DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə20/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   281

Економиксин принсипляри 

 

31 



üzvlərinə kifayət edəcək kəmiyyətdə geyim və yeməyi təmin etmək iqtidarında 

deyil, o, ehtiyacı olan hər kəsə yaşayış yeri və tibbi yardımı təmin etmək imka-

nına malik deyil. Gəlir vergisinin alınması və sosial qüvvə kimi bir çox dövlət 

proqramlarının  məqsədi  iqtisadi  nemətlərin  daha  ədalətli  bölgüsünə  nail 

olmaqdır.  

Dövlətin  bazar  situasiyasını  yaxşılaşdırmaq  imkanına  malik  olması 

haqda    müddəa  o  demək  deyil  ki,  dövlət  zəruri  olmayan  hallarda  bundan 

istifadə  edəcək.  İctimai  siyasəti  mələklər  həyata  keçirmirlər  və  bu  proses 

mükəmməllikdən çox uzaqdır. Çox vaxt dövlət proqramları yeganə məqsədi - 

mötəbər  siyasətçilərin  xeyrini  güdür.  Bəzən  bu  proqramlar  xoşməramlı,  lakin 

kifayət  qədər  informasiyaya  malik  olmayan  siyasətçilər  tərəfindən  işlənib 

hazırlanır.  İqtisadi  nəzəriyyənin  öyrənilməsinin  məqsədlərindən  biri  də  nə 

zaman  dövlət  siyasətinin səmərəlilik  və  bərabərliyin  əldə olunmasına,  nə  vaxt 

isə  digər  məsələlərin  həllinə  yönəldiyinin  qiymətləndirilməsində  sizə  kömək 

etməkdən ibarətdir.  



 

Ġqtisadiyyatın bütövlükdə fəaliyyəti 

Biz  fərdlərin  qərarlar  qəbul  etməsi  qaydasını  və  onların  bir-biri  ilə  qarşılıqlı 

əlaqəsinin  nəzərdən  keçirilməsindən  başladıq.  «İqtisadiyyat»  bu  qərarlar  və 

qarşılıqlı  əlaqələrdən  ibarətdir.  Sonrakı  üç  prinsip  bütövlükdə  iqtisadiyyatın 

fəaliyyətinə aiddir.  

 

Prinsip 8. Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri 



istehsal etmək qabiliyyəti ilə müəyyən olunur 

Dünya  ölkələri  əhalilərinin  həyat  səviyyəsi  fərqlidir.  1997-ci  ildə  orta 

amerikalı  ildə  29.000$  qazanırdı.  Həmin  ildə  orta  meksikalı  8.000  $,  orta 

nigeriyalı  isə  900$  qazanırdı.  Təəccüblü  deyil  ki,  orta  gəlirlərdəki  böyük 

fərqlər  əhalinin  həyat  səviyyəsinin  müxtəlif  göstəricilərində  əks  olunur. 

Gəlirləri  yüksək  olan  ölkələrin  vətəndaşları  aşağı  gəliri  olan  ölkələrin 

əhalisindən fərqli  olaraq, daha çox televizor, avtomobil, keyfiyyətli yemək və 

tibbi xidmətə malikdirlər.  

Hətta, bir ölkədə zaman keçdikcə əhalinin həyat səviyyəsi əhəmiyyətli 

dərəcədə dəyişir. ABŞ-da il ərzində əhalinin gəlirləri 2% artır (həyat dəyərinin 

dəyişikliklərində uyğun düzəlişlər edildikdən sonra) və deməli, hər 35 ildən bir 

vətəndaşların  orta  gəlirləri  2  dəfə  artmış  olur  (son  100  ildə  orta  amerikalının 

gəliri 8 dəfə artmışdır).  

Müxtəlif ölkələrin əhalisinin həyat səviyyəsindəki böyük fərqlər nə ilə 

izah olunur? cavab olduqca sadədir. Bu məhsuldarlıq (səmərəlilik) - 1 saat iş 

vaxtı ərzində istehsal olunmuş əmtəə və xidmətlərin kəmiyyətləri – səviyyələ-

rindəki  fərqlərə  çevrilir.  İşçilərin  vaxt  vahidi  ərzində  daha  çox  əmtəə  və  xid-

mətlər  istehsal  etdiyi  ölkələrdə  əhalinin  əksəriyyəti  yüksək  həyat  səviyyəsinə 




Н. Грегори Менкйу 

 

 



32 

malikdir,  əhalisi  daha  az  məhsuldarlıqla  işləyən  ölkələrdə  isə  insanların  əksə-

riyyəti daha sadə şəraitdə yaşamaq məcburiyyətində qalırlar. Beləliklə, məhsul-

darlığın artım sürəti ölkədə orta gəlirlərin artım  sürəti ilə  müəyyən olunur.  

Məhsuldarlıq və həyat səviyyəsi arasındakı əsaslı qarşılıqlı əlaqə aşkar-

dır,  lakin  burada  dərin  məna  gizlənir.  Əgər  məhsuldarlıq  həyat  səviyyəsini 

müəyyən  edən  əsas  amildirsə,  bunun  bütün  digər  izahları  ikinci  dərəcəlidir. 

Misal  üçün,  son  yüz  il  ərzində  amerikalıların  həyat  səviyyəsinin  yüksəlməsi 

səbəblərini həmkarlar ittifaqlarının səyləri və əməyin minimum ödənişi barədə 

qanunun təsiri ilə əlaqələndirmək çox cəlbedicidir. Lakin Amerika fəhlələrinin 

maddi rifahının əsas səbəbi onların əməyinin yüksək məhsuldarlığı olub və qal-

maqdadır.  Bəzi  Amerika  şərhçiləri  son  illərdə  əhalinin  gəlirlərinin  artım 

sürətinin  zəifləməsini  Yaponiya  və  digər  ölkələr  tərəfindən  rəqabətin  artması 

ilə izah edirlər. Lakin əslində bunun səbəbi ABŞ-ın özündə əmək məhsuldar-

lığının artım tempinin zəifləməsidir.  

Məhsuldarlıq  və  gəlirlərin  səviyyəsi  arasındakı  qarşılıqlı  əlaqə  dövlət 

proqramlarında  nəzərə  alınmalıdır.  Siyasətçilərin  bu  və  ya  digər  tədbirlərin 

həyat  səviyyəsinə  təsiri  barədə  boşboğazlıqlarını  eşitdikdə,  özünüzə  bu  sualı 

verin:  təklif  edilən  proqram  əmtəə  və  xidmətləri  istehsal  etmək  qabiliyyətinə 

necə təsir edəcək? Yüksək həyat səviyyəsinin bünövrəsi məhsuldarlığın artırıl-

masıdır və deməli, işçilərin təhsil, qabaqcıl texnologiyalar, əmək vasitələri və 

alətləri əldə etmək imkanını təmin etməkdir.  

Son  onillikdə  ABŞ  ictimaiyyəti  və  iqtisadçılarının  müzakirələri  əsasən 

dövlət büdcəsinin kəsiri hökumətin xərclərinin gəlirləri üstələməsi mövzusuna 

aid  idi.  Sonradan  öyrənəcəyik  ki,  büdcə  kəsirinin  ölçüləri  barədə  narahatçılıq 

əsasən  onun  məhsuldarlığa  mənfi  təsir  etməsinin  qavranması  ilə  əlaqədardır. 

Əgər  dövlətə  büdcə  kəsirini  maliyyələşdirmək  zəruridirsə,  o,  bunu  istiqrazlar 

vasitəsilə  edir,  tələbənin  kollecdə  təhsil  haqqını  ödəmək  üçün,  yaxud  yeni 

zavodun  tikintisinin  maliyyələşdirilməsi  üçün  firmanın  bankdan  kredit  götür-

məsi  halında  olduğu  kimi.  Bunun  nəticəsində  digər  istifadəçilər  üçün  əldə 

etmək imkanı olan pul vəsaitlərinin miqdarı azalır. Beləliklə, büdcə kəsiri həm 

insan  kapitalına  (tələbənin  təhsili),  həm  də  fiziki  kapitala  (firmanın  istehsalı) 

investisiyaların  məhdudlaşdırılmasına  gətirib  çıxarır.  Bir  halda  ki,  bu  gün 

investisiyaların  azaldılması,  sabah  məhsuldarlığın  aşağı  düşməsi  deməkdir, 

deməli, büdcə kəsiri əhali gəlirlərinin artım sürətinə mənfi təsir göstərir.  

 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə