DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə36/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   281

Економиксин принсипляри 

 

73 



artır,  fermer  və  ranço  sahibi  isə  yüksəlmiş  buraxılış  həcmində  ifadə  olunan 

gəlirləri  bölüşdürürlər.  Hekayənin  ibrət  dərsi  ondan  ibarətdir  ki,  fermer  və 

ranço sahibi başa düşməlidilər ki: ticarət cəmiyyətin hər bir üzvünə gəlir gətirə 

bilər, çünki o, fərdlərlə nisbi üstünlüyü olan fəaliyyət növündə ixtisaslaşmağa 

imkan verir. 

 

Nisbi üstünlüklərin istifadəsi 

Nisbi  üstünlük  prinsipi    ticarətin  gətirdiyi  qarşılıqlı  asılılığı  və  gəlirləri  izah 

edir.  Qarşılıqlı  asılılıq    müasir  dünyanın  fundamental  xüsusiyyətlərindən 

biridir, nisbi üstünlük prinsipinin isə  çoxlu tətbiq sahəsi var. 



 

Tayqer Vuds öz evinin qarĢısındaki qazonu biçməlidirmi? 

Tayqer Vuds vaxtının çox hissəsini ot üzərində addımlayaraq keçirir.  Dünyada 

ən yaxşı qolf oyunçularından biri kimi o, topu oyuğa, təzə başlayan oyunçular 

üçün sadəcə fantastik görünə bilən nöqtədən atır. Lakin T.Vuds yəqin ki, digər 

sahələrdə də istedadlıdır. Məsələn, təxmin edək ki, o, öz qazonunu başqa birinə 

nisbətən daha tez biçə bilər.  Lakin əgər T.Vuds bu işi hamıdan tez edə bilirsə

o, vaxtının çoxunu qazonbiçənlə əməliyyatlara həsr etməlidirmi

 

Bu  suala  cavab  axtarmaq  üçün  biz  alternativ  xərclər  və  müqayisə 



üstünlüyü  anlayışlarından  istifadə  edə  bilərik.  Təxmin  edək  ki,  T.Vuds  öz 

qazonunu  2  saata  biçə  bilər.  Lakin  elə  həmin  iki  saat  ərzində  o,  Nike 

korporasiyasının reklam çarxında çəkilməklə  10 000$ qazana bilər. T.Vudsun 

Forrest Qamp adlı qonşusu həmin qazonu 4 saata biçə bilər.  Bundan əlavə, o, 

yaxınlıqdaki McDonalds restoranında 20$  qazana bilər. 

 

Bu nümunədə qazon biçməsinin alternativ xərci T.Vuds üçün – 10000$, 



onun  qonşusu  üçün  20$  təşkil  edəcək.  Qolf  üzrə  çempion  qazonbiçənlə  işdə 

mütləq üstünlüyə malikdir. Beləki o, öz qazonunu daha az vaxta qaydaya sala 

bilər.  Lakin  həmin  işin  yerinə  yetirilməsində  nisbi  üstünlüyü  kiçik  alternativ 

xərcləri olan Forrest Qamp əldə edir. 

 

Bu  halda,  tərəflər  müsbət  təsir  bağışlayan  ticarət  gəlirləri  əldə  edə 



bilərlər.  Qazonla  məşğul  olmaq  yerinə  T.Vuds  reklam  çarxında  çəkilməlidir, 

evin  qarşısındaki  çəmənliyin  qaydaya  salınması  üçün  isə  öz  qonşusunun 

əməyindən  istifadə  etməlidir.  T.Vuds  ona  20$  çox  və  10000$  aşağı  məbləğ 

verənə qədər bu mübadilədən hər iki tərəf udur. 

 

 

YaddaĢ guĢəsi 



 

Adam Smit və David Rikardonun mirası 



«Hər bir ağıllı ailə başçısının prinsipi, ona almaqdan baha başqa gələ 

biləcək bir şeyi müstəqil hazırlamağa çalışmaq deyil. Dərzi 


Н. Грегори Менкйу 

 

 



74 

özünə  ayaqqabı  düzəltməyə  çalışmır,  onları  ayaqqabıdüzəldəndən  alır. 

Ayaqqabı  düzəldən  öz  paltarını  düzəltməyə  çalışmır,  bunun  üçün  dərzidən 

istifadə  edir.  Qonşular  üzərində  bəzi  üstünlüyə  malik  olaraq,  onlar  hamısı 

başqalarının muzdlamağa və ya onların məhsulunu, onlara başqa yerdə təklif 

olunan  qiymətdə almaqda maraqlıdır». 

Biz  A.Smitin  1776-cı  ildə  yazılmış  «Təbiət  və  xalqların  zənginliyinin 

səbəbləri  haqda  tədqiqatlar»  adlı  kitabının  bir  hissəsindən  iqtibas  göstərdik. 

Onun əsəri ticarətin və iqtisadi qarşılıqlı asılılığın  tədqiqində dönüş nöqtəsidir. 

Bir çox iqtisadçılar A.Smiti müasir iqtisadi nəzəriyyənin banisi sayır. 

 

A.Smitin  əsəri    milyoner  David  Rikardonu  iqtisadiyyatı  öyrənməyə 



həvəsləndirdi.  1817-ci  ildə  «İqtisadi  siyasətin  və  vergiqoyulmanın  əsasları» 

kitabında  D.Rİkardo  nisbi  üstünlük  prinsiplərini  inkişaf  etdirmişdir.  O,  azad 

ticarəti yalnız elmi tədqiqatların yoxlanılması üçün müdafiə etmirdi. D.Rikardo 

iqtisadi  düşüncələrini  üzvü  olduğu  Britaniya  parlamentində  çıxış  edərək 

söyləmiş buğda idxalının məhdudiyyətinə qarşı çıxmışdır. 

 

 



İqtisadçıların  siyasət  məsələləri  haqda  fikirlərində  fərqli  mövqelər  olsa 

da, onlar şübhəsiz, azad ticarəti dəstəkləyirlər. Bundan əlavə, sonuncu iki yüz il 

ərzində azad ticarətin xeyrinə olan əsas mülahizə dəyişməmişdir.  Baxmayaraq 

ki,  A.Smit  və  D.Rikardodan  sonraki  dövr  ərzində  iqtisadi  elm  iqtisadçıların 

nəzəriyyəsini  nəzərdən  keçirmişdir  ki,  iqtisadçıların  azad  ticarətin 

məhdudlaşmasına  dair  etirazları  hələ  də  əsasən  nisbi  üstünlük  prinsipinə 

əsaslanır. 

 

ABġ digər dövlətlərlə alver eləməlidirmi? 

Müxtəlif  insanlar  ixtisaslaşmadan  və  bir-biri  ilə  ticarətdən  qarşılıqlı  gəlir 

götürdüyü  kimi,  mal  mübadiləsinin  nemətlərindən  dünyanın  müxtəlif 

ölkələrinin  sakinləri  istifadə  edirlər.  Amerikalıların  aldıqları  bir  çox  mallar 

xaricdə  hazırlanmışdır,  ABŞ-da  istehsal  olunmuş  məhsullar  isə  xaricə  satılır. 

Malların  və  xidmətlərin  daxili  bazarda  satılmaq  üçün  xaricdən  gətirilməsini 

import(idxal) adlandırırlar. Ölkə  ərazisində istehsal olunmuş malların ölkədən 

xaricə çıxarılmasını eksport(ixrac) adlandırırlar.  

 

Təxmin edək ki, iki ölkə ABŞ və Yaponiya və iki mal qida məhsulları 



və avtomobillər mövcuddur. Təsəvvür edək ki, hər iki ölkə avtomobilləri eyni 

dərəcədə yaxşı istehsal edir: amerikalı və yapon fəhləsi ay ərzində 1 avtomobil 

istehsal  edir.  Əksinə,  kənd  təsərrüfatı  mallarının  becərilməsi  üçün  yararlı 

torpaqların ərazisi ABŞ-da daha çox olduğu üçün amerikalı fermer ay ərzində 2 

t  qida  məhsulu  istehsal  edir,  lakin  həmin  vaxt  ərzində  yapon  fermer  1t  qida 

məhsulu istehsal edir. 

 

Nisbi  üstünlük  prinsipinə  müvafiq  olaraq,  məhsul  onun  buraxılmasına 



daha az alternativ xərcləri olan ölkə tərəfindən istehsal edilməlidir. Avtomobil 

istehsalının  əldən  verilmiş  imkanlarının  xərcləri  ABŞ-ın  2  t  qida  məhsulu  və 

Yaponiyanın yalnız 1t qida məhsulu təşkil etdiyindən, sonuncu avtomobillərin 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə