Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

99 
 
normanın  pozulmasına  rast  gəlirik:  "Onlar  dərslərini  gecələr  öyrənirlərmiĢ" 
cümləsində  qrammatik  norma  pozulmuĢdur,  çün-  ki  -imiĢ  hissəciyi  -lər  cəmlik 
Ģəkilçisindən  əvvəl  iĢlənməli  idi. 
8)  Sözlərin  nitq  axını  prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun pozulması 
qrammatik  qaydanın  pozulmasına gətirib çıxarır. Məsələn: "Sizi mən çox vaxtlarda 
istəyirdim  görmək".  "Artıq  mənim  gözləməyimdən  nə  çıxar  indi".  DanıĢıq  dilində 
belə  cümlələrə  rast  gəlirik.  "Görmək"  "istəyirdim"  sözündən  əvvəl,  "indi" 
cümlənin  baĢlanğıcında,  "artıq"  sözü  isə  "nə  çıxar"dan  əvvəl  iĢənərsə, cümlə dilin 
qrammatik  normasına uyğun olar. 
9)  Dilimizdə  mübtəda  ilə  xəbər  sintaktik-qrammatik  cəhətdən  Ģəxsə  və  kəmiyyətə 
görə  uzlaĢmalıdır:  "Tələbələr-oğlanlı,qızlı  hamı  universitetə  gedirlər".  "Bir  neçə 
tələbə futbol toplarını torda stadiona aparırlar". Ġlk baxıĢda cümlələr düzgündür. 
Mübtəda  hansı  Ģəxsdə,  hansı  kəmiyyətdədirsə,  xəbər  də  həmin  Ģəxsdə  və 
kəmiyyətdə 
olmalıdır.  "Tələbələr  gedirdilər"cümləsində  uzlaĢma  düzgün 
sayılmalıdır,  amma  "hamı"  əvəzliyində  cəmlik  anlayıĢı  olsa  da,  "hamı  gedirdilər" 
deyilməz  (Xatırla:  Hamı  gedir  quĢ  gətirir,  ġahqulu  bayquĢ  gətirir).  "Bir  neçə 
tələbə"  anlayıĢı  cəmlik  bildirsə  də,  Ģəxs  kimi  təkdədir,  buna  görə  də  "aparır" 
deyilməlidir.  Yaxud  "Səndən  ötrü  ayaqlarım  evə  get-mirdilər"  cümləsi  düzgün 
qurulmamıĢdır.  "Ayaqlar"  sözü  cəmdə  olsa  da,  məntiqi  cəhətdən  "getmirdilər" 
demək olmaz, uzlaĢma  yanlıĢdır və s. 
10)  Nitq  kommunikasiyasında  sözlər  müəyyən  düzülüĢ  qaydasına  tabedir.  Cümlə 
üzvlərinin  sırası normativ nitqdə pozulmur. 
Əgər  biz  "Mən  həvəslə  futbol  matçlarını  izləyirəm"  desək,  çoxları  cümlənin 
düzgün  qurulduğunu  təsdiqləyəcək.  Amma  "həvəslə"  zərfliyi  qrammatik  normaya 
görə  "izləyirəm"  xəbərinin  qarĢısında  gəlməlidir.  Yaddan  çıxarılmamalıdır  ki,  nitq 
prosesində  sintaktik  vahidlərin  ardıcıllıq  qanunu  söz  sırası  ilə  tənzimlənir. 
Qrammatik  norma  sözlərin  düzgün  yazılıĢı  və  deyiliĢi,  məna  və  məntiqi  cəhətdən 
dəqiq  iĢlədilməsi  Ģərti  ilə  söz  birləĢmələri  və  cümlələrin  nitqdə  düzgün 
əlaqələndirilməsini  tənzimləyir. 
11)  Sifətin  çoxaltma  dərəcəsi  qrammatik  əlamətlərlə  yanaĢı  bütöv  sözlərlə  də 
düzəldilir. "Təmiz" əvəzinə "aydan arı, sudan duru" ifadəsi, "qırmızı" əvəzinə "qan 
qırmızı",  "lalə  kimi qırmızı", "lalədən də qırmızı", "ağ" əvəzinə" "süd kimi ağ" və 
ya  "süddən  də  ağ"  kimi  bənzətmə  bildirən  birləĢmələr  daha  təsirli  üslubi  effekt 
yaradır. 
12)  Emosional  nitqdə,  yüksək  pafosla  ifadə  olunan  poetik  dildə  mübtəda  ilə  xəbər 
yerini  dəyiĢə bilir: 
Qoy sənə desinlər ay qaçaq Nəbi, 
Həcəri özündən ay qoçaq Nəbi. 
Heç kimsə Nəsimi  sözünü kəĢf edə bilməz. 
Bu, "quĢ dilidir", bunu Süleyman  bilir  ancaq  (Ġ.Nəsimi). 
 
Poçtalyon  Musaya  tərs-tərs  baxdılar  qocalar,  bu  xəbəri  gətirdiyinə  görə.  Dedilər 
kəndə  gəlir  Omaroğlu.-Niyə  gəlir  bu  sağ  olmuĢ,  baĢımızı  yerə  soxmağamı? 
(V.Nəsib) 


100 
 
GətirilmiĢ  cümlələrdə  sintaktik  vahidlərin  ardıcıllıq  qanunu  söz  sırası  ilə 
tənzimlənməli  olduğu  halda  bədii  əsərlərdə  bilərəkdən  pozulmuĢdur  ki,  bu  da 
Ģeirlərdə  qafiyə  və  bölgü,  nəsrdə  isə  yerli  koloriti  və  canlı  danıĢıq  dilini  saxlamaq 
xatirinə  edilmiĢdir. 
13)  Sintaktik  əlaqələrin  düzəldilmə  qaydalarının  pozğunluğu  fikrin  dürüst  və  kiçik 
vaxt  kəsiyində  anlaĢılmasını  çətinləĢdirir:  "MəĢqçilər  yenicə  oyundan  çıxmıĢ 
həndbolçulara  söhbət  apardılar"  (idarə  əlaqəsi  pozulmuĢdur).  "Həyətyanı  evin 
sahəsi böyük idi (yanaĢma əlaqəsi  düzgün qurulmamıĢdır). 
14)  Elə  söz  birləĢmələrinə  də  təsadüf  edilir  ki,  onlarda  əsas  tərəflə  asılı  tərəfin 
yerinin  dəyiĢməsi özünü göstərir: gözü yaĢlı,sözü məzəli, qəlbi tox, fikri geniĢ və s. 
Bunlar  sintaktik  cəhətdən birinci  növ təyini  söz birləĢmələrinə  yaxındır. 
 
 
Sual və tapĢırıqlar 
1.  Qrammatik  norma  deyildikdə  nəyi  baĢa  düĢürük?  Qrammatik  normalara  nələr 
daxildir? 
2. Qrammatik  səhvlər  nə vaxt meydana çıxır? 
3.  Üçüncü  növ  təyini  söz  birləĢməsində  sahiblik  anlayıĢı  bildirən  birinci  tərəfi 
həmiĢə  ixtisar  etmək olurmu?  Fikrinizi  misallarla  aydınlaĢdırın. 
4. Feilin  inkarlıq  kateqoriyası hansı vasitələrlə  düzəlir? 
5.  Cümlədə  zərfliklər  həmiĢə  zərflərlə  ifadə  olunurmu?  Zərf  olmayan  sözlər  zərflik 
kimi  çıxıĢ edə bilirmi? Zərfliklərin  cümlədə yeri  məsələsini  aydınlaĢdırın. 
6.  Adlara  artırıla  bilən  Ģəkilçiləri  qrammatik  kateqoriyalara  uyğun  ardıcıllıqla 
sadalayın. 
7.  Cümlədə  mübtəda  ilə  xəbər  arasındakı  əlaqə  necə  adlanır  və  onlar  sintaktik-
qrammatik  cəhətdən hansı kateqoriyalarla  əlaqədar olur? 
8.  Sintaktik  əlaqənin  növləri  hansılardır?  Bu  qaydanın  pozulmasına  aid  nümunələr 
verin. 
 
ÇalıĢma  87.  Respublikamızda  qeyd  edilən  Müstəqillik  günü  münasibəti  ilə 
tələbələrə  müraciət  ünvanlayın. 
ÇalıĢma  88.  Sözlərdə  açıq  saitləri  qapalı  saitlərlə  elə  əvəz edin ki, bir, iki və ya üç 
yeni  söz alınsın. Açıq saitləri yazın: 
Od-… 
Saz-1)…; 2)… 
Sezmək-1)…; 2)… 
Özüm-1)…,;2)… 
Döz-1)..;2)…;3)… 
Öt-1)…;2)..;3)… 
 
ÇalıĢma  89.  Kökü  açıq  saitlə  bitən  sözlərə  saitlə  baĢlayan  Ģəkilçilər  artırıldıqda 
onlar  qapalı  sait  kimi  tələffüz  olunur.  VerilmiĢ  sözlərin  tələffüzünü  transkripsiyada 
yazın: 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə