DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə15/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   281

Економиксин принсипляри 

 

21 



 

Ekonomiks  cəmiyyətin  onun  sərəncamında  olan  məhdud  resurslardan 

necə istifadə etməsi haqda elmdir.  

 

cəmiyyətin  resursları  adətən  bir  planlaşdırıcı  mərkəzdən  deyil,  mil-



yonlarla  ev  təsərrüfatı  və  firmaların  birgə  səyləri  ilə  bölüşdürülür.  Beləliklə, 

iqtisadçıların  vəzifəsi  insanların  qərarlar  qəbul  etməsi  prosesinin  öyrənil-

məsindən  ibarətdir:  onlar  nə  qədər  işləyir,  nə  qədər  alır,  nə  alır,  əmanətləri  

necə  toplayır  və  əldə  olunan  vəsaitləri  hara  qoyurlar?  İqtisadçılar  eləcə  də, 

insanların qarşılıqlı əlaqələrini tədqiq edirlər? çoxlu sayda  alıcılar və satıcılar 

məhsulun  qiymətini  və  satılan  əmtəənin  kəmiyyətini  necə  müəyyən  edirlər. 

Nəhayət,  iqtisadçılar  bütövlükdə  iqtisadiyyata  təsir  edən  amilləri  və  meylləri 

təhlil  edirlər:  orta  gəlirin  artımını,  iş  tapa  bilməyən  əhalinin  hissəsini  və 

qiymətlərin artım tempini.  

 

İqtisadi nəzəriyyə çoxşaxəlidir, lakin onu bir neçə əsas ideyalar birləş-



dirir. Bu fəsildə biz sizə təqdim olunan kitabın əsasında duran İqtisadi nəzəriy-

yənin  on  prinsipini  nəzərdən  keçirəcəyik  və  sizdə  ekonomiksin  nədən  ibarət 

olması haqda təsəvvür yaratmağa çalışacağıq.  

 

Qərarlar necə qəbul olunur? 

İqtisadiyyatın nədən ibarət olması heç kəsə sirr deyil. Los-Ancelesin, ABŞ-ın 

və  ya  bütövlükdə  dünyanın  iqtisadiyyatı  haqda  danışmağımızdan  asılı 

olmayaraq, iqtisadiyyat yalnız həyat prosesi zamanı bir-birləri ilə qarşılıqlı əla-

qədə  olan  insanlar  qrupudur.  İqtisadiyyatın  hərəkəti  onu  təşkil  edən  ayrı-ayrı 

şəxslərin fəaliyytəini əks etdirdiyi üçün biz iqtisadi nəzəriyyənin öyrənilməsinə 

ayrı-ayrı insanların qərarları qəbul etməsinin dörd prinsipindən başlayacağıq. 

 

Prinsip 1. Ġnsan seçir 

Qərarların  qəbul  edilməsi  barədə  ilkin  nəticə  aşağıdakı  kimi  dürüst  ifadə 

olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək 

üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşyadan imtina etməyə 

məcbur  olur.  Qərarların  qəbul  edilməsi  bir  məqsədin  digərinə  qarşı  qoyul-

masını tələb edir.  

Ən  dəyərli  resursunun  –  vaxtının  bölüşdürülməsi  problemini  həll  edən 

tələbəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxunma-

sına,  ya  psixologiyanın  öyrənilməsinə,  ya  da  bu  iki  elmin  öyrənilməsinə  sərf 

edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənilməsinə sərf 

etdikdə, o, digər sahədə  biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqi-

qəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa, 

teleproqramları seyr etməyə, istirahətə və ya qonşuluqdakı kafedə işləməyə sərf 

edə bilər.  

Digər  bir  misal  kimi,  onun  valideynlərinin  həll  etməli  olduqları  ailə 

gəlirlərinin bölüşdürülməsi problemini göstərə bilərik. Onlar bu gəliri yeməyin, 



Н. Грегори Менкйу 

 

 



22 

təzə geyimin, ya da turist putyovkasının alınmasına sərf edə bilərlər. Bəlkə də, 

valideynlər  gəlirin  müəyyən  hissəsini  «qara  gün»  üçün  saxlamaq,  ya  təqaüdə 

əlavə etmək, ya da uşaqların təhsilinə yönəltmək barədə  qərar qəbul edəcəklər. 

Əgər onlar əlavə hər dolları bu məqsədlərin hər hansı birinə yönəltmək barədə 

qərar  qəbul  edirlərsə,  digər  dəyərlərin  əldə  olunmasına  istifadə  oluna  biləcək 

pulların dəyəri həmin bir dollar qədər azalır.  

Cəmiyyətdə  birləşən  fərdlər  bir  çox  belə  analoci  problemlərin  həlli 

zəruriyyəti  ilə  qarşılaşırlar.  «Toplar,  yaxud  yağ»  klassik  seçim.  Xarici  aqres-

sorlara qarşı sərhədlərimizi daha etibarlı müdafiə etmək üçün milli müdafiəyə 

nə  qədər  çox  xərcləyiriksə  (toplar),  həyat  səviyyəsinin  yüksəldilməsinə  (yağ) 

və əmtəələrin istehsalına bir o qədər az resurs  yönəldirik. Müasir cəmiyyətdə 

ətraf  mühitin  mühafizəsi  və  gəlirlərin  yüksək  səviyyəsi  arasındakı  seçim 

mühüm  əhəmiyyət  kəsb  edir.  Kompaniyalara  resursların  bir  hissəsini  təbiətin 

mühafizəsinə yönəldilməsi barədə qanunvericilik aktı istehsal olunan əmtəə və 

xidmətlərin  dəyərinin  artmasına  gətirib  çıxarır.  İstehsal  xərcləri  artan  kom-

paniyalar daha az gəlir əldə edirlər, öz işçilərinə daha az əmək haqqı ödəyirlər, 

əmtəələri daha yüksək qiymətlərlə satırlar, yaxud bu üç mümkün variantı kom-

binə  edirlər.  Ətraf  mühitin  mühafizəsi  üzrə  qanunvericilik  aktları  cəmiyyət 

üzvlərinə təbiətin töhvələrindən bəhrələnmək imkanı verdiyi zaman kompaniya 

sahiblərinin, müzdlu işçilərin və istehlakçıların gəlirləri azalır.  

Cəmiyyətin həlli yollarını tapmaq məcburiyyətində qaldığı digər məsələ 

səmərəlilik  və  bərabərlik  arasında  seçim  məsələsidir.  Səmərəlilik  dedikdə, 

məhdud  resurslardan  istifadədən  cəmiyyətin  maksimum  mümkün  nemətlərin 

əldə  etməsini  başa  düşürük.  Bərabərlik  o  deməkdir  ki,  əldə  olunan  nemətlər 

cəmiyyətin  bütün  üzvləri  arasında  bərabər  bölüşdürülür.  Başqa  sözlə  desək, 

səmərəlilik – iqtisadi piroq, bərabərlik isə onun hissələrə bölünməsi üsuludur. 

Dövlətin siyasəti dəyişdikdə, çox vaxt səmərəlilik və bərabərlik bir- biri ilə zid-

diyyətdə olur.  

Misal üçün, iqtisadi nemətlərin ədalətli bölgüsünə nail olunmasına yönəl-

dilmiş siyasəti nəzərdən keçirək. İşsizliyin sığortası, yaxud sosial yardım siste-

mi  kimi  dövlət  proqramlarının  məqsədi  ehtiyacı  olan  cəmiyyət  üzvlərinə  ya-

rdım etməkdən ibarətdir. Digər tərəfdən, gəlir vergisi sistemi maliyyə baxımın-

dan  daha  imkanlı  fərdlərin  əhəmiyyətli  məbləğdə  vəsaitlərinin  dövlət  ehtiyac-

ları üçün verilməsini nəzərdə tutur. Lakin cəmiyyət üzvləri arasında bərabərli-

yin təmin olunmasına yönəldilmiş tədbirlər səmərəliliyin aşağı düşməsinə gəti-

rib  çıxarır.  Dövlət  tərəfindən  varlılardan  kasıblara  gəlirlərin  bölüşdürülməsi 

gərgin işə görə mükafatlandırmanı dəyərdən salır, bunun da nəticəsində insan 

əməyinin  intensivliyi,  əmtəə  və  xidmətlər  buraxılışı  aşağı  düşməyə  başlayır. 

Başqa sözlə desək, dövlət iqtisadi piroqu daha bərabər hissələrə bölməyə cəhd 

etdikcə, piroqun özünün həcmini azaldır.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə