Sonradan gördülər ki, bu yol Rusiyaya sərf etmir, Türkiyəni bəhanəylə uzaqlaĢdıraraq
Fransanı ora gətirdilər. Fransa da Ermənistana meylli olduğuna görə Amerika bu məsələdə
təkləndi. Əslində Amerikanı ora Azərbaycanın tələbiylə salmıĢdılar. Buna görə də Qarabağ
problemi artıq tamam düyünlənib - Rusiya bu məsələyə bir-iki düyün də artıq vurub. Onun
açılma üsuluna gəlincə, bir neçə siyasi gediĢlər etmək olar. Məsələn, məncə, Qafqaz evi
yaratmaq uğrunda mübarizə aparmaq zəruridir; Gürcüstan da, Azərbaycan da Rusiyanın
onlara təzyiqindən xoĢlanmır və ona müqaviməti gücləndirmək istəyir. Bu iki dövlət əlbir
olmalı, sıx iĢ birliyi yaratmalı, buraya Çeçenistanı da cəlb etməlidir.
Ümumiyyətlə, öz azadlığı uğrunda mübarizə aparan bütün Qafqaz xalqlarının qüvvəsi
Rusiyanın Qafqazdakı hərbi və siyasi nüfuzunu zəiflətməyə, onu buradan uzaqlaĢdırmağa
səfərbər edilməlidir. O uzaqlaĢdırılandan sonra, əlbəttə, Ermənistan - Ġran bloku da
zəifləyəcək və zəncir baĢlayacaq açılmağa. Bundan sonra Ermənistanla danıĢıqlar
asanlaĢacaq...
-Ġndi Gürcüstan - Ukrayna - Azərbaycan - Moldova (GUAM) birliyi yaradılıb. Bu birlik Sizin
dediyiniz Ermənistan - Rusiya - Ġran üçlüyünü poza, ona müqavimət göstərə bilərmi?
-O üçlüyü poza bilməz (bu, çətindir), amma Rusiyanı əvvəlki vəziyyətindən 50-60 faiz təcrid
edə bilər; bu zaman Azərbaycanın və Gürcüstanın mövqeləri güclənər və Rusiya artıq burada
istədiyini edə bilməz. Biz bu birliyin tərəfindəyik. Ona Türkiyə, Rumıniya və Qara dəniz ətrafı
ölkələr də daxil olmalıdır, çünki Rumıniya, Türkiyə, Bolqarıstan, Ukrayna, Moldova və
Gürcüstan uzun müddət Rusiyanın əzabını çəkmiĢ ölkələrdir.
Yenə qayıdıram bundan qabaqkı sualınıza. Ümumən Qarabağ problemini 3 aya, 5 aya həll
etmək mümkün deyil, ona görə ki, Rusiya da burada öz mövqeyini itirmək istəmir. Onun bu
bölgədə hələ az-çox mövqeyi var və buna görə də Ermənistanı özündən asılı saxlayacaq.
Biz bu durumla sülhə getsək Azərbaycançün xeyirli olmayacaq, çünki Azərbaycanı məğlub
ölkə kimi tanıyırlar. Amma hər hansı bir xalq məğlubiyyətini hələ boynuna almayıbsa, demək,
məğlub deyil və o, mübarizəsini davam etdirməlidir. Bununçün ölkədə güclü ordu islahatı
getməli və ordu, döyüĢən qüvvələr yaradılmalı və xalq öz torpağının azad olunması uğrunda
mübarizəyə hazır olmalıdır. Məhz bundan sonra təzyiq edərək məsələləri siyasi yolla həll
etmək müəyyən qədər mümkün olacaq, belə olmasa mümkün deyil.
"Azadlığın dəyərini ürəklə deyil, qarınla müəyyənləĢdirmək həm ayrı-ayrı
insanların, həm də insan toplumlarının faciəsidir"
-Ümumiyyətlə, Siz Qarabağ münaqiĢəsinin hərbi yolla həllinə inanırsınızmı?
-Bütün dünya xalqlarının bir döyüĢ fəlsəfəsi var - sən məğlubiyyətinlə razı deyilsənsə hökmən
silaha qurĢanıb vuruĢmalısan; baĢqa yol yoxdur. Azadlığını düĢünən hər bir xalq bunu
etməlidir. Bəzən bizdə deyirlər ki, adamlarımız Ģəhid olur, torpağımızda qan tökülür - bu cür
azadlıq nəyə lazımdır? Belə insanlar azadlığı maddi nemət kimi baĢa düĢürlər.
Bəzən insanlar düĢünürlər ki, azad olsaq yaxĢı yeyib-içəcəyik, gözəl güzəran keçirəcəyik; o
saat keçirlər materializmə. Azadlıqsa idealist bir məfkurənin, fəlsəfənin, mənəviyyatın
məhsuludur - insanın ruhunun qurtuluĢudur. Afrikadan aparılan qulları Amerikada çox yaxĢı
saxlayır, onlardan daha çox faydalanmaqçün onları yaxĢı yedirdib-içirir, amma yaxĢı da
iĢlədirdilər. Bu qullar həyatlarından razıydılar, çünki Afrikadakından qat-qat yaxĢı yaĢayırdılar.
Amma özünü xoĢbəxt sayan bu insanlar quldu, azad deyildi. Bəli, bu cür də yaĢamaq olar,
ancaq bu, insan həyatı deyil.
Azadlıq mənəvi tələbatdır, ideya tələbatıdır. Azadlıq təmtəraqlı materialist yaĢayıĢı yox,
sadəcə, baĢqasının köləsi olmamaq, öz düĢüncə və əməllərini özünün istədiyi kimi sərbəst
gerçəkləĢdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib.
Deyirlər ki, doğrudur, azadlığı qazandıq, ancaq nə olsun, çörək bahalaĢdı, hər Ģeyin qiyməti
qalxdı. Çörəyin bahalaĢmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə
deyil, qarınla müəyyənləĢdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının
faciəsidir.
-Əbülfəz bəy, bu neçə gündə məni dözümlə dinlədiyinizə, ürəyimdəkilərin hamısını üzə
çıxarmağa lütfkarlıqla Ģərait yaratdığınıza görə Sizə sonsuz minnətdarlığımı bildirirəm!
Allahdan arzum budur ki, Sizinlə belə bir söhbəti inĢallah Azərbaycan birləĢəndən sonra
Təbrizdə edək.
-Allah o günü hamımıza göstərsin!
-Amin!
"MƏN ĠSTĠQLALIMIZI HAKĠMĠYYƏTDƏN ÜSTÜN TUTDUM!"
KeçmiĢ Prezident Əbülfəz Elçibəy’lə Ədalət Tahirzadə’nin söhbəti ( 17 Ġyun 1998 )
Əbülfəz bəy, bugünkü iqtidar müxalifəti xalqın gözündən salmaq üçün ən yolverilməz təbliğat
vasitələrinə əl atmaqdan çəkinmir. KeçmiĢ baĢ nazir, indiki məhbus Surət Hüseynovun 4 Ġyun
hadisələri ilə bağlı dövlət televiziyasına çıxarılması və onun dili ilə əsasən keçmiĢ iqtidarın
baĢçılarının üzərinə böhtan və iftiralar yağdırılması deyilənə sübutdur. Siz S.Hüseynovun
televiziyaya çıxarılmasına necə baxırsınız?
Heydər Əliyev gör nə günə qalıb ki, artıq Surət Hüseynov’dan da istifadə etməyə baĢlayıb.
Bu, onun vəziyyətinin son dərəcə ağır olduğunu göstərir.
O, əvvəllər də bu üsuldan istifadə edərək Ģübhəli adamları televiziyaya çıxarmaqla bizi
söydürərdi. Məsələn, «QardaĢlıq» təĢkilatının baĢçısı, Ayaz Mütəllibov’un tapançası rolunu
oynayan, adı bir çox cinayətlərdə hallandırılan Ağa Axundov kimi adama da o, televiziyada
bizi söydürmüĢ, bu «xidmət»inə baxmayaraq onu yenə həbsdə saxlamıĢdı. Ġndi eyni rol
Surətə tapĢırılıb. Yəqin ona verilən əzab və iĢgəncələri azaltmaq, alacağı yemək və
bağlamaları artırmaq müqabilində onu - özünü «hərbçi» adlandırmıĢ bir Ģəxsə yaraĢmayan bu
iĢə razı salıblar.
Bəli, Surət də H.Əliyevin növbəti qurbanlarındandır və bu iftira və təhqirlərdən sonra da onu
içəridə saxlayacaq.
Bir anlıq təsəvvür edək ki, indi prezident Sizsiniz, H.Əliyev isə müxalifətdədir. Siz həbsdəki
S.Hüseynovu televiziyaya çıxararaq H.Əliyevə qarĢı danıĢmağa məcbur edərdinizmi?
Qətiyyən yox! Mənim ona sözüm olsaydı Ģəxsən öz dilimlə deyərdim. Mən bu cür vasitələri
xoĢlamıram - belə Ģey dövlət baĢçısına yaraĢmaz. Mən deyə bilmərəm ki, dustağı gətirin, o
kiminsə əleyhinə danıĢsın, yenə aparın, dama qatın.
Ġndiki iqtidar, Ģəxsən H.Əliyev çox kobud səhv edir - dünyanın heç bir ölkəsində dustağı,
istintaq altında olan, haqqında cinayət iĢi açılmıĢ bir adamı televiziyaya çıxararaq təqsiri
olmayan azad vətəndaĢa qarĢı ondan ifadə almazlar. Bu, hüquqi baxımdan tamamilə
qanunsuzdur və heç bir ölçüyə sığmır. Həmin Ģəxsin kiminsə əleyhinə danıĢması üçün öncə
məhkəmə qarĢısında bəraət alması və ittiham etdiyi Ģəxslə eyni hüquqi vəziyyətdə olması
zəruridir. Halbuki Surət Hüseynovun üstündə bir neçə cinayət maddəsi var və onu kiminsə
əleyhinə danıĢdırmaq çətin problem deyil.
Bütün bunlar H.Əliyevin sevimli metodlarıdır və haçansa onun öz baĢında çatlayacaq. Bir gün
görəcəksiniz ki, həbsxanalardan adamları çıxararaq onları Heydər Əliyevin əleyhinə
danıĢdırırlar. Bu, bir gün olacaq. Bu, qaçılmazdır - nə tökərsən aĢına, o çıxar qaĢığına.
Əbülfəz bəy, S.Hüseynov Sizin iqtidarınız dövrünün hərbi əməliyyatlarındakı uğurlarda yalnız
özünün rolu olduğunu deyir. Məsələn, o, Goranboy və Ağdərə rayonlarındakı kəndlərin
Dostları ilə paylaş: |