85
tələffüzün təsiri altında belə sözlərin yazılıĢını da orfoepik tələffüzlə yazaraq
orfoqrafik səhvə yol verirlər.
2. Açıq saitlə bitən çoxhecalı isimlərə yönlük hal Ģəkilçisi artırıldıqda bitiĢdirici y
samitindən əvvəlki açıq sait qapalı saitə keçir: anaya-[anıya], babaya-[babıya],
nənəyə-[nəniyə], tələbəyə-[tələbiyə] və s. Bu hal dialektlərdə təsirlik hal Ģəkilçini
qəbul edərkən də müĢahidə edilir: ananı-[anıyı], nənəni-[nəniyi], xalanı-[xalıyı] və
s.
Sual və tapĢırıqlar
1. Ədəbi dilin normaları hansı əsasda formalaĢmıĢdır? Bu proses indi də davam
etməkdədirmi?
2. Nitq mədəniyyətinin ədəbi dil normalarına bağlılığını necə baĢa düĢürsünüz?
3. Fonetik norma nəyə əsaslanır?
4. Orfoqrafiya və orfoepiya anlayıĢını necə baĢa düĢürsünüz?
5. Orfoepiya prinsipəri hansılardır?
6. Orfoepik qüsurların əmələ gəlmə səbəblərini sadalayın.
7. Eyni cinsli qoĢa saitlərin və yanaĢı gələn müxtəlif cinsli saitlərin orfoepiyasında
hansı prinsip əsas götürülür? Nümunələrlə fikrinizi izah edin.
8. Nitq mədəniyyəti və üslubiyyatın tədqiqat obyektləri hansılardır?
9. ġifahi nitqdə hansı vasitələrdən istifadə olunur?
10. Nitqin ədəbi dil normalarına uyğunluğunu necə izah edərsiniz?
ÇalıĢma 72. Mətndə yazılıĢı tələffüzündən fərqli sözləri tapın, altından xətt çəkin,
sözün tələffüz Ģəklini deyin:
- Yox, mən heç yerə getməyəcəyəm! - Südabə ananın üzünə baxmadan cavab
verdi.
- Heyfsiniz, müəllim xanım! Deyirlər onlar arvadlara, uĢaqlara da rəhm eləmirlər.
Kimdən bir az Ģübhələnirlər, boğazından asırlar…
Müəllim sakit və soyuqqanlı səslə:
- Gör kimdir?- deyə oğlana müraciət etdi. Ġldırım yüyürüb qapını açdı. Çadraya
bürünmüĢ bir qadın içəri keçdi, o, üzünü açdıqda müəllim analığı Zərintac xanımı
gördü. Qadın göz yaĢları içində qızlığına dedi:
- Səhər tezdən gərək buradan çıxasan, özünə yazığın gəlsin.
Deyir, onlar sənin kimilərini sorğusuz-sualsız asırlar. Ġldırım iri-iri açılmıĢ gözləri
ilə müəllimə baxırdı.
Birdən müəllim:
- Yox!-dedi. - Bu mümkün deyil! Mən heç yerə getməyəcəyəm!
- Deyən, Azərbaycan haqqında nəğmə öyrədirsiniz, xanım?
- Bəli, ağa! Bəs siz, niyə sinif otağına silahlı əsgərlə girirsiniz?
…- Sağ olun, uĢaqlar! Məni yadınızdan çıxarmayın. Böyük oğlanlar olanda
vətənimizin səadəti uğrunda mübarizə edin.
- Bu, hansı MəĢədi Tağının qızıdır?
- Bu qəribə sual hamını təəccübə saldı.
- ġikayətin kimdəndir?
- Bax, o müəllimdən. (Ġlyas Əfəndiyevin "Xəncər" hekayəsindən)
ÇalıĢma 73. VerilmiĢ sözləri cümlələr daxilində antonim kimi iĢlədin:
86
ağa-nökər, varlı-yoxsul, yaxĢı-pis, gözəl-çirkin, az-çox, hamı-heç kim, gəlmək-
getmək, oturmaq-durmaq, ağlamaq-gülmək, irəli-geri, aĢağı-yuxarı.
ÇalıĢma 74. Bakı Ģəhər Təhsil Ġdarəsinin əmrinə əsaslanaraq bir müəllimi direktor
müavini vəzifəsinə təyin etmək haqqında sərəncam verin.
SAMİTLƏRİN TƏLƏFFÜZÜ İLƏ BAĞLI QAYDALAR
Samitlərin müəyyən fonetik məqam və Ģəraitdə öz məxrəcindən fərqli Ģəkildə
tələffüzü normativ üslubla əlaqədardır. Azərbaycan dilində kar və cingiltili
samitlərin bir qismi heç də həmiĢə yazıldığı kimi tələffüz olunmur.
1. b samiti.
a) b samiti çoxhecalı sözlərin sonunda karlaĢır: kitab-[kitap], corab-[corap], doĢab-
[doĢap], məktəb-[məktəp] və s.
b) Alınma sözlərin ortasında dominant samitlərdən birincisi karlaĢır: Abbas-
[apbas], Cabbar-[capbar], təĢəbbüs-[təĢəpbüs] və s.
2. c samiti.
a) c samiti sözün sonunda karlaĢır: çəkic, dinc, sinc, kərpic və s.
b) cingiltili samitin qarĢısında c samiti j kimi tələffüz olunur:
əcdad-[əjdad], gecdir-[gejdir], səcdə-[səjdə], vicdan-[vijdan] və s.
c) c samiti "bacarmaq" sözündə Ģ kimi -[baĢarmax] tələffüz edilir.
3. ç samiti.
ç samiti ilə bitən təkhecalı sözlərdən sonra d, t, z, s, n samitləri ilə baĢlanan Ģəkilçi
və ya söz gəldikdə ç əvəzinə Ģ deyilir:
qaçdı-[qaĢdı], keçdi-[keĢdi], içdi-[iĢdi], biçdi-[biĢdi], uçdu-[uĢdu], Üçtəpə-[üĢtəpə],
üç dənə-[üĢ dənə], heç zaman-[heĢ zaman], heç nə-[heĢ nə] və s.
4. d samiti.
a) d samiti sözlərin sonunda karlaĢır: ad, dad, yad, od, qanad, həsəd, məqsəd,
armud, bulud və s.
b) təkhecalı sözlərdə karlaĢır: dörd-[dört], kənd-[kənt], qənd-[qənt].
5. f samiti.
f samiti söz ortasında kar samitdən sonra cingiltiləĢir: məxfi,[məxvi] lütfən-
[lütvən], lütfkar-[lütvkar], lütfi-[lütvi].
6. g samiti.
a) g samiti sözün ortasında iki sait arasında y kimi tələffüz olunur: əgər-[əyər],
igid-[iyit], məgər-[məyər], Nigar-[niyar].
b) g samiti sözün sonunda karlaĢır: qəĢəng-[qəĢə(n)k], [pələng-pələ(n)k], tüfəng-
[tüfə(n)k], əhəng, [əhə(n)k], zəng-[zə(n)k] və s.
7. ğ samiti.
ğ samiti sözün ortasında kar samitdən əvvəl x,səsinə keçir:
bağça-[baxça], sağsağan-[saxsağan], ağça-[axça] və s.
8. k samiti.
a) k (ke) samiti sözün ortasında kar samitdən sonra cingiltiləĢir: küskün-[küsgün],
məskun-[məsgun], yetkin-[yetgin], əskər-[əsgər], seçki-[seçgi], ötkün-[ötgün],
təĢkil-[təĢgil] və s.
87
b) k (ke) samiti sözün sonunda y səsi kimi tələffüz olunur:
çürük-[çürüy], köpük-[köpüy], çörək-[çörəy] və s.
c) k (ke) samiti ilə bitən sözlərdən sonra samitlə baĢlayan Ģə-
kilçi və ya söz gəldikdə həmin səs y samitinin kar qarĢılığı kimi tələffüz olunur
(yazıda x,
iĢarəsi ilə göstərilir): küləklər-[küləxlər], ipəkdən-[ipəxdən], kötükdə-[kötüxdə],
köpüklü-[köpüxlü].
ç) Söz ortasında gələn qoĢa k samitlərindən ikincisi cingiltiləĢir: Məkkə-[məkgə],
mütəkkə-[mütəkgə], səkkiz-[səkgiz],sikkə-[sikgə], təĢəkkür-[təĢəkgür].
d) k (ka) samiti alınma sözlərdə q kimi tələffüz olunur: kadr,tank, kombayn,
yarmarka, kommunist, mikrob, klub, kran, konfet. Qalın sait qarĢısında k dilarxası,
partlayan və kar vəziyyətdə müəyyən Ģərait və məqam daxilində yazılıĢından fərqli
tələffüz olunur.
9. q samiti.
a) söz ortasında iĢlənən qoĢa q samitlərindən ikincisi k, kimi -kar tələffüz edilir:
baqqal-[bakqal], çaqqal-[çakqal], diqqət-[dik-qət], doqquz-[dokquz], haqqında-
[hakqında], naqqal-[nakqal], saqqız-[sakqız], saqqal-[sakqal], Ģaqqa-[Ģakqa],
toqqa-[tokqa] və s. Bu sözlərin tələffüzündə birinci samit qüvvətli, ikincisi isə
nisbətən zəif səslənir. ġagird və tələbələr bu sözlərin tələffüz Ģəklini orfoqrafiyada
da saxlayırlar və nəticədə sözləri səhv yazırlar.
b) sözlərin ortasında kar samitdən əvvəl gələn q samiti kar tələffüz olunur: nöqtə-
[nöktə] məqsəd [məksəd], nöqsan-[nöksan], iqtidar-[iktidar], Oqtay-[oktay], rəqs-
[rəks], rəqqasə-[rəkqasə], iqtisadi-[iktisadi] və s.
c) sözlərin sonunda gələn q samiti karlaĢır: dodaq-[dodak], qonaq-[qonak], fərq-
[fərk], məĢq-[məĢk], xalq-[xalk], aĢıq-[aĢık], məxluq-[məxluk] və s.
10. p samiti.
a) söz ortasında yanaĢı iĢlənən qoĢa p samitlərindən ikincisi cingiltiləĢir: ağappaq-
[ağapbağ], hoppanmaq-[hopbanmağ], guppultu-[gupbultu], tappıltı-[tapbıltı] və s.
b) p samiti alınma sözlərdə kar samitlə yanaĢı gəldikdə cingiltili tələffüz olunur:
respublika-[resbublika], ekspert-[eksbert], aspirant-[asbirant] və s.
11. t samiti.
a) t samiti kar samitdən sonra gələndə cingiltili tələffüz olunur: dəftər-[dəfdər],
dəstə-[dəsdə],
apostrof-[apasdrof], ixtiyar-[ixdiyar], iĢtirak-[iĢdirak], məftil-
[məfdil], taxta-[taxda] və s.
b) Söz ortasında qoĢa iĢlənən t samitlərindən ikincisi cingiltiləĢir: əlbəttə-[əlbətdə],
Fəttah-[fətda], hətta-[hətda], Səttar-[sətdar] və s.
c) t samiti sözün sonunda tələffüzdən düĢür: dost-[dos], neft-[nef], resept-[resep],
sərbəst-[sərbəs], manifest-[manifes] və s.
ç) son hecası st, ft, Ģt samitləri ilə bitən sözlərdən sonra samitlə baĢlanan Ģəkilçi və
ya söz gəldikdə həmin samitlərdən ikincisi düĢür: dostlar-[doslar], sərbəstlik-
[sərbəslik], güzəĢtsiz-[güzəĢsiz], teĢtdə-[teĢdə], üstdən-[üsdən], neftçi-[nefçi],
növbətçi-[nö:bəçi], xoĢbəxt tələbə-[xoĢbəx tələbə] və s.
Vurğulu qoĢa samitlərdən sonra gələn bir sıra alınma sözlərdə samitlərdən biri
tələffüzdən düĢür, bəzi Ģagird və tələbələr belə sözlərin yazılıĢında həmin hərfi
Dostları ilə paylaş: |