DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə33/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   281

Економиксин принсипляри 

 

65 



Fəsil 3 

QARIġILIQLI ĠQTĠSADĠ ASILILIQ  

VƏ TĠcARƏTĠN GƏTĠRDĠYĠ GƏLĠRLƏR 

 

 

 



 

 

Ən  adi  bir  səhər.  Siz  oyanır,  ağır-ağır  mətbəxə  keçirsiniz,  Floridada  yetişmiş 



portağallardan  hazırlanmış  bir  stəkan  şirə  və  bir  fincan  braziliya  qəhvəsi 

süzürsünüz. Səhər yeməyi zamanı siz Yaponiyada istehsal olunmuş televizorun 

ekranından  Nyu-Yorkdan  yayımlanan  xəbərlər  proqramı  seyr  edirsiniz.  Siz 

parçası  corciya  ştatında  yetişmiş  pambıqdan  hazırlanmış,  Tailandda  tikilmiş 

cinsləri  geyinirsiniz.  Siz  dərslərə  tərkib  hissələri  dünyanın  bir  neçə  ölkəsində 

hazırlanmış  maşında  gedirsiniz.  Universitetin  oxucu  zalında  siz  Kanadada 

istehsal  olunmuş  kağızda  Texas  şirkəti  tərəfindən  çap  edilmiş  və 

Massaçusetsdə  yaşayan  müəllif  tərəfindən  yazılmış  iqtisadiyyat  haqqında 

dərsliyi vərəqləyirsiniz. 

 

Hər bir gün siz hər şeyə rəğmən, dünyanın müxtəlif ölkələrində yaşayan 



çoxlu  sayda  insanların  əməyinin  və  xidmətlərin  nəticələrindən  istifadə 

edirsiniz.  Həmin  insanlardan  çoxunu  siz  heç  görməmisiniz  və  heç  vaxt  da 

tanımayacaqsınız.  Bu  cür  qarşılıqlı  asılılıq  Yer  sakinlərinin  minilliklər  boyu  

bir-biri  ilə  ticarət  əlaqəsində  olduğuna  görə  mümkün  olub.  Əməyinin  bir 

hissəsi sizə lazım olan mallara və xidmətlərə qoyulmuş insan, heç də mərdliyə 

və  ya  sizin  rifahınızı  təmin  etmək  istəyinə,  onun  hərəkətləri  nəyi  isə  sizin 

istəyinizlə  hazırlayıb  sizə  «mavi  kənarlı  qabda»  təqdim  etməyi  əmr  edən 

hansısa bir hakimiyyət oraqının sərəncamına əsaslanmır. Minlərlə insan sizi və 

digər istehlakçıları özləri istehsal etdiyi mal və xidmətlərlə təmin edir, bu onun 

müqabilində onlar özlərinə lazım olanı bir əldə edirlər. 

 

Gələcək fəsillərdə biz görəcəyik ki, iqtisadiyyat ən müxtəlif insanların – 



kasıbların  və  varlıların,  istedadlı  və  istedadsızların,  xoşxasiyyətlilərin  və 

zalımların,  alicənabların  və  alçaqların  fəaliyyətini  uyğunlaşdırır.  Bizim 

tədqiqatımızın başlanğıc nöqtəsi – iqtisadi qarşılıqlı asılılıqdır. Ekonomiksin on 

prinsipindən  birində  deyilir  ki,  ticarət  onda  iştirak  edən  bütün  tərəflər  üçün 

qazanclıdır.  Bu  fəsildə  biz  bunu  daha  ətraflı  müzakirə  edəcəyik.  İnsanlar 

qarşılıqlı əlaqədən konkret olaraq nə əldə edirlər? Onlar niyə bir-birindən asılı 

olmağa razılıq verirlər? 

 

Müasir iqtisadi rəmz 



Н. Грегори Менкйу 

 

 



66 

Gəlin ən sadə iqdisadiyyatın modelini nəzərdən keçirək. Təsəvvür edin ki, iki 

insan – ranço sahibi və fermer mal-qara bəsləyir və kartof becərir. Hər birinin 

nahar  masasına  yalnız  öz  əməyinin  məhsulları  gəlir,  birində  bu  ət,  digərində 

kartofdur. 

 

Təsəvvür edək ki, ranço sahibi və fermer bir-biri haqqında eşitmək belə 



istəmirlər.  Lakin  bir  neçə  aylıq  ət  menyusundan  –  qızardılmış,  suda  bişmiş, 

şişdə qızardılmış, hisə verilmiş, duzlanmış ətlə qidalandıqdan sonra heyvandar 

qərara gəlir ki, özünə kifayət yeknəsəqliyə dəymir. Yalnız  kartof püresi, suda 

bişmiş,  qızardılmış  kartofla  qidalanan  fermer  yəqin  ki,  onunla  razılaşar. 

Aydındır  ki,  ticarət  onların  masalarını  zənginləşdirə  bilər  və  onlar  özlərini 

qızardılmış kartoflu qamburqerlərlə «nazlandıra» bilərlər.  

 

Bizim tərəfimizdən nəzərdən keçirilən ssenari ən sadə üsulla göstərir ki, 



ticarət  bizim  hər  iki  personacımıza  sərfəlidir.  Fermerin  və  heyvandarın  ikinci 

məhsulun, lakin daha yüksək xərcli olan, istehsalına imkanı olduğu halda onlar 

analoci  gəlirləri  əldə  edirlər.  Təxmin  edək  ki,  fermerin  bir  neçə  öküzü  peyda 

oldu, lakin onun səyləri ət kiloqramında ifadə edilmiş istənilən nəticəni vermir. 

Təsəvvür  edək  ki,  ranço  sahibi  kartof  yetişdirmək  istəyir,  lakin  onun  torpağı 

ona qarşı olan qayğının cavabını verə bilmir. Aydındır ki, həm əkinçi, həm də 

heyvandar  üçün  onların  daha  yaxşı  edə  bildiyi  sahədə  ixtisaslaşma  və  istehsal 

olunan məhsulla    mübadilə, yəni ticarət əlaqəsi daha əlverişli olardı.  

 

Lakin  aqrarlardan  hansınınsa  hər  iki  fəaliyyət  sahəsində  daha  da 



ixtisaslaşdığı  hallarda,  ticarətin  gəlirləri  daha  az  olacaq.  Təsəvvür  edək  ki, 

ranço sahibi heyvanları fermerdən daha yaxşı bəsləyə və kartofları becərə bilir. 

O, ayrılmalıdırmı? Yoxsa ticərət üçün əsaslar hələ də mövcud olur? Bu suallara 

cavab vermək üçün fermer tərəfindən qərarların qəbuluna təsir edən faktorlara 

baxmaq lazımdır. 

 

Təsərrüfat imkanları 

Təsəvvür  edək  ki,  fermer  və  ranço  sahibi  həftədə  40  saat  işləyir  və  vaxtını 

kartofun becərdilməsinə, heyvanların bəslənməsinə və ya bu işləri birləşdirərək 

keçirir.  Bizim  qəhrəmanlarımız  üçün  hər  bir  məhsulun  istehsalı  üçün  lazım 

olan vaxt 3.1. cədvəlində göstərilib. Fermer  1 kq kartofu 10 saata 1 kq əti isə 

20  saata  istehsal  edə  bilər.  İstehsalat  gücü  hər  iki  halda  yüksək  olan  ranço 

sahibində 1 kq kartofun istehsalına 8 saat sərf olunur, 1 kq ətin istehsalına isə 1 

saat vaxt sərf olunur. 

 

 

 

 

cədvəl 3.1 



Економиксин принсипляри 

 

67 



 

1 kq istehsal üçün lazım olan 

saat miqdarı 

40 saat ərzində istehsal 

olunmuĢ məhsulun miqdarı 

Ət 

kartof 

ət 

Kartof 

Fermer 


20 

40 


Heyvandar 



40 



 

 



Şəkil  3.1-dəki  qrafik  (a)  bizə  fermerin  istehsal  edə  bildiyi  ətin  və 

kartofun  miqdarını  göstərir.  Özünün  bütün  40  saatını  kartof  becərməyə  sərf 

edən  fermer  nəticədə  həftədə  4  kq  məhsul  alır.  Yalnız  heyvandarlıq  üzrə 

ixtisaslaşanda o, həftədə 2 kq ət istehsal edir. Əgər fermer iş vaxtını yarıbayarı 

kartofun və ətin istehsalına bölürsə (hərəsi 20 saat), onun həftəlik rasionu 2 kq 

kartofdan  və  1  kq  ətdən  ibarət  olacaq.  İstehsal  imkanlarının  sərhədlərinin 

sərhədi bizə bütün mümkün istehsal imkanlarını göstərir. 

(a) fermerin istehsal                         (b) ranço sahibinin istehsalat 

     imkanlarının sərhədi 

                          imkanlarının sərhədi 

  Ət(kq) 

ət (kq) 


 

40 


 



 

 

 



 

 

 



 

ġəkil.3.1.Ġstehsal imkanlarının əyrisi 

 

 



 

Fermerin  istehsal  imkanlarının  sərhədi  tədqiq  edilən  iqtisadiyyatda 

nəticələrin  müxtəlif  uyğunluğunu  göstərir  və  ekonomiksin  on  prinsipindən 

birini – «insan seçir» prinsipini misal gətirir. Fermer ət istehsalı və kartof yetiş-

dirilməsi arasında seçim etmək vacibliyi ilə qarşılaşır.Yada salın ki, bizim 2-ci 

fəsildə  tədqiq  etdiyimiz  istehsalat  imkanlarının    sərhədi  xaricə  əyilmişdir:  bu 

halda  iki  məhsul  arasında  seçim  buraxılan  malların  miqdarı  ilə  müəyyənləşir. 

Baxılan  halda,  ətin  və  kartofun  mövcud  istehsal  texnologiyaları  fermerə  eyni 

səviyyədə  bir  məhsulun  istehsalından  digərinin  istehsalına  keçməyə  imkan 

yaradır. Bu halda istehsal imkanlarının sərhədi düz xətti təsvir edir. 

 

Şəkil 3.1-dəki (b) qrafik ranço sahibinin istehsal imkanlarının sərhədini 



göstərir. Əgər heyvandar bütün 40 saatını kartofun istehsalına həsr edirsə, o, 5 

  20


 

     0           2             4   Картоф (кг)                                             0          2 

2

1

      5 картоф (кг) 



 


Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə