Сян кюврялмя мян kövrəlim ƏLƏDDİn dəMİRÇİ Сян кюврялмя mяn kюvrяlim



Yüklə 462,83 Kb.
səhifə3/3
tarix26.09.2017
ölçüsü462,83 Kb.
#1689
1   2   3

Oruc Gülməmmədov:

Eşidəndə gəlişinə sevindim,

Gəlib mənnən görüşünə sevindim.

Hər görəndə gülüşünə sevindim,

Bu xoş anlar, bu xoş günlər sənindi.
Dəmirçi:

Qırx bir ildi ocaq yanıb, yanmışam,

Pis gələni, yaxşı yola sanmışam.

Hələ sağam, çox qadalar almışam,

Mən Ələddin Dəmirçiyəm, yola ver.
Oruc Gülməmmədov:

Mən Orucam, tərtəmizdi ürəyim,

Hər gələnə dayaq olub kürəyim.

Sınamışam, daşdan keçir diləyim,

Çək kefini, bu binələr sənindi.


SƏN İSMAYIL, MƏN İSMAYIL
Körpə evə çıl-çıraqdır,

Nəvə padşah, oğul taxdır.

Tut əlimdən qoca vaxtı,

Sən İsmayıl, mən İsmayıl.


Şükür qartal, biz qanadıq,

O bir dəniz, biz adayıq.

Bir pətəkdən çıxan balıq,

Sən İsmayıl, mən İsmayıl.


Getdi məndən kədər daha,

Gəldi bülbül ötər daha.

Güllərdə gül bitər daha,

Sən İsmayıl, mən İsmayıl.


Saxla onu, Allah dala,

Fərəh verdin İsmayıla.

Mən babayam, sən də bala,

Sən İsmayıl, mən İsmayıl.


NƏVƏLƏRİMƏ

Ayselə
Bunları ayırıb seçə bilmərəm,

Sözləri qanundur, keçə bilmərəm.

Bunlar elə çaydı, içə bilmərəm,

Biri sakit Araz, biri Dəli Kür.


Heç kimin arzusu boşa çıxmasın,

Ürəklərdə bir dərd, kədər qalmasın.

Nəvələr böyüsün, xoşbəxt yaşasın,

Dua edək yaradana, çox şükür.


Amilim, Ayselim varsa yanımda,

Dəmirçinin dərd qalarmı canında.

Biri solundadı, biri sağında,

Arzularım çin-çin oldu, çox şükür.


GƏLİB ÇIXSAN
Həyat yoldaşım Xalidə Bakıda

olarkən yazılan şeir

Ay məni unudub yaddan çıxardan,

Yağıbdı dağlara qar, gəlib çıxsan.

Səbrim tükənibdi, dözə bilmərəm,

Eyləmə dünyanı dar, gəlib çıxsan.
Sənsiz dünya dar görünür gözümə,

Gözəldağı tor görünür gözümə,

Hara baxsam yar görünür gözümə,

Sənsiz günüm keçir-zor, gəlib çıxsan.


Çıxıb getdin, məni yada salmadın,

Otuz gündə bir halıma qalmadın.

Bircə dəfə telfona zəng çalmadın,

Salıbsan canıma qor, gəlib çıxsan.


Dəmirçiyəm, mən bu dərdə dözmərəm,

Gülüşünü yüz loğmana vermərəm.

Ölsəm də dərdimə dərman gəzmərəm,

Dərmandı sinəndə nar, gəlib çıxsan.



DÜNYA
Sevəni sevəndən saldın aralı,

Çoxların köçürtdün qəlbi yaralı.

Dağıtdın şahlığı, yıxdın sarayı,

Gəlmədin insafa, sən yenə, dünya!


Doymursan baxmaqdan bu qan selinə,

İnsanı saymırsan, heyvan yerinə.

Qılıncı itləyib, verdin fələyə,

Salıbsan canımıza sən hədə, dünya!


Silinməz tarixdən, böyükdür adın,

Can alansan, özün, çıxmayır canın.

Soyuqda dondurdun, gündə yandırdın,

Qıymadın çöllərə, çəmənə, dünya!


Açılmamış sirlərin var, bilən yox,

Gedən yerdən, heç qayıdıb gələn yox.

Ağlıyanın göz yaşını silən yox,

Salıbsan bu fəndə, bu felə, dünya!

Binəva Dəmirçi nə gün görüb ki,

Nə vaxt cəfa çəkib, dövran sürüb ki.

Bivəfa olduğunu indi bilib ki,

Yüklədin kədərdən bir şələ, dünya!




OLUM DEMƏK

Girib mənim qoruğumu biçənin,

Halal malmı oğurluyub yeyənin,

Atama, anama, özmə söyənin,

Cavabını verməyim, lal olum demək!?
Qədrini bilməyən çörəyin-duzun,

Qeydinə qalmayan oğulun-qızın,

Mərfətsiz danışan bir dələduzun,

Eşidib sözlərin, kar olum demək!?


Gözələ savabdır baxmaq əzəldən,

Gözəl o deyil ki, keçə yüz əldən.

Bir sənəm keçərsə gözüm önündən,

Yumum gözlərimi, kor olum demək!?



QADASI
Ana laylasına yata bilməyən,

Yarın laylasına yatır, qadası.

Ana zəhmətiynən gül yetirəndi,

Yar dərib-qoxuyur, atır, qadası.


Yarı sınamamış hələ yar demə,

Meyvə yetişməmiş ona bar demə.

Çox da namus demə, çox da ar demə,

Qeyrət yavaş-yavaş batır, qadası.


Vəfalı dostlara vəfasız demə,

Çörək haramdırsa, götürüb yemə.

Sinənə budayıb özünü öymə,

Axtaran gəzdiyin tapır, qadası.


Bədnəzər gözlərdən uzaq dur bir az,

Uçrumun qaşından qıraq dur bir az.

Kafirdən, çuğuldan iraq dur bir az,

Girib ortalığı qatır, qadası.


Dostu məclisimdə gülər görmüşəm,

Çox şey arzulayıb dilər görmüşəm.

Adı Dəmirçiyəm, nələr görmüşəm,

Satqınlar torpağı satır, qadası.


QARDAŞ
Böyük qardaşım Yolçunun əziz xatirəsinə
Sən ki, istəmədin qızıldan taxtı,

İnsana lazımmış quruca baxtı.

Nəvələr dil açıb yeriyən vaxtı,

Heyif ki, tez getdin aradan, qardaş.


Bu gün can üstədir dünən sağ olan,

Çox yaşamaz ömrü-günü ah olan.

İstəyir qara qul, istər şah olan,

Gəlib keçəcəkdir sıradan, qardaş.


Kimdi ki, dünyada əbədi qalan,

Ömürü satan yox, ölümü alan.

Bir qarğa ömrünü yaşamır insan,

Belə qurub dünyanı yaradan, qardaş.



DEYİL
Yaylaq bizim yaylaqlara bənzəyir,

Heyif duman bizim, çən bizim deyil.

Çəmənlər inciyib, güllər küsübdür,

Düşmüşük aralı, gen bizim deyil.


Kəsməyib naləsi dərənin, dağın,

Oxumur bülbülü, Şur Qarabağın.

Nə olmuş günahı görən bu xalqın,

Dərd-qəm bizi tapıb, şən bizim deyil.


Laçın əldən getdi, dağıldı Şuşa,

Bənzədik qanadı qırılmış quşa.

Neynəsin Dəmirçi, gəlməsin huşa,

Orda məzhəb itib, din bizim deyil.




AY ƏMİ OĞLU
Əmi oğlu Telmana həsr olunub
O cavannıx günlərimiz,

Uçdu getdi, ay əmi oğlu.

Gerdə közü-külü qaldı,

İtdi getdi, ay əmi oğlu.


Günlər, aylar arxa durdu,

İllər bizi qovdu, yordu.

Ömrümüzdən çəkdi sordu,

Küsdü getdi, ay əmi oğlu.


Öz dövrünü başa vurdu,

Əməl atdı, tələ qurdu.

Elə bil ki, külək oldu,

Əsdi-getdi, ay əmi oğlu.


Dedim: getmə, dayan görək,

Dedi: mənə gəlmə kələk.

Dəmirçiyi qurbanlıq tək,

Kəsdi getdi, ay əmi oğlu.


BU GÖZƏLƏ HAVALANMAQ YARAŞIR
Ay Səngərli1, bir gözəl də mən gördüm,

Bu gözələ havalanmaq yaraşır.

Ay görməmiş, Gün görməmiş mayadır,

Bu gözələ havalanmaq yaraşır.


Kimin ismətidir bu qaratelli,

Ürəyi dünyalı, dodağı sirli.

Yoxdur ona bənzər bir incə belli,

Bu gözələ havalanmaq yaraşır.


Qucağı cənətdir, ətri Gülüstan,

Yanağı şəfadır, ləbləri dərman,

Hələ belə çiçək tanımır bağban,

Bu gözələ havalanmaq yaraşır.


Yeriyəndə yerdən ürküb səslənir,

Aman Allah, bu göydəmi bəslənir?

Ona baxan gözlərini çəkməyir,

Bu gözələ havalanmaq yaraşır.

Gölə girsə sona heçdir yanında,

Çölə getsə maral küsər dağında,

Namus-qeyrət, ar saxlayır canında,

Bu gözələ havalanmaq yaraşır.


Bu dünyanın harasından gəlibdi,

Hansı rəssam yaradıbdı, çəkibdi.

Dəmirçini palaz təki səribdi,

Bu gözələ havalanmaq yaraşır.



AY LƏLƏ TELMAN

Necə mənasızdır insan həyatı,

Ölüm var, ömür yox, ay lələ Telman.

Elə zəmi kimi biçilib gedir,

Gəliri az, gedəri çox, lələ Telman.

Dünyanı yaradıb bilən Allahım,

Bəndəni hər yerdən görən Allahım,

Hər kəsə bir ömür v erən Allahım,

Etməyə gününü “ax..”, lələ Telman.

Nazını eyləsin bülbül-gülünə,

Tamarzı qalmasın sevən-sevənə.

Ana sevgisinə, ata qəlbinə

Toxunmasın bir ox, ay lələ Telman.
Kasıb geyinmədi, yiyib-içmədi,

Cibi pul görmədi, üzü gülmədi.

Kimin nə vecnədi öldü-ölmədi,

Getmədi qarını tox, lələ Telman.


Əzrayil insana bir paz olubdur,

Əlinə bir paslı qılınc alıbdı,

Girib ortalığa nə qadlanıbdı1,

Salıb canmıza xox, lələ Telman.


Daha yarı yaşdan ötüb Dəmirçi,

Kef çəkib, çox yiyib-içib Dəmirçi.

Dünyanı yüz ölçüb-biçib Dəmirçi,

Əvvəli var, sonu yox, lələ Telman.



DÜNYANIN
Mənmi pozulmuşam, başmı keyləşib,

Yoxsa ki pozulub halı dünyanın.

Hərə bir tərəfdən soğur canını,

Yenə də qurtarmır canı dünyanın.


Tanımaz halalı, bilməz haramı,

Düşünməz vədəni, bilməz zamanı.

Nə qədər yesə də yoxdu aramı,

Həmişə çox olur payı dünyanın.


Sevinən də çoxdu, peşman olan da,

Baxıb bir az müddət mehman qalan da,

Zülümkar şahlar da, qara qullar da,

Bilmir necolacaq dalı dünyanın.


Yaxşılıq edənlər yamanı gördü,

Qoruqda bəslənən samanı gördü,

Söyülən söyənnən amanmı gördü?

Yoxuymuş şöhrəti, şanı dünyanın.


Bəsdi ay, Dəmirçi, dəmirini kəs,

Duyub düşündüyün əbəsdi, əbəs.

Görünməz gözünə xəstə olan kəs,

Azdımı, çoxdumu varı dünyanın.



BİLMƏZSƏN
İnsan deyilsən ki, bir göz dağısan,

Bağbanı qocalmış yöndəmsiz bağsan.

Yüz namərd toplayıb döyüşə çıxsan,

Bir mərdin qolunu əyə bilməzsən.


Təmiz kişilikdən silinib adın,

Yerisəm üstünə yoxdu imdadın.

Mənim bəslədiyim bar ağacının,

Dərib meyvəsini yeyə bilməzsən.


Dəmirçi istəsə əzər başını,

Uçurar mülkünü, sökər daşını.

Dağıdar qazanın, tökər aşını,

Bir kəlmə bir söz deyə bilməzsən.



GÖRMÜŞƏM

Gözəl dağına
Başına döndüyüm, ay Gözəl dağı,

Gözümü açandan səni görmüşəm.

Ətəyində gül-çiçəklik, çəmənlik,

Zirvəndə dumanı, çəni görmüşəm.


Uşaqlığım sinən üstə keçibdir,

Cavanlığım orda batıb-itibdi.

Gözəllikdə dağlar səni seçibdi,

Başında hay-haray şəni görmüşəm.


Bir dənə daş-kəsək çalmaram səndən,

Qıyıb kol-kosunu almaram səndən!

Nə qədər baxsam da doymaram səndən,

Gələnlər qoy bilsin yeni görmüşəm.


Gələnmiyir, qocalıbdı Dəmirçi,

Sənə baxıb ucalıbdı Dəmirçi.

Gəncliyindən bağ alıbdı Dəmirçi,

Sığınıb qoynuna geni görmüşəm.



NOOLA
Nə qədər yansam da odlar içində,

Demərəm gətirin buz ola, noola!

Anamın əlləri ola əlimdə,

Üzü dodağımda duz ola, noola.


Kaş geri qayıda o günlər yenə,

Anam nazlı gəlin, mən olam bəbə.

Əllərim döşündə, ağzımda məmə,

Arabir əmmiyəm, naz edəm, noola.


Atam hey qazana, anam bişirə,

O kirli əllərdə şirə var, şirə.

Pırpıra cəmimdə şorba gətirə,

Nə qədər yisəm də, az ola, noola.


İstərəm hər ikisi ola yanımda,

Birisi sağımda, biri solumda.

Xəyalım çevrilib, dönə çin ola,

Kefi Dəmirçinin saz ola, noola.




KİTABIN İÇİNDƏKİLƏR
Zindanda dəmirçi, qələmdə şair (Elxan Məmmədli)

Bayatılar

Özümçün


Gəlmişəm

Gözəl


Əllərin

Əmioğlu (Əmioğlu İbrahimə)

Bəri yolla

Əmioğlu (Əminəvəsi Cavanşirə)

Cavanşir

Qoy mən kövrəlim

Sənindi

Neynirəm

Mən əvəzi

Oldum


Daha

Tengiz oğluma

Fələk

Nə deyəsən



Yetər balamın

Ay Namaz

Baxmır

Özün ağla



Hələ

Zülümdü


Sığışmadım mən

Olsun


Yaraşsın

Bu dünya

Yaxşıdı

Öldürər


Məni

Ay Zabit

Danışam

Yaxşıdı


Yoxdu

Heç xəbər alma

Burnuma dostların ətri gəlir

Qayıt öz yurduna, elinə qayıt

Dağlarda

Deyirəm


Olacaqsa

Nənəmə şikayət

Səni

Necədi


Olubdu

Deyişmə


Sən İsmayıl, mən İsmayıl

Nəvələrimə

Gəlib çıxsan

Dünya


Olum demək

Qadası


Qardaş

Deyil


Ay əmi oğlu

Bu gözələ havlanmaq yaraşır

Ay lələ Telman

Dünyanın

Bilməzsən

Görmüşəm

Noola

Kompyuterdə yığan: Validə Bədəlova


Texniki redaktoru

və korrektoru: Vüsal Abiyev





1Amil, Aysel, Nəzrin, Pərvin, İbrahim – şairin nəvələridir.

11 Aralıq – yer adıdır

22 Qaranlıq – yer adıdır

11 Kəndimizdə dostları onu həm də “Alek”-deyə çağırırdılar.

11 Qıjıt vermək – acıq vermək

11 Səngərli – Şair Əli Səngərliyə işarədir.

11 Qadlanmaq – yaşından böyük danışmaq


Yüklə 462,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə