Економиксин принсипляри
31
üzvlərinə kifayət edəcək kəmiyyətdə geyim və yeməyi təmin etmək iqtidarında
deyil, o, ehtiyacı olan hər kəsə yaşayış yeri və tibbi yardımı təmin etmək imka-
nına malik deyil. Gəlir vergisinin alınması və sosial qüvvə kimi bir çox dövlət
proqramlarının məqsədi iqtisadi nemətlərin daha ədalətli bölgüsünə nail
olmaqdır.
Dövlətin bazar situasiyasını yaxşılaşdırmaq imkanına malik olması
haqda müddəa o demək deyil ki, dövlət zəruri olmayan hallarda bundan
istifadə edəcək. İctimai siyasəti mələklər həyata keçirmirlər və bu proses
mükəmməllikdən çox uzaqdır. Çox vaxt dövlət proqramları yeganə məqsədi -
mötəbər siyasətçilərin xeyrini güdür. Bəzən bu proqramlar xoşməramlı, lakin
kifayət qədər informasiyaya malik olmayan siyasətçilər tərəfindən işlənib
hazırlanır. İqtisadi nəzəriyyənin öyrənilməsinin məqsədlərindən biri də nə
zaman dövlət siyasətinin səmərəlilik və bərabərliyin əldə olunmasına, nə vaxt
isə digər məsələlərin həllinə yönəldiyinin qiymətləndirilməsində sizə kömək
etməkdən ibarətdir.
Ġqtisadiyyatın bütövlükdə fəaliyyəti
Biz fərdlərin qərarlar qəbul etməsi qaydasını və onların bir-biri ilə qarşılıqlı
əlaqəsinin nəzərdən keçirilməsindən başladıq. «İqtisadiyyat» bu qərarlar və
qarşılıqlı əlaqələrdən ibarətdir. Sonrakı üç prinsip bütövlükdə iqtisadiyyatın
fəaliyyətinə aiddir.
Prinsip 8. Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri
istehsal etmək qabiliyyəti ilə müəyyən olunur
Dünya ölkələri əhalilərinin həyat səviyyəsi fərqlidir. 1997-ci ildə orta
amerikalı ildə 29.000$ qazanırdı. Həmin ildə orta meksikalı 8.000 $, orta
nigeriyalı isə 900$ qazanırdı. Təəccüblü deyil ki, orta gəlirlərdəki böyük
fərqlər əhalinin həyat səviyyəsinin müxtəlif göstəricilərində əks olunur.
Gəlirləri yüksək olan ölkələrin vətəndaşları aşağı gəliri olan ölkələrin
əhalisindən fərqli olaraq, daha çox televizor, avtomobil, keyfiyyətli yemək və
tibbi xidmətə malikdirlər.
Hətta, bir ölkədə zaman keçdikcə əhalinin həyat səviyyəsi əhəmiyyətli
dərəcədə dəyişir. ABŞ-da il ərzində əhalinin gəlirləri 2% artır (həyat dəyərinin
dəyişikliklərində uyğun düzəlişlər edildikdən sonra) və deməli, hər 35 ildən bir
vətəndaşların orta gəlirləri 2 dəfə artmış olur (son 100 ildə orta amerikalının
gəliri 8 dəfə artmışdır).
Müxtəlif ölkələrin əhalisinin həyat səviyyəsindəki böyük fərqlər nə ilə
izah olunur? cavab olduqca sadədir. Bu məhsuldarlıq (səmərəlilik) - 1 saat iş
vaxtı ərzində istehsal olunmuş əmtəə və xidmətlərin kəmiyyətləri – səviyyələ-
rindəki fərqlərə çevrilir. İşçilərin vaxt vahidi ərzində daha çox əmtəə və xid-
mətlər istehsal etdiyi ölkələrdə əhalinin əksəriyyəti yüksək həyat səviyyəsinə
Н. Грегори Менкйу
32
malikdir, əhalisi daha az məhsuldarlıqla işləyən ölkələrdə isə insanların əksə-
riyyəti daha sadə şəraitdə yaşamaq məcburiyyətində qalırlar. Beləliklə, məhsul-
darlığın artım sürəti ölkədə orta gəlirlərin artım sürəti ilə müəyyən olunur.
Məhsuldarlıq və həyat səviyyəsi arasındakı əsaslı qarşılıqlı əlaqə aşkar-
dır, lakin burada dərin məna gizlənir. Əgər məhsuldarlıq həyat səviyyəsini
müəyyən edən əsas amildirsə, bunun bütün digər izahları ikinci dərəcəlidir.
Misal üçün, son yüz il ərzində amerikalıların həyat səviyyəsinin yüksəlməsi
səbəblərini həmkarlar ittifaqlarının səyləri və əməyin minimum ödənişi barədə
qanunun təsiri ilə əlaqələndirmək çox cəlbedicidir. Lakin Amerika fəhlələrinin
maddi rifahının əsas səbəbi onların əməyinin yüksək məhsuldarlığı olub və qal-
maqdadır. Bəzi Amerika şərhçiləri son illərdə əhalinin gəlirlərinin artım
sürətinin zəifləməsini Yaponiya və digər ölkələr tərəfindən rəqabətin artması
ilə izah edirlər. Lakin əslində bunun səbəbi ABŞ-ın özündə əmək məhsuldar-
lığının artım tempinin zəifləməsidir.
Məhsuldarlıq və gəlirlərin səviyyəsi arasındakı qarşılıqlı əlaqə dövlət
proqramlarında nəzərə alınmalıdır. Siyasətçilərin bu və ya digər tədbirlərin
həyat səviyyəsinə təsiri barədə boşboğazlıqlarını eşitdikdə, özünüzə bu sualı
verin: təklif edilən proqram əmtəə və xidmətləri istehsal etmək qabiliyyətinə
necə təsir edəcək? Yüksək həyat səviyyəsinin bünövrəsi məhsuldarlığın artırıl-
masıdır və deməli, işçilərin təhsil, qabaqcıl texnologiyalar, əmək vasitələri və
alətləri əldə etmək imkanını təmin etməkdir.
Son onillikdə ABŞ ictimaiyyəti və iqtisadçılarının müzakirələri əsasən
dövlət büdcəsinin kəsiri hökumətin xərclərinin gəlirləri üstələməsi mövzusuna
aid idi. Sonradan öyrənəcəyik ki, büdcə kəsirinin ölçüləri barədə narahatçılıq
əsasən onun məhsuldarlığa mənfi təsir etməsinin qavranması ilə əlaqədardır.
Əgər dövlətə büdcə kəsirini maliyyələşdirmək zəruridirsə, o, bunu istiqrazlar
vasitəsilə edir, tələbənin kollecdə təhsil haqqını ödəmək üçün, yaxud yeni
zavodun tikintisinin maliyyələşdirilməsi üçün firmanın bankdan kredit götür-
məsi halında olduğu kimi. Bunun nəticəsində digər istifadəçilər üçün əldə
etmək imkanı olan pul vəsaitlərinin miqdarı azalır. Beləliklə, büdcə kəsiri həm
insan kapitalına (tələbənin təhsili), həm də fiziki kapitala (firmanın istehsalı)
investisiyaların məhdudlaşdırılmasına gətirib çıxarır. Bir halda ki, bu gün
investisiyaların azaldılması, sabah məhsuldarlığın aşağı düşməsi deməkdir,
deməli, büdcə kəsiri əhali gəlirlərinin artım sürətinə mənfi təsir göstərir.