DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə83/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   79   80   81   82   83   84   85   86   ...   99

Sonradan  gördülər  ki,  bu  yol  Rusiyaya  sərf  etmir,  Türkiyəni  bəhanəylə  uzaqlaĢdıraraq 
Fransanı  ora  gətirdilər.  Fransa  da  Ermənistana  meylli  olduğuna  görə  Amerika  bu  məsələdə 
təkləndi.  Əslində  Amerikanı  ora  Azərbaycanın  tələbiylə  salmıĢdılar.  Buna  görə  də  Qarabağ 
problemi artıq tamam düyünlənib - Rusiya bu məsələyə bir-iki düyün də artıq vurub. Onun 
açılma  üsuluna  gəlincə,  bir  neçə  siyasi  gediĢlər  etmək  olar.  Məsələn,  məncə,  Qafqaz  evi 
yaratmaq  uğrunda  mübarizə  aparmaq  zəruridir;  Gürcüstan  da,  Azərbaycan  da  Rusiyanın 
onlara  təzyiqindən  xoĢlanmır  və  ona  müqaviməti  gücləndirmək  istəyir.  Bu  iki  dövlət  əlbir 
olmalı, sıx iĢ birliyi yaratmalı, buraya Çeçenistanı da cəlb etməlidir.  
Ümumiyyətlə,  öz  azadlığı  uğrunda  mübarizə  aparan  bütün  Qafqaz  xalqlarının  qüvvəsi 
Rusiyanın  Qafqazdakı  hərbi  və  siyasi  nüfuzunu  zəiflətməyə,  onu  buradan  uzaqlaĢdırmağa 
səfərbər  edilməlidir.  O  uzaqlaĢdırılandan  sonra,  əlbəttə,  Ermənistan  -  Ġran  bloku  da 
zəifləyəcək  və  zəncir  baĢlayacaq  açılmağa.  Bundan  sonra  Ermənistanla  danıĢıqlar 
asanlaĢacaq... 
-Ġndi  Gürcüstan  -  Ukrayna  -  Azərbaycan  -  Moldova  (GUAM)  birliyi  yaradılıb.  Bu  birlik  Sizin 
dediyiniz Ermənistan - Rusiya - Ġran üçlüyünü poza, ona müqavimət göstərə bilərmi?
 
-O üçlüyü poza bilməz (bu, çətindir), amma Rusiyanı əvvəlki vəziyyətindən 50-60 faiz təcrid 
edə bilər; bu zaman Azərbaycanın və Gürcüstanın mövqeləri güclənər və Rusiya artıq burada 
istədiyini edə bilməz. Biz bu birliyin tərəfindəyik. Ona Türkiyə, Rumıniya və Qara dəniz ətrafı 
ölkələr  də  daxil  olmalıdır,  çünki  Rumıniya,  Türkiyə,  Bolqarıstan,  Ukrayna,  Moldova  və 
Gürcüstan uzun müddət Rusiyanın əzabını çəkmiĢ ölkələrdir.  
Yenə  qayıdıram  bundan  qabaqkı  sualınıza.  Ümumən  Qarabağ  problemini  3  aya,  5  aya  həll 
etmək mümkün deyil, ona görə ki, Rusiya da burada öz mövqeyini itirmək istəmir. Onun bu 
bölgədə hələ az-çox mövqeyi var və buna görə də Ermənistanı özündən asılı saxlayacaq.  
Biz  bu  durumla  sülhə  getsək  Azərbaycançün  xeyirli  olmayacaq,  çünki  Azərbaycanı  məğlub 
ölkə kimi tanıyırlar. Amma hər hansı bir xalq məğlubiyyətini hələ boynuna almayıbsa, demək, 
məğlub  deyil  və  o,  mübarizəsini  davam  etdirməlidir.  Bununçün  ölkədə  güclü  ordu  islahatı 
getməli və ordu, döyüĢən qüvvələr yaradılmalı və xalq öz torpağının azad olunması uğrunda 
mübarizəyə  hazır  olmalıdır.  Məhz  bundan  sonra  təzyiq  edərək  məsələləri  siyasi  yolla  həll 
etmək müəyyən qədər mümkün olacaq, belə olmasa mümkün deyil. 
"Azadlığın  dəyərini  ürəklə  deyil,  qarınla  müəyyənləĢdirmək  həm  ayrı-ayrı 
insanların, həm də insan toplumlarının faciəsidir" 
-Ümumiyyətlə, Siz Qarabağ münaqiĢəsinin hərbi yolla həllinə inanırsınızmı?
 
-Bütün dünya xalqlarının bir döyüĢ fəlsəfəsi var - sən məğlubiyyətinlə razı deyilsənsə hökmən 
silaha  qurĢanıb  vuruĢmalısan;  baĢqa  yol  yoxdur.  Azadlığını  düĢünən  hər  bir  xalq  bunu 
etməlidir. Bəzən bizdə deyirlər ki, adamlarımız Ģəhid olur, torpağımızda qan tökülür - bu cür 
azadlıq nəyə lazımdır? Belə insanlar azadlığı maddi nemət kimi baĢa düĢürlər.  


Bəzən  insanlar  düĢünürlər  ki,  azad  olsaq  yaxĢı  yeyib-içəcəyik,  gözəl  güzəran  keçirəcəyik;  o 
saat  keçirlər  materializmə.  Azadlıqsa  idealist  bir  məfkurənin,  fəlsəfənin,  mənəviyyatın 
məhsuludur - insanın ruhunun qurtuluĢudur. Afrikadan aparılan qulları Amerikada çox yaxĢı 
saxlayır,  onlardan  daha  çox  faydalanmaqçün  onları  yaxĢı  yedirdib-içirir,  amma  yaxĢı  da 
iĢlədirdilər. Bu qullar həyatlarından razıydılar, çünki Afrikadakından qat-qat yaxĢı yaĢayırdılar. 
Amma  özünü  xoĢbəxt  sayan  bu insanlar quldu, azad  deyildi.  Bəli,  bu cür  də yaĢamaq  olar, 
ancaq bu, insan həyatı deyil.  
Azadlıq  mənəvi  tələbatdır,  ideya  tələbatıdır.  Azadlıq  təmtəraqlı  materialist  yaĢayıĢı  yox, 
sadəcə,  baĢqasının  köləsi  olmamaq,  öz  düĢüncə  və  əməllərini  özünün  istədiyi  kimi  sərbəst 
gerçəkləĢdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib. 
Deyirlər ki, doğrudur, azadlığı qazandıq, ancaq nə olsun, çörək bahalaĢdı, hər Ģeyin qiyməti 
qalxdı. Çörəyin bahalaĢmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə 
deyil,  qarınla  müəyyənləĢdirmək  həm  ayrı-ayrı  insanların,  həm  də  insan  toplumlarının 
faciəsidir. 
-Əbülfəz  bəy,  bu  neçə  gündə  məni  dözümlə  dinlədiyinizə,  ürəyimdəkilərin  hamısını  üzə 
çıxarmağa  lütfkarlıqla  Ģərait  yaratdığınıza  görə  Sizə  sonsuz  minnətdarlığımı  bildirirəm! 
Allahdan  arzum  budur  ki,  Sizinlə  belə  bir  söhbəti  inĢallah  Azərbaycan  birləĢəndən  sonra 
Təbrizdə edək.
 
-Allah o günü hamımıza göstərsin! 
-Amin! 
 
 
 
 
 
 
 
 
 
 
 


 "MƏN ĠSTĠQLALIMIZI HAKĠMĠYYƏTDƏN ÜSTÜN TUTDUM!"  
KeçmiĢ Prezident Əbülfəz Elçibəy’lə Ədalət Tahirzadə’nin söhbəti ( 17 Ġyun 1998 ) 
Əbülfəz bəy, bugünkü iqtidar müxalifəti xalqın gözündən salmaq üçün ən yolverilməz təbliğat 
vasitələrinə əl atmaqdan çəkinmir. KeçmiĢ baĢ nazir, indiki məhbus Surət Hüseynovun 4 Ġyun 
hadisələri  ilə  bağlı  dövlət  televiziyasına  çıxarılması  və  onun  dili  ilə  əsasən  keçmiĢ  iqtidarın 
baĢçılarının  üzərinə  böhtan  və  iftiralar  yağdırılması  deyilənə  sübutdur.  Siz  S.Hüseynovun 
televiziyaya çıxarılmasına necə baxırsınız?
 
Heydər Əliyev  gör  nə  günə  qalıb  ki,  artıq  Surət  Hüseynov’dan  da istifadə etməyə baĢlayıb. 
Bu, onun vəziyyətinin son dərəcə ağır olduğunu göstərir.  
O,  əvvəllər  də  bu  üsuldan  istifadə  edərək  Ģübhəli  adamları  televiziyaya  çıxarmaqla  bizi 
söydürərdi.  Məsələn,  «QardaĢlıq»  təĢkilatının  baĢçısı,  Ayaz  Mütəllibov’un  tapançası  rolunu 
oynayan,  adı  bir  çox  cinayətlərdə  hallandırılan  Ağa  Axundov  kimi  adama  da  o,  televiziyada 
bizi  söydürmüĢ,  bu  «xidmət»inə  baxmayaraq  onu  yenə  həbsdə  saxlamıĢdı.  Ġndi  eyni  rol 
Surətə  tapĢırılıb.  Yəqin  ona  verilən  əzab  və  iĢgəncələri  azaltmaq,  alacağı  yemək  və 
bağlamaları artırmaq müqabilində onu - özünü «hərbçi» adlandırmıĢ bir Ģəxsə yaraĢmayan bu 
iĢə razı salıblar.  
Bəli, Surət də H.Əliyevin növbəti qurbanlarındandır və bu iftira və təhqirlərdən sonra da onu 
içəridə saxlayacaq.  
Bir  anlıq  təsəvvür  edək  ki,  indi  prezident  Sizsiniz,  H.Əliyev  isə  müxalifətdədir.  Siz  həbsdəki 
S.Hüseynovu televiziyaya çıxararaq H.Əliyevə qarĢı danıĢmağa məcbur edərdinizmi?
 
Qətiyyən  yox!  Mənim  ona  sözüm  olsaydı  Ģəxsən  öz  dilimlə deyərdim. Mən  bu cür vasitələri 
xoĢlamıram - belə Ģey dövlət baĢçısına yaraĢmaz. Mən deyə bilmərəm ki, dustağı gətirin, o 
kiminsə əleyhinə danıĢsın, yenə aparın, dama qatın.  
Ġndiki  iqtidar,  Ģəxsən  H.Əliyev  çox  kobud  səhv  edir  -  dünyanın  heç  bir  ölkəsində  dustağı, 
istintaq  altında  olan,  haqqında  cinayət  iĢi  açılmıĢ  bir  adamı  televiziyaya  çıxararaq  təqsiri 
olmayan  azad  vətəndaĢa  qarĢı  ondan  ifadə  almazlar.  Bu,  hüquqi  baxımdan  tamamilə 
qanunsuzdur və heç bir ölçüyə sığmır. Həmin Ģəxsin kiminsə əleyhinə danıĢması üçün öncə 
məhkəmə  qarĢısında  bəraət  alması  və  ittiham  etdiyi  Ģəxslə  eyni  hüquqi  vəziyyətdə  olması 
zəruridir.  Halbuki  Surət  Hüseynovun  üstündə  bir  neçə  cinayət  maddəsi  var  və  onu  kiminsə 
əleyhinə danıĢdırmaq çətin problem deyil.  
Bütün bunlar H.Əliyevin sevimli metodlarıdır və haçansa onun öz baĢında çatlayacaq. Bir gün 
görəcəksiniz  ki,  həbsxanalardan  adamları  çıxararaq  onları  Heydər  Əliyevin  əleyhinə 
danıĢdırırlar. Bu, bir gün olacaq. Bu, qaçılmazdır - nə tökərsən aĢına, o çıxar qaĢığına. 
Əbülfəz bəy, S.Hüseynov Sizin iqtidarınız dövrünün hərbi əməliyyatlarındakı uğurlarda yalnız 
özünün  rolu  olduğunu  deyir.  Məsələn,  o,  Goranboy  və  Ağdərə  rayonlarındakı  kəndlərin 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə