Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

81 
 
variant  qəbul edilmiĢdir. Hazırda yazımız da, tələffüzümüz də bu aspektdə qurulur, 
hər  iki  forma  ədəbi  dilimizin  həm  Ģifahi,  həm  də  yazılı  formalarının  xeyrinə 
olmaqla  inkiĢafı  edib təkmilləĢir. 
 
                                  ORFOEPİK NORMALAR 
Ayrı-ayrı  sözün,  qrammatik  forma  və  sintaktik  quruluĢun  dildə  istənilən  sabit  və 
vahid  qaydaları  orfoepik  normaları  təĢkil  edir.  Orfoepiyaya  dilin  fonetik  sistemi ilə 
bağlı  olub  hər  hansı  bir  səsin  müəyyən  fonetik  Ģəraitdə,  yəni  sözün  əvvəlində, 
ortasında,  yaxud  sonunda  gəldikdə,  qrammatik  formalarda,  söz  birləĢmələrində 
iĢləndikdə  özünü  göstərən,  tələffüz  xüsusiyyətlərini  tənzimləyən  qaydalar  daxildir 
(2,  səh.171).  Orfoepiya  normalarını  müəyyənləĢdirərkən  aĢağıdakı  prinsiplər  əsas 
götürülür: 
1) tələffüzün  asanlığı; 2) danıĢığın təbiiliyinin  qorunması; 
3)Ģəkilçiləri  qısa  variantda  saxlanılması;  4)  tələffüzü  çətin,  yazılıĢı  deyiliĢindən 
fərqlənən  sözlərin  xalq  danıĢıq  dilinə  uyğun  variantının  qəbul  edilməsi;  5)  fonetik 
hadisələrin  tətbiq  olunmasının  qarĢısının  alınması;  6)  dilimizin  təbiəti,  səs və heca 
sistemi  nəzərə  alınmaqla  bir  sıra  sözlərin  tələffüz formalarının dəqiqləĢdirilməsi; 7) 
alınma  sözlərin  tələffüzü  ilə  əlaqədar  fonetik  normaların  qətiləĢdirilməsi;  8)  ahəng 
qanununun  gözlənilməsi(18,  səh.122).  ġifahi  ədəbi  dilin  zəngin  imkanlarından 
məharətlə  bəhrələnən  hər  bir  Ģəxs  tələffüz  normalarına  düzgün  əməl  etməklə  nitq 
prosesində  dilimizin  daxili  qanunlarını  qorumuĢ  olur,  bu  nitq  dinləyicilər 
tərəfindən  asan  qavranılır,  estetik  təsiri  ilə  seçilir.  Nitq  də  mədəniyyət  kimi  saflıq, 
təmizlik  sevir.  Lakin  həmiĢə  bu  təmizliyi  qorumaq  mümkün  olmur.  Nitq 
prosesində  ədəbi  tələffüzlə  bağlı  bir  sıra  qüsurlarla  rastlaĢırıq.  1)  Nitqdə  yerli 
dialekt  və  Ģivələr  hesabına  söz  və  qrammatik  formalarda  ədəbi  tələffüz  normaları 
pozulur: həlbəttə, hasand, ahali, haçar//xaçar, cuma(cümə), dəyĢət (dəhĢət), nöĢ (nə 
üçün),  Ukranya,  tilvizor,  döyül,  həmməĢə,  müsəlmançılıq,  məsəlçün,  belənçik 
(belə),  girdəkan  (qoz),  sələk  (ağılsız),  örüĢ  (çöl),  döĢəkağı  (mələfə)  və  s.  Bu 
sözlərdə  ədəbi  dilin  təkcə  fonetik  norması  yox,  həm  də  leksik  norması 
pozulmuĢdur.  Leksik  norma  sözlərin  ümumiĢlək  normasını,  mənasının  asan  dərk 
edilməsini  və  ədəbi  dilə  gətirilə  bilməsini  nəzərdə  tutur.  Lakin  yerli  Ģivə  və 
dialektlərdə  iĢlənən  və  ümumi  xalq  tərəfindən  az  anlaĢılan  sözlər  ədəbi  dil 
normasına  cavab  vermədiyinə  görə  qəbul  edilmir,  ən  düzgün  variant 
ümumiləĢdirilib  götürülür.  2)  Qrafik  prinsipə  görə  dildə  sözün  iki  tələffüz 
Ģəklindən daha tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: darvaza, xalça, pencək, 
pendir,  xəmir,  rahat,  pəncərə,  qəbul,  kənar  sözləri  həm  orfoqrafiya,  həm  də 
orfoepiyada  düzgün  sayılır,  amma  dərvaza,  xəlçə,  pəncək,  pəndir,  xamır,  rahət, 
pencərə,  qabul,  kənar  Ģəklində  deyiliĢ  dialekt  xüsusiyyəti  hesab  olunur  və  ədəbi 
tələffüzə  yaramır.  Orfoepik  qüsurların  bir  qismi  nitq  prosesində  bəzi saitlərin uzun 
və  ya  qısa  tələffüzü,  vurğunun  düzgün  qoyulmamasının  nəticəsidir:  baĢqa,  bütün, 
büro,  sifət,  ədat,  daha,oxu,  müxtəlif,  əsasən,  günorta  sözlərində  vurğunun  ilk 
hecaya  salınması  belə  qüsurlardandır.  Ədəbi  tələffüz  normalarının  pozulması  bir 
sıra  alınma  sözlərin  kitab  tələffüzü  ilə  (hərfi  tələffüzlə)  bağlı  olması  hesabınadır. 
Məsələn:  [Maskva],  [intanasiya],  [arfaepiya],  [kankret],  [fanetika],  [arfaqrafiya]  və 


82 
 
s.  kimi  deyilməli  olan  sözlər  elə  yazıldığı  kimi  -  Moskva,  intonasiya,  orfoepiya, 
kontakt,  konkret,  konfet  fonetika,  orfoqrafiya  və  s.  Ģəklində  səhv  tələffüz  olunur. 
Dilimizə  məxsus  söz  və  Ģəkilçilərin  deyiliĢində  də  qüsurlar  vardır:  vicdan-[vijdan], 
uĢaq-[uĢax],  məqsəd-[məksət],  iĢləyir-[iĢdiyir],  getsə  idi-  [getseydi]  və  s.  UĢaqlar 
ailədən,  radio  və  televiziya  veriliĢlərindən,  bağçada  tərbiyəçilərdən,  məktəbdə 
müəllimlərdən  ədəbi  tələffüz  normalarını  eĢidib  mənimsəməli,  mədəni  nitqə 
verilən  tələbləri  öyrənməli,  danıĢıq  və  yazıda  öz  aydınlığı,  səlisliyi,  intonasiya 
düzgünlüyü,  lüğət  tərkibinə  görə  zənginliyi  ilə  seçilən  formalara  yiyələnməlidirlər. 
Beləliklə,  gənc nəsildə ədəbi tələffüz normaları əsasında danıĢmaq, oxumaq vərdiĢi 
yaranmalıdır.  Bunun  üçün  valideynlər,  tərbiyəçilər,  müəllimlər  uĢaqların, 
Ģagirdlərin  nitqi  üzərində  birgə,  müntəzəm  iĢləməli,  nitqdəki  qüsurların  baĢvermə 
səbəblərini  tapıb  izah  etməli,  səhvləri  müxtəlif  üsul  və  vasitələrlə  düzəltməlidirlər. 
Valideynlərin,  tərbiyəçilərin  və  istisnasız  olaraq  hər  fənn  üzrə  bütün  müəllimlərin, 
diktor,  aparıcı  və  aktyorların  düzgün danıĢıq və ifadəli oxusu etalon, nümunə kimi 
təqdim  olunmalı,  kitab  (hərfi)  oxusu  və  dialekt,  Ģivə  xüsusiyyətləri,  danıĢıq  dili 
tələffüzü  daim  düzəliĢə  məruz  qalmalı,  nitqin  intonasiyasının  zənginlik  və 
rəngarəngliyi  nəzərdə  saxlanılmalıdır.  Ədəbi  tələffüz  vərdiĢlərinə  yiyələnmək 
nöqteyi-nəzərindən  bu  formalar  çox  əhəmiyyətlidir.  Orfoepik  qaydaların 
müəyyənləĢdirilməsində,  əsasən,  fonetik  prinsipə  üstünlük  verilir.  Bu  prinsipə  görə 
orfoepik  norma  xalq  danıĢıq  dilinin  ən  iĢlək  və  daha  çox  yayılmıĢ  formasına 
əsaslanır.  Məsələn:  feilin  mürəkkəb  Ģərt  Ģəklinin  hekayəsinə  iki  variantda  rast 
gəlirik:  alsa  idi-  [alsaydı],  [alseydi];  gəlsə  idi  [gəlsəydi],  [gəlseydi]  və  s.  Amma  bu 
formaların  respublikamızın  əhalisinin  böyük  əksəriyyətinin  iĢlətdiyi  eydi  variantı  - 
[alseydi],  [gəlseydi]  orfoepiyada  norma  kimi  əsas  götürülmüĢdür.  BaĢqa  bir  misal. 
Sonu  a,  ə  saitləri  ilə  bitən  çoxhecalı  sözlərə  saitlə  baĢlanan  Ģəkilçilər  artırıldıqda 
sözün  sonundakı  sait  ahəng  qanununa  uyğun  qapalı  saitlərdən  birinə  keçir: 
meĢəyə[meĢiyə],  alçaya-[alçıya],  iĢləyir-[iĢliyir],  baĢlayır-[baĢlıyır],  gözləyəcək-
[gözlüyəcək]  və  s.  Xalqın  böyük  əksəriyyətinin  iĢlətdiyi  bu  tələffüz  Ģəkli orfoepiya 
baxımından  məqbul  sayılır  və  norma  kimi  götürülür.  Nitqin  axıcılıq  və  rəvanlıq 
tələbinə  görə  bu  halda  səslər  bir-birinə  tələffüzcə  yaxınlaĢır.  Müəyyən  fonetik 
məqam  və  Ģəraitdən  asılı  olaraq  sait  və  samit  səslərin  deyiliĢi  ilə  bağlı  tələffüz 
normaları  nitq  prosesində  özünü  biruzə  verir.  Xüsusən,  samitlərin  cingiltiləĢməsi, 
karlaĢması,  əvəzlənməsi  və  tələffüzdən  düĢməsi  ədəbi  tələffüz  baxımından məqbul 
sayılır.  Dilimizin  orfoepiya  və  orfoqrafiya  qaydaları  bir-biri  ilə  qarĢılıqlı 
əlaqədədir.  Sözlərin  bir  qisminin  yazılıĢı  ilə  tələffüzü  fərqlənmədiyi  halda  baĢqa 
bir hissəsinin  yazılıĢı ilə tələffüzü  uyğun gəlmir. 
     SAİTLƏRİN TƏLƏFFÜZÜ İLƏ BAĞLI QAYDALAR 
Orfoepik normalara  uyğun  olaraq saitlər  aĢağıdakı Ģəkillərdə   tələffüz  olunur: 
1. A saiti.  
a) a saiti  bir sıra sözlərdə uzun tələffüz  olunur:  alim,  Arif, 
Qabil,  kabel,  zalım,  namus,  katib,  zabit,  əmanət  və  s.  Ahəng  qanununa  tabe 
olmayan  ərəb-fars mənrĢəli  sözlərdə bu halla  çox rastlaĢırıq. 
b)  QoĢa  a  saitləri  iki  vahiddə  yox,  bir  uzun  [a:]  kimi  tələffüz  olunur.  Saat  -[sa:t], 
camaat- [cama:t], inĢaat-[inĢa:t],  maarif-[ma:rif]. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə