Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

92 
 
10.  Düzgün  olmayan  tələffüzün  sözün  mənasını  dəyiĢdirməsinə  aid  nümunələr 
göstərin. 
 
ÇalıĢma 73. AĢağıdakı sxemlərə uyğun  nümunələr  göstərin: 
ÇalıĢma  74.  AĢağıdakı  sözlərdə  q-nin  ifadə  etdiyi  səsləri  müəyyənləĢdirin,  sözləri 
transkripsiyada  yazın: 
doqquz,  məqsəd,  dodaq,  qarın,  baqqal,  nöqsan,  məĢq,  quran,  diqqət,  Oqtay, 
qaymaq, qınaq, toqqa, rəqqasə, xalq, qonaq. 
 

b- [bacı] 
p- [məktəp] 

d- [adam] 
t- [dört] 
ç 
ç- [çətir] 
Ģ- [qaĢdı] 

c- [corab] 
j- [vijdan] 

g- [gavalı] 
y- [iyit] 
k- [əhə(n)k] 

k- [kitap] 
g- [seçgi] 
y- [çürüy]  
ÇalıĢma  75.  VerilmiĢ  sözlərdə  t  samitinin  tələffüzünü  fərqləndirin;  nə  üçün 
karlaĢdığını və ya düĢdüyünü izah edin: 
dəstə,  Fəttah,  dost,  üstdən,  məftil,  Səttar,  neft,  dostlar,  taxta,  katta,  sərbəst, 
növbətçi. 
ÇalıĢma  76.  Cümlələrdə  hərf  və  səs  tərkibinə  görə  fərqlənən  sözlərin  altından  xətt 
çəkin, onları transkripsiyada  yazın: 
1)  Səadət  heç  də  əbədi  deyildir;  2)  Yazın  gəliĢi  ilə  təbiət  qıĢ  yuxusundan 
oyanmıĢdır;  3)  Çiçəklərin  ətrini  iyləmək,  quĢların  nəğmələsinə  qulaq  kəsilmək, 
qızların  gülüĢünə  heyran  olmaq  istəyirsiniz;  4)  Siz  məndən  -  müəllimdən 
inciməkdə  haqlı  deyilsiniz.;  5)  Əgər  yüksək  kredit  balları  toplasa  idiniz, 
qrupunuzun  oğlanları  da,  qızları da sizinlə fəxr edər, hələ dadlı, südlü Ģokolada da 
qonaq edərdilər.; 6) Ana ilə  mənə nə almıĢsan?; 
7)  Bizim  qrup  güclü  çətinliklərə  səbrli  oldu,  uĢaqların  hamısı  tamamilə  sərbəstlik 
istəyirdilər,  onlara  daha heç nə lazım deyildi. 


93 
 
ÇalıĢma  77.  Cüdo  üzrə  beynəlxalq  yarıĢda  uğurla  çıxıĢ  etdiklərinə  və 
Azərb.DBTĠA-nın  80  illiyi  münasibəti  ilə  3  nəfər  tələbəyə  rektorun  əmri  ilə 
təĢəkkür elan  edin. 
ÇalıĢma  78.  Misralardakı  sözləri  diqqətlə  oxuyun,  orfoqrafiya  və  orfoepiya 
qaydalarının  tez-tez  əvəzlənməsinə  fikir  verin,  bu  halın  nə  üçün  baĢ  verdiyini  izah 
edin: 
Yenə yaz olaydı, yollar, yoxuĢlar, 
Al-əlvan  güllərdən  naxıĢlanaydı. 
O köçəri quĢlar, nəğməli  quĢlar 
Yenə eyvanıma uçub qonaydı. 
Yenə Əhrabdakı evmiz olaydı, 
Sərdar küçəsindən dönəydin bizə 
Ay ana, nə qədər gör ildi, aydı 
Sən bizə gəlmirsən,  mənsə Təbrizə. 
Sən Təbrizdən ayrı, uzaq sürgündə 
Mən dost torpağında səni anmıĢam 
Bu həsrətli  ayda, həsrətli  gündə 
Bu böyük dostluğa arxalanmıĢam   
                 (Mədinə Gülgün. "Yenə yaz olaydı" Ģeirindən) 
 
ÇalıĢma  79.  Diqqətlə  oxuyun,  əvvəlcə  hərflərinin  sayı  səslərdən,  sonra  isə 
səslərinin  sayı hərflərdən çox olan sözləri ayrıca yazın: 
inĢaat,  teorem,  teatr,  mənfəət,  zəif,  qıfıl,  univermaq,  təbii, ərizə, zoorpark, ġövkət, 
quruluĢ,  müasir,  müəyyən,  duet  ,  Nailə,  məĢqçisiniz,  almıĢsan,  müəllimlə,  quzu 
üçün, qram. 
ÇalıĢma 80. Cümlələrdəki  antonimləri  tapın və qarĢı-qarĢıya yazın: 
Qarı düĢmən dost olmaz. 
Yata-yata  yanımız ağrıdı, dura-dura belimiz  qurudu. 
Yeddi gün, yeddi gecə yemə-içmə  oldu. 
Gecənin xeyirindən  gündüzün  Ģəri yaxĢıdır. 
Ağlasan-ağlaram,  gülsən-gülərəm, 
YaĢasan-yaĢaram, ölsən-ölərəm. 
 
ÇalıĢma  81.  YaĢadığınız  binanın  ətrafı  tez-tez  zibillənir.  Təmizliyi  təmin  etmək 
üçün mənzil-istismar  idarəsinə  sakinlər  adından təliqə yazın. 
 
LEKSİK NORMA 
Leksik normada əsas prinsip iĢlədilən sözlərin mənaca aydınlığıdır. Nitqin anlaĢıqlı 
olması  üçün  sözlərin  mənası  danıĢana  da,  dinləyənə  də  tam  məlum  olmalıdır. 
DanıĢan  öz  nitqində  alınma  sözlərə  və  ya  dialektizmlərə  çox  yer  verərsə,  onların 
mənası,  əlbəttə,  bütün  dinləyicilərə  eyni  dərəcədə  anlaĢıqlı  ola  bilməz.Kitablarda, 
lüğətlərdə  müxtəlif  yazı  məxəzlərində  sözləri,  adətən,  bir  variantda  görürük. 
Amma  xalq  danıĢıq  dilində  və  dialektlərdə  ədəbi  dildə  oxuduqlarımızın  variantları 
da  mövcuddur:  "asan"  əvəzinə  asand,  hasan,  hasand;  "ev"  əvəzinə  əv,  öy,  öv; 


94 
 
"pendir"  əvəzinə  penir,  pəndir;  "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" 
əvəzinə  pencərə;  "ayaq"  əvəzinə  əyağ;  "bıçaq"  əvəzinə  pıçax;  "hökumət"  əvəzinə 
hökmət;  "təcrübə"  əvəzinə  təcürbə;  "indi"  əvəzinə  hindi;  "telefon"  əvəzinə  telfun; 
"Ģəkil"  əvəzinə  Ģikil;  "əlbəttə"  əvəzinə  həlbət,  həlbətdə;  "yenə"  əvəzinə  genə; 
"cümə"  əvəzinə  cuma;  "yəni"  əvəzinə  yanı  və  s.  Azərbaycan  ədəbi  dilinin  lüğət 
tərkibi  zəngin  olduğuna  görə  burada  ümumxalq  danıĢıq  dilinə,  yaxud  dialekt  və 
Ģivələrə  məxsus  sözlərlə  yanaĢı  alınma  sözlərə  -  bir  tərəfdən  ərəb-fars  mənĢəli, 
digər 
tərəfdən 
isə 
XlX 
əsrdən  baĢlayaraq  (M.B.Nadimin,  Q.Zakirin, 
M.F.Axundovun  əsərlərində,  H.Zərdabinin  nəĢr  etdirdiyi  "Əkinçi"  qəzetində  və  s.) 
rus  dilindən  və  rus  dili  vasitəsilə  dünya  dillərindən  alınmıĢ  çoxlu  söz  və  ifadələrə 
rast  gəlirik.  Deməli,  dilimizin  lüğət  tərkibi  milli  mənĢəli  və  alınma  sözlərdən 
ibarətdir.  Milli  mənĢəli  sözlərdə  orfoqrafik  normalar  onların  bir  variantlı  tələffüzü 
üzrə  sabitləĢməyə  doğru  getmiĢdir.  Leksik-semantik  normanın  keyfiyyəti  istər 
danıĢıq  dilindən  gəlmiĢ  milli  sözlərdə,  istərsə  də  alınmalarda  özünü  qabarıq 
göstərir.  Milli  mənĢəli  sözlərdə  orfoqrafik  normalar  onların  bir  variantlı  olmasını 
Ģərtləndirir.  Dilimizin  lüğət  tərkibində  elə  sözlərə  rast  gəlirik  ki,  onlar  qədim  tarixə 
malik  deyildir.  Onlar,  deyək  ki,  əlli  il  bundan  əvvəl  dilimizdə  olmamıĢdır,  termin 
kimi  də  baĢqa  dillərdən  alınmamıĢdır.  Dilçilikdə  özləĢmə  meyilli  kimi  meydana 
çıxan  bu  sözlər  sözyaratma  hesabınadır.  Alınma  sözlərin  dilə  gətirilməsi  əleyhinə 
yönəlmiĢ  bu  proses  alınmalar  üçün  qarĢılıq  tapmağı  nəzərdə  tutur.  ÖzləĢmə, 
əsasən,  söz  sənətkarlarının  xalq  dilinə  və  Türkiyə  türkcəsinə  müraciəti  əsasında 
qarĢılığı  milli  dilimizdə  olmayan,  oxĢarlıq  əsasında  sözyaratma  prosesidir.  Bir 
qismi  keçən  əsrin  70-ci  illərindən  sonra  rus  dilindən  alınmaların  kalka  üsulu  ilə 
düzəlmiĢ  variantlarıdır  ki,  bura  çimərlik,  duracaq,  əyləc,  yelçəkər,  sərinkeĢ, 
tozsoran, soyuducu, dabankeĢ, açıqca və s. kimi sözlər daxildir. Bu tip sözlərin rus 
dilindəki  qarĢılığının  hesabına  yaranmasını  məktəblilər  və  tələbələr  bilməsələrdə, 
orta  və  yaĢlı  nəsil  yaxĢı  xatırlayır.  Amma  hərbiləĢmə  (mili-tarizm),  köçkün 
(emiqrant),  yetəsay  (kvorum),  çağdaĢ  (müa-sir),  yüzillik  (əsr),  durum  (vəziyyət), 
özəlləĢmə  (xüsusiləĢmə),soyqırım  (genosid),  soyad  (familiya)  və  s.  kimi  sözlərin 
iĢlənməsində  paralellik  olsa  da,  saxlanc,  dönəm,  qaynaq,  bölgə,  öndər,  soykökü, 
istilikölçən,  bilgisayar,  cangüdən,  duyum,  toplum,  bağımsız  və  s.  kimi  iĢlənən 
leksik  vahidlər  xalqımızın  müstəqillik  qazanması  sayəsində,  özləĢmə  nəticəsində 
dilimiz-də  sabitləĢməkdədir.  Deməli,  dildə  yalnız  uyğun  qarĢılığı  olmayan  sözlərin 
hazır Ģəkildə alınıb iĢlədilməsi zəruridir. Lakin dildə uyğun qarĢılıq olduqda, yaxud 
onu  düzəltmək  mümkün  olarsa,  mənbə  dildəkinə  uyğun  yaradılmalıdır.  Dilin 
leksikasında  kəmiyyətinə  görə  ikinci  yeri  alınma  sözlər  tutur.  Alınma  leksika  ədəbi 
dilin  funksional  üslubundan  sayılan  elmi  üslubda  üstün  mövqeyə  malikdir.  Elmi 
üslubda  iĢlənən  alınma  söz-terminlər  elmi(sahə)  ədəbiyyatda  çoxluq  təĢkil  edir, 
Ģifahi  nitqdə  isə  elm  adamlarının  leksikonunda  özünü  göstərir.  Dilin  lüğət  tərkibinə 
daxil  olan  terminlər  adi  ümumiĢlək  sözlərdən  fərqlənir.  Elm  və  texnikanın  inkiĢafı 
ilə  əlaqədar  Avropa  dillərindən  alınmıĢ  söz-terminlər  elmin  bu  və  ya  digər 
sahəsində  iĢlənir  və  həmin  sahə  ilə  bağlı  adamların  nitqi  üçün  xarakterikdir. 
Məsələn:  sirroz,  infarkt,  insult,  miningit,  miokard  təbabətə,  karatedo,  uĢu, 
kikboksinq,  muay  tay,  xett-trik,  xavbek  idmana;  metafora,  anafora,  metonimiya, 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə