DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə17/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   281

Економиксин принсипляри 

 

25 



Lakin  əgər  kompaniyanın  rəhbərliyi  bu  məsələyə  son  hədd  dəyişik-

likləri  nöqteyi-nəzərindən  baxarsa,  kompaniya  üçün  əldə  olunan  gəlirin 

həcmini artırmağa imkan yaranacaq. Fərz edək ki, təyyarədə 10 boş yer qalıb, 

qeydiyyat şöbəsinin yanında isə biletə görə 300 $ verə biləcək sərnişin dayanıb. 

Aviakompaniya ona bilet  sata bilərmi? Mütləq satmalıdır. Əgər təyyarədə boş 

yerlər qalmışdırsa, daha bir sərnişinin uçuş xərcləri ilə bağlı məsrəflər çox cuzi 

olacaqdır.  Bir  sərnişinin  uçuşuna  görə  orta  məsrəflər  500$  olsa  da,  əlavə 

müştərinin uçuşuna görə son həddəki məsrəflər onun yediyi bir qutu yemək və 

içdiyi  bir  qab  suyun  dəyərindən  çox  olmayacaq.  Nə  qədər  ki,  sərnişin  biletə 

görə  son  hədd  məsrəflərini  aşmayan  məbləğ  ödəyir,  bilet  satışı  aviakompa-

niyaya gəlir gətirir.  

Bu misallardan göründüyü kimi, ayrı-ayrı şəxslər və firmalar son hədd 

dəyişikliklərini nəzərə alaraq, daha əsaslandırılmış qərar qəbul etmək imkanını 

əldə edirlər.   Səmərəli surətdə fikirləşən insan  yalnız və  yalnız əldə olunacaq 

son  həddəki  gəlirlərin  onun  son  həddəki    xərclərini  üstələdikdə  fəaliyyət 

göstərməyə başlayır.

  

 

Prinsip 4. Ġnsan stimullara reaksiya verir 



İnsanın  qəbul  etdiyi  qərarlar  adətən  mümkün  olan  xeyir  və  məsrəflərin 

müqayisəsinə əsaslandığı üçün onlar arasındakı nisbətin dəyişməsi də şübhəsiz, 

şəxsin  qərarlarına  təsir  göstərəcək.  Beləliklə,  insan  stimullara  reaksiya  verir. 

Məsələn, almanın qiyməti qalxdıqda, o, alma yox, armud almaq qərarını qəbul 

edə bilər, ona  görə ki, alma daha baha başa  gəlir. Meyvə bağlarının sahibləri 

isə  satışlardan  əldə  etdikləri  gəlirlər  artdığına  görə,    alma  məhsulunu  yığmaq 

üçün daha çox muzdlu işçi tutmaq qərarına gəlirlər.  

Dövlət adamları stimulları heç vaxt yaddan çıxarmamalıdırlar, ona görə 

ki,  bir  çox  siyasi  qərarlar  əhalinin  gəlir  və  xərclərinin  həcminə  təsir  göstərir, 

beləliklə də vətəndaşların davranışlarını dəyişdirmiş olurlar. Məsələn, benzinə 

vergilərin  qaldırılması  insanları  daha  qənaətcil  avtomobilləri  almağa  vadar 

edir.  Bundan  başqa,  bu  tədbir  ictimai  nəqliyyatdan  istfadəni  və  hər  gün  şəxsi 

avtomobildə  şəhərin  digər  başına  getmək  əvəzinə,  iş  yerinə  yaxın  yaşayış 

yerinin axtarışını stimullaşdırır. Əgər bu vergi ən yüksək həddə çatmış olsa idi, 

yəqin ki, əhali elektromobillərdən istifadəyə keçərdi.  

Dövlət  xadimləri qəbul etdikləri qərarların insanların davranışlarına təsir 

göstərən  stimullara  təsirini  düzgün  qiymətləndirmək  iqtidarında  olmadıqda, 

ilkin  gözlənilənlərdən  tamamilə  fərqli  nəticələr  əldə  edə  bilərlər.  Heç  olmasa, 

ABŞ-da avtomobil təhlükəsizlik kəmərlərinin tətbiqi proqramını yada salaq.  

1950-ci illərdə onlar populyar deyildilər, lakin indii təhlükəsizlik kəmər-

ləri hər bir avtomobildə mövcuddur. Nə üçün? 1960-cı illərin sonunda avtomo-

billərin  təhlükəsiz  idarə  edilməsinə  dair  problemləri  nəzərdən  keçirən  Ralf 

Neyderin  «İstənilən  sürət  təhlükəlidir»  adlı  kitabı  cəmiyyətin  diqqətini  özünə 



Н. Грегори Менкйу 

 

 



26 

cəlb  etmişdi.  ABŞ  konqresi  bu  problemlərə  avtomobil  istehsalçılarından 

sərnişinlərin  təhlükəsizliyini  artıran  müxtəlif  elementlərin  istifadəsini  tələb 

edən  xüsusi  qanunların  qəbul  olunması  ilə  cavab  verdi,  buraya  bütün  yeni 

avtomobillərin  standart  təchizatı  dəstinə  daxil  edilən  həmin  kəmərlər  də  aid 

edildi.  

Təhlükəsizlik kəmərləri haqda qanun sərnişinlərin və sürücülərin təhlükə-

sizliyinə  necə  təsir  göstərdi?  Birbaşa  əlaqə  aşkardır.  İnsanların  əksəriyyəti 

bütün avtomobillərdə olan təhlükəsizlik kəmərlərindən istifadə  edirlər. Demə-

li,  qəza  zamanı  onlardan  çoxu  yalnız  cüzi  xəsarətlər  alırlar.  Bu  baxımdan, 

təhlükəsizlik kəmərləri çoxlu insan həyatını xilas etmiş olur.  

Lakin  belə  nəticə,  mövcud  vəziyyəti    tam  aydınlıqla  əks  etdirmir.  Bu 

qanunun  təsirini  tam  qiymətləndirmək  üçün  onu  etiraf  etmək  zəruridir  ki,  

insanlar  qarşılaşdıqları  stimullara  cavab olaraq,  öz davranışlarını  dəyişdirirlər. 

Bu  halda,  uyğun  davranış  sürücülərin  avtomobilləri  nə  dərəcədə  ehtiyatla  və 

hansı sürətlə  idarə etməsindən ibarətdir. Yavaş və ehtiyatla sürmək çox baha 

başa gəlir, ona görə ki, çoxlu zaman sərfi və sürücüdən böyük enerci tələb edir. 

Avtomobili  nə  dərəcədə  ehtiyatla  idarə  etmək  barədə  qərar  qəbul  etdikdə, 

təmkinli  insan  təhlükəsiz  idarəetmənin  gətirdiyi  son  həddəki  faydanı  son 

həddəki  məsrəflərlə  müqayisə  edir.  O,  sürəti  yolda  ehtiyatla  idarəetmənin 

səmərəsi artdığı zaman azaldır, məsələn, yağışlı yaxud şaxtalı havada.  

İndi  isə  təhlükəsizlik  kəmərlərindən  istifadə  olunması  barədə  qanunun 

düşünən sürücü tərəfindən fayda və məsrəflərin qiymətləndirilməsinə necə təsir 

etdiyini  nəzərdən  keçirək.  Xəsarətalma  və  ölüm  hallarının  ehtimalı  azaldığı  

üçün təhlükəsizlik kəmərləri avtomobil  qəzalarının məsrəflərini azaldır, eləcə 

də  yavaş  və  ehtiyatla  idarə  etmənin  faydası  da  azalır.  İnsan  təhlükəsizlik 

kəmərlərindən  istifadəyə  avtomobili  idarəetmə  şərtlərini  təkmilləşdirən  vasitə 

kimi  baxaraq,  təhlükəsizlik  kəmərlərinə  sürəti  artırmaq  və  dəlisov  sürməklə 

reaksiya verir.  Beləliklə, təhlükəsizlik kəmərlərindən istifadə olunması barədə 

qanunun son nəticəsi avtomobil qəza hallarının çoxalmasından ibarət olur.  

Avtomobil  qəzaları nəticəsində ölüm hallarının sayına qanun necə təsir 

göstərir?  Təhlükəsizlik  kəmərlərindən  istifadə  edən  sürücülərin  qəza  zamanı 

sağ  qalmaq  şansı  daha  çoxdur,  lakin  məhz  onlar  daha  çox  yol-qəza  hadisə-

lərinin iştirakçılarına çevrilirlər. Nəticədə, son səmərə birmənalı deyil. Bundan 

əlavə, riskli idarəetmə piyadalara tam əks təsir göstərir (eləcə də təhlükəsizlik 

kəmərlərini  bağlamayan  sürücülərə).  Onlar  böyük  təhlükəyə  məruz  qalırlar, 

ona görə ki, təhlükəsizlik kəmərlərilə müdafiə olunmadıqları üçün daha tez-tez 

yol-  qəza  hadisələrinə  rast  gəlirlər.  Beləliklə,  təhlükəsizlik  kəmərlərindən 

istifadə olunması barədə qanun yol-qəza hadisələrinə düşən piyadaların sayının 

artmasına gətirib çıxarır.  

Ola  bilər  ki,  stimulların  və  təhlükəsizlik  kəmərlərinin  müzakirə 

olunması  sizə  qəribə  görünə  bilər.  Lakin  iqtisadçı  Sem  Pelçman  1975-ci  ildə 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə