DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə18/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   281

Економиксин принсипляри 

 

27 



dərc etdirdiyi məqaləsində təhlükəsizliyin artırılması barədə qanunun doğrudan 

da,  gözlənilməz  nəticələrə  gətirib  çıxardığını  göstərdi:  onun  qəbul  olunması 

nəticəsində  qəza  zamanı  ölüm  hallarının  sayının  azalması  ilə  yanaşı,  eyni 

zamanda yol-qəza hallarının sayı artmışdır. Son nəticə sürücülər arasında ölüm 

hallarının azacıq azalması və ölən piyadaların sayının artmasından ibarətdir.  

Sem  Pelçmanın  təhlili  insanların  stimullara  reaksiyasının  ümumi  prinsi-

pinə  yalnız  bir  misal  ola  bilər.  İqtisadçıların  öyrəndikləri  bir  çox  stimullar 

nəzərdən  keçirdiyimiz  təhlükəsizlik  kəmərlərindən  istifadə  olunması  barədə 

qanunla  bağlı  olduğundan,  daha  da  aşkardır.  Məsələn,  avropalıların  mühər-

rikinin  gücü  daha  az  olan  avtomobillərə  üstünlük  verməsi  heç  kəs  üçün  təəc-

cüblü  deyil,  ona  görə  ki,  benzinə  vergi  Avropada  ABŞ-dakından  daha 

yüksəkdir.  Lakin  təhlükəsizlik  kəmərlərinə  aid  misaldan  göründüyü  kimi, 

sosial  proqramların  qəbul  olunmasının  nəticələri  heç  də  birmənalı  deyil.  İstə-

nilən  proqramın  təhlili  zamanı  onun  təkcə  birbaşa  deyil,  həm  də  stimullaş-

dırılma vasitəsilə  təzahür edən dolayı  təsirini də nəzərdən keçirmək lazımdır. 

Əgər  proqram  stimulların  mövcud  sistemini  dəyişirsə,  bu  zaman  insanların 

davranışında da mütləq dəyişikliklər baş verir.  

 

Ġnsanların qarĢılıqlı təsiri 

İqtisadi  nəzəriyyənin  nəzərdən  keçirdiyimiz  4  prinsipi  fərdin  qərarları  qəbul 

etməsinin  əsasında  durur.  Lakin  qəbul  etdiyimiz  bir  çox  qərarlar  təkcə  bizim 

deyil,  başqa  insanların  da  həyatına  təsir  göstərir.  Növbəti  3  prinsip  insanların 

bir-birinə qarşılıqlı təsirinə aiddir.  

 

Prinsip 5. Hər kəsin xeyrinə ticarət 

Yəqin  ki,  yapon  kompaniyalarının  dünya  bazarında  Amerika  istehsalçılarının 

əsas rəqibi olması barədə «xəbəri» eşitmisiniz. Bəzi hallarda bu, həqiqətən də 

belədir,  axı  Amerika  və  yapon  firmaları  çoxlu  eyni  tipli  əmtəələr  istehsal 

edirlər.  Ford  və  Toyota    avtomobil  bazarında  alıcılara  görə  mübarizə  edilir, 

compaq və Toshiba fərdi kompüterlər bazarında rəqabət aparılır.  

Lakin  ölkələr  arasındakı  rəqabət  çox  mürəkkəb  bir  hadisədir.  ABŞ  və 

Yaponiya arasırnda ticarət bir tərəfin mütləq qalib gələcəyi, digərinin isə labüd 

olaraq məğlub olacağı idman  yarışı deyil. Tamamilə əksinə olaraq, bu, hər iki 

tərəfin xeyrinədir.  

Bunun  niyə  belə  olduğunu  başa  düşmək  üçün  ticarətin  ailənizə  necə 

təsir etdiyini nəzərdən keçirək. Bacınız və yaxud qardaşınız iş axtardıqda, onlar 

digər ailələrin üzvləri ilə rəqabət aparırlar. Ailələr müxtəlif əmtəələr satın aldı-

qda,  öz  aralarında  rəqabət  aparırlar,  ona  görə  ki,  hər  ailə  məhsulu  ən  aşağı 

qiymətə almağa cəhd göstərir.  

Əgər ailəniz özünü «cəmiyyətin digər özəklərindən» təcrid etməyə cəhd 

göstərərsə,  bu  zaman  o,  nə  qazanacaq?  Siz  atanızın  taxıl  əkib,  əkinçiliklə 




Н. Грегори Менкйу 

 

 



28 

məşğul  olmasına,  ananızın  yemək  hazırlamasına,  bacınızın  bütün  ailə  üçün 

geyim  tikməsinə,  özünüzə  alətlərin  hazırlanmasının  həvalə  olunmasına,  bütün 

ailənizin  isə  birlikdə  evin  tikintisində  iştirak  etməsinə  necə  baxarsınız? 

Aydındır ki, məhsul və xidmətlərin digərləri ilə mübadilə olunması bıxımından 

sizin  ailəniz  qazanmış  olur.  Əmtəələrin  mübadiləsi  hər    bir  insana  onun  daha 

yaxşı  bacardığı  işdə  -istər  fermer  təsərrüfatının  idarə  olunması,  istərsə  də 

dərzilik, yaxud ev inşaatında ixtisaslaşmağa imkan yaradır. Ticarət prosesində 

iştirak etməklə fərd daha ucuz qiymətlərlə daha çox sayda əmtəə və xidmətləri  

almaq imkanını əldə edir.  

Ailələr  kimi  ölkələr  də  bir-biri  ilə  ticarət  etmək  imkanından  udurlar. 

Ticarət  onlara  daha  bacarıqlı  olduqları  sahələrdə  ixtisaslaşmağa  və  mübadilə 

nəticəsində  daha  çox  əmtəə  və  xidmətlər  əldə  etməyə  imkan  verir.  Yaponlar, 

fransızlar,  misirlilər  və  braziliyalılar  dünya  iqtisadiyyatında  ABŞ-ın  həm 

rəqibləri, həm də əməkdaşlarıdırlar.  

 

Prinsip  6.  Adətən  bazar-iqtisadi  fəaliyyətin  təĢkilinin  əlveriĢli 



üsuludur 

SSRİ və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində 

dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələrində dövlət 

iqtisadi  fəaliyyəti  idarə  edən,  hansı  əmtəə  və  xidmətləri  istehsal  etmək,  hansı 

miqdarda  və  bu  işlə  kimin  məşğul  olacağı  barədə  qərarlar  qəbul  edən 

planlaşdırma mərkəzi kimi çıxış edirdi. Mərkəzləşdirilmiş planlaşdırma yalnız 

dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çiçəklənməsini təmin edəcək 

səviyyədə təşkil etməsi imkanına malik olması haqda nəzəriyyəyə əsaslanırdı.  

Bu  gün iqtisadiyyatları  mərkəzləşmənin  yüksək  həddi  ilə fərqlənən  bir 

çox  ölkələr  bu  sistemdən  imtina  etmişlər  və  bazar  təsərrüfatının  əsaslarını 

yaratmağa  çalışırlar.  Bazar  iqtisadiyyatında  planlaşdırma  mərkəzinin 

qərarları  milyonlarla  firma  və  ev  təsərrüfatlarının  qərarları  ilə  əvəz  olunur. 

Kompaniyalar kimi işə götürmək və nəyi istehsal etmək barədə qərarları  yalnız 

özləri qəbul edirlər. Ev təsərrüfatları öz üzvlərinin hansı firmalarda işləməsi və 

onların gəlirlərindən necə istifadə etmək barədə qərarlar qəbul edirlər. Firma və 

ev  təsərrüfatları  bazarında  qarşılıqlı  əlaqəli  qərarların  qəbul  olunmasının 

əsasında qiymətlər haqda  informasiya və şəxsi maraq durur.  

İlk  baxışdan  bazar  iqtisadiyyatının  müvəffəqiyyətləri  təəccüb  doğurur. 

Bəzən elə görünə bilər ki, şəxsi maraqları olan milyonlarla ev təsərrüfatları və 

firmalar  tərəfindən  qərarların  qeyri-mərkəzləşdirilmiş  surətdə  qəbul  olunması 

mütləq hərc-mərcliyə gətirib çıxaracaqdır. Lakin əslində, bazar iqtisadiyyatının 

iqtisadi  fəaliyyəti  səmərəli  təşkil  etməsi  və  bunun  da  iqtisadi  çiçəklənməyə 

gətirib çıxarması üzə çıxdı.  

1776-cı  ildə  məşhur  şotlandiyalı  Adam  Smit  «Xalqların  sərvəti»  ki-

tabında iqtisadi nəzəriyyənin məşhur müddəasını ifadə etmişdir: ev təsərrüfat-



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə