DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə32/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   281

Н. Грегори Менкйу 

 

 



62 

dəyişməsi digərinin dəyişməsini müəyyən edir. Əslində, burada üçüncünün nə-

zərdən qaçırılması dəyişəni qrafikdə əks etdirilməmişdir. Biz qarşılıqlı təsirini 

təhlil  edəcəyimiz  iki  dəyişəni,  hətta  düzgün  müəyyən  etmiş  olsaq  da,  ikinci 

problemlə  –  əks  səbəb  –  nəticə  (səbəb  əlaqəsi)  asılılığı  ilə  qarşılaşa  bilərik. 

Başqa sözlə, biz qərara gələ bilərik ki, V-nin dəyişmə səbəbi A-dır, həqiqətdə 

isə V A-nın dəyişməsini müəyyən edir. Enmə üzrə dəyişənlərin və əks səbəb-

əlaqə asılılığının mövcudolma imkanı bizdən tələb edir ki, səbəblər və nəticələr 

haqqında fikir söyləyərkən, qrafiklərdən ehtiyatla istifadə edilmiş olsun. 

Nəzərdən  qaçırılmıĢ  dəyiĢənlər.  Gəlin,  sonrakı  misala  baxaq.  Ölkə 

əhalisinin  xərçəng  xəstəliyi  ilə  əlaqədar  ölüm  səviyyəsinin  yüksəkliyindən 

təşvişə  düşən  dövlət  ictimaiyyətin  ciddi  tələbinə  cavab  olaraq,  «Böyük 

Qardaşın  Statistika    Xidməti»  kompaniyasına  hərtərəfli  tədqiqat  aparmağı 

tapşırır.  «Böyük  Qardaş»-ın  əməkdaşları  iki  dəyişən  arasındakı  bilavasitə 

asılılığı aşkar edir: ailədə siqaret çəkənlərin sayı və onun üzvlərindən kiminsə 

xərçənglə xəstələnmə ehtimalı (şəkil 2p.6). 

Dövlətin  alınmış  nəticəyə  cavabı  necə  olmalıdır?  «Böyük  Qardaş» 

siqaret satışına əlavə vergi qoyulmasını və «Böyük Qardaş» xəbərdarlıq edir – 

siqaret  çəkmək  sizin  sağlamlağınıza  zərərdir»  yazısının  yayılmasının  tələb 

olunmasını təklif edir. 

Lakin  düşüncəli  tədqiqatçıda  sual  yaranır:  «Birindən  başqa,  bütün 

dəyişənlər sabit olaraq qəbul edilmişdirmi?». Axı mənfi cavab alındıqda, əldə 

olunan nəticəni gerçəklik kimi qəbul etmək olmaz. 

 

 

 



 

 

 



 

 

 



 

 

ġəkil 2p.6. Nəzərdən qaçırılmıĢ dəyiĢənin qrafiki 



 

Əyrinin yuxarı istiqamətlənməsi göstərir ki, ailədə siqaret çəkənlərin 

sayı  nə  qədər  çox  olarsa,  xərçlənglə  xəstələnənlərin  ehtimalı  bir  o  qədər  çox 

olar.  Lakin  biz  bundan  elə  nəticə  çıxarmamalıyıq  ki,  xərçəngin  səbəbi  siqaret 


Економиксин принсипляри 

 

63 



çəkməkdir. Ona görə ki, tədqiqatçılar çəkilmiş siqaretlərin miqdarını  hesaba 

almırlar. 

 

2p.6 şəklindəki qrafikdə aydınlaşdırmadan biri ondan ibarətdir ki, siqaret 



çəkənlərin sayı çox olan evlərdə insanlar özü tütünsevənlər tərkibinə daxildir. 

Xərçəngin səbəbi ailədə çəkənlərin sayı yox, siqaret çəkməkdir. Əgər siz çəkil-

miş siqaretlərin sayını sabit olaraq qəbul etməmisinizsə, şəkil 2p.6 evdə siqaret 

çəkənlərin  sayının  xərçənglə  xəstələnmə  səviyyəsinə  həqiqi  təsirini  əks 

etdirmir. 

Bu  hadisə  mühüm  prinsipi  misallarla  aydınlaşdırmaqdır:  siz  səbəb  və 

nəticələr  haqqında  nəticələri  təsdiqləmək  üçün  istifadə  olunan  qrafik  görür-

sünüzsə,  o  zaman  özünüzə  belə  bir  sual  verməlisiniz  ki,  nəzərdən  qaçırılmış 

dəyişən əldə edilmiş nəticəyə təsir etmirmi? 

Səbəb-nəticə  asılılığının  əks  təsiri.  İqtisadçılar  səbəb  asılılığını  müəy-

yən  edərkən  çox  vaxt  səhvə  yol  verirlər.  Fərz  edək  ki,  Amerika  Anarxistlər 

Assosiasiyasına ABŞ-da nəticəsi 2p.7-də göstərilən cinayətkarlığın səviyyəsini 

tədqiq  etmək  tapşırılmışdır.  Qrafik  iri  şəhərlərdə  ağır  cinayətlərin  miqdarının 

hər  min  nəfərə  düşən  polisin  sayından  asılılığını  göstərir.  Anarxistlər  belə 

nəticəyə  gəlirlər  ki,  şəhərlərdə  polislərin  sayının  çox  olması  cinayətlərin 

artmasına  gətirib  çıxarır  və  deməli,  cəmiyyət  cinayətkarların  cavabdehlik 

tədbirlərini azaltmalıdır. 

Əgər biz nəzarətedici eksperimentlər keçirə bilsəydik, onda səbəb-nəticə 

asılılığının  əks  təsirinə  düşməkdən  kənar  olardıq.  Eksperiment  aparmaq  üçün 

biz  müxtəlif  şəhərlərdə  polislərin  sayını  sərbəst  olaraq  azaltmalı,  yaxud  artır-

malı,  sonra  isə  hüquq  orqanları  qüvvələrinin  sayı  ilə  cinayətlərin  miqdarı 

arasındakı asılılığı izah etməli idik. 

2p.7  şəklindəki  qrafik  isə  yalnız  həyat  üçün  daha  təhlükəli  olan  

şəhərlərdə polisin çoxluğunu göstərir. 

 

 



 

 

 



 

 



Н. Грегори Менкйу 

 

 



64 

 

 



 

 

ġəkil 2p.7. Səbəb-nəticə asılılığının əks təsirini göstərən qrafik 

 

Əyrinin  yuxarı  istiqamətlənməsi  göstərir  ki,  şəhərdə  polisin  sayı 

artdıqca,  orada  yaşamaq  təhlükəsi  artmış  olur.  Lakin  cinayətlərin  səbəbinin 

polis  yaxud  cinayətin  nisbətən  yüksək  olduğu  şəhərlərdən  daha  çox  qayda-

qanun keşikçilərinin götürülməsinin səbəb olduğu qrafikdən aydın olmur. 

 

Bunu onunla izah etmək olar ki, cinayətlərin səviyyəsinin yüksək olduğu 



şəhərlərdə bələdiyyə polislərin sayını artırır. Başqa sözlə, cinayətin miqdarının 

sürətlə  artması  əlavə  polisin  işə  götürülməsinə  səbəb  olur.  Qrafik  isə  səbəb 

asılılığının istiqamətini müəyyən etməyə imkan vermir. 

Belə görünə bilər ki, səbəb – nəticə əlaqəsinin istiqamətinin müəyyənləş-

dirilməsini  birinci  dəyişənin  dəyişilməsilə  aşkar  etmək  zəruridir.  Əgər  biz 

cinayətin  artmasını,  sonra  isə  polisin  sayının  çoxalmasını  izləyiriksə,  bir 

nəticəyə  gəlirik.  Əgər  biz  əvvəlcə  polisin  sayının,  onun  ardınca  isə  cinayətin 

artmasını  görürüksə,  onda  başqa  bir  nəticəyə  gəlirik.  Bu  yanaşmanın 

çatışmazlığı  aşağıdakılardır:  İnsanlar  çox  vaxt  öz  davranışını  mövcud  şəraitin 

dəyişməsinə cavab verməklə deyil, onların gələcəkdə dəyişmə şəraitini nəzərə 

almaqla  dəyişirlər.  cinayətlərin  gələcəkdə  artmasını  gözləyən  şəhər  elə  bu 

gündən polis üçün boş yerlərin miqdarını artıra bilər. Yaxud da, başqa bir əyani 

misal  –  yeni doğulanlar  və  uşaq çarpayıları.  Çox  vaxt uşaq çarpayısını  uşağın 

doğulmasını  gözləyərkən  alırlar.  Çarpayının  uşaq  doğulmamışdan  əvvəl  evə 

gətirilməsi  o  demək  deyildir  ki,  çarpayı  satışının  çoxalması  əhali  artımına 

səbəb olur. 

Qrafik  üzrə  səbəb  asılılığı  haqqında  nəticənin  doğruluğunu  müəyyən 

edən  tam  və  dolğun  qayda  mövcud  deyildir.  Sadəcə  olaraq,  unutmayın  ki, 

xərçənglə  xəstələnmənin  artmasının  səbəbi  heç  də  siqaret  çəkənlərin  sayının 

çoxluğu  ilə  ölçülmür,  (nəzərdən  qaçırılmış  dəyişən),  evdə  uşaq  çarpayısının 

olması isə uşağın doğulmasına (səbəb – nəticə əlaqəsinin əks təsiri) səbəb ola 

bilməz.  Yalnız  onda  siz  mənasız  iqtisadi  mübahisələrdən  qaçmağa  nail 

olarsınız. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə