DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə22/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   281

Н. Грегори Менкйу 

 

 



36 

Fəsil 2 

ĠQTĠSADÇI KĠMĠ FĠKĠRLƏġĠN 

 

 



 

 

 



Hər  bir  elm  yalnız  özünəməxsus  dildən  istifadə  edir  və  bu  zaman  müəyyən 

düşüncə tərzi tələb olunur. Riyaziyyatçılar aksiomalar, inteqrallar və vektorlar; 

psixoloqlar 

eqoistlik, 

xudpəsəndlik,  uyğunsuzluq  və  s.  haqqında; 

hüquqşünastlar    –  məhkəmə  orqanlara,  qanun  pozuntuları,  məhkəmə  işlərinin 

aparılması haqqında danışırlar. 

İqtisadçılar  da  istisnalıq  təşkil  etmirlər.  Tələb,  təklif,  elastiklik,  rəqabət 

üstünlüyü  kimi  anlayışlar  iqtisadiyyatla  məşğul  olan  mütəxəssislərin  dilindən 

düşmür. Sonrakı fəsillərdə siz çox sayda yeni anlayışlarla tanış olacaq və iqti-

sadçıların başqa mənalarda işlətdikləri bir sıra tanış ifadələrlə rastlaşacaqsınız. 

Ola  bilsin  ki,  ilk  anlarda  siz  yeni  dili  tam  anlamayasınız.  Lakin  siz  onun 

dəyərliliyinə, iqtisadi düşünmə tərzinin mənimsəmə qabiliyyətinə və sizi əhatə 

edən dünyaya baxmağa kömək etməsinə dönə-dönə inanacaqsınız. 

Bu kitabın əsas məqsədi – iqtisadi düşünmə tərzinə yiyələnməkdə kömək 

etməkdir. Əlbəttə, bir gecədə riyaziyyatçıya, psixoloqa, hüquqşünasa çevrilmək 

imkanına malik olmadığımız kimi, iqtisadi düşünmə tərzini öyrənmək üçün də 

müəyyən  vaxt  tələb  olunur.  Bizim  kitab  nəzəriyyələr  və  təcrübələr  kombi-

nasiyasını özündə əks etdirməklə, sizə öz dünya görüşlərinizi dəyişməyə gözəl 

imkanlar verəcəkdir. 

İqtisadi  nəzəriyyənin  mahiyyətinə  varmaqdan  öncə,  iqtisadçının  sizi 

əhatə  edən  dünyanı  necə  qəbul  etdiyini  bilmək  əhəmiyyətlidir.  Bu  fəsil 

metodologiyaya  həsr olunmuşdur.  İqtisadi  dünyaya  baxış  başqalarından  nə  ilə 

fərqlənir? İqtisadçı kimi fikirləşmək nə deməkdir? 



 

Ġqtisadçı alim kimi 

İqtisadçılar predmetin tədqiqinə elmi obyektivlik baxımından yanaşmağa cəhd 

edirlər. Onlar iqtisadiyyatı öyrənməyə bir çox  cəhətdən  fiziklərin materiyaya, 

bioloqların  isə  həyatın  sirlərinə  yanaşdıqları  kimi  yanaşırlar.  Onlar  nəzəriy-

yələri  işləyib  hazırlayır,  faktiki  məlumatları  toplayır,  bundan  sonra  onları 

nəzəri konsepsiyaların təsdiq və ya təkzibolunma baxımından təhlil edirlər. 

İqtisadiyyatı öyrənməyə başlayanlara iqtisadiyyatın nəzəri təlimin pred-

meti ola bilməsi qəribə gələ bilər. Xüsusilə də, iqtisadçılar tədqiqatda cihazlar-

sız,  yaxud  da  teleskopsuz  keçinirlər.  Amma  elmin  mahiyyəti  özünü  elmi 



Економиксин принсипляри 

 

37 



metodla yorulmadan işləməkdə və bizim dünyanın quruluşunun nəzəri izahının 

yoxlamasında tapır. Tədqiqatın elmi metodu həm iqtisadçıların, həm fiziklərin, 

eləcə də bioloqların ümumi silahıdır. Albert Eynşteyn demişdir: «Elm gündəlik 

düşüncənin cövhərindən başqa bir şey deyildir».  Dahi fizikin fikri ekonomiks 

kimi sosial elmlərə aid olduğu halda, biologiya kimi təbii elmlərə də aiddir və 

bizlərdən çoxumuz təəssüf ki, cəmiyyətə alim gözü ilə baxa bilmirik. 

Ona  görə  də,  gəlin,  elmi  məntiqin  bəzi  üsullarının  iqtisadiyyata  tətbiqi 

üzərində dayanaq. 



 

 

 

 



 

Elmi metod: müĢahidə, nəzəriyyə, yenə də müĢahidə 

XVII əsrin məşhur alim və riyaziyyatçısı İsaak Nyuton bir dəfə özünə belə bir 

sual verir, nə üçün alma həqiqətən alma budaqdan düşür? Belə çıxır ki, «uşaq» 

sualına cavab axtarışı təkcə almanın budaqdan düşməsinə deyil, kainatın digər 

istənilən  iki  obyektinə  tətbiq  edilə  bilən  qravitasiya  (faydalı  qazıntıları 

saflaşdırmaq üsulu) nəzəriyyəsinin işlənməsinə gətirib çıxarmışdır. İ.Nyutonun 

nəzəriyyəsinin sonrakı sınaqları göstərdi ki, o, çox hallarda əla təsir edir. Lakin 

bir  qədər  sonra  A.Eynşteyn  qeyd  etdi  ki,  bu,  heç  də  bütün  hallarda  olmur. 

Amma qravitasiya nəzəriyyəsinin müşahidəsi müvəffəqiyyətlə sübut etdi ki, bu 

real  faktdır  və  bu  gün  onu  əvvəllər  olduğu  kimi  dünyada  bütün  tələbələr  – 

fiziklər öyrənirlər. 

Real  həyat  uğrunda  nəzəriyyə  və  müşahidənin sıx  əlaqəsi iqtisad  elminə 

də  xasdır.  Belə  təsəvvür  et  ki,  iqtisadçı  qiymətin  sürətlə  artdığı  bir  ölkədə 

yaşayır.  Belə  şəraitdə  tamamilə  mümkündür  ki,  o,  inflyasiyanı  izlədiyi 

müşahidələr nəticəsində onun (infilyasiyanın) baş verməsi nəzəriyyəsini işləyib 

hazırlasın.  Yəni,  əmtəə  və  xidmətlərin  qiymətlərinin  artım  sürətinə  müvafiq 



. «Майкл, мян иътимаиййяти юйрянирям. Мян сяня електрик

йахуд башга планетляр барядя даныша билмярям, анъаг яэяр сян 

инсанлар барядя билмяк истяйирсянся, мяня мцраъият ет» 


Н. Грегори Менкйу 

 

 



38 

olaraq, dövlət daha çox pul buraxdıqda, inflyasiya baş verir (oxucu bilir ki, bu, 

ekonomiksin  on  prinsipindən  biridir).  Öz  konsepsiyasını  yoxlamaq  üçün 

iqtisadçı dünyanın müxtəlif ölkələrində qiymət və pulun miqdarı haqqında olan 

məlumatları  toplayır  və  təhlil  edir.  Bu  zaman  tədavüldə  pulun  miqdarının 

artması  bütün  hallarda  qiymətin  yüksəlməsinə  gətirib  çıxarmırsa,  onda  alim 

özünün  inflyasiya  haqqında  nəzəriyyəsindən  şübhələnməyə  başlayır.  Əgər 

pulun  miqdarının  artma  sürəti bütün  dünya  ölkələrində inflyasiya  ilə  möhkəm 

surətdə  bir-birinə  uyğun  gəlirsə,  iqtisadçı  öz  ağlının  nəticələrini  təsdiqləmiş 

olur. 


Baxmayaraq  ki,  iqtisadçılar  da  başqa  alimlər  kimi  nəzəriyyə  və  müşahi-

dələrdən  istifadə  edirlər,  amma  öz  tədqiqatçılıq  fəaliyyətlərində  maneələrlə 

rastlaşır  və  bu  da  onların  qarşısında  duran  vəzifələri  əhəmiyyətli  şəkildə 

çətinləşdirmiş olur. Biz iqtisadiyyatda aparılan praktik eksperimentləri nəzərdə 

tuturuq.  Qravitasiyanı  öyrənən  fiziklər  öz  nəzəriyyələrini  yoxlayarkən  heç  bir 

cəzaya məruz qalmadan bütün laboratoriya qab-qacağını və əlaltı materiallarını 

sındıra  bilər.  İnfilyasiyanı  öyrənən  iqtisadçıya  isə  sadəcə  olaraq  məlumat 

toplamaq  xatirinə  milli  monetar  siyasətlə  «sınaq  aparmağa»  icazə  verilmir. 

İqtisadçılar  həyatın  təkamülünü  öyrənən  astronomlar,  yaxud  bioloqlar  kimi 

adətən elə məlumatlarla işləyirlər ki, həyat özü onlara bunu «təklif» edir. 

İqtisadçılar  laboratoriya  təcrübələri  imkanlarının  olmamasından  həyatın 

irəli  sürdüyü  təbii  eksperimentlərə  daha  ciddi  diqqət  yetirirlər.  Yaxın  Şərqdə 

aparılan  müharibə  neft  «axınının»  qarşısını  kəsən  zaman,  bütün  dünyada 

karbohidrogen  xammalının  qiyməti  kəskin  surətdə  yüksəlməyə  başladı  və  bu 

da  neft  və  neft  məhsulları  istehlak  edən  ölkələrdə  həyat  səviyyəsinin  aşağı 

düşməsinə  gətirib  çıxardı.  Yaranmış  vəziyyətdən  çıxış  yolu  axtarmaq 

siyasətçiləri çətinləşmiş problemlə üz-üzə qoydu. 

Yaxın  Şərq  böhranı  isə  iqtisadçı  alimlərə  imkan  verdi  ki,  müharibə 

qurtardıqdan  bir  çox  illər  sonra  əsas  təbii    resursların  dünya  iqtisadiyyatına 

mümkün  olan  təsirini  öyrənsinlər.  Bu  kitabda  biz  çoxlu  faktiki  təcrübələri 

araşdırırıq.  Bunun  əhəmiyyəti  onunla  müəyyən  edilir  ki,  onlar  bizə 

iqtisadiyyatın  «dünənki  gününə»  nəzər  salmağa  imkan  verir.  Daha  əhəmiy-

yətlisi  odur  ki,  bu,  müasir  iqtisadi  nəzəriyyələri  suallarla  aydınlaşdırmağa  və 

qiymətləndirməyə imkan verir. 

 

Fərziyyənin rolu 

Əgər siz fizikdən soruşsanız ki, binanın onuncu mərtəbəsi səviyyəsindən qopan 

mərmər üzlük parçasının yerə çatmasına nə qədər vaxt tələb olunur, o, bu suala 

mində bir saniyə dəqiqliyi ilə cavab verə bilər. Lakin əvvəlcədən xəbərdar edir 

ki, onun hesablaması o şərtlə düzgün ola bilər ki, qopan daş vakuumda olsun. 

Məsələ  ondadır  ki,  bina  hava  ilə  əhatədədir,  düşən  mərmər  parçasının 

hərəkətinə ləngidici təsir göstərir. Fizik qeyd etməyi unutmamalıdır ki, havanın 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə