DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə21/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   281

Економиксин принсипляри 

 

33 



 

 

 

 

Prinsip 9. Qiymətlər hökumət həddən artıq çox pul çap etdikdə 

artır 

1921-ci  ilin  yanvarında  Almaniyada  gündəlik qəzet  30  pfenqin  idi, 2  ildən  də 

az  müddət  keçdikdən  sonra  -  1922-ci  ilin  noyabrında  onun  qiyməti  70  mln. 

marka idi. Digər qiymətlər də uyğun nisbətlərdə artmışdı. Bu, dünya tarixində 



inflyasiyaya  –  iqtisadiyyatda  qiymətlərin  ümumi  səviyyəsinin  artmasına  ən 

tipik misaldır.  

ABŞ heç vaxt belə ağır dövrlər yaşamasa da, inflyasiya vaxtaşırı olaraq 

amerikalılar üçün ciddi iqtisadi problemə çevrilir. Məsələn, 1970-ci illər ərzin-

də  ABŞ  iqtisadiyyatında  qiymətlərin  ümumi  səviyyəsi  2  dəfədən  çox  artdı. 

Prezident cerald Ford inflyasiyanı «cəmiyyətin bir nömrəli düşməni» adlandır-

mışdı.  1990-cı  illərdə  inflyasiyanın  sürəti  ildə  3%-ə  qədəri  təşkil  edirdi  və 

bunun  saxlanılması  şəraitində  qiymətlərin  ikiqat  artması  üçün  20  il  tələb 

olunur.  İnflyasiyanın  yüksək  səviyyəsi  müxtəlif  ictimai  xərclərin  artması  ilə 

bağlı  olduğu  üçün  qiymətlərin  artım  tempinin  aşağı  səviyyədə  saxlanılması 

əksər dünya ölkələrinin siyasətçilərinin əsas  məqsədlərindən biridir.  

İnflyasiyanı nə  əmələ gətirir? Əksər hallarda həm yüksək, həm də aşağı 

səviyyəli inflyasiyanın səbəbi eynidir-tədavüldə olan pulun miqdarının artması. 

Hökumət çoxlu sayda milli pul vahidi buraxırsa, pulların dəyəri azalır. 1920-ci 

illərin  əvvəllərində  Almaniyada  qiymətlərin  artım  sürəti  ayda  300%  təşkil 

edirdi,  bu  zaman  hər  ay  tədavüldə  olan  pulların  miqdarı  3  qat  artırdı.  ABŞ-ın 

iqtisadi tarixi daha az faciəlidir, lakin təhlil göstərir ki, 1970-ci illərdə  yüksək 

inflyasiya  milli  iqtisadiyyatda  pulların  miqdarının  artım  sürətinin  yüksəlməsi 

ilə, 1990-cı illərdə aşağı inflyasiya isə onun azalması ilə əlaqədardır.  

 

«Щя, сиз, пиштахтадан малы эютцряндя, онун гиймяти 68 сент 



иди, анъаг инди онун гиймяти 74 сентядяк галхыб» 


Н. Грегори Менкйу 

 

 



34 

Prinsip 10. Qısamüddətli perspektivdə cəmiyyət inflyasiya və iĢ-

sizlik arasında seçim etməlidir 

Əgər  inflyasiyanın  səbəbi  bu  qədər  aşkardırsa,  onda  nə  üçün  o,  .cəmiyyət  və 

siyasətçilər  üçün  «baş  ağrısına»  çevrilir?  Bunun  səbəblərindən  biri  ondan 

ibarətdir ki, çox vaxt inflyasiyanın azaldılması işçizliyin müvəqqəti artmasının 

səbəbi kimi nəzərdən keçirilir. İnflyasiya və işsizlik arasındakı asılılığı bu qar-

şılıqlı  əlaqəni  kəşf  edən  iqtisadçının  şərəfinə  adlandırılan  Fillips  əyrisi  təsvir 

edir.  

Bu  günlər  Fillips  əyrisinin  düzgünlüyünə  şübhə  ilə  yanaşılır,  lakin 



iqtisadçıların  əksəriyyəti  qısamüddətli  perspektivdə  inflyasiya  və  işsizlik 

arasındakı  asılılıq  barədə  müddəa  ilə  razılaşırlar.  Başqa  sözlə,  1-2  illik  dövr 

ərzində  dövlətin  iqtisadi  siyasəti  inflyasiyanın  və  işsizliyin  səviyyələrinin 

dəyişməsində  tam əks meyllər üzə çıxara bilər. Adətən, siyasət bu problemlə 

əvvəlcədən  inflyasiya  və  işsizlik  yüksək  (1980-cı  illərin  əvvəllərində  olduğu 

kimi), yaxud aşağı (1990-cı illərin sonunda olduğu kimi), ya da hər hansı digər 

göstəricilərə malik olduğundan asılı olmayaraq qarşılaşır.  

Belə  qısamüddətli  asılılığın  səbəbi  nədən  ibarətdir?  Adətən,  onun 

meydana  çıxmasını  qiymətlərin  bəzi  əmtəələrə  və  xarici  təsirlərə  asta  reak-

siyası ilə izah edirlər. Misal üçün fərz edək ki, hökumət iqtisadiyyatda pulların 

miqdarını  azaldır.  Uzunmüddətli  perspektivdə  belə  siyasətin  yeganə  nəticəsi 

qiymətlərin səviyyəsinin ümumi enməsidir. Lakin konkret əmtəələrin qiymətlə-

rinin  tədavüldə  olan  pulların  miqdarının  azalmasına  reaksiyasının  sürətini 

əvvəlcədən bilmək çətin ki, mümkün olsun. Bütün kompaniyaların məhsullara 

qiymətləri  azaltmasına,  bütün  həmkarlar  ittifaqlarının  əmək  haqlarının 

azaldılması  ilə  razılaşmasına  və  bütün  restoranların  yeni  menyular  çap 

etdirməsinə bir neçə il tələb olunur. Buna görə də belə deyirlər ki, qısamüddətli 

dövrdə qiymətlər qeyri-elastikdir. 

Bu  hal  hökumətin  siyasətinin  müxtəlif  qısamüddətli  və  uzunmüddətli 

effektlərinə  səbəb  olur.  Dövlət  iqtisadiyyatda  pulların  miqdarını  azaltdıqda 

əhalinin əmtəə və xidmətləri əldə etməsinə yönəldilmiş xərclər də azalır. Satış-

ların aşağı həcmləri işçilərin işdən azad edilməsi zəruriyyətini yaradır. Beləlik-

lə,  pulların  miqdarının  azaldılması  müvəqqəti  olaraq  qiymətlərin  yeni  şəraitə 

tam uyğunlaşmasına qədər işsizliyin artmasına gətirib çıxarır.  

Lakin  müvəqqəti  artım  nə  deməkdir?  İşsizlik  bir  neçə  il  müddətində 

arta  bilər.  Beləliklə,  Fillips  əyrisinin  təhlili  iqtisadiyyatın  inkişafının  başa 

düşülməsi  üçün  həlledici  əhəmiyyətə  malikdir.  Siyasətçilər  dövlət  xərclərinin 

həcmini, vergi dərəcələrini və tədavüldə olan pulların miqdarını dəyişdirməklə, 

qısamüddətli  perspektivdə  inflyasiya  və  işsizliyin  səviyyəsinə  təsir  etmək 

imkanını əldə edirlər. İqtisadiyyatın tənzimlənməsinin həyata keçirilməsi üçün 

pul  və  maliyyə-büdcə  siyasətinin  bu  alətlərinin  müstəsna  əhəmiyyətə  malik 



Економиксин принсипляри 

 

35 



olması səbəbindən onların istifadəsi əvvəllər olduğu kimi, indi də ictimaiyyətdə 

arasıkəsilməyən mübahisələr yaradır.  

 

Nəticə 

Siz  ekonomiksin  predmeti  haqda  təsəvvür  əldə  etdiniz.  Sonrakı  fəsillərdə 

insanların  qarşılıqlı  əlaqəsi,  bazarlar  və  bütövlükdə  iqtisadiyyatla  bağlı  çoxlu 

spesifik  məsələləri  nəzərdən  keçirəcəyik.  Bütün  bunları  aydınlaşdırmaq  üçün 

sizin  tərəfinizdən  müəyyən  cəhdlər  tələb  olunur.  Bu  fəsildə  nəzərdən 

keçirdiyimiz  İqtisadi  nəzəriyyənin  10  prinsipinə    daim  qayıdacağıq.  Yadda 

saxlayın ki, istənilən ən mürəkkəb iqtisadi analiz məhz onlara əsaslanır. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə