DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə19/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   281

Економиксин принсипляри 

 

29 



ları və firmalar bazarda qarşılıqlı əlaqədə olaraq sanki «görünməz əl» vasitəsilə 

idarə  olunurlar  və    bu  əl  onları  arzuolunan  bazar  nəticələrinə  gətirir.  Kitabın 

məqsədlərindən  biri  də  bazarın  «görünməz  əl»  sehrli  mexanizmini  hissələrə 

ayırmaqdan  ibarət  idi.  İqtisadi  nəzəriyyəni  öyrənərkən  siz  «görünməz  əl» 

vasitəsilə  iqtisadi  fəaliyyətin  idarə  olunmasının  əsas  alətinin  bazar  qiymətləri 

olduğunu biləcəksiniz. Qiymət həm əmtəələrin cəmiyyət üçün dəyərini, həm də 

onların  istehsalına  çəkilən  ictimai  xərcləri  əks  etdirir.  Beləliklə,  ev 

təsərrüfatları  və  firmalar  alış  və  satış  barədə  qərarlar  qəbul  etdikdə,  ilk 

növbədə,  qiymətlərə  istiqamətlənirlər,  onlar  özləri  də  bilmədən  öz  fəaliyyət-

lərinin  sosial  fayda  və  məsrəflərini  qiymətləndirirlər.  Sonda  alınan  nəticə  bir 

çox hallarda bütövlükdə cəmiyyətə maksimal fayda gətirmiş olur.  

Digər çox mühüm nəticə aşağıdakından ibarətdir: qiymətlərin tələb və 

təklifin səviyyəsinə təbii uyğunlaşmasına təsir etməyə cəhd göstərdiyi hallarda 

dövlət  iqtisadiyyatın  əsasını  təşkil  edən  milyonlarla  ev  təsərrüfatları  və 

firmaların  qarşılıqlı  əlaqəsinin  koordinasiyasına  maneə  törətmiş  olur.  Buna 

görə də, dövlət tərəfindən qoyulan vergilər resursların bölgüsünün optimallığı 

səviyyəsinə mənfi təsir göstərir: vergilər qiymətləri təhrif edirlər və deməli, ev 

təsərüfatları və firmalar səhv qərarlar qəbul edirlər. Dövlətin qiymətlərə nəzarət 

etməsi  daha  çox  zərər  gətirir.  Yuxarıda  göstərilənlərin  hamısı  kommunizmin 

süqutunun  iqtisadi  səbəblərini  izah  edir.  Kommunist  ölkələrində  qiymətlər 

bazarla  müəyyən  edilmir,  mərkəzi  plan  orqanı  tərəfindən  diqtə  edilirdilər. 

Sonuncu  isə  azad  bazar  qiymətlərinin  özündə  əks  etdirdikləri  analoci 

informasiyanı almaq və təhlil etmək imkanına malik deyildi. Mərkəzləşdirilmiş 

planlaşdırılma  ona  görə  süquta  uğradı  ki,  hökumət  iqtisadiyyatı  «görünməz 

əl»siz idarə etməyə çalışırdı.  

 

 

 

 

 «Щяфтядя 5 доллара сян бейсбола бахмаг имканы  

ялдя едя билярсян, няинки газла ишляйян арабанын далынъа 

гачырсан» 



Н. Грегори Менкйу 

 

 



30 

Prinsip 7. Bəzən dövlət bazara müsbət təsir etmək  

imkanına malik olur 

Adətən, bazar iqtisadi fəaliyyətin təşkilini çox səmərəli koordinasiya edir, lakin 

bu  qaydadan  bəzi  mühüm  kənaraçıxmalar  mövcuddur.  Dövlətin  iqtisadiyyata 

müdaxiləsi  iki  səbəbdən  məqsədyönlüdür:  bu  səmərəliliyin  və  bərabərliyin 

təmin  olunmasına  yönəldilirsə,  yəni  dövlət  proqramlarının  əsas  məqsədi  ya 

«iqtisadi  piroqun»  həcminin  ölçülərinin  artırılmasından,  ya  da  onun 

bölüşdürülməsi üsulunun dəyişdirilməsindən ibarət olursa.  

«Görünməz  əl»  adətən,  bazarı  resursların  daha  səmərəli  bölgüsünə 

gətirib  çıxarır.  Lakin  bəzən  müxtəlif  səbəblərə  görə  «görünməz  əl»  işləmir. 

Bazarın  öz-özünə  resursları  səmərəli  bölüşdürmək  iqtidarında  olmaması 

vəziyyətini təsvir edərkən  iqtisadçılar «bazarın müvəffəqiyyətsizliyi (iflas)» 

terminindən istifadə edirlər.  

Bazarın  müvəffəqiyyətsizliyi  hallarından  biri  də  xarici  effektlərdir.  

Xarici  effektlər  (ekstremal  hallar)  adı  altında  bir  insanın  fəaliyyətinin  dig-

ərlərinin  rifahına  təsiri  başa  düşülür.  Xarici  məsrəflərə  klassik  misal  ətraf 

mühitin  çirklənməsidir.  Əgər  kimya  zavodu  atmosferə  buraxılan  zəhərli 

maddələrin təmizlənməsi üzrə xərcləri öz üzərinə götürməkdən imtina etsə o, 

ətraf  mühitə böyük ziyan vurmuş olacaqdır. Bu halda, dövlət ekoloci sahədə 

münasibətləri  tənzimləyən  qanunvericiliyin  köməyilə  cəmiyyətin  iqtisadi 

rifahını  yaxşılaşdırmaq  imkanına  malikdir.  Xarici  faydaya  klassik  misal 

biliklərin  yaradılmasıdır.  Alim  mühüm  bir  kəşf  etdiyi  zaman  bütün  digər 

insanların istifadə edə biləcəyi mühüm resurs  yaradır. Bu halda, dövlət elmin 

maliyyələşdirilməsi  vasitəsilə  cəmiyyətin  iqtisadi  rifahının  yaxşılaşdırılması 

imkanını əldə edir.  

Bazarın iflasının mümkün olan digər halı hər hansı bir firmanın və ya-

xud  kompaniyalar  qrupunun  bazar  üzərində  nəzarətinin  bərqərar  olmasıdır. 

Bazar üzərində hökmranlıq – bazar qiymətləri səviyyəsinə iqtisadi subyektin 

(yaxud  bazar  subyektlərinin  kiçik  qrupunun)  həlledici  təsir  etmək  qabiliyyə-

tidir. Fərz edək ki, kiçicik şəhərdə yalnız bir quyu var, lakin suya bütün sakin-

lərin  ehtiyacı  var.  Quyu  sahibi  bazar  hökmranlığına  -  bu  halda  su  satışında 

inhisarçı mövqeyə malikdir, o, rəqabət sferasından kənarda qalır, rəqabət vasi-

təsilə «görünməz əl» tərəflərin maraqlarının qorunmasına nəzarət edir. Bu hal-

da,  inhisarçının  müəyyən  etdiyi  suyun  qiymətinin  meriya  tərəfindən  tənzim-

lənməsi bazarın iqtisadi səmərəliliyini xeyli artıra bilər.  

«Görünməz  əl»  daha  da  az  həddə  iqtisadi  nemətlərin  ədalətli  bölgüsünü 

təmin edə bilir. Bazar iqtisadiyyatı insanları digər insanların öz pullarını ödə-

məyə hazır olduqları nemətləri istehsal etmək qabiliyyətinə uyğun olaraq mü-

kafatlandırır.  Dünyanın  ən  professional  basketbolçusu  şahmat  üzrə  dünya 

çempionunun  qazandığından  daha  çox  pul  qazanır,  ona  görə  ki,  basketbol 

oyunlarına baxmağa daha çox azarkeş gəlir.  «Görünməz əl» cəmiyyətin bütün 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə