DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə23/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   281

Економиксин принсипляри 

 

39 



düşən  mərmər  parçasına  təsiri  o  qədər  cüzidir  ki,  onun  son  sürətinə  təsiri 

əhəmiyyətsizdir.  Fərziyyə  ondan  ibarətdir  ki,  üzlük  parçası  havasızlıq 

mühitində  düşür,  ona  görə  də  suala  verilən  cavaba  ciddi  təsir  etmədən 

məsələnin həllini əhəmiyyətli dərəcədə sadələşdirir. 

İqtisadçılar  da  fərziyyəni  həmin  səbəblər  üzrə  edirlər.  Belə  ki,  fərziyyə 

dünyanı dərk etməyi asanlaşdırır. Məsələn, beynəlxalq ticarəti öyrənərkən belə 

bir fərziyyə məqsədəuyğundur ki, dünya  yalnız iki ölkədən ibarətdir və onlar-

dan hər biri iki növ əmtəə istehsal edir. Aydındır ki, dünya miqyasında iki yüz 

ölkə  var  və  onlardan  hər  biri  minlərlə  növ  əmtəələr  istehsal  edirlər.  Lakin 

nəzərdə tutsaq ki, təkcə iki ölkə və iki növ əmtəə mövcuddur, onda biz imkan 

tapırıq  ki,  diqqətimizi  əsas  amillər  üzərində  cəmləşdirək  və  az  əhəmiyyətli 

məsələlərdən uzaq olaq. İki ölkə, iki əmtəə istehsalı olan uydurulmuş dünyada 

beynəlxalq  ticarəti  təhlil  edərkən,  biz  yaşadığımız  və  daha  mürəkkəb  olan 

dünyada ölkələr arasında mübadiləni yüksək səviyyədə başa düşürük. 

Fizika,  biologiya  və  istərsə  də  iqtisadi  nəzəriyyələrdə  elmi  düşünmə 

tərzinin incəliyi fərziyyənin düzgün seçilməsindən ibarətdir. Hesab edək ki, biz 

onuncu  mərtəbədən  düşən  mərmər  parçasının  enməsinə  yox,  futbol  topuna 

baxırıq. Fərziyyə  yalnız sərbəst düşən daşın hərəkətinə təsir edən qravitasiya-

nın  tamamilə  özünü  doğruldan  qüvvəsindən  getdiyi  halda,  topun  enmə 

trayektoriyasının öyrənilməsinə tətbiq edilə bilməz. 

İqtisadçılar da fərqli süallara cavab axtararkən, qeyd etdiyimiz müxtəlif 

fərziyyələr edirlər. Belə hesab edək ki, biz dövlətin tədavüldə pulun miqdarını 

dəyişəcəyi  halda  iqtisadiyyatda  nə  baş  verəcəyini  bilmək  istəyirik.  Təhlilin 

mühüm  tərkib  hissəsi  qiymət  reaksiyasına  baxılmasından  ibarətdir.  İqtisadiy-

yatda bir çox qiymətlər sabitdir (ABŞ-da curnalların qiyməti, məsələn, bir neçə 

ildən  bir  dəyişir).  Qiymətin  bu  xüsusiyyətini  bilərək,  biz  müxtəlif  vaxt 

kəsiklərində siyasi qərarların təsirinin öyrənilməsi zamanı müxtəlif fərziyyələr 

edəcəyik.  Qısamüddətli  vaxtlarda  onların  təsirini  öyrənərək  hesab  edirik  ki, 

qiymətlər  çətin  ki,  əhəmiyyətli  şəkildə  dəyişsin  və  biz  onların  ciddi 

müəyyənləşdirilməsi haqqında süni təxminlərə baxa bilərik. 

Lakin  qiymətin  uzunmüddətə  dinamikasını  təhlil  edərkən,  biz  bütün 

qiymətlərin elastikliyini fərz edirik. Eləcə də, fizik mərmər parçasının və topun 

hündürlükdən düşməsini öyrənərkən müxtəlif fərziyyələr edir. İqtisadçılar qısa-

müddətli və uzunmüddətli vaxtlarda pulun miqdarının dəyişməsinin qiymətlərə 

təsirini təhlil edərkən müxtəlif fərziyyələrə söykənir. 

Ġqtisadi modellər 

Anatomiya  müəllimləri  dərslərdə  insan  bədəninin  bütün  əsas  orqanlarının 

plastik modellərindən istifadə edirlər: ürəkdən, ciyərlərdən, böyrəklərdən, çün-

ki  bunlar  tələbələrə  onların  yerləşməsi  və  qarşılıqlı  əlaqələrini  göstərməyə 

imkan  verir.  Əlbəttə,  heç  kim  plastik  modelləri  canlı  insan  kimi  qəbul  etmir: 

onlar  stilizə  olunub,  onlarda  bir  çox  hissələr  çatışmır.  Lakin  reallığın  bəzi 




Н. Грегори Менкйу 

 

 



40 

çatışmazlığı  tələbələrə  insan  bədəninin  quruluşunu  dərk  etməkdə  çətinlik 

törətmir. 

İqtisadçılar  öz  təcrübəsində  ən  müxtəlif  modellərdən  istifadə  edirlər. 

Amma  bu  modellər  plastikadan  deyil,  diaqramlardan,  cədvəllərdən,  bərabər-

liklərdən ibarət olur. İnsanın plastik modellərində olduğu kimi, iqtisadi model-

lərdə  də  bir  çox  hissələr,  məlumatlar  çatışmır.  Buna  baxmayaraq,  əslində 

onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. 

Eləcə  də,  anatomiya  müəlliminin  modelində  siz  insan  bədəninin  bütün 

əzələlərini,  yaxud  da  kapilyarlarını  tapa  bilməzsiniz.  İqtisadçının  modeli  də 

bütün  iqtisadi  amilləri  nəzərə  ala  bilmir.  Mümkün  olan  imkan  daxilində  biz 

müxtəlif  iqtisadi  modellərə  baxacağıq  və  siz  görəcəksiniz  ki,  bütün  modellər 

müəyyən  fərziyyələr  və  ehtimallarla  qurulmuşdur.  Həmçinin,  fizik  də  qopub 

düşən mərmər parçasının təhlilinə havanın təsirinin olmamasını nəzərə almaqla 

başlayır. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillə-

rin  iştirak  etməsinə  yol  vermirlər.  Bütün  modellər  –  fizika,  biologiya,  yaxud 

iqtisadi  nəzəriyyələr  həqiqəti

 

sadələşdirir  və  bununla  da  bizim  dünyanı  dərk 



etməyimiz asanlaşır. 

 

Bizim birinci model: dövriyyə axınının qrafik təsviri 

İqtisadiyyat  müxtəlif  fəaliyyət  növləri  ilə  -  alıcılıqla,  satıcılıqla,  işlə,  muzdlu 

əməklə, istehsalla və i.a. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun 

necə  qurulduğunu  dərk  etmək  üçün  bizim  düşünmə  tərzimizi  sadələşdirən 

üsulun  tapılması  zəruridir.  Başqa  sözlə,  bizə,  ümumiyyətlə,  iqtisadiyyatın 

təşkilini aydınlaşdıra bilən model lazımdır. 

Şəkil  2.1.-də  iqtisadi  dövriyyə  axınının  qrafik  təsviri  adını  alan  model 

verilmişdir.  Burada  əsas  fərziyyə  onu  nəzərdə  tutur  ki,  iqtisadiyyatda  qərar 

qəbul  edən  subyektlərin  iki  tipi  –  ev  təsərrüfatı  və  firmalar  mövcuddur. 

Firmalar  əmək,  torpaq  və  kapitaldan  (binalar  və  dəzgahlar),  başqa  sözlə, 

istehsal  amillərindən  istifadə  etməklə  əmtəə  və  xidmətlər  istehsal  edirlər.  Ev 

təsərrüfatları  istehsal  amillərinə  sahibdirlər  və  firmaların  istehsal  etdikləri 

bütün əmtəə və xidmətləri istehlak edirlər. 

Ev  təsərrüfatı  və  firmalar  iki  əsas  bazara  qarşılıqlı  təsir  edir.  Əmtəə  və 

xidmətlər bazarında ev təsərrüfatı alıcı, firmalar isə satıcı rolunda çıxış edir: ev 

təsərrüfatı  firmaların  istehsal  etdikləri  əmtəə  və  xidmətləri  əldə  edir.  İstehsal 

amilləri  bazarında  ev  təsərrüfatları  firmaların  əldə  etdiyi  və  istehsal  üçün 

istifadə  edəcəyi  istehsal  amilini  təklif  edir.  Dövriyyə  axınının  qrafikində  ev 

təsərrüfatları  və  firmalar  arasında  olan  bütün  sövdələşmələrin  (razılaşmaların) 

təşkilinin sadə üsulu verilmişdir. 

Dövriyyə  axını  qrafikinin  daxili  oxları  ev  təsərrüfatı  və  firmaların 

arasında  əmtəə  və  xidmətlərin  hərəkətini  əks  etdirir.  Ev  təsərrüfatları  istehsal 

amilləri  bazarında  firmalara  əmək,  torpaq  və  kapital  satır.  Firmalar  bunları 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə