Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

95 
 
sinekdoxa,  epitet  məsnəvi  ədəbiyyatĢünaslığa;  assimilyasiya,  dissimilyasiya, 
metateza,  eliziya,  proteza,  elliptik  cümlə  kimi  sözlər  dilçiliyə  aiddir.  Elmi  əsərlərin 
yaradılması  anlayıĢların  terminlərlə  ifadəsini  zəruri  edir.  Elmi  terminlər  sisteminin 
yaradılması  böyük  əhəmiyyət  daĢıyır.  Terminlilik  elmi  üsluba  xasdır.  Lakin  bədii 
və  publisistik  üslublarda  dar ixtisas sözlərinə çox yer verilməsi qüsur sayılır. ġifahi 
nitqdə  isə  Ģərait  və  məqamından  asılı  olaraq  (dərsdə,  məĢğələdə,  mühazirə  və  ya 
məruzədə)  terminlərə  mü-raciət  olunur.  Hər  bir  söz  müəyyən  semantikaya 
(mənaya)  malik  olduğu  üçün  onun  düzgün,  yerində  iĢlədilməsi  nitq  sahibindən 
asılıdır.  Məsələn:  "ayağım  büdrəyib  yerə  düĢdüm"  cümləsində  düĢdüm  sözü 
yerində  iĢlənməmiĢdir,  yıxıldım  deyilməli  idi.  Demə-li,  söz  öz  yerində  iĢlənmirsə, 
fikir  öz  düzün  ifadəsini  tapmır,  nitq  mədəniyyətinin  tələbi  pozulur.  Orfoqrafiyada 
fonetik  prinsip  əsas  götürülsə  də,  digər  prinsiplər  də  vardır.  Bunların  içərisində 
morfoloji  prinsipin  özünəməxsus  yeri  və  əhəmiyyəti  vardır.  Morfoloji  prinsip 
yazıda  sözlərin  qrammatik  tərkibini  əsas  götürür,  yəni  sözün  və  ya  Ģəkilçinin  bir 
tələffüz  forması  orfoqrafiya  üçün  daha  yararlı  sayılır,  sözün  kökü  və  Ģəkilçisi 
yalnız  bir  formada  yazılır.  Alınma  sözlərin  forma  və  məzmunca  milliləĢməsi  ədəbi 
dilimizin  leksik  mühitində  getdiyinə  görə  normada  dəyiĢkənliyin  baĢ  verməsi  labüd 
olur.  Ġki  samitin  yanaĢı  gəldiyi  bir  sıra  alınma  sözlərin  orfoqrafiya  və 
orfoepiyasında  Ģagird  və  tələbələr  asan  tələffüz  naminə  samitlərin  arasına  bir  sait 
artırmağa  çalıĢırlar:  zülm-[zülüm],  hökmdar-[hökümdar]  və  ya  [hökmüdar], 
rəhmdil-[rəhimdil],  dövr-[dövür],  kəsr-[kəsir],  həbs-[həbis]  və  s.  ġagirdlər  və 
tələbələr  yanaĢı  gələn  müxtəlif  qoĢa  samitli  sözləri  tələffüz  etdikləri  Ģəkildə 
yazmağa  üstünlük  verirlər:  oktyabr-[oktyabır],  noyabr-[noyabır],  kran-[kıran], 
Hüseyn-[hüseyin],  valideyn-[valideyin],  psixoloq-[pisixoloq],  [pisxoloq]  və  s. 
Orfoqrafik  qaydaların  tərtibində  nəzərə  alınan  tarixi-ənənəvi  prinsipə  görə  sözün 
müasir  danıĢıq  dilində  səslənməsindən  asılı  olmayaraq,  onun  vaxtilə  mövcud 
olmuĢ  yazılıĢı  saxlanılır  (hətta,  Səttar,  Ģənbə,  vicdan,  müəllim  və  s.).  Tarixi-
ənənəvi  prinsip  əsasında  yazılmıĢ  sözlərin  orfoqrafiyası  ilə  orfoepiyasının 
arasındakı  uyğunsuzluq  onların  ünsiyyətə  aid  yararlı  olmasına  görə  dildə 
saxlanılmıĢdır.  Bu  prinsipə  görə  alınma  sözlərin  böyük  qismi mənsub olduğu dilin 
orfoqrafiya  və  orfoepiyasını  saxlayır:  konsert-[kansert],  komanda-[kamanda], 
orfoepiya-[arfaepiya], 
protokol-[pratakol]  və  s.  MüĢahidələr  göstərir  ki, 
gənclərimiz  mürəkkəb  sözlərin  nitq  normalarına  tabeliyini  həmiĢə  düzgün 
qiymətləndirə  bilmirlər.  Onlar  daĢürəkli,  keçəlbaĢ,  sözəbaxan,  sinifdənkənar, 
ölkəda-  xili,məqsədyönlü,  keçisaqqal,  ördəkburun,  Ģirindil,  daĢsifət  və  s.  kimi 
məcazi  mənalı  sözlərin  orfoqrafiyasında  olduğu  kimi,  orfoepiyasında  da səhvə yol 
verirlər.  Bu  qəbildən  olan  sözlər  semantika  və  funksionallığa  görə  bitiĢik 
yazıldığından,  bir  vurğu  altında  deyildiyindən  və  bir  mənanı  ifadə  etdiyindən 
yazıda  olduğu  kimi,  tələffüzdə  də  birnəfəsə,  ardıcıl  deyilməlidir.  Defislə  yazılan 
mürəkkəb  sözlərin  komponentləri  mənaca  bir-birini  tamamlayır,  onlardan  biri 
semantik cəhətdən yardımçı səciyyə daĢıyır: pal-paltar, sür-sümük, cır-cındır, çör-
çöp,  qara-qura,  əzik-üzük,  ala-bula,  qızıl-mızıl,  pul-mul,  xırda-mırda, xırım-xırda, 
qonum-qonĢu,  colma-cocuq,  qatma-qarıĢ,  asta-asta,  qarıĢ-qarıĢ,  dost-tanıĢ,  ələk-
vələk,  ətli-canlı,  tez-tələsik,  alıĢ-veriĢ,  qeyri-adi,  qeyri-kafi,  əks-təsir,  əks-əlaqə  və 


96 
 
s.  kimi  yüzlərlə  mürəkkəb  söz  defislə  yazılır,  mənanı  daha  təsirli  ifadə  edir,  qısa 
fasilə  ilə  tələffüz  olunur.  Yerli  Ģivədən  gələn  dialekt  tələffüzü  orfoqrafik  səhvlərə 
gətirib  çıxara  bilir.  ġərq  qrupuna  aid  dialekt  və  Ģivələrə  məxsus  tələffüz  belə 
səhvlərə  səbəb  olur:  [aton]-atan,  [nənön]-nənən,[boba]-baba,  [kinova]-kinoya, 
[midalyon]-medalyon,  [tırp]-turp,  [hayva]-heyva  və  s.  sözlərinin  tələffüzü  bu 
qəbildəndir.  -kı/  -ki/  -ku/  -kü Ģəkilçisinin yazılıĢı və tələffüzündə də tələbələr səhvə 
yol  verirlər,  bu  Ģəkilçini  əsasən,  -ki  Ģəklində  yazır  və  deyirlər:  axĢamkı  əvəzinə, 
[axĢamki],  onunku əvəzinə,[onunki],  bugünkü əvəzinə  [bugünki]  və s. 
Ġsim  və sifət düzəldən -ı/ -i/ -u/ -ü Ģəkilçisini də onlar çox vaxt - i variantında yazır 
və 
tələffüz 
edirlər: 
[nırınci]  -narıncı,[ceyrani]-ceyranı,  [novruzi]-novruzu, 
[gümiĢi]-gümüĢü,  [palıdi]-palıdı  və  s  -lı4  Ģəkilçisi  -nı4  (qannı,  Ģannı,  unnu),  -rı4 
(qarrı,  kirri),  dı4  (qazdı,  izdi)  Ģəkillərində  tələffüz  olunur.  Kəmiyyət  Ģəkilçisi  -
lar/lər  yazılı  dildə  əsas  götürüldüyü  halda,  danıĢıq  dilində  və dialekt tələffüzündə -
nar/nər  (oğlannar,  gələnnər),  -  dar/dər  (atdar,  itdər),  -rar/rər  (təkərrər,  bekarrar) 
variantlarında  tələffüz  olunur. 
 
Sual və tapĢırıqlar 
1. Fonetik hadisələrə  uğramıĢ tapbağ, öküzdər, məhĢur, dorğu, aqsırmağ, saba, hası 
sözlərini  orfoqrafik  normaya  uyğun  yazın,  qarĢısında fonetik hadisənin adını qeyd 
edin. 
2.  adil,  arif,  sima  sözlərində  səsin  uzanması  hadisəsi  ilə  vurğunun  eyni,  yoxsa 
müxtəlif  hecalara  düĢdüyünü  izah  edin,  vurğunun  yerini  dəyiĢərkən  sözlərin  xüsusi 
isim  kimi  iĢlənməsinə  münasibət bildirin. 
3. Ədəbi dildə leksik  normanın pozulmasına yol verilirmi? 
Bəs  bədii  əsərlərdə  o,  nə  vaxt  pozula bilir? Dialekt leksikası hansı üslubda məqbul 
sayılır? 
4.  Məhəlli  elementlər,  jarqonizmlər,  loru  və  alınma  sözlər  leksik  normaya 
uyğundurmu?  Dilin  leksik  norması  bunlardan  istifadə  etməyə  hansı  məqamlarda 
icazə verir? 
5. Dildəki  yeni  sözlərə - neologizmlərə  leksik  normanın münasibəti  necədir? 
6. Əsl Azərbaycan sözləri  üçün hansı hecalar xarakterikdir? 
Əks hallar  varsa səbəbini izah  edin. 
7.  Azərbaycan  dilində  hansı  səslər  iĢlənmə  tezliyinə  və  kəmiyyətinə  görə  əsas  yeri 
tutur? Misallarla  fikrinizi  əsaslandırın. 
 
ÇalıĢma 82. Ġntizamı  pozmuĢ tələbəyə dekanın adından xəbərdarlıq edin. 
ÇalıĢma  83.  Yanıltmacları  düzgün  tələffüzlə  sürətlə  oxuyun.  Yanıltmacın 
deyiliĢində  fəal olan danıĢıq üzvlərinin  adlarını deyin: 
1) Getdim gördüm bir dərədə səkkiz-doqquz saqqız Ģaxlı var. 
Dedim:  - Siz neçə ilin  səkkiz-doqquz saqqız Ģaxlısız? 
Dedilər:  - Səkkiz ilin,  doqquz ilin  səkkiz, doqquz saqqız Ģaxıyıq. 
2) Getdim gördüm bir bərədə bir bərbər bir bərbəri bər-bər bəyirdir.... 
3) Getdim gördüm bir dərədə iki  kar, kor kürkü - yırtıq kirpi var.... 
4) Getdim gördüm bir dərədə yeddi qara qaĢqa təpəl səkil çəpiĢ otduyur. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə