DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə16/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   281

Економиксин принсипляри 

 

23 



İnsanın  qərarları  öz-özlüyünə  qəbul  etməməsinin  etiraf  edilməsi  onun 

hansı qərarı qəbul edəcəyini, yaxud qəbul etməli olduğunu bizə göstərir. Tələbə 

psixologiyanın öyrənilməsinə yalnız ona görə barmaqarası baxa bilməz ki, bu, 

ona  ekonomiksin  problemlərinin  daha  dərin  öyrənilməsinə  imkan  verəcək. 

cəmiyyət  ətraf  mühitin  mühafizəsi  tədbirlərindən  yalnız  bu  tədbirlərin  həyata 

keçirilməsinə  yönəldilmiş  xərclərin  cəmiyyət  üzvlərinin  maddi  gəlirlərinin 

səviyyəsinin azalmasına gətirib çıxaracağına görə imtina edə bilməz. Eləcə də, 

yoxsulluğa  yalnız  ona  görə  diqqət  yetirməmək  olmaz  ki,  cəmiyyətin  köməyi 

əməyə stimula mənfi təsir göstərir. Seçim zəruriliyinin etiraf edilməsi ona görə 

xüsusi ilə vacibdir ki, əgər biz onun nəticələrini başa düşürüksə, düzgün qərar 

qəbul etmək imkanını əldə edirik.  

 

Prinsip  2.  Xərclər  arzu  olunanların  əldə  edilməsi  üçün  imtina 



edilənlərdən ibarətdir 

İnsan  tərəfindən  dərk  edilmiş  qərarların  qəbul  edilməsinin  seçim  zəruriliyi 

fəaliyyətin alternativ variantlarının - xərclərinin və nemətlərinin müqayisəsini 

tələb  edir.  Lakin  bir  çox  hallarda  xərclər  ilk  baxışdan  göründüyü  kimi  aşkar 

deyillər.  

Misal  üçün,  ali  məktəbə  daxil  olmaq  barədə  abituriyentin  qərar  qəbul 

etmək prosesini nəzərdən keçirək. Onun əldə edəcəyi xeyir, yəqin ki, intellek-

tual  zənginləşmədən  və  yaxşı  iş  əldə  etmək  perspektivindən  ibarətdir.  Lakin 

xərclər  nədən  ibarətdir?  Təhsilə,  dərsliklərə,  yataqxanadakı  otağa  və  qidalan-

maya  görə  o,  müəyyən  məbləğdə  pul  ödəməli  olacaq.  Və  bunlar  kollecdə  bir 

neçə il təhsilə görə tələbənin imtina edəcəklərinin hamısı deyil.  

Lakin təhsil haqqına kollecə daxilolma xərcləri olmayan hər hansı digər 

xərcləri daxil etmirikmi? Hətta abituriyent «artıq biliklərin» ona lazım olmadı-

ğı qərarına gəlsə belə, ona yenə də qidalanmaq və hər hansı bir yerdə yaşamaq 

lazımdır.  Qidalanma  və  mənzil  haqqı  yalnız  onların  kollecdəki  qiyməti  hər 

hansı digər yerdəki qiymətindən artıq olduğu məbləğin səviyyəsində ali məktə-

bə  qəbulolma  xərcləri  ola  bilərlər.  Əslində,  qidalanma  və  kollecin  yataq-

xanasında  qalmaq  haqqı  tələbənin  müstəqil  olaraq  işlədiyi  zaman  ödədiyi 

qidalanma  və  mənzil  haqqından  az  ola  bilər  və  deməli,  bu  xərclərə  qənaət 

edilməsi ali məktəbə daxil olmağın üstun cəhətlərindən biridir.  

Xərclərin  qiymətləndirilməsinin  bir  problemi  də  ondan  ibarətdir  ki, 

kollecə    daxil  olmaqla  bağlı  xərclərin  böyük  hissəsi  –  tələbənin  vaxtı  nəzərə 

alınmır. Əgər tələbə il ərzində mühazirələrə gedir, saatlarla kitabxanada oturur 

və  gecələr  kurs  işləri  üzərində  çalışırsa,  onun  işləmək  imkanı  olmur.  Tələbə-

lərin əksəriyyəti üçün kollecə daxil olarkən itirdikləri əmək haqqı formasındakı 

pullar təhsil haqqı xərclərinin əsas hissəsidir.  



Alternativ  xərclər  (itirilmiĢ  imkanların  xərcləri)  –  arzu  olunanların 

əldə  edilməsi  üçün  imtina  edilənlərdən  ibarətdir.  İstənilən  qərarın  qəbul 




Н. Грегори Менкйу 

 

 



24 

edilməsi  (məsələn,  kollecə  daxil  olmaq  haqda  qərarın  qəbul  edilməsi)  fəa-

liyyətin  hər  bir  variantının  itirilmiş  imkanların  alternativ  xərclərinin  dərk 

edilməsini tələb edir. Kollecdə təhsil alan idmançılar çox yaxşı dərk edirlər ki, 

onların  alternativ  xərcləri  (professional  idmanda  onlar  milyonlarla  dollar 

qazana bilərdilər) çox yüksəkdir. Təsadüfi deyildir ki, onlardan ən istedadlıları 

belə  qərara  gəlirlər  ki,  ali  təhsilə  malik  olmanın  üstünlükləri  onun  əldə 

olunması  ilə  bağlı  xərclərə  dəymir.  Məsələn,  təhsildə  qiymətlərinin  yüksək 

olmasına baxmayaraq Amerika universitet basketbolunun ulduzu Kobi Brayant 

kolleci atıb, professional milli basketbol assosiasiyasının komandalarının birinə 

keçmək qərarına  gəlmişdir. Bu, təəccüblü deyil, çünki ona dörd il ərzində 10 

mln. $-a yaxın məbləğdə  müqavilə bağlamağı təklif etmişdilər.  



 

Prinsip  3.  Ağıllı  insan  son  həddə  dəyiĢikliklər  terminlərini  də 

fikirləĢir 

Hər  gün  rastlaşdığımız  problemlərin  həlli  həmişə  bir-birini  tam  inkar  edən 

xarakterə  malik  deyil.  Məsələn,  nahar  vaxtı  siz  tamamilə  yeməkdən  imtina 

etmək və ya qazandakı bütün yeməyi yemək arasında seçim etmirsiniz, sadəcə 

olaraq qərara alırsınız ki, bir-iki qaşıq artıq yemək olar, ya yox. Eyni qayda ilə 

siz  məqbul  -imtahan  sessiyası  zamanı  tamamilə  imtahanlara  hazırlaşmaqdan 

imtina  etmək  və  ya  24  saat  dərsliklərin  üzərində  çalışmaq  arasında  deyil, 

sadəcə  olaraq  1  saat  teleproqram  seyr  etmək  və  ya  60  dəqiqə  öz  konspekt-

lərinizi  oxumaq  arasında  seçim  edirsiniz.  Bir  çox  vacib  məsələlərin  həlli 

mövcud fəaliyyət planına cüzi dəyişiklərin edilməsini tələb edir. İqtisadçılar bu 

dəyişiklikləri son hədd dəyişiklikləri adlandırırlar. Həmişə onu yadda saxlamaq 

lazımdır  ki,  son  hədd  dəyişiklikləri  həyata  keçirilən  fəaliyyətin  yalnız  cüzi 

düzəlişlərindən ibarətdir.  

Məsələn, fərz edək ki, dostunuz sizdən təhsilini bundan sonra daha neçə 

il davam etdirməsinin məqsədyönlülüyü barədə məsləhət istəyir. Əgər siz fəlsə-

fə  doktorunun  həyat  səviyyəsi  ilə  məktəb  məzununun  həyat  səviyyəsi  arasın-

dakı fərqi misal gətirsəniz, bu zaman o, belə müqayisənin bu hal üçün uyğun 

olduğuna  etiraz  edə  bilər.  O,  artıq  ali  təhsilə  malikdir,  indi  isə  elmi  dərəcə 

almaq  üçün  əlavə  bir-iki  il  sərf  etməyin  məqsədyönlülüyünü  həll  edir.  Qərar 

qəbul  etmək  üçün  ona  təhsil  müddəti  başa  çatdıqdan  sonra  təhsilin  verəcəyi 

əlavə fayda və təhsilə çəkiləcək əlavə xərcləri qiymətləndirmək zəruridir. 

Son  hədd  dəyişikliklərinin  təhlilinə  yönəldilmiş  digər  misalı  nəzərdən 

keçirək:  biletlərə  qiymətlərin  təyin  edilməsinə  dair  aviakompaniyanın  qərar 

qəbul  etməsi.  Fərz  edək  ki,  200  yerlik  təyyarənin  bütün  ölkə  ərazisi  boyunca 

uçuşu  kompaniyaya  100.000$-a  başa  gəlir.  Bu  zaman  bir  yerə  görə  xərclər 

100.000/200 = 500 $-a bərabər olacaq. Kimsə fikirləşə bilər ki, aviakompaniya 

heç vaxt biletləri bu məbləğdən aşağı qiymətə satmayacaq.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə