DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə39/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   281

Економиксин принсипляри 

 

81 



dəyişən amillər sabitdir. Bu şərtlər daxilində tələbin həcminə qiymətin səviyyə-

sinin necə təsir etdiyini təhlil edək. 

cədvəl  4.1.-də  Ketrinin  müxtəlif  qiymətlərdə  hər  ay  neçə  stəkan 

dondurma  alması  haqqında  məlumatlar  verilmişdir.  Əgər  dondurma  pulsuz 

paylansa idi,  Ketrin ayda  12 stəkan  dondurma  yeyərdi. 1  stəkan  dondurmanın 

qiyməti 0,5 dollar olduqda o, 10 stəkan dondurma alır. Qiymətin qalxması ilə 

o,  daha  az  dondurma  almağa  başlayacaqdır.  Qiymət  3  dollara  çatdıqda  isə 

Ketrin onu rasionundan çıxaracaqdır. 

 cədvəl 4.1.-də əmtəənin qiyməti ilə onun tələb olunan miqdarı arasında 

asılılığı  əks  etdirən  tələb  cədvəli  təsvir  edilmişdir.  İqtisadçılar  ona  görə 

«cədvəl»  anlayışından  istifadə  edirlər  ki,  rəqəmlərin  paralel  sütunu  qatarların 

cədvəlini xatırladır. 



cədvəl 4.1. 

Ketrinin tələb cədvəli 

1 stəkan dondurmanın qiyməti, $ 

Dondurmaya olan tələbin həcmi 

12 



0,50 

10 


1,00 

1,50 



2,00 


2,50 


3,0 


 

Qrafik  4.1.  cədvəl  4.1.-in  məlumatları  əsasında  tərtib  olunmuşdur. 



Adətən  dondurmanın  qiyməti  şaquli  oxda, tələb olunan  dondurmanın  miqdarı 

isə üfüqi oxda qeyd olunmuşdur. Qiymət və tələbin həcmi arasında asılılığı əks 

etdirən xətt isə tələb əyrisi adlanır. 

 

 



 


Н. Грегори Менкйу 

 

 



82 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ġəkil 4.1. Ketrinin tələb əyrisi 

 

 



ceteris paribus (digər bərabər Ģəraitlər daxilində) 

Yadda  saxlayın  ki,  bütün  tələb  əyriləri  tərtib  ediləndə  çoxlu  dəyişən  amillər 

sabit götürülür. Ketrinin tələb əyrisi (qrafik 4.1.) dondurma ilə qarşılıqlı əlaqəli 

əmtəələrin qiyməti, gözləmələr, gəlirlər, zövqlər sabit qaldığı və dondurmanın 

qiyməti  dəyişildiyi  şəraitdə  onun  miqdarında  nə  dəyişiklik  baş  verdiyini 

göstərir.  

Mövcud  anda  öyrənilən  amil  istisna  olmaqla,  qarşılıqlı  əlaqəli  bütün 

dəyişən  amillər  sabit  qaldıqda,  iqtisadçılar  latın  sözü  olan  «ceteris  paribus»  - 

digər bərabər şəraitdə anlayışından istifadə edirlər. Tələb əyrisi aşağıya doğru 

əyilmişdir,  çünki  qiymətin  aşağı  düşməsinin  «ceteris  paribus»  əmtəəyə  olan 

tələbin artması deməkdir.  

«ceteris  paribus»  anlayışı  ehtimal  olunan  hadisələrə  münasibətdə  də 

istifadə olunur. Real həyatda isə çoxlu dəyişən amillər eyni vaxtda dəyişirlər. 

Bu  səbəbdən  də  real  hadisələrə  tələb  və  təklifin  təhlili  metodikasını  tətbiq 

etdikdə, biz hansı dəyişən amilləri sabit qəbul etdiyimizi yadda saxlamalıyıq.  

 

Bazar tələbi və fərdi tələb 

Bu  vaxta  qədər  biz  əmtəələrə  olan  fərdi  tələbləri  nəzərdən  keçirirdik.  Bazarın 

fəaliyyətini  təhlil  etmək  üçün  isə  biz  bazar  tələbini  müəyyən  etməliyik.  Bu, 

müəyyən  əmtəə  və  xidmətlərə  olan  bütün  fərdi  tələblərin  cəmindən  ibarətdir. 

1 стякан дондурманын гиймяти 

Дондурма стяканларынын мигдары 

0.00

0.50

1.00

1.50

2.00

2.50

3.00

0

1

2

3

4

5

6

7

8

9

10

11

12



Економиксин принсипляри 

 

83 



cədvəl  4.2.-də  iki  şəxsin  =  Ketrin  və  Nikolasın  dondurmaya  olan  tələbi 

haqqında  məlumat  verilmişdir.  Ketrin  və  Nikolasın  tələb  cədvəli  göstərir  ki, 

gənclər hər bir mümkün qiymətdə neçə stəkan  dondurma alırlar.  Bazar tələbi 

bu iki fərdi tələbin cəmindən ibarət olacaqdır.  



cədvəl 4.2. 

Fərdi və bazar tələbinin cədvəli 

 

1 stəkan dondurmanın qiyməti 



Ketrin  

 

Nikolas 

 

Bazar  

12 





19 

0,50 


10 

 



 

16 


1,00 

 



 

13 



1,50 

 



 

10 



2,00 

 



 



2,50 

 



 



3,00 

 



 



 

Bazar  tələbinin  əsasında  fərdi  tələb  dayanır,  deməli,  o,  ayrı-ayrı  alı-

cıların  tələbinə  təsir  edən  amillərlə  müəyyən  olunur.  Bazarda  tələbin  həcmi 

yalnız  əmtəənin  qiymətindən  asılı  deyildir,  həmçinin  alıcıların  gəlirindən, 

onların  zövqündən,  gözləmələrdən,  bir-birilə  qarşılıqlı  əlaqəli  əmtəələrin 

qiymətindən  və  istehlakçıların  sayından  asılıdır  (əgər  Ketrin  və  Nikolasa  bir 

neçə  tələbə  də  qoşularsa,  hər  bir  mümkün  qiymətdə  bazar  tələbinin  həcmi 

artar).  4.2.  tələb  cədvəli  digər  dəyişən  amillər  sabit  qalldıqda,  qiymət 

dəyişkənliyinin tələbin həcminə necə təsir etdiyini göstərir. 

4.2. şəklində  tələb  cədvəlinin  məlumatlarına  uyğun  olaraq,  tələb  əyrisi 

təsvir olunmuşdur. Bazar tələbi əyrisini almaq üçün biz üfüqi xətt üzrə fərdi tə-

ləbləri cəmləyirik. Başqa sözlə, hər mümkün qiymətdə tələb olunan məhsulun 

ümumi miqdarını tapmaq üçün fərdi tələb əyrisinin üfüqi oxu üzrə fərdi kəmiy-

yətləri  cəmləyirik.  Madam  ki,  bizi  bazar  fəaliyyətinin  mexanizmi  maraq-

landırır,  biz  bazar  tələb  əyrisinə  müraciət  edəcəyik.  Bazar  tələbi  əyrisi 

əmtəənin  qiymətinin  dəyişməsi  ilə  tələbin  ümumi  həcminin  necə  dəyişdiyini 

göstərir. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə