Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

90 
 
samitləri  saxlamağa  çalıĢdıqları  kimi  (fənnlər,  sirrli,  haqqsız),  həmin  sözləri  tək 
samitlə  yazanlar  da  vardır.  "sirr"  əvəzinə"sir",  "hiss"  əvəzinə  "his",  "xətt"  əvəzinə 
"xət", "zidd" əvəzinə "zid", "fənn" əvəzinə  "fən", "haqq" əvəzinə "haq" və s. 
10.  a,  ə  saitləri  ilə  bitən  feillərə,  feili  sifət  və  feili  bağlamalara  saitlə  baĢlanan 
Ģəkilçi  artırıldıqda  sözün  sonundakı  həmin  saitlər  ahəng  qanununa  uyğun  olaraq 
müvafiq  qapalı  saitlə  əvəzlənərək  tələffüz  olunur:  baĢlayır-[baĢlıyır],  oynayır-
[oynuyur],  iĢləyər-[iĢliyər],  gözləyən-[gözlüyən],  ovlayar-[ovluyar],  oynayanda-
[oynuyanda] və s. 
11.  Feilin  indiki  və  qeyri-qəti  gələcək  zaman  formalarının  inkarı  ədəbi  dilin 
qaydalarına  uyğun  formada  yox,  Ģifahi  nitqin  tələbinə  uyğun  tələffüz  olunur  və 
yazılır:  yazmayır-yazmır,  oxumayar-oxumaz,  gəlməyir-gəlmir,  getməyər-getməz 
və s. 
12.  Nəqli  keçmiĢ  zamanda  ll  Ģəxsin  təkində  -mıĢ4  Ģəkilçisinin  Ģ  səsi  deyilmir, 
cəmində isə Ģ samiti  düĢməklə yanaĢı həm də Ģəxs sonluğu -sınız4 qısaldılmıĢ -sız4 
Ģəklində  tələffüz  olunur: 
almıĢsan-[almısan],  gəlmiĢsən-[gəlmisən],  oxumuĢsunuz-[oxumusuz],  getmiĢsiniz-
[getmisiz],  oynamıĢsan-[oynamıĢan], oynamıĢsınız-[oynamısız] və s. 
13.  -ma/mə  Ģəkilçisindən  sonra  saitlə  baĢlanan  Ģəkilçi  gəldikdə  inkarlıq  bildirən 
Ģəkilçilərin  saiti  söz  kökünün  ahənginə  uyğun  olaraq  qapalı  saitlə  əvəzlənərək 
tələffüz 
olunur: 
gəlməyim-[gəlmiyim], 
almayasan-[almıyasan], 
oxumaya-
[oxumuya], görməyim-[görmüyüm]  və s. 
14.  ilə  qoĢması  samitlə  bitən  sözlərdə  -nan/nən  Ģəklində  tələffüz  olunur: müəllimlə-
[müəllimnən],  dostunla-[dostunnan],  anamla-[anamnan],  Arzu  ilə-[arzuynan],  ata 
ilə-[ataynan],  [ateynən]  və s. 
15.  üçün  qoĢması  tələffüzdə  ahəng  qanununa  tabe  olaraq  əvvəlinci  saitin  düĢməsi 
hesabına  -çın4  Ģəklində  tələffüz  olunur:  atamız  üçün-[atamızçın],  vətən  üçün-
[vətənçün],  onun  üçün-[onunçun]  və  s.  Bu  qoĢma sonu açıq saitlə bitən sözlərdən 
sonra  gəldikdə  həmin  sait  bitiĢdirici  y  samiti  qarĢısında  e  səsi  ilə  tələffüz  olunur: 
ana  üçün-[aneyçün],  nənə  üçün-[nəneyçün],  idarə  üçün-[idareyçün]  və.s.  Üçün 
qoĢması  qapalı  saitlər  qarĢısında  bitiĢdirici  y  samitindən  sonra  yalnız  ilk  saitini 
itirir:  qutu  üçün-[qutuyçun],  ütü  üçün-[ütüyçün],  su  üçün-[suyçun],  inəyin  südü 
üçün-[inəyin  südüyçün].  və.s  Haqqında  danıĢdığımız  bütün  bu  fonetik  qanun  və 
hadisələr,  səslərin  yer  dəyiĢməsi  və  əvəzlənməsi  saitlərin  çox iĢlənməsi ilə bağlıdır. 
Nitq  axını  zamanı  müxtəlif  məxrəcli  səsləri  tələffüz  etmək  üçün  danıĢıq  üzvləri 
daha  asan,  səlis,  rəvan  tələffüzə  meyilli  olduğundan  səs  təhrifləri  -  fonetik 
hadisələr  meydana  çıxır. Bəzi məqamlarda bir səsin baĢqa birisinə təsir edərək onu 
tamamilə  öz  məxrəcinə,  yaxud  yaxın  səs  məxrəcinə  salması  özünü  assimilyasiya 
(səs  uyuĢması)  kimi  göstərir  ki,  biz  bunlardan  bəhs  etdik:  məndən-[mənnən], 
alırlar-[alıllar],  qaçdı-[qaĢdı]  və  s.  Yaxud,  bəzi  hallarda  bir  səs öz cinsindən olana 
təsir  edərək  onun  səslənməsini  dəyiĢdirir  ki,  buna  dissimilyasiya  deyilir  (qa-
rarmaq-qaralmaq,  sararmaq-saralmaq,  hammal-hambal  və  s.).  Eləcə  də  danıĢıq 
zamanı  söz  daxilində  yanaĢı  gələn  samitlərin  öz  yerini  dəyiĢməsi  metateza hadisəsi 
kimi  özünü göstərir: 
(yanlıĢ-yalnıĢ, doğru-dorğu, süfrə-sürfə, küflət-külfət,  nəlbəkilənbəki). 


91 
 
Samitlə  baĢlanan  və  ya  samitlə  qurtaran  bir  sıra  alınma  sözlərin  əvvəlinə,  yaxud 
sonuna  sait  səs  artırılır.  Bu,  Azərbaycan  dili  üçün  xarakterik  olmayan  iki  samitin 
yanaĢı  gəlməsi  ilə  əlaqədardır  və  dilçilikdə  bu  hadisəni  proteza adlandırırlar: qrup-
qurup,  qram-qıram,  klub-kulub,  stəkan-istəkan,  stansiya-istansiya,  Ģkaf-iĢkaf,  stol-
ustol  və s. r samiti ilə baĢlayan bir sıra alınma sözlərin əvvəlinə i saiti artırılır: Rza-
[irza],  razi-[irazi],  Rəsul-[irəsul],  Rəhim-[irəhim]  və s. 
Bir  sıra  alınma  sözlərin  sonunda  iki  samit yanaĢı gəlirsə, onların arasına bir qapalı 
sait  artırılır:  səbr-[səbir],  qəbr-[qəbir],sədr-[sədir],  dövr-[dövür],  zülm-[zülüm]  və 
s.  Bəzən  iki  sözün  birləĢməsi  və  ya  sözə  müəyyən  Ģəkilçinin  artırılması  zamanı 
çoxhecalılıq  yaranmasın  deyə,  alınmıĢ  sözü  müəyyən  dərəcədə  qısaltmaq  lazım 
gəlir.  Eliziya  adlanan  bu  fonetik  hadisə  müxtəlif  samit  və  ya  sait səslərin dəyiĢməsi 
ilə  xarakterizə  olunur.  Bir  qrup  milli  sözlərimizdə  (alın,  beyin,  burun,boyun,  çiyin, 
qarın  və  s.  )  və  əslən  alınma  mənĢəli  sözlərdə  (fikir,  sinif,  Ģəkil,  nəsil, ömür və s.) 
son  hecadakı  qapalı  saitlər  hal  və  mənsubiyyət  Ģəkilçilərindən  əvvəl  yazıda  və 
tələffüzdə  dü-ür:  (onun)  oğlu,  burnu,  alnına,  ağzını,  boynunun;  sinfimiz, 
Ģəklinə,ömrünü,  nəsliniz  və  s.  Dialekt  və  Ģivələr  üçün  adi  hal almıĢ bu hadisə canlı 
danıĢıq  dilində  də  dilin  fonetk  imkanlarından  uğurla  istifadə  bacarığının 
nümayiĢinə  çevrilir. 
 
ABBREVİATÜRLƏRİN 
TƏLƏFFÜZÜ İLƏ BAĞLI QAYDALAR 
BaĢ  hərflərdən  ibarət  mürəkkəb  qısaltmalar  aĢağıdakı  Ģəkildə  yazılır  və  tələffüz 
olunur: 
1)  səslərin  adı  ilə:  YAP-Yeni  Azərbaycan  Partiyası,  ABġ-  Amerika  BirləĢmiĢ 
ġtatları,  ATƏT-Avropada  Təhlükəsizlik  və  ƏməkdaĢlıq  TəĢkilatı,  AġPA-Avropa 
ġurası Parlament Assambleyası və s. 
2.  hərflərin  adları  ilə:  MSK  (emseka)  -  Mərkəzi  Seçki  Komissiyası,  MDB 
(emdebe)-Müstəqil  Dövlətlər  Birliyi,BMT-(beemte)-BirləĢmiĢ  Millətlər  TəĢkilatı, 
BDU-(bedu)-Bakı  Dövlət Universiteti  və s. 
3.  bütöv  Ģəkildə,  tərkibindəki  sözlərlə  oxunanlar:  DYP-Dövlət  Yol  Polisi,  KĠV-
Kütləvi  Ġnformasiya  Vasitələri,  AMEA-Azərbaycan  Milli  Elmlər  Akademiyası, 
ADBTĠA-Azərbaycan  Dövlət Bədən Tərbiyəsi  və Ġdman Akademiyası  və s. 
Sual və tapĢırıqlar 
1. Fonetik-orfoqrafik norma nə deməkdir və hansı nitq üçün əsasdır? 
2. Yazılı nitqdə Ģifahi  nitq ünsürlərini  əvəz edən nədir? 
3. Monoloji  nitqin  növlərini  deyin və onları izah  edin. 
4. Ədəbi dilin  yazılı üslubları hansı cəhətdən Ģifahi üslubdan fərqlənir? 
5. Nitqi  fərdi, yoxsa ümumi  hadisə adlandırmaq düzgündür? 
6. Ədəbi dil normaları  hansı nitqdə tam gözlənilir? 
7. Ədəbi dilə yiyələnməyin  yüksək mərhələsi  hansı nitqdir? 
8.  Tələffüz  olunmayan  səssiz  nitqdə  ədəbi  dil  normaları  hansı  səviyyədə  təzahür 
tapır? 
9.  Sözlərin  düzgün  tələffüzü  nəyə  dəlalət  edir?  Düzgünlük  kommunikativ 
keyfiyyətdirmi? 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə