqdən  ciddi  fərqlənmir.  Prezidentin  nitqi 
dövlətin  taleyüklü  problemləri  ilə  bağlı  olduğuna  görə  onda  beynəlxalq  səviyyəli 
məsələlərin  qoyuluĢu,  respublikanın  mənafeyi  baxımından  münasibəti  öz  əksini 
tapırsa,  xarici  iĢlər  naziri  BMT-də,  ayrı-ayrı  ölkələrdə  keçirdiyi  mətbuat 
konfranslarında öz ölkəsinin  siyasi  baxıĢını dünya birliyinə  çatdırır. 
3.  Məhkəmə  natiqliyi.  Bura  hakimlərin,  prokuror,  vəkil,  müttəhim  və  Ģahidlərin 
nitqi  daxil  edilir.  Prokuror  və  hakimin  nitqi  ittihamedici,  müttəhim  və  vəkilin  nitqi 
müdafiəedici  xarakterdə  olur.  Ġttihamçıların  nitqi  faktların  dərin  təhlilinə,  dəlil  və 
sübut-lara  əsaslanır,  obyektivliyə,  ədalətə  əsaslanır,  qanunun  aliliyi  müttəhimə 
inandırıcı  Ģəkildə  çatdırılır.  Vəkilin  çıxıĢı da dəlil və sübutlarla müĢayiət olunmalı, 
məhkəmə  prosesində  qaldırılan  vəsadət  baĢ  vermiĢ  hadisənin  təhlili  nəticəsində 
hakimin  hökmünə  müsbət  təsir  göstərməlidir.  Müttəhimin  istər  öz  cinayəti 
haqqındakı  çıxıĢı,  istərsə  də  özünü  müdafiə  nitqi  münasib  sözlər,  ifadələr, 
cümlələrlə  öz  Ģərhini  tapmalıdır,  o,  nitqini  məntiqi  əsasda  qurmağa  çalıĢmalıdır. 
Hadisənin  ədalətli  çözümü  üçün  məhkəmə  salonlarında  qanunların  keĢiyində  duran 
prokurorun  da,  ədliyyə  sistemində  çalıĢıb  qanu-nun  aliliyini  qorumalı  olan hakimin 
də,  adamların  vətəndaĢ  hüquqlarını  müdafiə  etməli  olan  vəkilin  də,  müttəhimin  də 
nitqi  rabitəli  olmalı,  əsas fikrin açılmasına xidmət  etməlidir. 
4.  Hərbi  natiqlik.  Hərbi  nitqə  aiddir:  a)  Həqiqi  hərbi  xidmətə  çağırılmıĢ  gəncləri, 
əsgərləri  ruhlandırmaq,  müqəddəs  ana  vətənimizi  qorumaq,  xalqımızın  firavan 
həyatını,  təhlükəsiz  yaĢamasını  təmin  etmək  üçün  hərbi  komissarın,  müdafiə 
nazirinin  çağırıĢ  nitqi;  b)  Əsgərlərin  hərbi  andı;  c)  Hərbi  nizamnamənin  Ģərhi;  ç) 
Komandirlərin  hərbçilər  qarĢısında çıxıĢı. 
5.  Akademik  natiqlik.  Akademiya  sistemində,  universitet  və  müxtəlif  ali 
məktəblərdə,  elmi  müəssisələrdə,  beynəlxalq  konfrans,  simpozium,  treninqlərdə 
edilən  məruzələr,  çıxıĢlar,  oxunan  mühazirələr,  elmi  rəy  və  dissertasiya 
müdafiəsində  çıxıĢlar  və  s.  akademik  natiqliyə  daxildir.  Bu,  elm  adamlarının 
müxtəlif 
toplantılarda, 
müdafiə 
Ģuralarında, 
müəllimlərin 
ali 
məktəb 
auditoriyalarında,  elmi-praktik  konfranslarda,  savadlı  və  hazırlıqlı  aparıcı  və 
diktorların  ekran  və  efir  qarĢısında  etdikləri  nitqdir.  Nitqin  bu  növü  yaradıcı 
xarakter  daĢıyır.  Ziyalılar,  alimlər,  professor,  dosent  və  baĢ  müəllimlər  öz 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə