Сян кюврялмя мян kövrəlim ƏLƏDDİn dəMİRÇİ Сян кюврялмя mяn kюvrяlim



Yüklə 462,83 Kb.
səhifə1/3
tarix26.09.2017
ölçüsü462,83 Kb.
  1   2   3

Сян кюврялмя мян kövrəlim


ƏLƏDDİN DƏMİRÇİ

Сян кюврялмя

mяn kюvrяlim

«Елм вя тящсил»

Bakı - 2014

Çapa hazırlayanı

və redaktoru: Elxan Məmmədli

filologiya üzrə fəlsəfə doktoru,

Əməkdar Mədəniyyət işçisi
Toplayanı: Tengiz Ələddin oğlu
Sponsoru: İbrahim Qulu oğlu Alməmmədli


ZİNDANDA DƏMİRÇİ,

QƏLƏMDƏ ŞAİR
Яləddin Musa oğlu Məmmədov 1948-ci ildə Borçalı mahalının ağır elli Faxralı kəndində öz halal əməyi ilə tanınan Dəmirçi Musanın ailəsində anadan olmuşdu. Uşaqlıq illərinin erkən çağlarından (1950-ci ildən), təxminən iki yaşından etibarən bir neçə il valideynləri ilə birlikdə Qazaxıstanda sürgünlük həyatı yaşamışdı. Mənim də uşaqlıq yaddaşımın səhifələrinə qara hərflərlə yazılmış həmin müdhiş gecəni bu gün də xatırlayıram. Həmin gecə Faxralıda böyük bir çaxnaşma var idi. Kənd camaatı bir-birinə qarışmışdı. Hönkür-hönkür ağlayan kim, səsini içərisində boğub hıçqıran kim?! O gecə kəndimizin itləri də sakitlik bilmədi. Axşamdan ulaşmağa başlayan köpəklər aramsız olaraq hürüşürdülər. Yaxşı yadımdadır, itlər axşamdan ulaşmağa başlayanda rəhmətlik nənəm Yetər Bayram qızı çox narahatlıq keçirtmişdi: “Allah özü xeyrə calasın, itlərin belə komnan ulaşmağı heç yaxşı hal döyü” - demişdi. Nənəm düz dərk eləmişdi, bir azdan əli silahlı NKVD işçiləri kəndimizə doluşdular.

Həmin gecə kəndimizdən bir neçə ailəni Qazaxıstana sürgün elədilər. Bu ailələrdən ikisi bizim yaxın qohumlarımız idi. Biri Dəmirçi Musa, biri də Çərçilərin Əhməd kişinin ailəsi – arvadı Yasəmən bibi, qızı Fatma, oğlu Hümbət. Musa kişi nənəmin doğmaca dayısı oğlu idi. Arvadı Yetər bibi, böyük oğlanları Yolçu (1946-cı il təvəllüdlü idi) və Ələddin (1948). Nənəmin bu qohumları ilə həm də yaxın qonşuluqda yaşayırdıq. Mərhum atam Hüseynqulu müəllim təzəcə Faxralı kənd orta məktəbinə direktor təyin olunmuşdu. Gecənin bir aləmi qapımızın aramsız döyülməyi bu gün də yadımdadır. Əli tüfənglilər atamı təlaşla harasa apardılar. Onların dalınca nənəm də, babam Məmməd Hüseynqulu oğlu da məhləni başına götürən səsə-küyə tərəf getdilər. Yaxşı yadımdadır, nənəm çox təlaşlı idi, dil deyib ağlayırdı. Babam onu sakitləşdirmək üçün üstünə qışqırırdı. Gecənin qaranlığından heç nə seçmək olmurdu. Bircə onu bilirdik ki, bu səs-küy, bu vay-şivən Məməşdərdən – nənəmin dayısı evinin həyətindən gəlirdi. Evdə rəhmətlik anam, bacım Ulduz, bir də mən qalmışdım. İşin mahiyyətindən xəbərimiz yox idi. Başa düşmürdüm ki, bu tüfənglilər atamı hara aparırlar. Nənəmlə babamdan da bir xəbər yox idi. Elə hey ağlaşma səsi gəlirdi. Anam Fatma Sultan qızı öz kövrək səsi ilə bizi (məni və bacım Ulduzu – E.M. ) bağrına basıb təsəlli verirdi: “Ağlamayın, indi atanız da, babanız da qayıdıb gələcək” - deyirdi.

Bu arada möhkəm bir qışqırtı səsi eşitdik. Musa əminin böyük qardaşı İsrafil babanın Kömür adlı iti zənciri qıraraq həyətə toplaşanlara hücum etmişdi. Kömürün əlindən canavar da qurtara bilməzdi. Bir azdan nənəmi al-qan içərisində gətirdilər. Kömür onun üstünə cumub möhkəm yaralamışdı. Bundan sonra hamının başı nənəmə qarışdı. Güclə də olsa qanını dayandıra bildilər. Səhər açıldı, atam da evə qayıtdı. Məlum oldu ki, bu gecə Stalinin əmri ilə Böyük Vətən müharibəsində almanlara əsir düşənləri, bir də öldü-qaldısı bilinməyənlərin ailələrini kənddən sürgün edirlər. Atamı, Kənd Sovetinin sədrini, bir də kolxoz sədrini məcburən bu işə qatmışdılar ki, kənddə çox səs-küy olmasın.

Beləcə haqqında bəhs etdiyim Ələddin Musa oğlu ailələri ilə birlikdə iki yaşı olar-olmaz Qazaxıstana sürgün edildi. Stalinin ölümündən bir qədər sonra çoxları kimi, Musa əminin ailəsi də bəraət aldı. Bu xəbəri eşidən Musa əmi ilə Yetər bibi dünyaya təzə gətirdikləri oğlan uşağının adını Şadxəbər qoydular. Və 1954-cü ildə gəlib doğma Faxralı kəndinə çatdılar. Bundan sonra yeni həyat tərzi, dolanışıq qayğıları, hər şeyi əldən getmiş ailənin özünü tənzimləyib ayağa durmaq əzmi möhkəm iradə, inadkarlıq və mübarizə tələb edirdi. Təbii ki, möhkəm mənəvi sarsıntılar keçirən ailənin özünə gəlməsi çox çətin idi və bu ailə bu çətinliyi uzun illər yaşadı. Musa kişi yenə də öz körüyünü işə saldı, zindanını döyəşlədi, Yetər bibi qollarını çırmayıb uşaqlarını böyütdü. İndi nə Musa kişi, nə Yetər bibi, nə oğlanları Yolçu, Ələddin, Şadxəbər var. Bu ata-anadan təkcə Səmayə adlı qızları qalır, bir də neçə-neçə nəvə-nəticələr. İlahidən diləyimiz odur ki, bu balalar heç vaxt babaları və ataları kimi o ağır günləri görməsinlər, şad, sağlam və firavan yaşasınlar!

Heç bilmirəm bütün bunları niyə xatırlatdım, axı mən Dəmirçi Ələddindən, onun oxuculara təqdim etdiyim şeirlərindən danışmalıydım. Birdən-birə xəyal məni niyə uzaqlara apardı? Və fikrimi cəmləşdirib öz-özümə dedim: – Bunlar lazım idi. Bunları hamı bilməlidi. Musa kişinin ailəsinin başına gələn bu müsibətlər təkcə onların faciəsi deyildi, bu həm də xalqımızın faciəsi idi. Bir daha deyirəm, bunları bilməliyik!

Bəli, əziz oxucu, Ələddin Dəmirçi belə bir şəraitdə böyüdü. Ömrü yağ-bal içində keçmədi, həyatı boyu çoxlu əzab-əziyyətlər gördü. Zəhmətə bağlandı, cavan yaşlarından əməyi sevdi, çalışdı, vuruşdu. Körüyü, zindanı, çəkici özünə çörək ağacı elədi. Oddan, qığılcımdan çörək çıxartdı. Gözəl balalar böyütdü. Baba oldu, nəvə sevinci daddı. Və heç kimin gözləmədiyi halda, bir gün belə yorğan-döşəyə düşmədən 31.03.2013-cü il tarixində quş kimi uçub getdi, əzizlərini tərk etdi. Ruhu şad olsun.

Ələddin Dəmirçi ilə uşaqlığımız bir yerdə, bir məhlədə keçib. Böyük qardaşı Yolçudan bir neçə ay böyük idim. Demək olar ki, qardaşdan da artıq xətrimiz-hörmətimiz vardı bir-birimizə. Ümumiyyətlə, məhlə uşaqlarımız bir-birinə çox mehriban idi. Hamımız həm də qohum idik, bəlkə də ondan irəli gəlirdi bu mehribançılıq. Sonralar biz ailəliklə Bakıya köçsək də (1962-ci ildə), bizim təmaslarımız kəsilmədi. Acılı-şirinli günlərimizi birlikdə yaşadıq. Kəndə gəlib-gedişimiz mütəmadi hal aldı. Bu gün də belədir. Uşaqlıq dostlarımın bir neçəsi, xüsusən də çox xətirli-hörmətli qohumlarımızın böyük əksəriyyəti artıq dünyada yoxdurlar. Bu üzücüdür, ağırdır, lakin qarşısıalınmaz gerçəklikdir. Bunları düşündükcə öz-özümə deyirdim ki, hələ yerdə qalan yaxınlarım var. Ən yaxın qohumlarım Rəşid, Etibar, Lələ Telmansız məhləmizi təsəvvür edə bilmirəm. Ötən il uşaqlıq dostum Aydını da itirdik (17 mart 2013), Ələddin Dəmirçini də (31 mart 2013). Mənə hər ikisinin də ölümü çox təsir elədi. Deməli, sıralarımız seyrəlir, deməli, yarpaq tökümümüz başlayır.

Hər ikisinin də atalarının adı Musa idi. Aydınla orta məktəbdə bərabər oxumuşduq. Onunla təkcə yorğan-döşəyimiz ayrı idi. Savadlı dil-ədəbiyyat müəllimi idi. Gözəl təbi vardı. Uşaqlıq şeirlərini bu gün də saxlayıram.

Ələddinin ali təhsili olmasa da zəngin mütaliəsi vardı. Daha çox poeziyanı sevərdi. Çox sonralar bildim ki, “Dəmirçi” təxəllüsü ilə gözəl şeirlər yazır. Bunu mənə bir neçə il öncə mərhum əmim şair Əli Səngərli demişdi. Ömrünün sonuna yaxın rəhmətlik əmim onu da dedi ki: – Aydınla Ələddin, bir də Rəşid yanımda olmasa mən dəli olaram. Onlar mənə mənəvi güc verirlər. Nə yazıqlar olsun ki, nə əmim, nə Aydın, nə də Ələddin var.

Ələddin Dəmirçi olduqca təvazökar insan idi. Bu illər ərzində onun şeir yazdığını özündən eşitməmişdim. Hər dəfə əmim onun şeirlərini tərifləsə də Ələddin məndən gizlədirdi.



Haşiyə: 17 mart 2013-cü il tarixdə yaxın dostum Aydın müəllimin dəfn mərasimində iştirak etmək üçün kəndə getmişdim. Kənddə böyük izdiham var idi, bütün kənd bu hörmətli müəllimi haqq dünyasına yola salmağa gəlmişdi. Dəfn mərasimindən sonra Ələddin Dəmirçi məni adamlardan aralayıb bir kənara çəkdi. Dedi “əmolu” (o həmişə mənə müraciət edəndə “əmoğlu” yox, “əmolu”- deyə müraciət edərdi – E.M), Əkrəm Əylisliyə bir şeir yazmışam, gəl sənə oxuyum. Mən tez onun özündən xəbərsiz həmişə cibimdə gəzdirdiyim xırda əl telefonundan seçilməyən diktofonun düyməsini basdım və Ələddin Dəmirçi aşağıdakı şeirini söylədi:
Öz dilindən, öz dinindən,

Dönəninə nə deyəsən.

Gah məscidə, gah kilsəyə,

Girəninə nə deyəsən.


Tarixinə zərbə vuran,

Keçmişini bilib-danan,

Torpağını ucuz satan,

Dəlisinə nə deyəsən!


Hiyləgərmiş qoca dərviş,

Həm mollaymış, həm də keşiş.

Əl altından görürmüş iş,

Beləsinə nə deyəsən.


Xalq yazarı beləmolu,

Sahv eylədi, çaşdı yolu.

Bu satqının nifrət dolu,

Sinəsinə nə deyəsən.


Heyif sənə, Azərbaycan,

Yaşayırmış səndə bu “yan”.

Vətəninə xain olan,

Gədəsinə nə deyəsən.


Öz xalqını atan kəsə,

Haylardan dost tutan kəsə.

Balayanın kirvəsinə,

Əylisliyə nə deyəsən.

Sən də bildin, ay Dəmirçi,

Göyüm-göyüm göynər içi.

Ölçüyə gəlməzdi suçu,

Öləsinə nə deyəsən?


İndi Ələddinin bu son şeiri öz səsi ilə diktofonumda qalmaqdadır. O vaxtdan dönə-dönə onun səsinə qulaq asmışam.

...Aydın müəllimin ölümündən bir neçə gün keçmişdi. Öz-özümə düşünürdüm ki, uşaqlıq dostumun “40” mərasiminə qardaşım Eldarla birlikdə gedərik. Bir az keçmişdi, kimsə zəng edib Ələddin Dəmirçinin qəfil ölümünü xəbər verdi. Axı onu sağ-salamat qoyub gəlmişdik. 31.03.2013-cü il tarixdə Ələddin də dünyasını dəyişdi. Növbəti böyük itkimizi dəfn etdik, onu Anamız torpağa tapşırdıq. Dəfn mərasimindən sonra öyrəndim ki, Ələddinin bir neçə dəftər şeirləri var və onlar pərakəndə vəziyyətdə kimdəsə qorunmaqdadır. Bu barədə Ələddinin yaxın qohumu, qaynı İbrahim Qulu oğlu ilə qərara gəldik ki, o, Ələddinin şeirlərini Bakıya gətirəcək və onun maddi dəstəyi ilə həmin şeirləri nəşr etdirəcəyik. Elə də oldu. İbrahim sözünə əməl etdi. Bu şeirləri nəşrə hazırlamağı mənə həvalə etdi.

Budur, artıq Ələddin Dəmirçinin şeirləri sizlərin qarşısındadır, əziz oxucular. Təqdim olunan hər bir şeirdə Ələddin ömrünün bir anı, bir məqamı yaşamaqdadır. Bu şeirlərdə şairin kədəri də, sevinci də, həyat fəlsəfəsi də əks olunmaqdadır. Bu unudulmaz insan zindan arxasında bacarıqlı dəmirçi, qələm əlində olanda isə ləyaqətli, ədalətli və səmimi bir şair idi. Əminəm ki, o, yaddaşlarda da, ürəklərdə də beləcə qalacaqdır.

Əziz oxucu, mən bilərəkdən Ələddin Dəmirçinin poeziyasından geniş söz açmadım. Bu şeirləri qiymətləndirmək missiyasını Sizlərin ixtiyarına verdim. Özümün bu şeirləri qiymətləndirməyimə gəldikdə onu deyə bilərəm ki, bəzi xırda kəm-kəsirlərini nəzərə almasaq, əsasən təbii şeirlərdir. Ələddin Dəmirçinin bəhs etdiyi mövzular həqiqətən aktualdır. Bu şeirləri oxuyub düşünüb-daşınmağa dəyər. Bu şeirlərin əsas keyfiyyətlərindən biri və başlıcası odur ki, onlarda Faxralının özü var, problemləri var, günümüzün narahatçılığı var. Oxuyun bu kitabı, ürəkdən oxuyun. Oxuyun, Ələddin Dəmirçinin ruhu şad olsun!



Elxan Məmmədli

filologiya üzrə fəlsəfə doktoru,

Əməkdar Mədəniyyət işçisi
BAYATILAR

Əzizim sona gərək,

Göllərdə sona gərək.

Mərd oğul mərd atanı,

Saxlaya sona gərək.
Əzizim zolaq-zolaq,

Pələnglər zolaq-zolaq.

Sinəmi yar tənəsi,

Edibdi zolaq-zolaq.


Əzizim Günbatana,

Sən də gəl Günbatana.

Nahara vədə verdi,

Gəlmədi günbatana.


Əzizinəm xal-xaldı,

Bax, ürəyim xal-xaldı.

Özü ceyran olsa da,

Girdiyi yer xalxaldı.


Ər oğlu, ər Dəmirçi,

Nər oğlu nər Dəmirçi.

Bu vəfasız dünyadan,

Köçər-gedər Dəmirçi.


ÖZÜMÇÜN
Bir üç telli sazım ola,

Çalam-oxuyam özümçün.

Öz günümə, öz halıma,

Yanam-oxuyam özümçün.


El içində adım-sanım,

Eldən ötrü yanar canım.

Bir az da ola macalım,

Qalam-oxuyam özümçün.


Kimin canı yanıb oda,

Ömür hədər gedib bada.

Keçənnəri bir-bir yada,

Salam-oxuyam özümçün.


Dolub duman-çənə dönəm,

Hərdən dərdə-qəmə dönəm.

Heç bilmirəm kimə dönəm,

Solam-oxuyam özümçün.


Eşq oduna qalammadım,

Kərəm olub yanammadım,

Xan Əslini alammadım,

Dolam-oxuyam özümçün.


Bir mən olam, bir güllü bağ,

Hey dolaşam damağı çağ.

Bir mələyə olam qonaq,

Qalam-oxuyam özümçün.


Göy yaylaqda kəsəm quzu,

Su istəsəm qıram buzu.

Məni qoyub gedən qızı,

Anam-oxuyam özümçün.


Ay Dəmirçi, ürək xəstə,

Gəl tanrıdan aman istə.

Qorxuram ki, son nəfəsdə,

Öləm-oxuyam özümçün.


GƏLMİŞƏM
“Təhməz bulağı”nnan, “ Qızıl qaya”dan,

Salam var, sinəmə yazıb gəlmişəm.

“Səngər”in başından, “Gözəl dağı”ından,

Dostlar əvəzinə baxıb gəlmişəm.


Məndədir ətiri gülün-çiçəyin,

Hər yana nur saçan çölün, çəmənin.

Dağların başında dumanın-çənin,

Bir təhər əlindən çıxıb gəlmişəm.


Bir az sovqatım var yal-yamaclardan,

Dərib qurutmuşam kəklik otundan.

Zoğal qurusunnan, qozdan, fındıqdan,

Qoca meşəmizdən yığıb gəlmişəm.


Qarım, boranım yox, yaz havasıyam,

Baxın sinənizə, saz havasıyam.

Çaldırın oynayaq, naz havasıyam,

Sevgimi sevincə qatıb gəlmişəm.


Dəmirçidə ürək dolu arzu var,

O ürəkdən şölə saçır arzular.

Əsas odu ağ birçəkli analar,

Verib xeyir-duva, alıb gəlmişəm.



GÖZƏL
Ağrı nədi, dərd-qəm nədi bilmərəm,

Ləblərindən şirə çəksəm ölmərəm.

Vallah səni bu dünyaya vermərəm,

Mən olsam canıyın yiyəsi, gözəl.


Əgər səni Tanrı mənə yazarsa,

Çuğul-kəzzab araması pozarsa,

Bədnəzərin hansı bizə baxarsa,

Tökülsün gözünün giləsi, gözəl.


Müştərinəm, nəyin varsa mənə sat,

Al canımı, öz əlinlə cana qat.

Axşam sal qoynuna, səhər sən oyat,

Sıx çıxsın canımın şirəsi, gözəl.


Nə zamandı mən düşmüşəm izinə,

Dodaqlarım tamarzıdı üzünə.

Dəyməyəndə Dəmirçinin gözünə,

Od tutub alışar sinəsi, gözəl.


ƏLLƏRİN
Ay ana, hələ də həsrətindəyəm,

Hər vaxt tellərimə dəyən əllərin.

Üstüm bulanardı toza-torpağa,

Yuyub paltarımı sərən əllərin.


Xörəyinin dadı damağımdadı,

O isti nəfəsin yanağımdadı,

Çaldığın laylalar qulağımdadı,

Nəmli gözlərimi silən əllərin.


Arabir könlümə xəngəl düşərdi,

Qalxardın yerindən qurud əzərdin.

Xəmir yoğurardın, kündə kəsərdin,

Çəkib süfrəmizə düzən əllərin.


Dəmirçi dərdindən cana doyubdu,

Keçən günlərimi yada salıbdı,

Balalar yenə də möhtacındadı,

Bişirib-düşürüb verən əllərin.


ƏMİOĞLU
Əmim oğlu İbrahimə

Hər səni görəndə xoş olur halım,

Könlüm qubarlanır, gəncləşir canım.

Həm əmimoğlusan, həm böyük qaynım,

Bizə də nur səpir gözün, Əmoğlu.
Bilirəm əzəldən sazı sevirsən,

Nərgiz-bənövşəni yazı sevirsən.

Cənnət qucaqlarda nazı sevirsən,

Mənalı, xoş keçsin günün, Əmoğlu.


İbrahim deyəndə cavabım-candı,

Can deyən dillərə canım qurbandı.

Mərifət-hörmət də sənə halaldı,

Çox sağ ol, ağ olsun üzün, Əmoğlu.


Sən güllər içində gülü əkibsən,

Baxıram keçmişə, kölgə çəkibsən.

Bu nəsli özünə necə çəkibsən,

Noğuldan şirindi dilin, Əmoğlu.


Böyüksən, nəsilin gözü səndədir,

Keçmişin söhbəti-sözü səndədir,

Peyğəmbərin nurlu üzü səndədir,

Bunu qazanıbsan özün, Əmoğlu.


Uzanan əlləri boş qaytarmadın,

O dolan gözləri yaş, qaytarmadın.

Düşəndə payına daş, qaytarmadın,

İsitsin ocağını közün, Əmoğlu.


Ömrümün sehirli çırağı sənsən,

Həzin zümzüməli bulağı sənsən.

Dəmirçi evinin qonağı sənsən,

Bizdə əvəzsizdir yerin, Əmoğlu.



BƏRİ YOLLA

İsa əmoğlumun ömür-gün yoldaşı Tərlan bacıma
Ürək qatıq istər, ay Tərlan bacı,

Bir bala qazança çal, bəri yolla.

Çalxanan nəhrədən bir vedrə ayran,

İçinə yağını sal, bəri yolla.


Hələ harasıdı, işin dalı var,

Bunun qaymağı var, üstə balı var,

Bir yekə tarelqa şor iştahı var,

Örtgünən üstünə şal, bəri yolla.


Çəkərsən bir sini süzmə xəngəli,

Əlimlə yeyəcəm, gəzmə çəngəli.

Bilirəm əziyyətdi, çoxdu əngəli,

Alqışım “sağ ol”du, al, bəri yolla.


Yaxşılıq qarşısı yaxşılıq olar,

Vaxt-vədə yetişər, əvəzi dolar.

Bircə ala qaz da verginən nolar,

Tükünü üstündən yol, bəri yolla.


Qoy südü bol olsun Mərcan inəyin,

Tanrım özü olsun hər an köməyin.

Dəmirçi heç zaman danmaz əməyin,

Olacaq məhsulun bol, bəri yolla.



ƏMİOĞLU
Əmim nəvəsi Cavanşirə
Gəlin yaylaqlara aparın məni,

Doyunca boylanım gəzim, Əmioğlu.

Dəvə qoruğunu könlüm istəyir,

Bir azca gül-çiçək üzüm, Əmioğlu.


Təmiz unutmuşam bildiklərimi,

Bir daha görmərəm gördüklərimi.

Qaytara bilmərəm verdiklərimi,

Çətin ki, bu dərdə dözüm, Əmoğlu.


Üst-üstə yığılıb kədərim, qəmim,

Çəkilmir başımdan dumanım, çənim.

Getdikcə dəyişir sirim-sifətim,

Elə qırışdanıb üzüm, Əmoğlu.


Gözümün işığı, canı yananım,

Ay məni düşünüb yada salanım,

Sən özünü qoru, qurbanın olum,

Bəxtimiz belədi bizim, Əmoğlu.


Dəmirçiyəm, dəymədüşər olmuşam,

Sanki, xəlvət bir dərədə qalmışam.

Elə kövrəlmişəm, elə dolmuşam,

Hər sözdən nəm çəkir sözüm, Əmoğlu.




CAVANŞİR

Yamanca burnumun ucu göynəyir,

Düşübsən yadıma, sən, ay Cavanşir.

Qəhqəhə gülüşün, şirin sözlərin,

Eyləyir hamını şən, ay Cavanşir.
Sən gələn yollara quzu kəsərəm,

Allah verən paydan nə var düzərəm.

Üçillik şərabdan az-az süzərəm,

Açdırram süfrəni gen, ay Cavanşir.


Sinəm neyləsin ki, ürək coşubdu,

Səbrim tükənibdi, həddin aşıbdı.

Məhlə köçüb gedib, əmin qalıbdı,

Görünmür gör necə can, ay Cavanşir.


Meşələr inciyib, gəlib-gedən yox,

Nərgiz, bənövşəni dərib üzən yox,

Təhməz, Tənəklini gəzib gedən yox,

Küsübdü Səngərdən çən, ay Cavanşir.


Qəlbimdə yerin var, a can-ciyarım,

Necədir dolanman, kefin, əhvalın.

Həmişə gülübsən, gül, qadan alım,

Düşməsin saçına dən, ay Cavanşir.


Ayrılıq bir dərtdi, çəkənlər bilir,

Bir günü uzanıb, bir ilə dönür.

Dəmirçi Ələddin səni gözlüyür,

Canımda qaynıyır qan, ay Cavanşir.


QOY MƏN KÖVRƏLİM
Onsuz da keçibdi ömrümün çoxu,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.

Tuşlanıb sinəmə əzrayil oxu,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Canımın şirəsi soğulub gedir,

Sözlər var içimdə, boğulub gedir,

Aylar, illər bir-bir yığılıb gedir,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Baş-beynim duman-çənə bürünsə,

Canım yüz dərd tapıb, qəmə bürünsə,

Qıymaram gözlərin, nəmə bürünsə,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Bir gülnən yaz olmaz, yüz gülnən bahar,

Bağlar gözdən düşər vermiyəndə bar.

Soğulub göllərim, gəlmir sonalar,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Çox zarıdım, “can” deyənim olmadı,

Dinlə məni, “an” deyənim olmadı.

Bir özünə “yan” deyənim olmadı,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Qocaldıqca əldən gedir ixtiyar,

Çatır qaşlarını, üz döndərir yar.

Keyləşib əzalar, üşütmüyür qar,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Köhnə yurd yerləri yadlaşıb bizə,

Əzəlki buz sular odlaşıb bizə,

Bu dağlar, dərələr sərtləşib bizə,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Çölümüz-düzümüz yad əllərdədi,

Tabeyik, gözümüz yad əllərdədi,

Obamız, elimiz yad əllərdədi,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.


Hara gizlənirəm, dərd məni güdür,

Açıb gözlərini dörd, məni güdür,

Əzrayıl kəsibdi şərt, məni güdür,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.

Çoxdan oğlan baxdım oynadı getdi,

Cavanlıq çağlarım çağladı getdi,

Bu yazıq Dəmirçi hayladı getdi,

Əmoğlu, kövrəlmə, qoy mən kövrəlim.




SƏNİNDİ
Əmioğlu Dünyamalıya
Dünyamalı, adına bax, ad qazan,

Çünki, bu dünyanın varı sənindi.

Yayın ortasında qar istəsən də,

Get istə dağlardan, qarı sənindi.


Kökün hünərlidi, südün halaldı,

Sənə həvəs verən Alı lələmdi.

Birinə atasan, biri atandı,

Elə bil dünyanın yarı, sənindi.


Boylan dörd tərəfə, hər tərəf dağlar,

Dolan bu dağlarda, yaşa bəxtiyar.

Əgər meylin varsa, verdim ixtiyar,

Qopar, gözəllərin xalı sənindi.


Mənalı ömür sür, gözəl gün keçir,

Hər gələn ilini çalış şən keçir.

Düz stolu, aç süfrəni, gen keçir,

Xoş olsun ailənin halı, sənindi.


Sağlıq olsun gül balalar böyüyər,

Alı baba fəxr eyliyər, sevinər.

Oğlun qapı döyər, qızın sevilər,

Çəkər çiçəklərdən balı, sənindi.


Birlərə qurbanam, sən də bircəsən,

Qanana qızılsan, ləlsən, incisən.

Dilə Dəmirçidən, nə istiyirsən,

Lap istə canımı, yarı sənindi.




NEYNİRƏM

NəvəmAmilə
Elə ki, sən gəldin, dünya düzəldi,

Necə keçir-keçsin illər, neynirəm.

Duydum nəfəsini, aldım qoxunu,

Olsa da çiçəklər, güllər, neynirəm.


Solana can verdi gözəgörünməz,

Daha bu dünyadan əlim üzülməz.

Şükürüm dilimdə qalıb kəsilməz,

Keşdi qəm-qüssəli günlər, neynirəm.


Amilim, Ayselim1 iki gözümdü,

Nəzrinim çiçəkdi, Pərvinim güldü.

Yalvardım Allaha, İbrahim verdi,

Qoy məni aparsın sellər, neynirəm.


Dəmirçiyəm, dərd əlindən qutardım,

Usta oldum, ad qazandım, ucaldım.

Nəvələr dünyaya gəldi, qocaldım,

Ağarır ağarsın tellər, neynirəm.



MƏN ƏVƏZİ

Əmioğlu Adil dağda olarkən

Ay əmoğlu, o dağları,

Dolanarsan mən əvəzi.

Əyaq yalın şehdə gəzib,

Bulanarsan mən əvəzi.
Hər otunda bir dərman var,

Gül-çiçəkdə min əlvan var.

Gör dururmu buzlu Nazar,

Sulanarsan mən əvəzi.


Ayrı düşsən dəyələrdən,

Axdar, soruş binələrdən.

Qaçanmasan duman-çənən,

Soranmazsan mən əvəzi.


Göy çəməndə aş mayallaq,

Aralıqdan1 gətir soraq.

Qaranlıqda2 qalıb qonaq,

Hallanarsan mən əvəzi.


Dəmirçidən salam söylə,

Denən sazdır halı hələ.

Həsrət-həsrət o yerlərə,

Boylanarsan mən əvəzi.



OLDUM

Əmim qızı Rənaya
Mehribanım, göz bəbəyim,

Yaddan çıxan mənmi oldum?

Bir vaxt günün, ayın idim,

İndi duman-çənmi oldum.


Bir anlığa getdi ağlım,

Viran oldu baxça-bağım.

Qan ağladı qara bağrım,

Qohumluqdan genmi oldum.


Dəmirçiyə bir dərd oldu,

Qəhər boğdu, gözü doldu.

Bəs sədaqət harda qaldı,

Mən sizdən dönənmi oldum?


DAHA
Son illər örüş yerlərimizi, binələrimizi, meşələrimizi müsadirə edən nankor millətçilərə həsr edirəm bu şeiri.
Baş açmırıq dillərindən,

Od tökülür sözlərindən.

Biz bunların əllərindən,

Hara köçək təzdən daha.


Nə deyəsən belə baxta,

Sözlər yalan, sənət saxta.

Tülkü lələ çıxıb taxta,

Pələng düşüb gözdən daha.


Künbəzimiz kilsələşib,

Yerlərimiz özəlləşib.

Ellərimiz gürcüləşib,

Nə umurlar bizdən daha.


Kənd bizimdir, gəzən özgə,

Boğaz bizim, üzən özgə.

Əzilən biz, əzən özgə,

Üz utanmır üzdən daha.


Qardaş, bu kənd rayon olub,

Addım başı polis durub.

Elə bil yollar quruyub,

Çıxan yoxdu, tezdən daha.


Biz nə qədər çəkək nazı,

Sındırırlar başda qozu.

Çörəyimizin yoxdu duzu,

Çox çıxıblar izdən daha.


Nə görmüşəm dedim gerçək,

Yox yerimiz əkək, biçək,

İstəyirlər burdan köçək,

Əl çəkmirlər bizdən daha.


Oda düşüb, od Dəmirçi,

Məlhəmindi öd, Dəmirçi,

Öz kəndinə yad Dəmirçi,

Cana doyub, sizdən daha.




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə