Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə135/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   130   131   132   133   134   135   136   137   138

345 
 
 
Qara süpürgə  boldusa - qış sərt gələcək. 
 
Pillər, Babakənd, Xanazır pirləri var. Bunlar üç qardaşdılar. Bir gün Pillər 
dəvəni  minir,  Babakənd  ilanı  minir...  Gedirlər,  Xanazır  mənzil  başına 
qardaşlarından tez çatır. Qardaşlar böyüklüyünü Xanazira verir. 
 
Bir oğlan gedib, Buğukər pirinin yanındakı ağacların birini kəsir. Görür ki, 
ağacın kəsilən yerindən qan damır. Qorxudan oğlanın dili tutulur. 
Oğlanı  aparıb  baxıcıya  göstərirlər.  Baxıcı  deyir  ki,  oğlan  günaha  batıb, 
aparın Buğukər pirində qurban kəsin. 
Buğukər pirində qurban kəsirlər, oğlanın dili açılır. 
 
Ay təzə çıxanda salavat çevirərlər.  
 
Göy guruldayanda salavat çevirərlər. 
Göy guruldamamış çöldən pencər yığıb yemək haramdır. 
 
Uşağı  gecə  cəviz  ağacının  altında  saxlasan,  suyun  üstündən  adlatsan, 
vurğun vurar. 
Uşağı  gecə  cəviz  ağacının  altında  yatırtmazlar,  uşağa  gecə  bulaqdan  su 
içirtməzlər. 
 
Yazı  düzündə  taxıl  susuzluqdan  yanırmış.  Camaat  Allaha  üz  tutub  deyir: 
"Ay Allah, yağış yağdır, bulaq üstə qurban kəsəcəyik!" 
Yağış  yağır,  camaat  aparıb  Yazı  düzünün  yuxarı  dərəsindəki  bulağın 
üstündə öküz kəsir. O vaxtdan o bulağın adı qalır Nəzir bulağı. 
 
Atın üstündə namaz qılmaq olar. 
 
Gəlini  gətirəndə  qırmızı  geyindirərdilər.  Əlinə  çıraq  verərdilər.  Üzünə 
güzgü tutardılar. Qardaşı bir dəsmala çörək qoyub, gəlinin belinə  bağlayardı ki, 
gəlin çörəkli olsun. 
Gəlini aparmağa gələnlər deyərdilər: 
Verdim bir dana, Aldım bir sona, Ay qız anası, Qal yana-yana. 
 
Gəlini  atdan  düşürəndə  qaynata  gəlinə  atdandüşdü  (inək,  qoyun)  verərdi. 
Gəlinin ayağının altında qoyun kəsərdilər. Gəlin gələndə ayaqyalın gələrdi. Çünki 
ayaqqabı  darlıqdır;  ayaqqabı  qız  evindən  şər  gətirir.  Əgər  gəlin  ayaqqabıyla 
gəlsəydi, qapının ağzında çıxartmalıydı ki, onunla gələn şər evə ayaq açmasın. 
 


346 
 
Təzə gəlin birinci dəfə bulağa gedəndə qızlar bulaq üstə şirni paylayırlar ki, 
təzə gəlinin ayağı uğurlu olsun. 
 
Yağış yağmayanda qurban kəsib deyərlər: "Allah, biz sənə can borcluyuq, 
qurban borcluyuq. Sən də bizə çörək borclusan". 
 
Yağış yağmayanda bir cöngəni aparıb kövşənin başına dolandırırlar. Sonra 
seyid  dua  oxuyur,  cöngəni  kəsirlər,  ətini  oradaca  bişirib  yeyirlər.  (O  əti  evə 
gətirmək olmaz.). Bundan sonra yağış yağır. 
 
Bir  adamın  gəbəsi-filanı  itəndə  qurd  əli  yandırırlar,  oğrunun  əl-ayağı  qıc 
olur. 
Qurdun  əlini  harda  yandırsan,  orda  quraqlıq  olar.  Ona  görə  də  qurdun 
əlini aparıb uzaqda yandırarlar ki, quraqlıq uzaq olsun. 
 
Kiçik cillədən on gün sonra Xıdır Nəbi bayramı keçirirlər. Qovut çəkirlər, 
xəşil  bişirirlər.  Bir  az  qovut  götürüb  qoyurlar  eşiyə.  Qovutu  ələklə  yaxşıca 
sığallayıb hamarlayırlar ki, Xıdır Nəbinin çəliyinin izi düşsün. Xıdır Nəbi çəliyini 
qovuta bassa, ev-eşiyə bərəkət gələr. 
Xıdır Nəbidə bir qab qovutu aparıb zəmiyə səpərlər ki, taxıl bol olsun. 
 
Deyirlər,  köhnə  ildən  təzə  ilə  keçəndə  su  dayanır,  at  gövşəyir,  ağaclar 
səcdəyə gəlir. Söyüd deyir: "Mən də, mən də". Bu vaxt kim nə niyyət eləsə, niyyəti 
qəbul olur. 
Bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ağaclar səcdəyə gəldi. 
Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir, 
deyir ki, boynum sınaydı, bəs mən evə susuz necə gedəcəm? Arvadın boynu sınır. 
 
Axır  çərşənbədə  qızlar  yumurtayla  cövhəri  götürərdilər,  aparıb  bir 
çəmənliyə qoyardılar. Əgər o gecə çəmənliyə şeh düşsəydi, yumurta cövhərə dəyib 
qırmızı boyansaydı, onda qızların niyyəti hasil olardı. 
 
Yazın birinci günü yağış yağsa, yaz yağıntılı olacaq. Yazın ikinci günü yağış 
yağsa, yay, üçüncü günü yağış yağsa, payız yağıntılı olacaq. 
 
Deyirlər,  el  dağa  gedəndə  bir  qadının  sancısı  tutur.  Bir  daşın  dibində 
həmlini  qoyur  yerə.  O  daş,  qadını  naməhrəm  gözündən  gizlədir.  Daşın  adı  qalır 
Daşhərəmi. 
 


347 
 
Zahı arvadın ayağının altına qayçı, bıçaq, tüfəng qoyurlar, yaxasına iynə-
sancaq taxırlar, dörd tərəfinə sicim sərirlər, yastığının altına duz, çörək qoyurlar, 
suyu xəncərləyirlər ki, hal gəlib onu aparmasın. 
Halın boynundakı muncuğu götürüb evdə saxlasan, hal o evə yaxın düşməz. 
 
Bir  kişinin  qırx  oğlu  varmış.  Bir  gün  onlar  namaz  qıldıqları  yerdə  daşa 
dönüblər.  Kişi  Allaha  şükür  eləyib  ki,  mənim  balalarım  ibadət  vaxtı  ölüblər. 
Allahın xoşuna gəlib kişiyə bir oğul da verib. 
Qırxlar piri o vaxtdan qalmadır. 
 
Gecə  yuxunu  qarışdırıbsansa,  səhər  durub  itə  çörək  atırsan,  toyuğa  dən 
verirsən, sonra gedib yuxunu suya danışırsan, xətər sovuşur. 
 
Göbəkdaşı bizim Üçtəpə tərəfdə, Arpa dağıyla Buğda dağının arasındadır. 
Uşağı  olmayan  qadınlar  Göbəkdaşına  gedərlər.  Qarınlarını  açıb,  göbəklərini  o 
daşın göbək yerinə qoyarlar, fırlanarlar ki, uşaqları olsun. 
 
Deyirlər,  Humay  adlı  bir  qadın  varıymış,  uşağı  olmurmuş.  Niyyət  eləyib 
gedir,  başını  bir  qayanın  üstünə  qoyub  yatır.  Ondan  sonra  uşağa  qalır.  O 
vaxtdan o qayaya Humay qayası deyirlər. Camaat ora ziyarətə gedir. 
 
Zəngəzurun  Qarakilsə  kəndindəki  Qırxqız  qayasının  dibində  bir  göl  var. 
Deyirlər,  bir  gün  qırx  qız  bu  göldə  çimirmiş.  Birdən  hay  düşür  ki,  qoşun  gəlir. 
Qızlar geyinməyə macal tapmırlar. Göyə üz tutub deyirlər: "Allah, sən bizi qurtar, 
rüsvay olmayaq!" 
Allah  bunların  sözünü  eşidir.  Qaya  paralanır,  qızlar  övliya  olub  qayaya 
çəkilir. 
İndi Qırxqız qayası ocaqdır. Camaat ora ziyarətə gedir. 
 
 
 
 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə