DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə91/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   87   88   89   90   91   92   93   94   ...   99

mübarizəsiylə  həll  ediləcək.  Ola  bilsin  ki,  "güney"dən  də  adamlar  qatılıb  kömək  edəcəklər. 
Ġkincisi,  sabah  Azərbaycanın  "güney"ində  müstəqil  bir  dövlət  yaranarsa  Qarabağın  azadlığı, 
əlbəttə,  sürətlənər.  Ancaq  biz  öncə  Qarabağın  azadlığını,  sonra  Bütöv  Azərbaycanı 
düĢünürük.  Bütöv  Azərbaycan  uzun  yoldur  -  5-6  il  çəkər.  Qarabağısa  bu  gün-sabah  həll 
etməliyik; bu, təxirəsalınmaz məsələdir. 
Kimlərsə belə fikir yaratmağa çalıĢır ki, guya mən demiĢəm ki, öncə Azərbaycan bütövləĢsin, 
sonra  Qarabağı  qaytaraq.  Bu,  tamamilə  yanlıĢ düĢüncədir.  Mən  demiĢəm  ki,  Qarabağ  azad 
olunandan sonra bizim təhlükəsizliyimiz tam təmin olunmur, Azərbaycan birləĢəndən sonrasa 
buna təminat var.  
Bundan sonra Zəngəzur və Göyçə mahalları da gündəliyə gətirilməlidir, çünki o torpaqlarımız 
iĢğal edilib. Bu torpaqlar uğrunda beynəlxalq aləmdə mübarizə aparılmalı və Ġrəvan rejimiylə 
bu məsələ ciddi dartıĢılmalıdır. Zəngəzur əski türk torpağıdır. Bunu hamı bilir. Orada vaxtilə 
40 min əhali vardı. Ġndisə 8 min erməni qalır. Orada yaĢamıĢ türklər heyvandardı, maldardı. 
Bu  torpaq  erməninin  deyil,  buna  görə  də  ondan  istifadə  edə  bilmir.  Biz  ata-baba 
torpaqlarımızı məskunlaĢdırmalıyıq. Bu da tarixin hökmüylə olacaq. 
"Biz bütövləĢəndə Yaxın və Orta ġərqin siyasətində söz sahibi olacağıq. Bu, tarixin 
hökmüdür" 
Yaxın gələcəkdə ġərq siyasətində Azərbaycanın yerini necə görürsünüz?
 
"Yaxın gələcək" deyəndə neçə ili nəzərdə tutursunuz? 
Təxminən yaxın 10 ili.
 
10  ilə  Azərbaycanın  "güney"ində  müstəqil  dövlətin  yaranacağını  görürəm.  Ən  azından, 
Azərbaycanın  birləĢməsi  uğrunda  bir  çox  ciddi  addımlar  atılacaq.  "Azərbaycan"  dediyimiz 
məkanın  40  milyonluq  sakini  varsa  o  zamanadək  bu  rəqəm  43-44  milyona  çatacaq.  Biz 
bütövləĢəndəsə Yaxın və Orta ġərqin siyasətində söz sahibi olacağıq. Bu, tarixin hökmüdür. 5 
milyon erməninin, 3 milyon gürcünün Yaxın və Orta ġərqdəki sözünün çəkisiylə 40 milyonluq 
Azərbaycan  türkünün  söz  sahibliyi  bütünlüklə  baĢqa-baĢqa  Ģeylərdir.  Sizi  inandırıram, 
gürcülər, yaxud ermənilər 10 milyon olsaydılar indi tamam baĢqa iddialarla danıĢardılar.  
Türk tarixində də, dünya tarixində də öz sözümüzü deyəcəyik! Bu, çox önəmlidir  - heç kim 
yaddan çıxarmasın. Azərbaycan geostrateji baxımdan dünyanın ən önəmli yerlərindəndir. Siz 
özünüz  görürsünüz  ki,  Azərbaycan  dünyanın  gündəliyindədir.  Və  bu  Azərbaycan 
demokratikləĢəcək, "güney"i müstəqilləĢəcək, sonra da azman bir dövlət olacaq. Bu zaman o, 
yenidən dünyanın gündəliyinə gələcək. 
Siz Bütöv Azərbaycan dövlətinin demokratik əsaslarını necə təsəvvür edirsiniz?
 
Ölkənin  geniĢ  miqyasda  birləĢməsi  əldə  edilərsə  ya  federal,  ya  da  konfederal  Azərbaycan 
dövləti yaratmaq mümkündür. Mən hətta fikirləĢmiĢdim ki, onun adını 
"BirləĢmiĢ Azərbaycan 
Yurdları" 
qoymaq olar. ABġ'ın Ģtatları kimi Azərbaycanın da yurdları var. Deməli, dövləti milli 


tərkibə  görə  yox,  əraziyə,  yurdlara  görə  bölürsən,  olur  federal  dövlət.  Federal  dövlətlərin 
idarəçiliyi  demokratiyaya  daha  yaxın  bir  hissədir.  Digər  bir  tərəfdən  də,  Almaniya  federal 
dövlətdir.  Siyasətini  necə  yürüdüb,  necə  birləĢib,  onu  bilirik.  O,  bizimçün  ən  gözəl 
örnəklərdəndir.  Çünki  Almaniya  da  parçalanmıĢdı,  indi  birləĢib.  Biz  elə  ondan  dərs  götürüb 
demokratik Azərbaycan dövlətini quracağıq. 
"Din  və  vicdan  azadlığı  bizim  baĢlıca  Ģüarımızdır.  Bu  azadlığa  heç  kim  toxuna 
bilməz!" 
Sizcə, Bütöv Azərbaycan dövlətində dinin yeri necə olmalıdır?
 
Azərbaycanın quzeyində çox gözəl bir təcrübə əldə olunub. Biz yad dinlərə dözümlü xalqıq. 
Ölkəmizdə  dinlərə  qarĢı  heç  bir  ayrı-seçkilik  yoxdur.  Bu,  Sovet  rejimindən  bizə  miras  qalıb. 
Azərbaycanda xristianların kilsələri var, yəhudilərin sinaqoqları var, müsəlmanların məscidləri 
var.  Sünni  və  Ģiə  təriqətləri  arasında  da  qarĢıdurma  yoxdur.  Din  dövlətdən  ayrıdır  - 
Amerikada, Türkiyədə olduğu kimi. 
Demokratiya  inkiĢaf  etdikcə  dinlər  arasındakı  təxribat  səciyyəli  hallar götürüləcək.  Ġnsan  da 
müstəqildir,  din  də.  Hər  kəs  gedib  inanacağı  dinə  tapınacaq.  Din  və  vicdan  azadlığı  bizim 
baĢlıca  Ģüarımızdır.  Bu  azadlığa  heç  kim  toxuna  bilməz!  Bu  gün  din  və  vicdan  azadlığı 
Azərbaycanda pis səviyyədə deyil. 
Ümumiyyətlə,  ermənilər  dünyada  belə  təsəvvür  yaratmağa  çalıĢırdılar  ki,  Ermənistanla 
Azərbaycan  arasındakı  münaqiĢə  guya  müsəlmanlarla  xristianlar  arasında  gedən  din 
davasıdır.  Amma  sonra  Azərbaycan  sübut  elədi  ki,  burada  söhbət  yalnız  Ermənistanın  ərazi 
iddialarından gedir. Dini münaqiĢə yerli-dibli yoxdur. Ermənilər də qriqoryandır, Azərbaycanda 
yaĢayan  udilər  də  qriqoryanlardır.  Halbuki  bizdə  udilərə  qarĢı  həddən  artıq  dözümlü 
münasibət bəslənir. 7 minlik udilərin öz dillərində dərsliyi var, udi dilində dərs keçirlər.
 
Siz  çox  düz deyirsiniz.  Udilərdən  söz  düĢəndə həmiĢə  deyilirdi  ki,  bunlar bizimkilərdir,  iĢiniz 
olmasın. Bəzən onların familiyalarında ermənilərlə uyğunluq olur, ona görə də həmiĢə yada 
salırdıq ki, diqqətli olun, onları dəyiĢik salmayın. Bu, iĢin bir hissəsidir. 
Ġkincisi də, bir Ģeyi unutmayaq ki, Azərbaycanla Ermənistan arasında din uğrunda mübarizə 
ola bilməzdi. Belə ki, sovet rejimi nə ermənidə, nə də müsəlmanda din qoymuĢdu. Dinə kim 
inanırdı ki? Sadəcə, xalq inanırdı. Amma bu münaqiĢəni salansa elita, yaxud yuxarı təbəqələr, 
varlılar, millətpərəstlərdi. Ona görə də din uğrunda münaqiĢə mümkün deyildi. 
Ümumiyyətlə, Azərbaycanda dini münaqiĢələr heç vaxt qeydə alınmayıb.
 
SSRĠ'nin özündə də qeydə alınmamıĢdı. Sovet hökuməti belə öyrədib ki, din vicdan üçündür, 
hakimiyyət uğrunda mübarizə aparan institut deyil. Bu təlqin indi də Ģüurlarda qalır. 
Bəy, Bütöv Azərbaycan dövlətində milli azlıqlar məsələsinə necə baxırsınız?
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə