Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə42/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

88 
 
buraxırlar:  attestat-[atestat],  akkord-[akord],  kollektiv-  [kalektiv],  effekt-[efekt], 
korrek-tor-[karektor],  qrammatika-[qramatika],  terror-[teror],  immunitet-[imunitet] 
və  s.  Ġki  kar  samitlə  bitən  sözlərə  samitlə  baĢlanan  Ģəkilçi  artırıldıqda  həmin 
samitlərdən  biri  deyilmir.  Bu  tələffüz  qaydasının  təsiri  altında  olan  Ģagird  və 
tələbələr  yazıda  da  bu  qayda  ilə  bağlı  səhvə  yol  verir,  həmin  hərfi  yazmırlar. 
Ümumiyyətlə,  orfoqrafiya  və  orfoepiya  qaydalarını  düzgün  mənimsəməyən  Ģagird 
və  tələbələr  kar  samitləri  cingiltili  samitlərlə  (astar-[asdar],  Ģaftalı-[Ģafdalı], 
MüĢfiq-[müĢvik],  bitki-[bitgi],  kəĢfiyyat-[kəĢviyat]),  cingiltili  samitləri  də  kar 
samitlərlə  (əhəng-[əhənk],  avtomat-[aftamat],  Ģübhəsiz-[Ģüphəsiz]) əvəzləyirlər. 
12. v samiti. 
a)  v samiti alınma sözlərdə kar samitdən əvvəl gəldikdə karlaĢır: avtobus-[aftobus], 
avtomobil-[aftamabil],  avtomat-[aftamat],  Avstraliya-[afstraliya]  və s. 
b)  -ov  səs  birləĢməsi  ilə  iĢlənən  sözlərdə  v  samiti  deyiliĢdə  düĢür  və  o  saiti  bir 
qədər  uzun  tələffüz  olunur:  Buzovna-[buzo:na],  buzov-[buzo:],  [buxov-buxo:], 
[dovĢan-do:Ģan],  dovğa-[do:ğa],  Novxanı-[no:xanı],  novruz-[no:ruz],  qovun-
[qo:un], oxlov-[oxlo:],  ovuc-[o:uc] və s. 
c)  Soyadların  sonunda  gələn  -ov,  -yev  Ģəkilçilərində  v  samiti  karlaĢır:  Əhmədov-
[əhmədof], Əliyev-[əliyef],  Məmmədov-[məmmədof],  Güləliyev-[güləliyef]. 
13.  y  samiti.  Sözlərdə  qoĢa  y  samitinə,  əsasən,  alınma  sözlərdə,  cəmlik  bildirən  -
iyyat/-iyyət  Ģəkilçisində  rast  gəlirik.  ġagird  və  tələbələrimizin  bir  qismi  bu  Ģəkilçi 
ilə  iĢlənən  sözləri  tələffüz  etdikləri  Ģəkildə,  yəni  bir  y  ilə  yazmağa  üstünlük 
verirlər: 
ədəbiyyat-[ədəbiyat], 
kəĢfiyyat-[kəĢviyat], 
əbədiyyət-[əbədiyət], 
qabiliyyət-[qabiliyət]  və s. 
14. z samiti. 
a)  z  samiti  təkhecalı  sözlərin  sonunda  kar  samitdən  sonra  gəldikdə  karlaĢır:  ləfz-
[ləfs], məhz-[məhs]. 
b)  z  samiti  çoxhecalı  sözlərin  sonunda  da  kar  tələffüz  olunur:  almaz-[almas], 
dəryaz-[dəryas],  kələkbaz-[kələkbas],  nərgiz-[nərgis],  nüfuz-[nüfus],  Qorxmaz-
[qorxmas], saqqız-[sakqıs] və s. 
Müxtəlif  samit qoĢalığının tələffüzündə də orfoepik normalar özünü göstərir. 
1)  nb  samit  birləĢməli  sözlərin  deyiliĢi  zamanı  n  səsi  m  səsi ilə əvəz olunur: anbar-
[ambar],  ənbər-[əmbər],  günbəz-[gümbəz],  mənbə-[məmbə],  minbər-[mimbər], 
Qənbər-[qəmbər],  münbit-[mümbit],  sanbal-[sambal],  sünbül-[sümbül],  Ģənbə-
[Ģəmbə], tənbeh-[təmbeh], tənbəl-[təmbəl],  zanbaq-[zambaq],zənbil-[zəmbil]  və s. 
2)  mb  samit  qoĢalığı  ilə  yazılan  sözlər  isə,  əksinə  nb  kimi  tələffüz  olunur:  omba-
[onba],  bomba-[bonba],  hambal-[han-bal],kömbə-[könbə],  kombayn-[konbayn], 
pambıq-[panbıq],  sambo-[sanbo]  və  s.  Bəzi  dilçilər  bu  sözlərin  yazılıĢı  ilə 
tələffüzünün  fərqlənmədiyi  fikrindədirlər. 
 
BƏZİ QRAMMATİK FORMALARIN TƏLƏFFÜZÜ 
Azərbaycan  dilində  qrammatik  Ģəkilçilərin  bir  qismi  yazıldığı  kimi  tələffüz 
olunmur.  Onlara aĢağıdakı hallarda qarĢılaĢırıq: 


89 
 
1.  Ġkinci  Ģəxsin  cəm  (xəbərlik)  Ģəkilçisi  -sınız4  bir  hecalı  -sız4  Ģəklində  tələffüz 
olunur: 
tələbəsiniz-[tələbəsiz], 
məĢqçisiniz-[məĢqçisiz], 
yazırsınız-[yazırsız], 
iĢləyirsiniz-[iĢliyirsiz],  oturursunuz-[oturursuz]  və s. 
2.  Üçünü  Ģəxsin  xəbər  Ģəkilçisi  -dır4  tələffüz  zamanı  r  samitini  itirir,  Ģəkilçi  -dı4 
formasında  tələffüz  olunur:  məĢqçidir-[məĢqçidi],  qırmızıdır-[qırmızıdı],  ondur-
[ondu],  gedibdir-[ge-dibdi]  və  s.  Xəbərlik  kateqoriyasına  məxsus  qrammatik 
əlamətin  -xəbər  Ģəkilçisininn  ixtisarı  nitqin  həm  yazılı,  həm  də  Ģifahi  formasında 
ahəngdarlıq yaradır. 
3.  Ġsmin  çıxıĢlıq  hal  Ģəkilçisi  -dan/dən,  n  və  m  samitləri  ilə  qurtaran  sözlərə 
artırılarkən  -nan  nən  Ģəklində  tələffüz  olunur.  adamdan-[adamnan],  alimdən-
[alimnən], 
anamdan-[anamnan], 
atandan-[atannan], 
balondan-[balonnan], 
diplomdan-[diplomnan],  Dilqəmdən-[dilqəmnən],  məndən-[mənnən],  milyondan-
[milyonnan]  və s. 
4.  Saitlə  bitən  sözlərə idi, imiĢ köməkçi feil-hissəcikləri qoĢulduqda sözün son saiti 
e  və  ya  i  düĢür,  son  sait  bitiĢdirici  y  samitinin  təsiri  ilə  müvafĠq  qapalı  saitə 
çevrilərək  tələffüz  olunur: 
taxta  imiĢ-[taxdeymiĢ],  ata  idi-[ateydi],  acı  imiĢ-[acıymıĢ],  incə  imiĢ-[incəymiĢ], 
alsa idi-[alseydi],  alsa imiĢ-[alseymiĢ],  qala idi-[qaleydi]  və s. 
5.  Ġndiki  və  qeyri-qəti  gələcək  zamanlarda  lll  Ģəxsin  cəmində  iĢlənən  feillərdə 
zaman  Ģəkilçisi  -ır4,  -ar2  -ıl4,-al2  Ģəklində  tələffüz  olunur:  alırlar-[alıllar],  gedirlər-
[gedillər], 
bilərlər-[biləllər], 
alarlar-[alallar], 
oynayırlar-[oynuyullar]  və  s. 
Orfoepiyada  bu  qaydalar  normativ  üslubu  təĢkil  etdiyinə  görə  bu  hal  normativ 
üslub  adlandırılır.  ġagird  və  tələbələrimizin  bir  qismi  az  eĢitdikləri,  ola  bilsin  ki, 
valideynlərinin,  tərbiyəçilərinin,  müəllimlərinin  danıĢığını,  radio  və  televiziya 
veriliĢlərində  diktorların,  aparıcıların  nitqini  diqqətlə  izləmədiklərinə  görə  sözləri 
yazıldığı  kimi  oxumağa,  deməyə  çalıĢırlar,  sözlərin  yazılıĢını,  hərf  tərkibini  əsas 
götürür  və  belə  hesab  edirlər  ki,  sözlər  necə  yazılmıĢsa elə o Ģəkildə də oxunmalı, 
deyilməlidir.  Sözlərin  yazıldığı  kimi  deyilməsi  ədəbi  tələffüz  baxımından 
qüsurludur,  gənc  nəsil,  ümumiyyətlə,  bütün  insanlar  orfoepiyası  orfoqrafiyasından 
fərqlənən  sözləri  və  qrammatik  formaları  ədəbi  tələffüz qaydalarına uyğun oxumalı 
və söyləməlidirlər. 
6.  Cəm  Ģəkilçisi  -lar,-lər  qoĢulduğu  sözün son samitindən asılı olaraq -nar2, -dar2, 
-rar2  Ģəklində  tələffüz  olunur:  xanlar-[xannar],  oğlanlar-[oğlannar],  atlar-[atdar], 
iĢlər-[iĢdər],  qərarlar-qərarrar,  təkərlər-[təkərrər]  və s. 
7.  Ġsim  düzəldən  -lıq4,  sifət  düzəldən  -lı4  Ģəkilçiləri  qoĢulduqları  sözün  son 
samitinin  təsiri  ilə  ilk  samitini  d,  n,  r  səslərindən  biri  ilə  əvəz  edir:  aydınlıq-
[aydınnıx],  qanlı-[qannı],  qarlı-[qar-rı],  atlı-[atdı],  ətli-[ətdi],  dadlı-[daddı],  varlı-
[varrı], ətirli-[ətirri],  unlu-[unnu],  bulanlıq-[bulannıx]  və s. 
8.  Ümumiyyətlə  d,  t,  z,  s,  Ģ  samitləri  ilə bitən sözlərə l samiti ilə baĢlayan Ģəkilçilər 
qoĢulanda  tələffüzdə  l  səsi  d  ilə  əvəzlənir:  rahatlıq-[rahatdıx],  südlü-[sütdü], otluq-
[otdux], səslər-[səsdər], qızlar-[qızdar], iĢlə-[iĢdə], gözlə-[gözdə] və s. 
9.  Adlıq  halda  qoĢa  samitli  təkhecalı  alınma  sözlərə  samitlə  baĢlanan  Ģəkilçilər 
artırıldıqda  qoĢa  samitlərdən  biri  düĢür:  fənn-fənlər,  sirr-sirli,  xətt-xətkeĢ,  haqq-
haqsız,  hiss-hissiz.  Bu  qaydanı  yaxĢı  mənimsəməyən  Ģagird  və  tələbələr  qoĢa 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə