DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə86/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   82   83   84   85   86   87   88   89   ...   99

düĢmənçilik salmaq məqsədilə dövlət qoĢunları təsəvvürü yaradaraq surətçilərə hücum etmiĢ 
və atıĢmada öldürülmüĢdülər.  
Mən indi Surət Hüseynovdan soruĢuram: bəs o rus əsgərləri necə oldu, niyə onların adını indi 
çəkmirsən?  Halbuki  o,  mənə  bu  rusların  kimliyini  araĢdırıb  məlumat  verəcəyini  bildirmiĢdi. 
Çox  güman  ki,  ya  kəĢfiyyatçılar  idi,  ya  da  ġerbakın  desantçılarındandı.  Sonradan  Surətin 
Yevlağa tərəf gələn, Navahı yaxınlığında qərarlaĢan tanklarının içində də rusları görmüĢdülər. 
SoruĢuram: hanı o ruslar? Surət onları niyə gizlədir? 
Elçibəy  kadrlarını  gözdən  salmağa  çalıĢan  qiyamçı  polkovnik  deyir  ki,  Gəncə  aeroportunu 
mühafizə  edən  Məmməd  Zeynalov  bu  Ģəhərə  öz  kürəkəni  Qabil  Məmmədovu  xilas  etmək 
üçün gəlibmiĢ... 
 
M.Zeynalov  Gəncəyə  göndəriləndə  heç  Q.Məmmədovdan  xəbəri  yoxdu.  Onu  biz  Gəncəyə 
yollamıĢdıq ki, aeroportun Surətin əlinə keçməsinə imkan verməsin, çünki məlumatımız vardı 
ki,  o,  Rusiyadan  hərbi  qüvvə  istəyəcək.  Həmin  qüvvəni  quru  ilə  gətirmək  mümkün 
olmadığından, yalnız təyyarə ilə daĢınmalı idi.  
Məmməd  Zeynalov  verilmiĢ  tapĢırığı  bir  zabit  kimi  Ģərəflə  yerinə  yetirdi  və  oraya  kənar 
təyyarələrin  enməsinə  imkan  vermədi.  Bu  zaman  Surətə  müəllimlik  edən  rus  hərbçiləri 
aeroportu təmizləməyi ona tapĢırdılar. Surətçilər aeroportu "Qrad" və toplarla atəĢə tutaraq, 
tanklarla  hücuma  keçərək  buranı  xarabazara  döndərdilər  və  M.Zeynalov  da  yaralandı.  O, 
məndən  zirehli  texnika  istədi  və  ona  kömək  göndərmək  haqda  Müdafiə  Nazirliyinə  əmr 
verdim. Səhəri gün həmin yardım ona çatmalı idi, ancaq çatmadı. Bunun səbəbini soruĢduqda 
DadaĢ Rzayev mənə cavab verdi ki, tanklar və ZTR'lər səhvən Tərtərə göndərilib... Bildim ki, 
yenə xəyanət baĢ verib. Tərtərdən də həmin qüvvələr vaxtında M.Zeynalova çatdırılmadı. Bu 
zaman əsgərləri xilas etmək naminə M.Zeynalova aeroportu tərk etmək göstəriĢi verdim. 
Əbülfəz  bəy,  4  Ġyun  hadisələrindən  yararlanan  siyasi  opponentləriniz  prezident  seçkiləri 
ərəfəsində ictimai rəyə belə bir fikri təlqin etmək istəyirlər ki, Ġyun hadisələri Siz qətiyyətsiz 
prezident olduğunuza görə baĢ verdi və onun qarĢısı alına bilmədi. Sizcə, o vaxt hakimiyyətdə 
"qətiyyətli" prezident olsaydı nə baĢ verərdi və ümumiyyətlə, özünüzün prezident qətiyyətinizi 
necə qiymətləndirirsiniz?
 
4  Ġyun  hadisələrinin  baĢ  verməsi  mənim  qətiyyətli,  yaxud  qətiyyətsiz  olub-olmamağımla 
qətiyyən  bağlı  deyil.  Bu,  Rusiyanın  qabaqcadan  diqqətlə  hazırladığı  geniĢ  bir  əməliyyat  idi. 
Doğrudur,  ola  bilsin  ki,  o,  Ġyulda,  yaxud  Sentyabrda  baĢ  verəydi,  ancaq  hökmən  olmalıydı. 
Rusiyanın  və  Ġranın  qüvvələri,  hakimiyyət  hərisliyi  gözlərini  örtmüĢ  içimizdəki  xəyanətkarlar 
bizim  əleyhimizə  birlikdə  fəaliyyət  göstərirdilər.  Bu  birləĢmiĢ  qüvvəyə  qarĢı  durmaq 
imkansızdı. Ola bilərdi ki, biz qiyamı yatıraydıq, ancaq bu, bir mərhələ olacaqdı. Bundan sonra 
qiyamın daha təsirli ikinci mərhələsi gələcəkdi.  
Təsadüfi deyil ki, həmin ərəfədə Ağdama da ciddi hücum gözlənilirdi. Bu, bir. 
Ġkinci  tərəfdən,  Azərbaycanın  tarixində,  təvazökarlıqdan  nə  qədər  uzaq  olsa  da,  deməyə 
məcburam  ki,  özümdən  qətiyyətli  prezident  tanımıram.  Bunu  deyirəm  və  sübut  da  edirəm. 


Mənədək  heç  bir  dövlət  baĢçısı  Azərbaycandan  70  minlik  rus  qoĢununu  çıxara  bilməyib. 
Qətiyyət budur!  
Heç bir prezident vəzifəyə keçən kimi millətə, onun dilinə Stalinin yasaq etdiyi öz «türk» adını 
qaytarmayıb,  əlifbanı  dəyiĢdirməyib,  ən  müxtəlif  sahələrdə  (təhsil,  səhiyyə,  mədəniyyət, 
iqtisadiyyat, maliyyə, ordu, dövlət quruculuğu, xarici siyasət və b.) ciddi islahatlar aparmağa 
bu cəsarətlə giriĢməyib.  
Təkcə rus qoĢunlarının ölkədən çıxarılması bir prezident hakimiyyəti üçün kifayətdir, halbuki 
biz bu iĢi bircə ildə gördük. Ġndi Qəbələdə əhalini qırıb-məhv edən RLS var, orada cəmisi 500 
rus əsgəri qalıb; buyursun Heydər Əliyev, onu çıxarsın və qətiyyətli prezident olduğunu xalqa 
sübut etsin. Halbuki biz o stansiyanın məsələsini artıq həll etmiĢdik və 1993'üncü ilin Oktyabr 
ayında  onu  Azərbaycandan  götürəcəkdik.  Bəlkə  elə  bilirlər  ki,  biz  bunun  törədəcəyi 
nəticələrdən  xəbərsiz  idik?  Qətiyyən  yox!  Çox  gözəl  bilirdik  ki,  ruslar  bu  qətiyyəti  bizə 
bağıĢlamayacaqlar, ancaq bizi hakimiyyətimizi yox, istiqlalımızı qorumaq düĢündürürdü! 
Ümumiyyətlə,  mən  hadisələrə  dar  məhəlli  mövqedən  yanaĢmağın  əleyhinəyəm.  Birdəfəlik 
baĢa dəĢməliyik ki, Surət Hüseynov kimi xırda adamlar dövlət çevriliĢi edə bilməzlər. Bu cür 
hadisələrin  arxasında  dünyanın  böyük  dövlətlərinin  maraqları  dayanır  və  onlar  istədikləri 
ölkədə  qarıĢıqlıq  sala  bilirlər.  Məgər  Gürcüstanda  Z.Qamsaxurdia,  Çeçenistanda  C.Dudayev, 
Tacikistanda  müxalifət  baĢçıları  məhv  edilmədilərmi?  Gördüyünüz  kimi,  Rusiyadan  yavaĢ-
yavaĢ  ABġ'a  üz  çevirməyə  baĢlayan  L.Ter-Petrosyan  elə  günə  düĢdü  ki,  bircə  həftə  də 
inadkarlıq  göstərsəydi  hərbçilər  onu  süpürüb  atacaqdılar  və  ölkədə  vətəndaĢ  müharibəsi 
baĢlanacaqdı, ancaq o, bizim baĢımıza gələnlərdən ibrət dərsi götürdü.  
Hər  halda,  1993'üncü  il  Ġyun  hadisələrinə  yenidən  boylanarkən  mən  prezident  kimi 
fəaliyyətimi  bütünlüklə  bəyənir  və  xalqımı  labüd  vətəndaĢ  müharibəsindən  qurtarmağımı 
həyatımın  ən  Ģərəfli  səhifələrindən  sayıram.  Bir  daha  təkrarlayıram  -  mən  istiqlalımızı 
hakimiyyətdən üstün tutdum! 
 
 
 
 
 
 
 
 
 


"MƏN MÜXTƏLĠF SĠYASĠ QÜVVƏLƏRĠ AZƏRBAYCAN NAMĠNƏ BĠRLƏġDĠRMƏK 
ĠSTƏYĠRDĠM" 
Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 
sədri Əbülfəz Elçibəy’lə onun mətbuat katibi Ədalət Tahirzadə’nin söhbəti               
( 20 Ġyun 1998 ) 
Əbülfəz  bəy,  "Avrasiya"  qəzetinin  bu  günlərdəki  üç  nömrəsində  Heydər  Əliyevin  Türkiyənin 
"Hürriyyət"  qəzetinin  baĢ  redaktoru  Ərtoğrul  Özkökə,  həmin  qəzetin  Azərbaycandakı 
təmsilçisi və "Avrasiya"nın baĢ redaktoru Ġrfan Sapmaza verdiyi müsahibə dərc edilib; sizə də 
orada xeyli yer ayrılıb, hətta onların birində adınız baĢlığa çıxarılıb. Bu müsahibədə H.Əliyev 
ünvanınıza bir sıra sözlər söyləyib ki, onlara münasibətinizi bilmək istərdik.
 
Türkiyənin keçmiĢ prezidenti rəhmətlik Turqut Özalın Sizə sevgi və inamının səbəbini H.Əliyev 
belə izah edir: "…o vaxtlar rəhmətlik T.Özal da Elçibəyin hayqırmağına, qıĢqırmağına və bəzi 
Ģüarlarına inanmıĢdı".
 
Birincisi, həmin müsahibədə Heydər Əliyev çoxlu yanlıĢlığa və təhriflərə yol verib. O, özünün 
uydurmalarını qəzetçilərə həqiqət kimi təqdim etməyə çalıĢıb. Ġkincisi də, Ərtoğrul Özkök’ü də 
Türkiyə  mətbuatındakı  çıxıĢlarından  tanıyıram.  Onun  rəhmətlik  Turqut  Özal’a  münasibəti 
mənfi  idi.  Xüsusən  onun  Azərbaycana  yönəlik  siyasətinin  doğru  olmadığını  bildirirdi. 
Prezidentin sağlığında, əlbəttə, ona qarĢı bir söz deyə bilməzdi, ona görə də ölümündən 2-3 il 
sonra onun bir sıra baxıĢlarının səhv olduğunu yazmıĢdı.  
O,  Heydər  Əliyevin  təbliğatçılarındandı.  Ġyun  çevriliĢindən  sonra  Türkiyə  mətbuatında  onun 
da yaxından iĢtirakı ilə belə bir uydurma təbliğat geniĢ yayılırdı ki, H.Əliyevin baĢçılığı altında 
torpaqlarımız ermənilərdən geri alınır, bu gün-sabah Kəlbəcər də qaytarılacaq və s. O zaman 
mən  bəyanat  verdim  ki,  bu  yalanların  Azərbaycanda  yayılmasını  baĢa  düĢürəm  -  bu, 
H.Əliyevə lazımdır, ancaq Türkiyə mətbuatının sadəlövhlüyünü baĢa düĢmürəm.  
Təbii ki, Ə.Özkök uzun müddət aldatdığı oxucuların qarĢısında bəraət qazanmaq istəyindədir 
və H.Əliyevin simasında türkiyəlilərə bu ölkənin 'yaxın dost"unu sevdirməyə cəhd göstərir. O, 
eyni zamanda, mənə qarĢı mənfi münasibətini də bir neçə yazısında ifadə edib. Bunlara görə 
də mən ondan obyektivlik gözləmirəm. 
Turqut  Özalla  mənim  münasibətlərimə  gəlincə,  etiraf  etmək  lazımdır  ki,  o,  Azərbaycanda 
siyasi liderlər içərisində məni üstün tuturdu və H.Əliyevə o qədər də rəğbəti yoxdu - özü də 
bir  dəfə  belə  ifadə  etmiĢdi  ki,  keçmiĢ  KQB  generalının  demokratik  hakimiyyətə,  müstəqil 
Azərbaycana  baĢçılıq  etməsi  mümkün  deyil,  o  gec-tez  Moskva  ilə  iĢləyəcək.  Bizə  müstəqil 
düĢünən, Azərbaycanı müstəqil idarə edən liderlər yaxın olmalıdır. 
Bəli, Türkiyədə müəyyən qüvvələr bu məsələdə Turqut bəyə qarĢı çıxaraq ona demiĢdilər ki, 
sən Elçibəyi yox, H.Əliyevi müdafiə et. O isə cavab vermiĢdi ki, mən görürəm ki, Elçibəy daha 
gərəkli liderdir, onun Türkiyədə də yüksək nüfuzu var. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə