DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə27/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   281

Н. Грегори Менкйу 

 

 



48 

 

 



 

 

İqtisadiyyatı  öyrənərkən  pozitiv  və  normativ  təsdiqləmələrin  fərqini 



unutmayın.  İqtisadi nəzəriyyə iqtisadiyyatın  «quruluşunu» öyrənmək  cəhdidir. 

Eyni  zamanda,  çox  vaxt  bizim  elmin  məqsədi,  iqtisadiyyatın  fəaliyyət  göstər-

məsinin  yüksəldilməsindən  ibarət  olur.  Siz  normativ  təsdiqləməyə  gedən 

iqtisadçını  eşitdikdə  bilməlisiniz  ki,  o,  elm  adamları  kimi  yox,  siyasətçi  kimi 

çıxış edir. 

 

VaĢinqtonda iqtisadçılar 

ABŞ-ın Prezidenti Harri Trumen hər dəfə öz məsləhətçilərinə istənilən müra-

ciətlərinə  cavablarda  «bir  tərəfdən…digər  tərəfdən»  sözlərini  eşitdiyinə  görə 

bir  dəfə  deyir  ki,  mən  istəyirdim  «bir  qollu»  iqtisadçı  tapım.  H.Trumen 

iqtisadçıların  məsləhətlərinin  birmənalı  olmadığını  düzgün  qeyd  etmişdir. 

Onların «ikitərəfliliyi» ekonomiksin on prinsipindən birinin təzahür etməsidir. 

Bu  haqda  1-ci  fəsildə  deyilmişdir  ki,  insan  seçim  edir.  İqtisadçılar  başa 

düşürlər  ki,  siyasi  qərarların  əksəriyyəti  seçimə  əsaslanır.  Siyasətin  səmərə-

sizliyi  yalnız  bərabərliyin  zərərinə  yüksələ  bilər.  Gələcək  nəsillər  şübhəsiz, 

uğur  qazanacaqlar.  Lakin  nəyə  görə  onların  piroqlarının  haqqını  bizim 

müasirlər  ödəməlidirlər?  «Siyasi  qərar  qəbul  etməkdən  asan  şey  yoxdur» 

fikrini qəbul edən iqtisadçı etibara layiq deyil. 

H.Trumen  iqtisadçıların  məsləhətlərindən  istifadə  edən  yeganə prezident 

olmamışdır. Belə ki, ABŞ-ın prezidentləri 1946-cı ildən İqtisadi Məsləhətçilər 

Şurasının xidmətlərindən istifadə edirlər. Şura üç daimi üzvdən və zəruri olan 

vaxtlarda cəlb edilən onlarla iqtisadçıdan ibarətdir. Şuranın qərargahı Ağ Evin 



«

Эялин ролларымызы дяйишяк. Мян сийасяти ишляйяъяйям,  

сиз ону щяйата кечиряъяксиниз, о ися изащ едяъяк» 


Економиксин принсипляри 

 

49 



bir  neçə  addımlığında  yerləşir.  Şuranın  üzvlərinin  yeganə  vəzifəsi  iqtisadi 

məsələlər  üzrə  prezidentə  məsləhətlər  vermək  və  onun  hər  il  ölkəyə  iqtisadi 

müraciəti üzərində işləməkdən ibarətdir. 

Bundan başqa, ABŞ prezidenti ilə iqtisadiyyat üzrə onlarla mütəxəssis və 

müxtəlif nazirliklərin ekspertləri işləyir. Maliyyə nazirliyindən olan iqtisadçılar 

vergi  siyasətində  dəyişiklik  aparmağı  məsləhət  görürlər,  əmək  nazirliyinin 

əməkdaşları  işsizlik  haqqında  məlumatlar  verir  və  məşğulluğun  formalaşması 

siyasətində  iştirak  edirlər.  Ədliyyə  nazirliyinin  iqtisadçıları  Milli  antiinhisar 

qanunvericiliyinə riayət olunmasına nəzarət edirlər. 

İqtisadi  biliyi  qiymətləndirən  təkcə  hakimiyyətin  icraçı  qanadı  deyil. 

Qanunvericilik  aktlarının  müxtəlif  layihələrinə  müstəqil  rəylər  almaq  üçün 

ABŞ  Konqresi  özünün  iqtisadçılardan  ibarət  olan  Büdcə  komissiyalarına 

məsləhət  almaq  məqsədilə  müraciət  edir.  ABŞ-ın  Federal  ehtiyat  sistemi 

idarəedici Şurasında milli pul siyasətini müəyyən etməklə məşğul olan Avropa 

ölkələrinin Mərkəzi Banklarına analoci olaraq, dünya iqtisadiyyatında ABŞ-ın 

iqtisadi meyllərini təhlil edən yüzlərlə mütəxəssislər işləyir. 

Hökumətin siyasətinə iqtisadçıların təsiri onların məsləhətçi kimi rolların-

dan kənara çıxır. İqtisadi tədqiqatlar və elmi işlər siyasətə nadir hallarda dola-

yısı ilə təsir edir. Dahi iqtisadçı con Meynard Keyns qeyd etmişdir ki, iqtisad-

çıların və siyasət filosoflarının düz və səhv ideyaları cəmiyyətin qəbul etdiyin-

dən  daha  çox  təsirə  malikdir.  Məhz  onlar  cəmiyyəti  idarə  edirlər.  İşgüzar 

adamlar, özlərini intellektlərin təsirindən azad hesab edənlər, hər şeydən əvvəl, 

ölmüş iqtisadçıların əsiridirlər. Qeyri-normal idarəçilər adətən hansısa unudul-

muş akademik  cızmaqaraçıların mənasız ideyalarından istifadə edirlər. 

Bu  sözlər  1935-ci  ildə  deyilsə  də,  öz  əhəmiyyətini  bu  günlərdə  də 

saxlayır,  con  M.Keyns  isə  tez-tez  siyasətə  təsir  edən  «alim  cızmaqaraçı» 

rolunda çıxış edir. 

 

Ġqtisadçıların fikir ayrılığının səbəbləri nədir? 

Bernard  Şou  demişkən,  «hətta  iqtisadçılara  bir  işi  axıra  qədər  aparmağı 

tapşırsan belə, onlar heç vaxt razılığa gəlməyəcəklər». Bir qədər də daha ciddi 

ifşaedici  fikir  söyləməyə  çalışın.  Mütəxəssis  birliyi  iqtisadçıları  siyasətçilərə 

bir-birini  inkaredici  məsləhətlər  verməkdə  daim  tənqid  edir.  ABŞ  prezidenti 

Ronald  Reyqan  bir  dəfə  zarafat  edib  ki,  əgər  «xoşbəxt  hadisə»  oyununda 

iqtisadçılar oynamış olsaydılar, onun aparıcısı 100 suala 3000 cavab alardı. 

Nəyə  görə  iqtisadçılar  siyasətçilərə  addımbaşı  belə  ziddiyyətli 

məsləhətlər verirlər? 

 

İqtisadçılar  dünyanın  quruluşunun  alternativ,  pozitiv  nəzəriyyələrinin 



əsaslandırılması haqqında fikir ayrılığına gələ bilərlər. 

 



İqtisadçılar müxtəlif dünya əhəmiyyətli dəyərlərə istinad edə bilərlər ki, bu 

da ziddiyyətli normativ konsepsiyaların formalaşmasına gətirib çıxarır. 




Н. Грегори Менкйу 

 

 



50 

Gəlin bu səbəblərin hər birini aydınlaşdıraq. 

 

Elmi mülahizələrdə fərq 

Bir  neçə  əsr  bundan  əvvəl  astronomlar  kainatın  mərkəzinin  Torpaq  və  Günəş 

olduğunu  müzakirə  edirdilər.  Ekoloqların  «qlobal  istiləşmə»  haqqında 

mübahisələri  ildən-ilə  daha  da  ciddiləşir.  Elm  bu  -  bizi  əhatə  edən  dünyanın 

fasiləsiz  izahıdır.  Təəccüblü  deyil  ki,  alimlər  eyni  məişət  fenomenini  aydın-

laşdırmaq üçün müxtəlif mülahizələrə malik ola bilərlər. 

İqtisadçıların müxtəlif fikir ayrılıqlarının əsasında məhz bu səbəb durur. 

İqtisadi  nəzəriyyə  nisbətən  yeni  elmdir,  onda  kifayət  qədər  öyrənilməmiş 

«torpaqlar»  vardır.  İqtisadçılar  dünyanın  quruluşunun  alternativ,  pozitiv 

nəzəriyyələri,  yaxud  mühüm  əhəmiyyətli  parametrlərin  qiymətləndirilməsinin 

xüsusiyyətləri haqqında fikir ayrılığına gələ bilərlər. 

Qeyd  olunan  fikir  ayrılığına  aid  bir  misal.  Məsələ  ondadır  ki,  dövlət  ev 

təsərrüfatının  gəlirlərinin  həcminə  uyğun  olan  vergi  almalıdır  və  yaxud  vergi 

qoyulan  bazanı  onun  xərcləri  əsasında  formalaşdırmalıdır.  cari  gəlirə  görə 

vergidən  xərclərə  görə  vergiyə  keçməyin  tərəfdarları  hesab  edirlər  ki,  belə 

dəyişiklik  ev  təsərrüfatını  vergidən  azad  oluna  biləcək  yığımın  artırılmasına 

sövq edə bilər. Yüksək yığım, öz növbəsində məhsuldarlığın artım tempinin və 

həyat səviyyəsinin yüksəlməsinə gətirə bilər. cari gəlirə görə vergi tərəfdarları 

nəzərdə  tuturlar  ki,  vergi  qanunvericiliyinə  dəyişiklik  çətin  ki,  ev  təsərrüfat-

larının gəlirlərinin səviyyəsinə əhəmiyyətli təsir göstərsin. 

Bu  iki  qrup  iqtisadçılar  vergiqoyuluşu  sisteminə  müxtəlif  normativ 

baxışa  tərəfdar  çıxırlar.  Ona  görə  ki,  onlar  ev  təsərrüfatlarının  vergilərin 

düzəlişlərinə mümkün olan münasibətlərini müxtəlif şəkildə qiymətləndirirlər. 

 

Dəyərlərdə fərqlər 

Fərz edək ki, Piter və Pol şəhər quyusundan eyni miqdar sudan istifadə edirlər. 

Quyunun istismarına görə şəhər öz sakinlərindən vergi alır. Piter 50 min dollar, 

yaxud  gəlirin  10%-i  həcmində  vergi  ödəyir.  Polun  gəliri  10  min  dollar  təşkil 

edir. Vergi ödənişi 2 min dollar, yaxud gəlirin 10%-i qədərdir. 

Bu növ vergi siyasəti ədalətlidirmi? Əgər ədalətli deyilsə, onda kim daha 

çox  ödəyir,  kim  həddən  artıq  qənaətçilik  edir?.  Polun  gəlirinin  az  olmasının 

əmək qabiliyyətinin olmamasının, yaxud teatr aktyoru olmaq qərarına gəlməklə 

özünü  incəsənətə  həsr  etməsinin  əhəmiyyəti  varmı?  Piterin  çox  miras  alması, 

yaxud daim əlavə işlə məşğul olması nə qədər əhəmiyyət kəsb edir? 

Sadə olmayan bu suallara cavab verərkən şəhər sakinləri  yəqin ki, fikir 

ayrılığına  gələcəklər.  Əgər  onlar  iki  ekspert  dəvət  edib,  onlara  vergi  qanun-

vericiliyi  sisteminin  islahatını  tapşırsalar,  şəhər  rəisinin  aldığı  təkliflərin  ciddi 

fərqliliyinə biz təəccüblənməyəcəyik. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə