DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə90/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   86   87   88   89   90   91   92   93   ...   99

məsələ bir qədər yubanacaq, çünki onda fikirləĢirdim ki, BAK'ın 6 ay, 1 il sonra yaradılması 
daha məqsədəuyğundur. Çox təəssüf ki, mən hakimiyyətdən getdim, bu məsələ də yarımçıq 
qaldı.  Sonra  da  BAK'ın  yerinə  BAB'ı  yaratdıq.  Hakimiyyətdə  olanda  bunu  yarada  bilmədik, 
amma müxalifətdə asandır.  
Biz yenidən hakimiyyətə gəlsək Tehran rejimi qarĢısında çox ciddi tələblər qoyacağıq. Bizim 
hüququmuz  var  ki,  bir  dövlət  olaraq  öz  vətəndaĢımızı  müdafiə  edək.  Mən  istərdim  ki, 
parlamentimiz belə qanun qəbul etsin ki, dünyada yaĢayan bütün azərbaycanlılar Azərbaycan 
Respublikasının  vətəndaĢıdır.  Bununla  biz  öz  vətəndaĢımıza  sahib  çıxar,  onun  hüquqlarını 
müdafiə edərdik. 30 milyon soydaĢımız "Ġran" adlanan yerdə yaĢadığına görə Tehran rejiminə 
deyərdik  ki,  bu qədər vətəndaĢımız  orada yaĢayır  və biz  bizim bu torpağımızda  millətimizin 
nümayəndələrinin hüququnu müdafiə edirik. Bu, bizim haqqımızdır, milli mövqeyimizdir. 
Prezident  olanda  da  Siz  bu  cümləni  iĢlətmiĢ,  rəsmi  Ģəkildə  demiĢdiniz  ki,  bütün 
azərbaycanlılar  Güneydə  və  Quzeydə  yaĢamasından  asılı  olmayaraq  bir  Vətənin 
vətəndaĢlarıdır.
 
Düzdür. DemiĢdim. Ancaq gərək onu Konstitusiyaya salaydıq. Amma Konstitusiyanı biz qəbul 
edə bilmədik, bunlar da salmadılar.  
Almaniyanın,  Ġsrailin,  dünyanın  bir  çox  dövlətlərinin  konstitusiyasında  belə  maddə  var. 
Almaniyanın  konstitusiyasında  deyilir  ki,  dünyanın  bütün  almanları  Almaniya  vətəndaĢıdır. 
Eləcə  də  dünyadakı  bütün  yəhudilər  Ġsrailin  vətəndaĢı  sayılır.  Bəs  dünyanın  bütün 
azərbaycanlıları niyə Azərbaycanın vətəndaĢı olmasın? 
"Müsavatçılıqda  türkçülük,  çağdaĢlıq  və  islam  var.  Mən  buna  yeni  bir  xətt 
gətirdim - Bütöv Azərbaycan" 
Bəy, baĢqa siyasətçilərdən fərqli olaraq Sizin Bütöv Azərbaycan problemiylə bu cür yaxından 
bağlanmağınızın səbəbi nədir?
 
BaĢqa  siyasətçilər  haqqında  fikir  yürütmək  istəməzdim.  Özümüsə  mən  diplomat  saymıram. 
Mənim  qarĢımda  məqsəd  var.  Mən  siyasətçiyəm,  ideoloqam.  Mən  ideoloq  kimi  millətimin 
azadlıq yolunu görürəm. Mən o ideyanı, o məfkurəni verirəm və deyirəm ki, bu yolla getsən 
azad  olacaqsan.  Bu  ideologiyanın  əsasını  Məmmədəmin  Rəsulzadə  qoyub  -  müsavatçılıq. 
Müsavatçılıqda  türkçülük,  çağdaĢlıq  və  islam  var.  Mən  buna  yeni  bir  xətt  gətirdim  -  Bütöv 
Azərbaycan.  
Müsavatçılığın  birinci  bəndi  türkçülükdür.  Buna  gedən  ən  yaxın  yol  Azərbaycanın 
"güney"indən keçir. Bu xalqın bir yerə toplanmasından söhbət gedir. 
Bir ideoloq kimi mən bu görüĢün (birləĢmənin - Ə.T.) üstündə dururam və sona kimi də onun 
uğrunda  mübarizəmi  davam  etdirəcəyəm.  Bir  siyasətçi  kimisə  mən  bu  siyasi  platformada 
gedəcəyəm. Kim istəyirsə bu yolu özü qət eləsin. Mən bu iki xətlə getdim və Siz özünüz də 
tanıq oldunuz ki, xalq bunu qəbul edir. 


Cəmi  1  il  4  aydır  ki,  BAB  elan  olunub.  Bu  müddətdə  Bütöv  Azərbaycan  hərəkatından 
Amerikada,  Türkiyədə,  Almaniyada,  baĢqa  dövlətlərdə  danıĢılır,  dövlət  səviyyəsində  sual 
verirlər.  Tehran  rejimi  təĢviĢ  keçirir.  Dünya  azərbaycanlıları  bu  iĢdə  maraqlıdırlar.  Bunun 
bayrağını daĢımağa, təĢkilatlar yaratmağa baĢlayıblar. Deməli, məsələ çox yerinə düĢüb. Bu 
problem xalqın ehtiyacından doğub, bizsə onu gündəliyə gətirmiĢik. 
Sizcə, Güneydə müstəqil dövlət yaradılması böyük dövlətlərin maraqlarına zidd deyil ki?
 
Bir  sıra  dövlətlər  bunun  mahiyyətini  düzgün  baĢa  düĢmür.  Ġlkin  bunu  fikirləĢirlər  ki,  Ġranın 
içindən  niyə  bir  dövlət  çıxmalıdır?  On  il  bundan  qabaq  desəydilər  ki,  Azərbaycan  müstəqil 
dövlət olacaq, hamı düĢünərdi ki, SSRĠ niyə parçalanmalıdır? Amma bu baĢ tutdu və indi heç 
kim də bir söz demir. Ola bilsin ki, əvvəl-əvvəl bütün dünyada qəbul olunmuĢ dövlətlərin ərazi 
bütövlüyü prinsipi xatırladılsın. Bu, Ģərtdir, amma hökm deyil. Hökm olsaydı SSRĠ niyə dağılır, 
Yuqoslaviya  niyə  parçalanırdı,  Çexiya  və  Slovakiya  niyə  ayrılırdılar?  Tarixi  reallıqları  nəzərə 
alırıq  ki,  xalqımızın  öz  müqəddəratını  həll  etməyə  ixtiyarı,  hüququ  var.  Bununçün  o,  silahlı 
üsyana da gedə bilər.  
Biz  öz  haqqımızı  istəyirik  və  bu  haqqa  çatacağıq.  Bəziləri  bu  fikri  yaxına  buraxmaq 
istəməsələr də fakt qarĢısında qəbul etməyə məcbur olacaqlar.  
Sizin  yadınızdadırsa  Tehran  hökuməti  belə  bəyanat  vermiĢdi  ki,  biz  Azərbaycanın 
müstəqilliyini  o  zaman  tanıyacağıq  ki,  Moskva  da  onu  tanısın.  Doğrudan  da,  Moskva 
müstəqilliyimizi qəbul edəndən sonra Tehran da buna məcbur qaldı. Sabah da tərsinə olacaq 
-  Moskva  deyəcək  ki,  "güney"  Azərbaycanın  müstəqilliyini tanımırıq.  Ancaq  fars  recjimi  onu 
tanıyanda Moskva da bu yolla getməli olacaq. 
Azərbaycan Respublikasının "güney"lə bağlı siyasətini necə dəyərləndirirsiniz?
 
Ümumiyyətlə,  Azərbaycan  Respublikasının  "güney"ə  dair  siyasəti  yoxdur.  Bu,  suyu  üfürə-
üfürə  içən,  Tehran  rejimindən  qorxan,  özünü  qorumaq  taktikasını  seçən  bir  iqtidardır.  O, 
indiyə  kimi  Təbrizdə  konsulluq  aça  bilmir,  halbuki  Tehranın  Naxçıvandakı  konsulluğunun 
qarĢılığında  bizim  konsulluğumuz  da  çoxdan  orada  açılmalıydı.  Quzey  Azərbaycanda 
Tehrandan gələnlər fars dilində onlarca məktəb açıblar. Ancaq biz Azərbaycanın "güney"ində 
bir  dənə  məktəb,  mədəniyyət  mərkəzi  aça  bilmirik.  Niyə?  Çünki  indiki  Azərbaycan  iqtidarı 
Tehran rejimi qarĢısında elə bil ki, gözükölgəlidir.  
Görünür, bunlar Tehran rejimini qıcıqlandırmırlar ki, bunların paxırının üstü açılmasın. Mənsə 
Tehran qarĢısında heç zaman gözükölgəli olmamıĢam və millətimizin, xalqımızın haqqını tələb 
etmiĢəm və edirəm. BaĢa düĢmürəm - mən xalqımın azadlığını istəyirəm, bəs Ġran nə istəyir? 
Tehran bizim azadlığımıza mane olur! 
Qarabağ  məsələsinin  həllinin  açarını  Azərbaycanın  bütövlüyündə  axtarmaq  nə  qədər 
doğrudur?
 
Birincisi,  Azərbaycanın  bütövlüyünün  Qarabağ  açarına  dəxli  yoxdur.  Əsas  Ģərt  budur  ki, 
Qarabağ  problemi  beynəlxalq  təĢkilatların  iĢtirakı,  Azərbaycan  xalqının  Vətən  uğrunda 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə