Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə31/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   65

64 
 
zənginləĢdirməyə  çalıĢmalıyıq.  Bədii,  elmi,  kütləvi,  publisistik  əsərlərin  müntəzəm 
mütaliəsi  gənclərimizin  söz  ehtiyatını  artırmaqla  onlar  üçün  ümumiĢlək  olmayan, 
az iĢlətdikləri  sözlərin  də nitqdə aktivləĢməsinə  səbəb olacağı Ģübhəsizdir. 
 
NİTQİN İFADƏLİYİ 
Ġfadəlik  üslub  baxımından  ən  uğurlu  dil  vasitələri  tapıb  iĢlətmək  deməkdir.  Ġfadəli 
nitq  təkcə  aydın,  düzgün,  səlis,  məntiqi  olmaqla  bitmir,  həm  də  təsirli, 
emosional,cazibəli  formada  öz  əksini  tapır.  Ġfadəli  nitq  ondan  bəhrələnənlərin 
hisslərinə  təsir  edir,  marağını  artırır,  çünki  burada  məntiq  güclü olduğu kimi, ifadə 
tərzi  də  tutarlı  söz,  ifadə  və  ibarələrlə  həm  zəngin,  həm  də  ifadəlidir.  Ġfadəliyi  çox 
vaxt  söz  sənətkarlarına  aid  edirlər,  axı  onlar  dilin  zəngin  söz  xəzinəsinə,  onun 
qayda-qanunlarına  daha  yaxĢı  bələddirlər.  Onlar özlərindən əvvəl yaĢayıb-yaratmıĢ 
sələflərinin  bədii  irsinə  dərindən  yiyələnirlər,  deyilmiĢləri  təkrar  etmədən  orijinal 
fikirlərini  daha  emosional,  cazibəli,  mənalı  ifadə  et-mək  bacarığı  nümayiĢ 
etdirirlər,  dilin  bütün  sisteminə  -  fonetika,  leksika,  semantika,  qrammatika, 
intonasiya  və  üslubiyyata  hərtərəfli  bələd  olmaqla  yeni  dil  vasitələri  düzəldib 
iĢlədirlər.  Elə  buna  görə  də  onların  dili  zəngin,  obrazlı,  ahəngdar  və  ifadəli  nitq 
kimi  yeni  nəslə,  özlərindən  sonra  gələn  sənətkarlara  gözəl  miras  kimi  ötürülür. 
Ġnsan  hisslərinə  təsir  göstərən,  onu  həyəcanlandıran,  ruhunu  pərvazlandıran, 
qəlbini  ehtizaza  gətirən,  könlünü  oxĢayan  nitq  ifadəlidir.  Nitqin  Ģüura  təsiri 
dərəcəsinə  görə  Ģeir  nəsrə  nisbətən  daha  güclü  vasitədir.  ġeirdə  bədiilik  və 
obrazlılıq  yüksək,  daha  əyani  və  güclüdür.  Ġ.Nəsiminin,  M.Füzulinin,  M.P.Vaqifin, 
A.Ələsgərin,  M.Ə.Sabirin,  S.Vurğunun  Ģeirləri  ifadəli  nitqin  gözəl  nümunələridir. 
Bu  Ģeirlərdə  bədii  nitq  forması  zahirən  çox  sadə,  leksikası,  intonasiyası  və 
sintaksisi  baxımından  çox  rəvan,  oynaq  və  səlisdir.  Bu  Ģeirlər  sanki  xalq  musiqisi 
ilə  harmoniya  təĢkil  edir.  Nitqin  ifadəliyi  ünsiyyət  mühiti  ilə  dilin  struktur  sahələri 
və  üslub  sistemi  ilə  ĢərtləĢir.  Ġfadəli  nitq  təfəkkürlə,  müraciət  olu-nan  Ģəxslə  və  dili 
yaxĢı  bilməklə  onun  ifadəlik  imkanlarını  duyub  qiymətəndirməklə  əlaqədardır.  Adi 
sözlərdən  qurulmuĢ  epitet,  metafora,  metonimiya,  sinekdoxa  və  məcazlar  ifadəliyi, 
bədiiliyi  gücləndirən  vasitələrdir.  Ġntonasiyanın  ifadəlik  imkanları  daha  böyükdür. 
O,  nitqin  qrammatik  və  leksik-semantik  normalarının  əsasıdır.  Ġfadəli  nitq  bədii və 
obrazlı  olur.  Obrazlılıq  nitqin  bütün  təzahür  formalarında  bu  və ya digər dərəcədə 
özünü  göstərsə  də,  bədiilik  ancaq  bədii  əsərlərə  xasdır.  Nitqin  ifadəliyi  eyni 
zamanda  onun  ekspressivliyi,  emosionallığı  ilə  əlaqədardır.  Ekspressivlik  özü 
emosionallıq  və  ob-razlılıqla  birlikdə  təzahür  edir.  Ekspressivliyi  yaratmaq 
sinonimlərin  iĢlədilməsi  əsasənda  aparılır.  Ġfadəli,  bədii  nitq  emosiyalara  təsir 
etməklə  insanda  müəyyən  gözəl  duyğular,  xoĢ  hisslər  oyadır  və  emosionallığa 
səbəb  olur.  Bədiilik  və  obrazlılıq  bədii  təfəkkürün  məhsulu  olmaqla  ədəbi  bədii 
əsərlərə  xas  keyfiyyətdir.  Bədiilik  ən  çox  poetik  obrazlılıq  anlamında  iĢlədilir.  O, 
söz  sənətkarlarının  yaradıcılığında  təzahür  tapır  və  yalnız  bədii  əsərlər  üçün 
səciyyəvidir.  Bədiilik  sənətkarın  mövzu  seçmə  qabiliyyətindən,  obrazları  təsvir 
etmə  məharətindən,  obrazlı  dil  vasitələrindən  yaradıcılıqla  istifadəsindən  asılıdır.  
Nitqin  obrazlığı,  emosional  keyfiyyəti,  təsirliyi  ekspressivlik  anlamındadır. 
Emosionallıq  emosiyanın  (fransızca  "həyəcan",  "hiss",  "təsəvvür")  ifadəsinə 


65 
 
xidmət  edir.  Emosionallıq,  ekspressivlik  və  obrazlılıq  yaxın  anlayıĢlardır,  onlara 
patetik  çıxıĢlarda,  qızğın  və  coĢqun  nitqlərdə rast gəlirik. Ekspressivlik dilin bütün 
səviyyələrində  müxtəlif  ifadə  vasitələri  ilə  yaranır.  Emosionallıq  törədən  əsas  dil 
vahidləri  aĢağıdakılardır: 
1) Hissi halları  ifadə edən sözlər (təəssüf, heyf, yaxĢı ki və s.) 
2)  Fikrə  danıĢanın  emosional  münasibətini  bildirən  sözlər  (afərin,  yaĢa,  var  ol; 
yaramaz,  alçaq, Ģərəfsiz və s.) 
3)  Emosional  qiymətləndirici  sinonimlər  ("getmək"  əvəzinə  "götürülmək",  "daban 
alıb  qaçmaq",  "əkilmək",  "aradan  çıxmaq":  "ölmək"  əvəzinə  "gəbərmək", 
"cəhənnəmə vasil  olmaq" və s.). 
4) Məcazi  mənalı sözlər; 
5)  Emosionallıq  bildirən  nidalar  və  ədatlar  (heyhat,  əfsus,  ay  gəldi  ha!  və  s.) 
Emosionallıq  yaradan  söz  və  ifadələr  cümlədə  özünü  müxtəlif  çalarlı  emosional 
boyalar Ģəklində göstərir: ġaban nənə. - A sənin atan-anan tünbətün düĢsün! A səni 
belə  əkib-doğanuvun  atasına  nəhlət!  (C.Məmmədquluzadə);  Bas  bayıra,  sənin 
yerin  təkyə, filandı, ay xala!  (Ə.Vahid) 
Sual və tapĢırıqlar 
1. Nitqin  münasibliyi  hansı amillərlə  bağlıdır? 
2. Nitqin  zənginliyi  dedikdə nələr  nəzərdə tutulur? 
3. Nitqin  zənginliyini  və ya kasıblığını necə müəyyənləĢdirmək  olar? 
4. Nitqin  zənginliyi  hansı üsulublar  üçün səciyyəvidir? 
5. Hansı hallar  yığcamlığa mənfi  təsir göstərir, dinləyici  və oxucunu yorur? 
6. Bədii  nitqdə hansı cəhətlər üstünlük  təĢkil  edir? 
7.  Nitqdə  eyni  dil  ünsürlərinin  təkrarlanması,  eyni  cümlə  konstruksiyalarının  və 
formalarının  ardıcıl  verilməsi  nitqi  zənginləĢdirirmi?  Misallar  gətirməklə  fikrinizi 
izah  edin. 
8. Bədiilik  nədir? Bədiilik  hansı üslub və hansı əsərlər üçün səciyyəvidir? 
9. Nitqin  ahəngdarlığı dedikdə nə baĢa düĢülür? 
10. Ġfadəliyi  gücləndirən  vasitələr  hansılardır? 
 
ÇalıĢma  55.  VerilmiĢ  dialekt  sözlərinin  mənasını  izah  edin  və  ədəbi  dildəki 
qarĢılığını verin: 
ciyi,  becid,  ələrdan,  deĢdəbəkur,  dənab,  düĢgü,  hancarı,  kəbə,  məkə,  nimdər, 
məhrəba, qəməlti,  qarqundey, qəlbi, qəmbər, peyğəmbəri, təlis, zir, yelpənək. 
ÇalıĢma 56. VerilmiĢ  frazeoloji  birləĢmələri  cümlələrdə  iĢlədin: 
ağzına  su  almaq;  dil-dil  ötmək;  dilotu  yemək;  bürnünün  ucu  göynəmək;  can 
vermək;  üz  vermək;  üz  ağartmaq:  əl-ayağı  iĢdən  soyumaq;  ürəyi  düĢmək;  mənəm-
mənəm  demək;  gözü  ayağının  altını  görməmək;  ürəyi  dağa  dönmək;  çiçəyi 
çırtlamaq;  bir  göz  qırpımında;  aydan  arı, sudan duru; qılığına girmək; qəlbinə yol 
tapmaq; tükləri  biz-biz  olmaq. 
ÇalıĢma  57.  Mətn  parçalarını  oxuyun,  intonasiya  növlərini  göstərin.  Durğu 
iĢarələrinin  nəyin  hesabına qoyulduğunu izah  edin: 
Vüqarı  dəhĢət  bürüdü.  Professorla  stəkan-stəkana  vurub Ģərab içsin?! Bu necə ola 
bilər?..  Bəlkə  professor  onu  sınayır,  qanacağını  öyrənir?  (V.Babanlı.  Vicdan 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə