DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə26/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   281

Н. Грегори Менкйу 

 

 



46 

İqtisadi  nəzəriyyə  ənənəvi  olaraq  mikroiqtisadiyyata  –  ev  təsərrüfatları 

və firmaların qərar qəbuletmə proseslərini və onların bazarda qarşılıqlı əlaqələ-

rinin öyrənilməsinə və makroiqtisadiyyata – iqtisadiyyatın bütövlükdə öyrənil-

məsinə    bölünür.  Mikroiqtisadiyyat  üzrə  mütəxəssislər  Nyu-Yorkda  rentanın 

səviyyəsinin  mənzillərin  dəyərinə  təsirini,  xarici  ölkə  istehsalçıları  tərəfindən 

ABŞ-ın  avtomobil  sənayesinə  rəqabətin  təsirini,  yaxud  fəhlələrin  təhsil 

səviyyələri ilə əmək haqqı arasındakı asılılığın tədqiqi ilə məşğul ola bilərlər. 

Makroiqtisadiyyat  problemlərini  tədqiq  edən  alimlər  federal  istiqrazların  milli 

iqtisadiyyat üçün nəticələrini, işsizliyin səviyyəsini və məşğulluğun uzunmüd-

dətli perspektivlərini tədqiq edir, yaxud əhalinin həyat səviyyəsinin yüksəldil-

məsi istiqamətlərinin alternativ proqramlarını təklif edirlər. 

Mikroiqtisadiyyat və makroiqtisadiyyat arasında sıx əlaqə var. İqtisadiy-

yatda  baş  verən  dəyişiklik  milyonlarla  fərdin  bütövlükdə  qəbul  etdiyi  qərarlar 

nəticəsində  baş  verir,  deməli,  ümumiqtisadi  meyllərin  dərk  olunması  onların 

makroiqtisadi  səviyyədə  qəbul  edilməsi  prosesinə  baxılmasını  tələb  edir. 

Məsələn,  federal  verginin  azaldılmasının  əmtəələr  və  xidmət  istehsalçılarının 

gəlirlərinin  səviyyəsinə  təsiri  makroiqtisadi  səviyyədə  öyrənilir.  Bu  vəziyyəti 

təhlil etmək üçün iqtisadçı-təhlilçi vergi həcminin azaldılmasının ev təsərrüfat-

larının  əmtəələr  və  xidmət  əldə  etmək  məqsədilə  yönəldəcəkləri  pul  vəsaitlə-

rinin həcmi haqqında qərarlarına təsirini araşdırır. 

Amma  mikroiqtisadiyyat  ilə  makroiqtisadiyyat  arasında  mövcud  olan 

qarşılıqlı  əlaqə  elmin  bu  sahələrinin  əhəmiyyətli  fərqlərini  aradan  götürmür. 

Bəzi iqtisadçılar hesab edirlər ki, biologiyada olduğu kimi, onun sadə element-

lərindən başlanmalı və bundan sonra onların qarşılıqlı təsirinin araşdırılmasına 

keçilməlidir. Lakin bu metodun tədqiqata tətbiqi özünü həmişə doğrultmur. Bu 

mənada,  həyatın  təkamülünü  öyrənən  biologiya  molekulyar  biologiyanın 

nailiyyətlərinə  əsaslanır.  Belə  ki,  bütün  heyvanat  və  bitkilər  molekullardan 

ibarətdir.  Amma  tədrici  inkişaf  və  molekulyar  biologiya  elmin  müxtəlif 

sahələrini, onlardan hər biri dərketmənin xüsusi metodlarından istifadə etməklə 

spesifik sualları araşdırır. 

Mikroiqtisadiyyat  və  makroiqtisadiyyat  analoci  olaraq  spesifik  tədqiqat 

metodlarına  malikdir  və  onlar  müxtəlif  yanaşmalara,  metodlara,  nəzəriyyələrə 

əsaslanır və bir çox hallarda ayrıca kurs kimi tədris edilir. 



 

Ġqtisadçı siyasətçi rolunda 

Çox  vaxt  baş  verən  iqtisadi  hadisələrin  izahını  iqtisadçılardan  xahiş  edirlər. 

Misal  üçün,  nəyə  görə,  xüsusilə  gənclər  arasında  işsizliyin  səviyyəsi 

yüksəkdir?  Bəzən  xahiş  edirlər  ki,  iqtisadi  vəziyyəti  yaxşılaşdırmaq  üçün 

tədbirlər təklif etsinlər. Gənc insanların həyat səviyyəsinin yüksəldilməsi üçün 

dövlət  nə  etməlidir?  İqtisadçılar  dünyanın  qaydaya  salınmasını  izah  etməyə 

çalışdıqları zaman alim kimi çıxış edirlər. 



Економиксин принсипляри 

 

47 



Pozitiv və normativ təhlil 

Əgər  siz  iqtisadçıların  çıxış  etdikləri  rolun  spesifikliyini  aydınlaşdırmaq  istə-

yirsinizsə, onda onların istifadə etdikləri dilin araşdırılmasından başlamalısınız. 

Alimlərin  və  siyasətçilərin  məqsədləri  müxtəlifdir  və  buna  müvafiq  olaraq, 

onlar müxtəlif ifadələr işlədirlər. 

Hesab edək ki, iki qız əmək haqqının minimum həcmi haqqında qanunu 

müzakirə edir. Biz bu replika mübadilələrini eşidə bilərik. 

Poli:  «Əmək  haqqının  minimum  həcmi  haqqında  qanun  işsizliyin  əsas 

səbəbidir». 

Norma:  «Dövlət  əmək  haqqının  minimum  səviyyəsini  mütəmadi  olaraq 

yüksəltməyə borcludur». 

Sizin  bu  təsdiqləmələrlə  razılaşıb  razılaşmamağınızdan  asılı  olmayaraq, 

qeyd  edək  ki,  qızların  fikirləri  müəyyən  edilmiş  qaydalara  münasibətdə 

fərqlidir. 

Poli  alim  kimi  danışır:  o,  həyatın  qaydaya  salınması  haqqında  fərziyyə 

irəli sürür. Norma siyasətçi kimi danışır: o, həyatı dəyişmək istəyir. 

Ən  ümumi  mənada  bizi  əhatə  edən  aləm  haqqında  iki  tip  təsdiqləmə 

mövcuddur.  Pozitiv  təsdiqləmə  (Polinin  fikri)  təsviri  xarakterə  malikdir  və 

həyatı  bizə  olduğu  kimi  təsvir  edir.  İkinci  tip  təsdiqləmə  (Normanın  sözləri) 

normativdir.  Normativ  təsdiqləmə  təklif  xarakterinə  malikdir,  burada  həyatın 

necə olacağı haqqında danışılır. 

Pozitiv  və  normativ  təsdiqləmələr  arasında  əsas  fərq  bizim  həqiqəti 

qiymətləndirməyimizdən  ibarətdir.  Prinsip  etibarilə  biz  faktları  öyrəndikdən 

sonra  pozitiv  təsdiqləməni  ya  qəbul  edirik,  ya  da  rədd  edirik.  İqtisadcı  müəy-

yən  vaxt  kəsiyində  minimum  əmək  haqqının  həcmi  və  işsizliyin  səviyyəsinin 

dəyişməsi haqqında məlumatları təhlil etdikdən sonra Polinin sözləri haqqında 

fikir  söyləmək  imkanına  malikdir.  Bunun  əksinə  olaraq,  normativ  təsdiqləmə 

təkcə  faktları  deyil,  müəyyən  istiqamətlərin  qiymətliliyinin  nəzərə  alınmasını 

tələb  edir.  Əgər  biz  təkcə  faktlardan  istifadə  ediriksə,  onda  Normanın 

təsdiqləməsi  qiymətləndirilə  bilməz.  Hansı  siyasət  yaxşıdır,  hansı  isə  qeyri-

məqbuldur haqqında qərarı yalnız elmi nəticələrə əsasən qəbul etmək mümkün 

deyildir.  Bunun  üçün  etik  dəyərləri,  dini  inamları  və  siyasətin  fəlsəfəsini  cəlb 

etmək tələb olunur. 

Əlbəttə,  pozitiv  və  normativ  təsdiqləmələr  nisbidir.  Bizim  həyatın  necə 

qurulmasına pozitiv baxışımıza nisbətən əlverişli, üstünlük verilən siyasət haq-

qında  normativ  düşüncəmiz  təsir  edir.  Əgər  Polinin  «minimum  əmək  haqqı 

həcmi  işsizlik  törədir»  haqqındakı  təsdiqləməsi  həqiqətə  uyğun  gəlirsə,  biz 

Normanın  «dövlət  minimum  əmək  haqqı  həcmini  artırmağa  borcludur» 

təklifini inkar etməliyik. Bundan başqa, bizim normativ nəticələrimiz tamamilə 

pozitiv təhlillərə əsaslana bilməz. Burada həm pozitiv təhlili, həm də müəyyən 

dəyişiklik sistemi tələb olunur. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə