DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə31/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   281

Економиксин принсипляри 

 

59 



qiymətdə  çox  roman  almalı  olacaq  və  tələb  əyrisi  sağa  dəyişəcək.  Yaxud  da 

kinoteatr biletləri aşağı düşərsə, Emma kinoya daha çox vaxt sərf edəcək və az 

oxuyacaq,  onun  tələbi hər bir  mümkün  qiymətdə  azalacaq  və  tələb əyrisi  sola 

dəyişəcəkdir. Əksinə, qrafikin koordinat oxunda əks olunan dəyişən dəyişdikdə 

əyri hərəkət etmir, dəyişiklik əyri ilə yanaşı hərəkətdə əks olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ġəkil 2p.4. Tələb əyrisinin dəyiĢməsi 

 

Emmanın  romanlara  olan  tələb  əyrisinin  vəziyyəti  onun  gəlirinin 

həcmindən asılıdır. O, istənilən mövcud qiymətdə çox gəlir əldə etdikcə, bir o 

qədər çox kitab alar və onda tələb əyrisi də sağa hərəkət edəcəkdir. D

1

 əyrisi 

Emmanın gəlirinin ildə 30 min dollar təşkil etdiyi zaman ilkin tələbi ifadə edir. 

Əgər onun gəliri ildə 40 min dollara yüksələrsə, tələb əyrisi D

2

-yə qədər dəyişə 

bilər.  Əgər  onun  gəliri  ildə  20  min  dollara  düşərsə,  tələb  əyrisi  D

3

-ə  qədər 

dəyişə bilər. 

 

Maillik və elastiklik 

Emmaya  aid  vermək  istədiyiniz  suallardan  biri  «kitabın  qiymətinin  onun  alı-

cılıq  vərdişinə  necə  təsir  edir»  sualı  ola  bilər.  Şəkil  2p.5-dəki  tələb  əyrisinə 

nəzər salın. Əgər əyri dik yuxarı qalxmış olarsa, qiymətlərin qalxması, yaxud 

aşağı  düşməsi  Emmanın  aldığı  əmtəələrin  kəmiyyətini  əhəmiyyətli  şəkildə 

dəyişməyəcək. Əgər qarşımızdakı əyri maillidirsə, qiymətlərdəki çox da böyük 

olmayan  dəyişiklik  qızların  aldıqları  kitabın  əhəmiyyətli  dərəcədə  artmasına, 

yaxud  azalmasına  gətirib  çıxarır.  «Dəyişən  başqasının  dəyişməsinə  necə  təsir 

göstərir?»  sualına  cavab  vermək  bizə  maillik  anlayışından  istifadə  etməyə 

imkan verir. 

 

 



Н. Грегори Менкйу 

 

 



60 

 

 



 

 

 



 

ġəkil 2p.5. Xəttin maillik ehtimalı 

Tələb əyrisinin mailliyini tapmaq üçün koordinat X və Y-in bir nöqtədən 

(6  dollardan  21  roman)  digərinə  (8  dollardan  13  roman)  dəyişilərkən  bu 

dəyişilmənin əhəmiyyətini hesablamaq zəruridir. Xəttin mayilliliyi – koordinat 

Y(-2)-in  dəyişmə  əhəmiyyətinin  koordinat  X(+8),  - 

4

1



-ə  bərabər  dəyişmə 

əhəmiyyətinə nisbətidir. 

Xəttin  mailliyi  koordinat  nöqtəsinin  şaquli  dəyişməsinin,  xəttə  yanaşı 

hərəkətə müvafiq koordinatın üfüqi dəyişməsinə nisbətidir. Riyazi simvolla bu 

tərif aşağıdakı kimi ifadə olunur: 

Maillik = 







Burada  yunan  hərfi 

(delta)  dəyişənin  dəyişmə həddini göstərir.  Mailli 



yuxarı  xətt  çox  böyük  olmayan  müsbət  rəqəmlərlə  ifadə  olunan  meylliliklə 

xarakterizə  olunur.  Yuxarı  olan  xətt  böyük  müsbət  rəqəmlə,  aşağı 

istiqamətlənmiş  xətt  isə  mənfi  rəqəmlə  ifadə  olunur. Üfüqi  xətdə  maillik  sıfra 

bərabərdir,  ona  görə  ki,  bu  halda  dəyişənin  Y  oxu  üzrə  koordinatı  dəyişmir; 

şaquli xəttin mailliyi sonsuzluğa bərabərdir, çünki, Y xətti üzrə dəyişənin rolu 

X oxu üzrə dəyişənin rolundan asılı olmayaraq istənilən ola bilər. 

Emmanın  romana  olan  tələb  əyrisi  hansı  mailliyə  malikdir?  Əyri  aşağı 

istiqamətləndiyi  üçün  onun  mailliyi  mənfidir.  Mailliyin  kəmiyyət  rolunu 

hesablamaq üçün xəttin üzərində iki nöqtə seçməliyik. Əgər qızların gəliri ildə 

30  min  dollar  təşkil  edərsə,    Emma  qiyməti  6  dollardan  21  roman,  yaxud 

qiyməti  8  dollardan  13  roman  ala  bilər.  Bizi  bu  iki  nöqtə  arasındakı  fərq 

maraqlandırır, ona görə də bizim hesablamamız aşağıdakı kimi olacaqdır: 

Maillik = 







=

4

1



8

2

)



13

21

(



)

8

6



(

)

(



)

(

2



1

2

1











X

Y

Y

 

Bizim  hesablamamız  üçün  məlumatlar  şəkil  2p.5-də  əyani  olaraq 



göstərilmişdir.  Başqa  nöqtələrdən  istifadə  etməklə,  müstəqil  olaraq  tələb 

əyrisinin mailliyini hesablamağa cəhd edin. Siz dəqiq olaraq – 1/4  nəticəsini 

almış olacaqsınız. Bizim əyrinin xarakterik cəhəti onun daim mailli olmasıdır. 

Bu, mailliyi dəyişilə bilən digər əyrilərə aid deyildir. 




Економиксин принсипляри 

 

61 



Emmanın kitaba olan tələb əyrisinin mailliyi bizə qiymətlərin dəyişməsilə 

onun  aldığı  kitabların  kəmiyyətinin  necə  dəyişməsini  göstərir.  Əyrinin  az 

meylli olması (sayı sıfra bərabərdir) o deməkdir ki, tələb nisbətən maillidir; bu 

halda,  əmtəələrin  qiymətlərinin  dəyişməsinə  cavab  olaraq,  əlavə  alınmış 

miqdar  kifayət  qədər  əhəmiyyətlidir.  Əyrinin  daha  çox  əhəmiyyəti  (say, 

sıfırdan  əhəmiyyətli  dərəcədə  az  yaxud  çoxdur)  –  yuxarı  meylli  əyrinin 

əlamətidir;  bu  halda,  qiymətlərin  dəyişməsinə  cavab  olaraq,  alınmış  əlavə 

əmtəələrin miqdarı çox deyildir. 

Lakin  Emmanın  əmtəələrin  qiymətlərinin  dəyişməsinə  cavabını  ölçmə 

üsulu  kimi,  hesablanma  metodu  özünün  təkmilliyi  ilə  fərqlənmir.  Problem 

ondan  ibarətdir  ki,  əyrinin  mailliyi  X  və  Y  oxu  üzrə  dəyişənlərin  dəyişmə 

vahidindən  asılıdır.  Əgər  biz  romanların  qiymətlərini  dollarla  deyil,  sentlə 

ölçmüş olsaydıq, bizim ilkin hesablamalarımıza müvafiq olaraq, tələb əyrisinin 

mailliyi 

4

1

 yox, - 200/8, yaxud – 25 təşkil edərdi. Lakin hesablamanın düzgün 



olmasını  heç  kim  şübhə  altına  almır.  Nəticələrdəki  məlum  fərq,  sadəcə,  bir 

mühüm  şeydən  xəbər  verir  ki,  qiymət  bir  neçə  sent  dəyişərkən,  Emmanın 

romana tələbi həmin  miqdarda  dollarla  dəyişmədən daha  az  hiss  olunur. Əgər 

biz Emmanın dollarla ifadə olunan kitab qiymətləri ilə romana olan tələb əyrisi 

mailliyini Don K-ın ispan pesosunda ifadə olunmuş tələb əyrisi maillyi  yaxud 

Devid  K-nin  funt  sterlinqlə  ifadə  olunmuş  tələb  əyrisi  mailliyi  ilə  müqayisə 

etsək, xəcalət çəkərik. Bu səbəbdən, iqtisadiçılar  çox vaxt bir dəyişənin başqa 

dəyişənə  nisbətən  həssaslığını  əyrinin  mailliyilə  deyil,  elastikliklə  ölçür.  Bu 

zaman  kəmiyyət  dəyişiklikliyindən  deyil,  dəyişənin  dəyişməsindən  faizlə 

istifadə olunur. Qiymətlərin 8 dollardan 6 dollara düşməsi, onun 25% azalması, 

yəni  qiymətlərin  eynilə  800  sentdən  600-ə  düşməsi  deməkdir.  Elastiklik 

anlayışının  istifadə  olunması  dəyişənlərin  ölçü  vahidi  haqqında  narahatçılığa 

əsas  vermir.  Çünki  faizlə  ifadə  olunan  dəyişilmə  bütün  hallarda  eyni  olur. 

Elastiklik haqqında suala biz daha ətraflı 5-ci fəsildə baxacağıq. 



 

Səbəb və nəticə 

İqtisadçılar  çox  vaxt  müxtəlif  iqtisadi  hadisələri  aydınlaşdırmaq  üçün  qrafikə 

müraciət  edirlər.  Başqa  sözlə,  onlar  bundan  bir  hadisənin  başqasına  təsirini 

nümayiş  etdirmək  üçün  istifadə  edirlər.  Tələb  əyrisi  tipli  qrafiki  nəzərdən 

keçirərkən, bizdə səbəb  və nəticəyə aid şübhə  yaranmır. Necə ki, biz  qiyməti 

dəyişirik, qalan bütün dəyişənləri isə sabit hesab edirik və bilirik ki, romanların 

qiymətində dəyişiklik Emmanın aldığı kitabların dəyişməsinə səbəb olur. Lakin 

yadda  saxlamaq  lazımdır  ki,  bizim  tələb  əyrisi  fərziyyə  misalları  məlumatları 

əsasında  qurulmuşdur.  Real  həqiqətlə  rastlaşdığımız  zaman  bir  dəyişənin 

başqasına təsirini müəyyən etmək o qədər də asan olmur. 

Birinci problem ondan ibarətdir ki, bir dəyişənin digərinə təsir dairəsinə nüfuz 

edən müxtəlif amillər sabit deyillər. Biz fərz edə bilərik ki, hər hansı dəyişənin 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə