DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə30/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   281

Н. Грегори Менкйу 

 

 



56 

qiymətlərini  əks  etdirsək  görərik  ki,  rəqsə,  yoldaşlarla  təmasda  olmağa  çox 

vaxt ayrılması biliyin daha aşağı qiymətini şərtləndirir. Bu növ asılılığı biz əks 

asılılıq (mənfi asılılıq) adlandırırıq. Koordinat sistemindən istifadə iki dəyişən 

arasındakı asılılığı daha əyani edir. 

 

Koordinat sistemində əyrilər 

Təhsilə çox vaxt ayıran tələbələr yüksək qiymətlər alırlar, amma mənimsəməyə 

başqa amillər də təsir edir. Məktəbdə alınan bilik, qabiliyyət, müəllimlər tərə-

findən diqqət və normal səhər yeməyi mühüm əhəmiyyətə malikdir. Lakin 2p.2 

şəklində  bütün  bu  amillərin  təsiri  nəzərə  alınmır.  Digər  tərəfdən,  iqtisadçıları 

çox vaxt  iki dəyişən arasında olan asılılıq bilavasitə maraqlandırır. 

Araşdırılan  iqtisadi  nəzəriiyədə  istehlakçıların  əldə  etmək  istədikləri 

əmtəələrin  kəmiyyətinə  qiymətlərin  təsirini  əks  etdirən  tələb  əyrisi  mühüm 

qrafiklərdən biridir. 

2p.2 cədvəli Emma B-in aldığı romanların miqdarının onun gəlirindən və 

kitabların qiymətindən necə asılı olduğunu göstərir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ġəkil 2p.2. Koordinat sistemlərindən istifadə 

 

Orta  xal  şaquli  xəttin  üstündə,  təhsil  vaxtı  isə  üfüqi  xəttin  üstündə  əks 

etdirilir.  Albert,  Elfred  E  və  onların  tələbə  yoldaşlarının  xalları  müxtəlif 


Економиксин принсипляри 

 

57 



nöqtələrlə göstərilir. Qrafikdən aydın olur ki, təhsilə çox vaxt ayıran tələbələr 

daha yüksək qiymət alırlar. 

Ucuz  nəşrlərdən  Emma  çox  miqdarda  roman  alır.  Kitablar  bahalaşdıqca 

o,  vaxtının  daha  çox  hissəsini  kitabxanada  keçirir,  yaxud  kinoteatra  gedərkən 

yolda  oxumağı  üstün  tutur.  Mövcud  qiymətlərdə  Emma  gəliri  yüksək  olduğu 

zaman  çox  roman  alır.  Başqa  sözlə,  onun  gəliri  yüksələn  zaman  əlavə  gəlirin 

bir hissəsini roman almağa, digər hissəsini isə başqa əmtəələr almağa sərf edir. 

İndi  bizim  üç  dəyişənimiz  vardır:  romanların  qiyməti,  gəlir  və  alınmış 

kitablar. Deməli, biz mövcud olan məlumatların hamısını koordinat sistemində 

göstərə  bilmərik.  2p.1-dəki  məlumatları  qrafik  formasında  izah  etmək  üçün 

dəyişənlərdən birini sabit (dəyişməz) qəbul etməklə, qalan iki dəyişən arasında 

asılılığı göstərmək zərurətindəyik. 

cədvəl 2p.1. 

Emma B-in əldə etdiyi romanlar 

Gəlir 

Qiymət, $ 

$ 20 000 

$ 30 000 

$ 40 000 

10 






12 

10 



13 

16 


14 


17 

20 


18 


21 

24 


22 


25 

28 


 

Tələb əyrisi 

D

3

 



Tələb əyrisi  

D



Tələb əyrisi 

D

2



 

 

cədvəl Emmanın gəlirinin səviyyəsindən və romanların qiymətindən asılı olaraq aldığı 

kitabların  miqdarını  göstərir.  Gəlirin  istənilən  mövcud  səviyyəsində  qiymət  və  tələb 

göstəriciləri romanlara olan tələb əyrisinin köməyilə qrafikdə göstərilə bilər. 

 

Tələb  əyrisi  qiymətlə  tələb  arasındakı  asılılığı  əks  etdirdiyi  üçün  biz 

Emmanın  gəlirini  sabit  götürərək,  onun  aldığı  romanların  miqdarının  qiymət-

dən necə asılı olduğunu göstərə bilərik. 

Fərz edək ki, Emmanın gəliri ildə 30 min dollar təşkil edir. Əgər X oxu 

üzərində  Emmanın  aldığı  romanların  miqdarını,  Y  oxu  üzərində  isə  alınan 

kitabların  qiymətini  qeyd  etsək,  cədvəl  2p.1-dən  alınan  orta  sütunu  qrafik 

şəklində  göstərmək  imkanına  malik  olarıq.  cədvəldən  alınan  nöqtələri 

birləşdirməklə  (5  roman  10$,  9  roman  9  $  və  i.a.),  2p.3  şəklində  göstərilmiş 

xətti – Emmanın romanlara olan tələb əyrisini almış olarıq ki, bu da müəyyən 

qiymətlərlə Emmanın nə qədər kitab almaq istədiyini göstərmiş olur. 

 

 



 

 



Н. Грегори Менкйу 

 

 



58 

 

 



 

 

 



ġəkil 2p.3. Tələb əyrisi 

D  xətti  Emmanın  gəlirinin  dəyişməz  (daimi)  olduğu  şəraitdə  aldığı 

kitabların  miqdarının  romanların  qiymətlərindən  asılılığını  göstərir.  Qiymətlə 

kitabların miqdarı arasında əks asılılıq mövcud olduğu üçün tələb əyrisi azalan 

xətt üzrə gedir. 

Əyri  aşağı  istiqamətlənmişdir  və  mövcud  olan  miqdarda  tələblə  qiymət 

arasında olan əks asılılığı göstərir. 

İndi  fərz  edək  ki,  Emmanın  gəliri  ildə  40  min  dollara  yüksəlmişdir. 

Məlum qiymətdə Emma az gəliri olduğu zaman əldə etdiyindən çox roman ala 

bilir.  cədvəl  2p.1-in  orta  sütununun  mənasını  nəzərə  alaraq,  Emmanın 

romanlara  olan  tələb  əyrisini  çıxarmışıq.  İndii  isə  cədvəlin  sağ  sütununun 

mənasını nəzərə alaraq, biz yeni xətti çəkək. 

Şəkil  2p.4-də  yeni  tələb  əyrisi  (D

2

  əyrisi)  köhnə  (D



1

)  əyri  ilə  yanaşı 

yerləşir.  Beləliklə,  biz  deyə  bilərik  ki,  Emmanın  gəlirinin  yüksəlməsi  onun 

tələb  əyrisinin  hərəkətinə,  yaxud  yerdəyişməsinə  səbəb  olmuşdur.  Əgər 

Emmanın gəliri ildə 20 min dollara enərsə, o, istənilən məlum qiymətlərdə az 

roman alar və onun tələb əyrisi (D

3

 əyrisi) sola yerləşə bilər. 



İqtisadi nəzəriyyədə əyri üzrə hərəkəti və əyrinin yerdəyişməsini fərqlən-

dirmək  lazımdır.  Şəkil  2p.3-dən  görünür  ki,  əgər  Emma  ildə  30  min  dollar 

qazanarsa  və  bir  roman  8  dollardırsa  o,  13  roman  ala  bilər.  Əgər  romanın 

qiyməti  7  dollara  enərsə,  alınmış  romanların  miqdarı  17-yə  qədər  arta  bilər. 

Lakin  tələb  əyrisi  öz  yerində  qalar.  Beləliklə,  Emma  hər  bir  mümkün  qiymət 

üzrə  müəyyən  miqdar  kitab  alır:  əgər  romanın  qiyməti  aşağı  düşürsə,  onun 

tələbi tələb əyrisi üzrə soldan sağa dəyişmiş olur. Əksinə, əgər romanın qiyməti 

dəyişməz qalarsa və 8 dollar təşkil edərsə, onun gəliri isə ildə 40 min dollara 

yüksələrsə, Emma aldığı romanların miqdarını 13-dən 16-ya qədər artıra bilər. 

Necə  ki,  Emma  hər  bir  mümkün  qiymət  üzrə  çox  roman  alır  və  onun  tələb 

əyrisi sağa dəyişmiş olur (şəkil 2p.4). 

Bizim  sabit  olaraq  qəbul  etdiyimiz  dəyişmələr  dəyişdikdə,  əyrinin 

hərəkətinə  səbəb  olur.  Biz  qızların  illik  gəlirlərini  nə  X,  nə  də  Y  oxunda  əks 

etdirməmişik,  o  dəyişilərkən  Emmanın  tələb  əyrisi  yerini  dəyişməlidir. 

Emmanın  alıcılıq  vərdişini  əks  etdirən  istənilən  dəyişiklik  (romanların 

qiymətində  dəyişiklikdən  başqa)  onun  tələb  əyrisinin  hərəkətinə  səbəb  olur. 

Məsələn,  əgər  ümumi  kitabxana  bağlanarsa,  qızlar  oxumaq  istədikləri  hər  bir 

nəşr olunan romanı almaq məcburiyyətində qalacaqlar; Emma hər bir mümkün 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə