DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə28/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   281

Економиксин принсипляри 

 

51 



Bu  çətin  olmayan  misal  göstərir  ki,  iqtisadi  siyasət  üzrə  fikirlərdə 

iqtisadçılar  hansı  səbəblərdən  müxtəlif  fikirlər  yürüdürlər.  Biz  artıq  bilirik  ki, 

iqtisadi  siyasət  haqqında  xalis  elmi  mülahizələrdən  irəli  gələn  mühakimələr 

aparmaq olmaz.  İqtisadçılar  müxtəlif  həyati  dəyərləri  rəhbər tutduqlarına  görə 

bir-birinə əks olan məsləhətlər verirlər. İqtisad elminin nəzəriyyəçilərindən heç 

biri  deyə  bilməz  ki,    Piter,  yaxud  Pol  daha  çox  vergi  ödəmək  məcburiy-

yətindədir. 

 

Gözləmə və həqiqət 

Elmi  mülahizələrdə  və  iqtisadçıların  dəyərlilik  sistemində  fərqlər  onlar 

arasında bir sıra fikir ayrılıqlarını qaçılmaz edir.  Lakin onları şişirtmək lazım 

deyil. Bir çox hallarda iqtisadçılar vahid nöqteyi-nəzərdən çıxış edirlər. 

cədvəl  2.1.-də  iqtisadi  siyasət  üzrə  10  mövqe  verilmişdir  və  iqtisadçılar 

içərisindən  biznes,  siyasət  və  elm  sahəsində  çalışan  respondentlərin  böyük 

əksəriyyəti bunu müdafiə edirlər. Bu tezislərin çoxu çətin ki, geniş ictimaiyyət 

arasında tam eyni fikirli  tərəfdar tapsın. 

Birinci  mövqe  rentanın  məhdudlaşdırılmasına  aiddir.  Biz  müəyyən 

səbəbləri  6-cı  fəsildə  müzakirə  edəcəyik  və  iqtisadçıların  əksəriyyəti  fərz 

edirlər  ki,  rentanın  həcminə  nəzarət  təklifə  və  yaşayış  mənzillərinin  key-

fiyyətinə  neqativ  təsir  göstərir.  Burada  söhbət  nisbətən  imkansız  cəmiyyət 

üzvlərinə çox baha olan kömək üsulundan gedir. Bir çox şəhərlərin inzibatçıları 

buna  məhəl  qoymadan,  iqtisadçıların  təkliflərini  inkar  edir  və  ev  sahiblərinin 

ala biləcəkləri icarə haqqına yüksək hədd müəyyənləşdirirlər. 

İkinci mövqe tariflərə və idxal kvotalarına aiddir. Müəyyən səbəbdən biz 

buna  3-cü  və  nisbətən  daha  geniş  9-cu  fəsildə  baxacağıq  və  əksər  iqtisadçılar 

ticarət azadlığının məhdudlaşdırılmasına etiraz edirlər. Buna baxmayaraq, ABŞ 

prezidenti  və  konqres  bir  çox  illər  ərzində  müəyyən  əmtəələrin  idxalını 

məhdudlaşdırır. 

1933-cü ildə konqres  çox  az  səs  çoxluğu  ilə  iqtisadçıların  əksəriyyətinin 

onu müdafiə etmələrinə baxmayaraq, Amerika, Kanada və Meksika arasında ti-

carət əlaqələrinin sayını və maneələrin dərəcələrini azaltmaqla, Şimali Amerika 

Azad Ticarət Zonasının (NAFTA) yaradılması haqqında sazişi təsdiq etmişdir. 



cədvəl 2.1. 

Ġqtisadçıların əksərinin razılaĢdığı on mövqe 

 

Ġqtisadi siyasətin mövqeləri və razılığını bildirən onlarla iqtisadçının sayı 



 (faizlə) 

1. 


Rentanın  məhdudlaşdırılması  təklif  olunan  mənzillərin  miqdarının  azalmasına  və 

keyfiyyətinin aşağı düşməsinə gətirəcəkdir. (93%) 

2. 

Tariflər və kvotalar ümumi iqtisadi rifahı aşağı salır (93%) 



3. 

Sabit və sürüşkən mübadilə kursları beynəlxalq valyuta sisteminin səmərəliliyini təmin 

edir. (90%). 



Н. Грегори Менкйу 

 

 



52 

4. 


Fiskal  siyasət  (məsələn,  vergilərin  azaldılması  və  yaxud,  dövlət  xərclərinin 

yüksəldilməsi) tam  məşğulluqlu  iqtisadiyyata  stimullaşdırıcı  təsir  göstərmir,  o,  yalnız 

işsizliyin nisbətən yüksək olduğu şəraitdə səmərəlidir (90%) 

5. 


Federal  büdcənin  balanslaşması  haqda  nəticəyə  gəlinməsi;  ayrıca  götürülmüş  ilə  görə 

deyil, işgüzar tsiklin yekununa görə mümkündür (85%) 

6. 

Pul  ödəmələri  natural  formada  transferlərə  nisbətən  qan  köçürülən  insanların  rifahını 



daha çox yüksəldir (84%) 

7. 


Federal  büdcədə  əhəmiyyətli  dərəcədə  olan  kəsir  iqtisadiyyata  mənfi  təsir  göstərir 

(83%) 


8. 

Minimum  əmək  haqqı  həcminin  müəyyənləşdirilməsi  gənclər  arasında  işsizlərin  və 

ixtisassız işçilərin səviyyəsinin artmasına gətirib çıxarır (79%). 

9. 


Hökumət «gəlirə mənfi təsir göstərən vergi» ilə bağlı sosial müdafiə sisteminə yenidən 

baxmalıdır (79%). 

10.  Vergilər və sənaye tullantılarının atılmasının həlli sənaye tullantıları konsentratının son 

hədd  normasının  müəyyən  edilməsinə  nisbətən  ətraf  mühitin  vəziyyətinə  nəzarətin 

səmərəli üsuludur (78%) 

Mənbə: Ricard M. Alston, c.R/Kearl, and Michael B.Vanghn. 

              Is There Consensus anong. Ekonomists in the 1990  

              American Ekonomic. revic № May 1992. P. 203-209 

 

Bu halda iqtisadçılar vahid fikir söyləmiş, lakin konqresmenlər onu inkar 



etməyə üstünlük vermişlər. Ekspertlərin bir səslə müdafiə etmələrinə baxmaya-

raq, nə üçün renta üzərində nəzarət və idxal kvotası siyasətini həyata keçirirlər? 

Bunun  səbəbi  ondan  ibarət  ola  bilər  ki,  iqtisadçılar  cəmiyyəti  ona,  yumşaq 

desək,  uzağı  görməməzliyə  inandıra  bilməmişlər.  Bu  kitabın  məqsədlərindən 

biri  ondan  ibarətdir  ki,  bu  və  ya  başqa  suallar  üzrə  iqtisadçıların  baxışlarını 

dərk  etməkdə  sizə  kömək  etsin  və  ola  bilsin  ki,  sizi  onun  əsaslı  olmasına 

inandırsın. 

 

Gəlin davam edək 

İlk iki fəsildə siz iqtisad elminin əsas prinsipləri və metodları ilə tanış oldunuz. 

İndi  biz  işə  başlamağa  hazırıq.  Sonrakı  fəsildə  biz  iqtisadi  prinsiplərin 

davranışına və iqtisadi siyasətə ətraflı baxacağıq. 

Kitabı  oxuduqda  sizin  materialı  mənimsəmək  qabiliyyətiniz  yoxlanıla-

caqdır. Ola bilsin ki, dahi con M.Keynsin məsləhəti karınıza gəlsin: 

İqtisadi  nəzəriiyəni  öyrənmək  üçün  hansısa  xüsusi  qabiliyyət  tələb 

olunmur.  Ekonomiks  fəlsəfə,  yaxud  sırf  elm  kimi  o  qədər  də  mürəkkəb  deyil. 

Lakin bu asan predmetdən əla qiymət almaq çox az adamlara qismət olmuşdur. 

Bu  qəribəlik  onunla  izah  olunur  ki,  professional  iqtisadçı  nadir  kombinasiya 

qabiliyyətinə  malik  olmalıdır.  O,  müəyyən  səviyyədə  riyaziyyatçı,  tarixçi, 

filosof,  dövlət  xadimi  olmalıdır.  O,  simvolların  mahiyyətini  başa  düşməli  və 

fikri  sözlərlə  ifadə  etməyi  bacarmalıdır.  O,  xüsusini  ümumi  terminlərdə 

(istilahlarda) ifadə etməli və eyni zamanda mücərrəd və konkretə toxunmalıdır. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə